MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə8/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   4   5   6   7   8   9   10   11   ...   228

 

18

AZƏRBAYCANDA 



EKOLOGİYA ELMİNİN TARİXİ 

 

 



Azərbaycanda ekologiya elminin ayrı-ayrı sahələrinin tarixi müxtəlifdir. Aşağıda ekologiya ilə bağlı olan 

əsas elm sahələrinin tarixi verilir.  



Coğrafiya sahəsi    

Məlum olduğu kimi ekologiya elmi coğrafiya elmi ilə  sıx bağlıdır. Belə ki, ekologiya canlı orqanizmlər 

arasında və onların olduğu coğrafi mühitlə qarşılıqlı əlaqə haqqında elmdir. Azərbaycan ərazisində coğrafiyaya 

aid ilkin məlumatlara qədim yunan coğrafiyaçısı və tarixçisi Strabonun «Coğrafiya» adlı əsərində təsadüf olu-

nur. Strabondan sonrakı dövrlərdə  məşhur coğrafiyaçılar və tarixçilər, o cümlədən  Əbdür Rəşid Bakuvi (XV 

əsr), Hacı Zeynalabdin Şirvani (XVIII-XIX əsrlər), Abbasqulu Ağa Bakıxanov (XIX əsr), Həsənbəy Zərdabi 

(XIX-XX  əsrlər) və başqalarının  əsərlərində Azərbaycanın coğrafi  şəraiti haqqında məlumatlara rast gəlmək 

olar.  


XX  əsrin  əvvəllərində bir sıra  əcnəbi və Azərbaycan alimləri (Q.Abix, N.Qubkin, V.Dokuçayev, 

G.İ.Boqdanoviç, R.P.Reynqard, A.Qrosheym, İ.V.Fiqurovski, Qafır-Rəşad, M.Baharlı  və b.) respublikamızın 

ərazisində coğrafiya elminin müxtəlif istiqamətləri üzrə elmi tədqiqat işləri aparmış, iqlimşünaslıq, sinoptik me-

teorologiya, atmosfer fizikası, mikroiqlimşünaslıq, zooiqlimşünaslıq sahəsində elmi əsərlər yazmışlar. Buna 

İ.V.Fiqurovskinin «Azərbaycanın iqlim rayonlaşdırılması» (1926), «Kür-Araz hövzəsinin iqlim oçerki», 

«Aqrometeorologiya» (1929), Ə.Şıxlinski və S.Kopelioviçin «Azərbaycan SSR iqliminin səciyyəsi» və b. misal 

ola bilər.  

Coğrafiyanın müxtəlif sahələri üzrə daha geniş elmi tədqiqatlar 1945-ci ildən sonra Azərbaycan EA-da 

Coğrafiya  İnstitutu yarandıqdan sonra aparıldı.  İnstitutun strukturunda dəyişiklik aparılaraq geomorfologiya, 

paleocoğrafiya, landşaftşünaslıq, iqlimşünaslıq, hidrologiya, xəritəçilik, toponimika, Xəzər dənizi, meşə 

torpaqşünaslığı, iqtisadi və sosial coğrafiya, təbiəti mühafizə şöbələri təşkil olundu.  

Azərbaycanda coğrafiya elminin inkişafında  Ə.M.Şıxlinski, Q.K.Gül, Ə.Mədətzadə, S.H.Rüstəmov, B.A. 

Antonov, V.Q.Zavriyev, H.B.Əliyev, H.Ə.Əliyev,  Ş.C.Əliyev, B.Ə. Budaqov, Ə.C.Əyyubov, N.Ş.Şirinov, 

Ə.M.Hacızadə, B.T. Nəzirova, N.Kərəmov, R.X.Piriyev, M.A.Müseyibov, A.A.Nadirov, Ə.V. Məmmədov, 

Ş.Y.Göyçaylı, Q.G.Həsənov, R.M. Məmmədov, Ş.B.Xəlilov və b. rolu böyük olmuşdur.  

Coğrafiya  İnstitutunda  sinoptik meterologiya  şöbəsi yarandıqdan sonra Ə.A.Mədətzadənin rəhbərliyi 

altında kollektiv hava proseslərinin oroqrafik şəraitlə  əlaqədar tətqiqi, iqlimi yaradan makroatmosfer 

proseslərinin növləşdirilməsi, təbii sinoptik iqlim fəsillərinin, güclü küləklər, tufan, dolu, leysan yağışları, 

şiddətli  şaxtalar, quraqlıq kimi hadisələrin  əmələgəlmə mexanizminin təkrarlanmasının öyrənilməsi, eyni za-

manda Xəzər dənizi üzərində baş verən proseslərin tədqiqi ilə məşğul olmuşdur.  

Respublikamızda  aqroiqlimşünaslıq sahəsində geniş  tədqiqatlar  Ə.A.Mədətzadədən sonra Ə.C.Əyyubov 

tərəfindən aparılmışdır. 1981-ci ildən başlayaraq X.Ş.Rəhimov, N.D.Ulxanlı, M.S.Həsənov, V.Babayeva və b. 

tədqiqatçılar taxıl bitkiləri, pambıq, üzüm, nar, əncir, çay, yay və qış otlaqları, dənizkənarı və dağ kurortlarında 

aqroiqlim və mikroiqlim şəraitini və ehtiyatlarını öyrənmiş və aqroiqlim rayonlaşdırılmasını tərtib etmişlər. 

İlk dəfə olaraq landşaftın formalaşmasında neotektonik  hərəkətlərin roluna dair bir sıra problem 

məsələlər kompleks şəkildə  həll edilmişdir. (Budaqov, 1973). Coğrayia  İnstitutunun  əməkdaşları  tərəfindən 

Azərbaycan Respublikasının ayrı-ayrı regionları üzrə müxtəlif miqyaslarda landşaft xəritələri tərtib edilmişdir.  

Azərbaycanda çay sularının istifadəsinə dair məlumatlara Hacı Zeynalabdin Şirvani (1780-1838), Afanasi 

Nikitin (XV əsr), Nadir Mirzə (1323-cü il) və digər səyyah və alimlərin əlyazmalarında rast gəlinir.  

Azərbaycanda  hidrologiya elminin inkişafı S.H. Rüstəmovun adı ilə bağlıdır. Onun rəhbərliyi altında 

respublikanın müxtəlif regionlarının çayları  hərtərəfli öyrənilmiş, ayrı-ayrı çaylarda axımın il ərzində 

paylanması, maksimal su sərfləri, qar örtüyü və onun çay axımında rolu, sel hadisələri, çayların sülb axımı, 

məcra prosesləri və s. öyrənilmişdir. Çayların öyrənilməsində  iştirak edən hidroloqlardan Məmmədov M.Ə. 

(1976), Cəfərov B.S. (1963), Vəliyev N.A. (1962), F.Ə. İmanov (1995), Qaşqay R.M. (1996), Mahmudov R. 

(2000), Axundov S.A. (1978) və b. göstərmək olar.  

Respublikada  göllərin və su anbarlarının hidroqrafiyası  və ekoloji vəziyyəti M.M.Həsənov (1964), 

X.D.Zamanov, P.B. Tarverdiyev (1965), Ş.B.Xəlilov (2003), V.A.Məmmədov (1998) tərəfindən öyrənilmişdir.  

Azərbaycan Respublikası çaylarının çirklənməsi F.Ş.Əliyev, M.A.Məmmədova (2003), M.Ə.Salmanov, 

A.İ. Ənsərova (2002), Ş.B.Xəlilov (2000) və b. tərəfindən öyrənilmişdir.  

Xəzər üzrə elmi tədqiqatların əsası Q.K.Gül tərəfindən qoyulmuşdur. O, tədqiqatlarında Xəzər dənizinin 

qərb sahillərinin hidrometeorologiyası, Xəzərin səviyyə  tərəddüdü ilə  əlaqədar olaraq xalq təsərrüfatında baş 

verən dəyişikliklər, ayrı-ayrı hidrometeoroloji amillərin xarakteristikasına üstünlük vermişdir. Xəzər dənizi üzrə 

elmi tədqiqatlar Q.M.Məmmədov və A.N.Kosaryev (1967), T.İ.Furman (1966-1968), İ.Q.Məmmədov (1964), 

M.M.Həsənov və X.E.Vəliyev (1969), M.S.Çobanzadə (1964) və b. tərəfindən yerinə yetirilmişdir.  



 

19

Xəzər dənizində kiçik miqyaslı pulsasiyaların ölçülməsi ilk dəfə R.M.Məmmədov tərəfindən aparılmışdır. 



Müəllif statistik orta, dispersiya, apizotropiya, turbulent intensivlik, dissipasitral funksiyaları hesablamış, 

Xəzərdə əsas enerji daşıyıcı dövrlərini tapmışdır.  

T.M.Tatarayev, A.İ.Hümbətov, R.M.Məmmədov,  Ə.S.  Əliyev, N.Ə.Əhmədov və digər müəlliflərin 

hazırladığı ölçü cihazlarının köməyilə alınmış materiallar əsasında atmosfer-dəniz sisteminin statistik 

parametrlərini və spektral funksiyalarını hesablamışlar.  

Xəzər dənizinin ekoloji vəziyyətini öyrənmək məqsədilə Bakı arxipelaqı sularının dibində neft məhsulları, 

fenol və digər çirkləndirici maddələrin paylanma təsnifatı hazırlanmış  (Ə.Q.Gül, 1993), Xəzər dənizinin 

Azərbaycan sahil zonasına axıdılan çirkab sularının miqdarı  və  tərkibi haqqında məlumat toplanılmışdır 

(N.M.Ağalarova, 1992).  

R.M.Məmmədov və T.M.Tatarayev Xəzər dənizində apardığı eksperimentlər  əsasında turbulent 

diffuziyanın bir sıra qanunauyğunluqlarını  və Sumqayıt sahillərində hidrometeoroloji şəraitdən asılı olaraq 

çirklənmənin yayılmasını müəyyən etmişlər.                        

1969-cu ildə akad. H.Ə.Əliyevin təşəbbüsü ilə  Təbiəti mühafizə  şöbəsi yaradılır.  Şöbənin  əməkdaşları 

düzən və dağ meşələrinin müasir vəziyyəti onların antropogen amillərin təsirilə  dəyişilməsi istiqamətləri 

öyrənilir, meşələrin mühafizəsi və bərpası üzrə tədbirlər hazırlanır (N.H. Axundov, M.Y.Xəlilov), Azərbaycan 

meşələrinin 1:600000 miqyasında xəritəsi hazırlanır (H.Ə.Əliyev, İ.S.Səfərov, N.H.Axundov).  

K.Ə.Ələkbərov (1980) tərəfindən 1:600000 miqyasında «Azərbaycanda torpaq eroziyası  və torpaqların 

mühafizəsi» xəritəsi dərc edilir.  

Meşə örtüyünün ziyanverici həşəratlardan mühafizəsi üçün entomofaqlar (106 növ) aşkar edilir 

(Ə.R.Əliyev), entomoloji ziyanvericilərə qarşı mübarizə üsulları hazırlanır.  

Daşkəsən dağ-mədən tullantılarının rekultivasiyası  məqsədilə  çıxdaşların aqrokimyəvi xassələri, 

mikroelementlərin (K, P, Mn, Zn, Si, Mo və s.) tərkibi aşkar edilir və orada süni meşəsalma işləri üzrə 

təcrübələr aparılır (Məmmədov K.R. 1978). 1972-ci ildən etibarən respublikanın ayrı-ayrı bölgələrində radioak-

tiv elementlərin miqdarı öyrənilmiş  və müxtəlif torpaq tiplərində radioaktiv elementlərin miqdarının xəritə-

sxemi tərtib edilmişdir (A.Niyazov, 1985, 1988).  

Ermənistanın Qafan mis, Qacaran mis, molibden, Aqaraq molibden, Dəstəkert molibden filizsaflaşdırıcı 

kombinatları tullantılarının  ətraf mühitə  və  kənd təsərrüfatı bitkilərinin keyfiyyət və  məhsuldarlığına təsiri 

öyrənilmişdir (İ.Quliyev, 1990). İ.B.Xəlilov (1991) tərəfindən Gəncə şəhərində sənaye tullantılarının ətraf mühi-

tin ekoloji vəziyyətinə təsiri tədqiq edilmişdir.  

Azərbaycan Respublikasında ümumi gücü 5 mln. kVt-dan çox olan 9 iri istilik elektrik stnasiyasının ətraf 

təbii mühitin komponentlərinə  təsiri öyrənilmişdir (A.Mirzəyev, 1987). Abşeron göllərinin ekoloji vəziyyəti 

tədqiq edilmiş  və onun sağlamlaşdırılması yolları araşdırılmışdır. Respublika çaylarında axımın antropogen 

amillərin təsiri nəticəsində dəyişməsi tədqiq edilmişdir (N.Ə.Məmmədov, H.Y. Fətullayev).  

Ekologiya elminin təbliği, ətraf mühitin mühafizəsi sahəsində B.Ə.Budaqovun apardığı elmi tədqiqatların 

nəticələri onun «Təbiəti qoruyaq» (1977), «Dözümlü, dözümsüz təbiət» (1990) və bir çox əsərlərində öz əksini 

tapmışdır. Bu əsərlərdə respublikamızda atmosfer havasının, suyun, bitki örtüyünün, o cümlədən meşələrin, 

torpağın, nadir landşaft obyektlərinin, təbiət abidələrinin mühafizəsindən, təbiətin ayrı-ayrı  fəlakətli 

proseslərindən (sellər, daşqınlar, sürüşmələr, eroziya) və onlara qarşı mübarizə  tədbirlərindən, səhralaşmadan, 

ayrı-ayrı bölgələrin ekoloji problemlərindən, təbiətə antropogen təsirdən, başqa ölkələrdə  ətraf mühitin 

mühafizəsi təcrübəsindən bəhs edilir.  

Torpaqşünaslıq və meliorasiya sahəsi  

Ekologiyanın əsas qanadı olan torpaqşünaslıq elminin Azərbaycanda əsasını qoyan H.M.Zərdabi olmuşdur 

desək yanılmarıq. Hələ o, V.V.Dokuçayevdən 8 il əvvəl 1875-1876-cı illərdə torpağın  əmələ  gəlməsini izah 

etmiş  və bu prosesdə dörd amilin – ana süxurun, bitki və canlı orqanizmlərin, iqlimin və insanın təsərrüfat 

fəaliyyətinin rolunu göstərmişdir. H.M.Zərdabi həmin rolu V.V.Dokuçayev qədər  ətraflı göstərməsə  də ilkin 

qiymətli fikirlər söyləmişdir. O, 1873-1877-ci illərdə  rəhbərlik etdiyi «Əkinçi» qəzetində  və 1899-1903-cü 

illərdə yazdığı «Torpaq, su və hava» əsərində torpaqşünaslıq, Azərbaycan torpaqları, onların münbitliyinin 

artırılması və su təminatı haqqında qiymətli fikirlər irəli sürmüşdür. O, ensiklopedik alim olub biologiya, aqro-

kimya, baytarlıq, anatomiya, meyvəçilik, coğrafiya, astronomiya, iqtisadiyyat, tibb və başqa sahələrdə  nəinki 

respublikamızda, hətta dünya miqyasında tanınmışdır.  

H.M.Zərdabinin torpaqşünaslıq haqqındakı fikirləri  əsasən dağ süxurlarının aşınması prosesindən, 

torpaqəmələgətirən amillərin rolundan, torpağın fiziki-kimyəvi xüsusiyyətlərindən, münbitliyindən, 

analizlərindən, əlverişsiz torpaqları yaxşılaşdırmaq üçün müvafiq tədbirlərin (mexaniki tərkibi dəyişmək, şoran 

torpaqların meliorasiyası, torpaq eroziyasının qarşısını almaq, meşə meliorasiyası) aqrokimya və əkinçiliyə dair 

fikirləri isə torpağın aqroistehsalat keyfiyyətlərindən, növbəli əkin sisteminin tətbiqindən, düzgün şumlamadan, 

peyin, quş zılı, çay lili və s. ilə gübrələməkdən, suvarma əkinçiliyini genişləndirməkdən və s. ibarət olmuşdur 

(X.Həsənov, 1972).  



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə