MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə80/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   76   77   78   79   80   81   82   83   ...   228

 

145


məlumatlara əsasən stansionar mənbələr atmosferə (1995-ci ildə) 730000 ton SO, 23000 ton spesifik maddələr

50000 ton SO

2

, 32000 ton NO



2

   və 19000 ton UOH (uçucu orqanik hidrokarbonlar) buraxmışdır. Məlumatda 

qeyd edilir ki, bu rəqəmlər ola bilsin ki, həqiqətə tam uyğun deyil. Belə ki, təkcə neft və qazçıxarma sənayesi 

1995-ci ildə atmosferə 500000 tondan artıq UOH, neftçıxarma zavodları isə müvafiq olaraq 33000 və 14000 t. 

UON buraxmışlar. Respublika Dövlət Statistika Komitəsinin məlumatına görə respublikamızda adambaşına dü-

şən çirkləndiricilərin miqdarı  2.2 saylı cədvəldə verilir. 



Sumqayıt şəhəri son 50 il ərzində sənayenin, kimya və neftkimya sahələrinin mərkəzi kimi formalaşmış keç-

miş Sovet İttifaqının sənaye cəhətdən ən inkişaf etmiş şəhərlərindən birinə çevrilmişdir. Ümumi şəhər ərazisinin 

(9445 ha) təxminən 34%-ni sənaye kompleksləri tutur. Ətraf mühitin problemlərinə müvafiq diqqət yetirmədən 

şəhərdə sənayenin ekoloji baxımdan təhlükəli yüksək konsentrasiyası, çoxlu miqdarda zəhərli sənaye tullantala-

rının toplanması və onların aşağı səviyyədə emalı, istehsalatda xlor və kükürd turşularının geniş istifadəsi, külli 

miqdarda zəhərləyici maddələrin atmosferə və suya buraxılması şəhərdə fəlakətli ekoloji vəziyyət yaratmışdır.   

 

Cədvəl 8.2 

 

Respublikada adam başına düşən  

əsas çirkləndiricilərin miqdarı (kq-la) 

 

Çirklən-


diricilər 

1990 1995 1996  1997  1998  1999  200

200


2002 


Karbon 

qazı 


(CO

2



9,9 2,9 2,5 3,0  2,8  2,8 3,3 3,5 2,7 

Kükürd 


anhidriti 

(SO


2

12,7 



 

6,6 5,3 5,0  4,5  4,7 4,5 1,8 1,7 

 

Azot 4-


oksid 

(NO


2

18,3 4,2 3,2 3,4  3,3  3,1 3,1 3,4 3,3 



Toksik 

tullantı 

  3,6 2,4 4,7  4,4  1,7 3,4 2,1 1,2 

 

Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi 1992-ci ildə Sumqayıt şəhərini «ekoloji fəlakət zo-



nası» elan etmişdir. İqtisadi böhran şəraitində sənaye istehsalının kəskin aşağı düşməsi nəticəsində 1990-cı ildən 

başlayaraq sənaye tullantılarının miqdarı azaldı. Lakin ekoloji baxımdan müasir, təhlükəsiz texnologiyanın tət-

biqi üçün xarici investorların cəlb edilməsi labüddür. Odur ki, Sumqayıt şəhəri azad iqtisadi zona elan edilmiş-

dir.  


Sənayenin tənəzzülü nəticəsində bir çox müəssisələrin tam gücü ilə işləməməsi 1990-cı ildən atmosferə atı-

lan çirkləndiricilərin miqdarının azalmasına səbəb oldu. Hazırda Sumqayıtda sənaye sahələrinin əksəriyyəti öz 

gücünün 10-15%-i qədər fəaliyyət göstərir, bəziləri isə tamamilə dayanmışdır. Nəticədə Sumqayıtın sənaye mü-

əssisələrindən buraxılan SO

2

, NO


2

, sülb hissəciklərin və UOH kimi adi çirkləndiricilərin emissiyası 7000-9000 

tondan artıq olmamışdır. Vaxtilə zavodlar tam gücü ilə işlədikdə atmosferə atılan çirkləndirici məhsulların miq-

darı ən azı 100000 ton olmuşdur. 

Qeyd edildiyi kimi respublikamızda energetika atmosferin əsas çirkləndirici mənbələrindən  əsası sayılır. 

Əgər energetika kompleksimiz tam gücü ilə işləsə havaya ildə 100000 ton SO

2

, 35000 ton NO



2

, və 3300 ton 

sülb hissəciklər atılardı. Respublikanın ən böyük elektrik stansiyası olan Yeni Azərbaycan DRES-nin (Mingəçe-

vir) atmosferə atdığı SO

2

, NO


2

, sülb hissəciklərinin miqdarı müvafiq olaraq 60000, 20000 və 2000 ton təşkil 

edərdi. Sülb hissəciklərin yerüstü səviyyəsinin ümumi miqdarı KSH-dan artıqdır. Əli-Bayramlı DRES-də SO

2

-




 

146


nin miqdarı KSH-dan 4,8 dəfə çoxdur. Dörd istilik elektrik stansiyasında NO

2

-nin miqdarı KSH-dan çoxdur. 



Əli-Bayramlı DRES-də 4 dəfə, Sumqayıt İES-1,2 dəfə, Bakı İES – 1-14,8 dəfə, Bakı İES-2-9,3 dəfə. 

Qeyd edildiyi kimi sənaye tullantılarının çoxu Bakıda və Sumqayıtda cəmləşir. Burada sıxıcı kompressor 

stansiyaları çatışmadığından neftlə eyni vaxtda çıxarılan qaz atmosferə buraxılır. Neft qazlarını toplayan sistem-

lərin köhnə və sıradan çıxmış olması böyük itkilərə səbəb olaraq, problemi daha da ağırlaşdırır. Bakıda 1995-ci 

ildə neftçıxarma sənayesindən havaya buraxılan UOH –ın miqdarı 500000 tondan artıq olduğu halda, 1996-cı il-

də aşağı təzyiqli qaz emal edən kompressor stansiyası işə salındıqdan sonra havaya atılan qaz təqribən 200000 

tona qədər azalmışdır. «Neft daşları» yatağında da sıxıcı kompressor stansiyasının olması olduqca vacibdir. Em-

al zavodlarından buraxılan UON təqribən 45000 tona çatır. Köhnə olduğuna görə məşəl qurğuları da ciddi çirk-

lənmə mənbələrindəndir. Bütövlükdə avadanlığın yeniləşdirilməsi olduqca vacibdir. 

Bəzi ərazilərdə neft istehsalı zamanı Yer səthinə çıxarılan radioaktiv maddələr problemi də mövcuddur. Bəzi 

sahələrdə radiasiya göstəricilərinin 400-1200 mkr/saat olduğu qeydə alınmışdır. (yol verilən maksimal səviyyə 

60 mkr/saatdır) 

Bakıda neft hasilatı ilə bağlı olmayan sənaye istehsalları tərəfindən çirkləndirici maddələr atılır. Məişət soyu-

ducular zavodunun xlorflorhidrokarbonlar (XFH) tullantıları, sement zavodundan atılan toz da az təhlükəli de-

yil. Sumqayıtda alüminium istehsalının təhlükəli çirkləndirici və çox zəhərli olan hidrogen ftor (HF), xlor-alka-

lin istehsal edən zavodun civə tullantıları, poladəritmə zavodunun atdığı tozun tərkibindəki qurğuşun, sink və 

kadmium, neft-kimya sənayesi müəssisələrinin müxtəlif xlor birləşmələrinin  ətraf mühitə atılması  əhali üçün 

təhlükə yaradır. 

Hazırda  şəhərdə atmosferi çirkləndirən təqribən 3000 stasionar sənaye mənbəyi mövcuddur, onların ancaq 

40%-i qaz və toz təmizləyici qurğularla təchiz olunmuşdur.  

Emissiya təkcə havanı çirkləndirməklə nəticələnmir, belə ki, çirkləndiricilərin bəziləri, o cümlədən ağır me-

tallar və davamlı üzvi birləşmələr çox davamlı halda torpaq və ərzaqda toplanır. Bəzi neft-kimya prosesləri nəti-

cəsində olduqca zəhərli birləşmələr sayılan dioksinlər və dibenzofurinlərin də  əmələ  gəlməsi istisna olunmur. 

(Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, 1998). 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə