MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə79/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   75   76   77   78   79   80   81   82   ...   228

 

144


və ət kombinatının tullantılarından ibarətdir. Bunların yalnız 5-6 % - i təkrar emal edilir, qalanı isə yandırılır. Bu 

üzvi tullantıları emal etməklə həm ətraf mühitin çirklənməsinin qarşısı alınar, həm də xeyli gübrə istehsal etmək 

olar. BDU – nun alimləri ( Q.Qasımov və A.Əhmədov) üzvi tullantılardan asan və ucuz yolla gübrə istehsal etmə-

yin üsulunu işləyib hazırlamışlar. Bu usulu hər bir rayonda , hər bir təsərrüfatda asanlıqla tətbiq etmək mümkün-

dür. Üzvi tullantıları 3 gün ərzində kimyəvi məhlulda islatmaq yolu ilə gübrə əldə etmək, bununla da ətraf mühiti 

təmizləməklə yanaşı ondan xeyli mənfəət götürmək olar. 

 Sankt – Peterburq yaxınlığında məişət tullantılarının mexaniki emalı ilə məşğul olan kiçik bir zavod fəaliy-

yət göstərir. 150- ə qədər işçisi olan bu zavodda məişət tullantılarından ildə 2 min tondan çox qara metal ayrılır. 

 Burada üzvi tullantılar mikroorqanizimlərin 3 günlük təsirindən sonra insanın səhhəti üçün təhlükəli, müxtə-

lif xəstəliklər törədən mikroblar məhv edilir; əldə edilən məhsul xammal şəklində lazimi yerlərə göndərilir. Bir 

sıra təssərrüfatlarda ondan gübrə kimi istifadə olunur . Əvvəllər üzvi tullantıların təqribən 1/3- ni təşkil edən və 

mikroorqanizimlər tərəfindən təsir göstərilə bilməyən şüşə, ağac və əlvan metal qırıntılarını, rezin və dəri parça-

larını, plastik kütləni ayıraraq tullamaq lazım gəlirdi. Sonralar alimlər bu bərk qarışıqları havasız yerdə yüksək 

temperaturda qızdıraraq pirokarbon, yanacaq qaz və duru qətran kimi qiymətli məhsullar almağa nail oldular. 

 İri sənaye şəhərlərində İES və başqa müəssisələr atmosferə xeyli sulfat anhidridi buraxır. Onun təsirindən 

metallar karroziyaya uğrayır, tikinti qurğuları aşınır, bitkilər məhv olur, xəstəliklər artır. Halbuki, həmin stansi-

yaların tüstülərindən SO2- ni ayıraraq sulfat turşusu hazırlamaq olar. Dünyada ilk dəfə 1952- ci ildə Moskvada 

12№ - li İES – də bu üsuldan istifadə edilmişdir. 

 Ukranyada tikilmiş kimya kombinatında tullantılar başqa sexlərdə kompleks emal edilərək azot gübrələrinə, 

mal – qara üçün zülal vitamin konsentratına, karbon qazına və onu da quru buza çevirir.  

Estoniyada iri azot gübrəsi zavodunda əvvəl havanı çirkləndirən tullantı indi xammal kimi istifadəyə verilir. 

 Kanalizasiya  suları çirkli halda, tullantılarla qarışıq  şəkildə çay və  dənizlərə tökülür, onları  və atmosferi 

çirkləndirir. Çirkli suların kimyəvi tərkibi onların hansı istehsal sahəsində  tətbiq olunmasından asılıdır. Məs., 

neft emalı zavodlarından buraxılan sular müxtəlif üzvi maddələrlə (fenollar, amin turşuları, qatran və s.) zəngin 

olur. 

 Kanalizasiya sularının təkibində müxtəlif üzvi maddələr, fosfor, kalium və digər mikroelementlər vardır. Bir 



çox ölkələrdə kanalizasiya sularından gübrə kimi istifadə edilir. Bu sahədə Çin xalqı bir neçə əsrlik təcrübəyə 

malikdir. 

 Berlin şəhərində kanalizasiya sularından istifadəyə hələ XIX əsrdən başlanılmışdır.Burada kanalizasiya şə-

bəkəsinə xüsusi meliorasiya qurğuları qoşulur və «maye gübrə» böyük təzyiq altında əkin sahələrinə verilirdi. 

 Polşa alimi A.Lenkova qeyd edir ki, çirklənmiş sulardan yenidən istifadə edilsə, 4 qat səmərə əldə edilər: tə-

mizləmə qurğularının tikintisinə xərc azalar: əkin sahələri əlavə su alar ; süni gübrəsiz məhsuldarlıq artar: çay və 

dənizlərin sanitar vəziyyəti yaxşılaşar.Bunun üçün çirkli suların müxtəlif xəstəliktörədən bakteriyalardan təmiz-

lənməsi tələb olunur. Bu isə o qədər də böyük problem deyil. 

 Neft və qaz yataqlarının işlənməsi ( istismarı ) prosesi zamanı yataqda neft və qazla bərabər çoxlu miqdarda 

çıxarılan lay suları tullantı şəklində çay və dənizlərə axıdılır. Halbuki, həmin sularda sənaye əhəmiyyətli yod

brom , xlor, natrium və s . elementlər var. 

 Neftçala şəhərində yerləşən yod – brom zavodunun istismar obyekti həmin yataqdakı neftli layların suları-

dır. Həmin sularda yodun miqdarı litrdə 60 – 70 mq – a çatır. 

 Zaparojye şəhərinin bir qrup mühəndisi şəhərin zavodlarının tullantılarından 66 növünü (bərk , qaz , maye 

şəkildə ) böyük bir qabda qarışdıraraq müəyyən vaxt saxlamışlar . Nəticədə tullantılar tam zərərsizləşdirilmiş, 

bərk , qaz və maye şəkilli müxtəlif xammal növləri alınmışdır. 

 Atmosfer havası ətraf mühitin həyat üçün vacib olan ən əhəmiyyətli ünsürlərindən biri olmaqla onun çirk-

lənmədən mühafizəsi günün aktual tələbidir . 

 Luis – Con Batanın «Çirkli səma» kitabında qeyd edilir: İkisindən biri olmalıdır : ya adamlar elə etməlidir 

ki, havada tüstü azalsın və yaxud əksinə, tüstü elə edər ki, yerdə adamlar azalar. 

 

8.14. Azərbaycanda atmosfer havasının vəziyyəti 

Havanın yüksək səviyyədə çirklənməsi Respublikamızın böyük şəhərlərində müşahidə olunur. 1990-cı ildən 

bəzi məlum səbəblərdən sənaye istehsalının aşağı düşməsilə  əlaqədar olaraq havanın çirklənməsinin azalması 

müşahidə olunur. Lakin son 10 ildə nəqliyyat vasitələrinin axınının (əsasən avtomobillər) artması havaya öz ne-

qativ təsirini göstərməyə başlamışdır. Azərbaycan Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi-

nin (1998) məlumatına əsasən Azərbaycanda atmosferə atılan bütün zəhərli maddələrin 96%-i beş şəhərin (Bakı, 

Sumqayıt, Gəncə, Əli-Bayramlı, Mingəçevir) payına düşür. 1991-1995-ci illərin məlumatlarına əsasən göstəri-

lən beş şəhərin atmosferində olan zəhərli maddələrin miqdarı Azərbaycan Respublikasında havanın keyfiyyəti-

nin müəyyən olunmuş standartlarından (KSH) 5 dəfə çoxdur.  

Respublikada havanın əsas çirklənmə mənbələri elektrik stansiyaları, sənaye və nəqliyyat vasitələridir. Rəs-

mi statistikaya görə (göstərilən komitənin məlumatı, 1998) 1995-ci ildə havanın çirklənməsi 1,325 mln. ton təş-

kil etmişdir. Bundan 879000 ton stansionar mənbələrin, qalanları isə  səyyar mənbələrin payına düşür. Rəsmi 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə