MəMMƏdov qəRİb xəLİlov mahmud


Çay  axımının  nizamlanması (su anbarları)



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə85/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   81   82   83   84   85   86   87   88   ...   228

 

159


9.6. Çay  axımının  nizamlanması (su anbarları) 

Hər  hansı  bir  ərazidə  suya  olan  ehtiyac  çay  axımının  dayanıqlı  həcmini  keçirsə  və  digər  su  ehtiyat-

ları  mənbəyi (öncə  yeraltı su ) olmadıqda  və  ya  ondan  istifadə  mümkün  olmursa  çay axımının nizamlan-

masına , yaxud  bəndin çəkilməsinə  və  ona  uyğun  su  anbarının  yaradılmasına zərurət yaranır.Bəndin  və  su 

anbarının  yaradılması  bərpa  olunan  su  ehtiyatı  həcminin  artırılmasında  mühüm  üsul  sayılır. 

Ş.V.Xəlilovun (2003)  məlumatına  əsasən  dünyada  ilk  su  anbarları  5 min  ildən də çox  əvvəl  yaradıl-

mışdır.Qədim  Misirdə  eramızdan  3 min  il  əvvəl  Menes  fironu  dövründə  hündürlüyü  15m, uzunluğu  450  

m  olan  Koşiş  bəndi  yaradılmışdır.Təxminən  eramızdan  2800 – 2500 il  əvvəl  Qahirədən  30 km  cənubda  

hündürlüyü  12m, uzunluğu  108  m  olan (Sadd – al – Kafara ) yeni  bir  bənd  tikilmişdir.Eramızdan  2300 il  

əvvəl  Qahirədən  80  km  cənubi – qərbdə  Fayyun  çökəkliyində  o  dövr  üçün  bövük  sayılan  həcmi  1 km

3

  

olan  tarpağı  suvarmaq  məqsədilə  Meris  su  anbarı  yaradılmışdır.Təxminən  3500  il  eramızdan  əvvəl  Tiqr  



çayı  üzərində  böyük  Nimrod  tikilmiş  və  o,1800  ilə  qədər , yəni  eramızın  VII  əsrinə  qədər  qalmışdır.Bu 

su  anbarı  Naxran  su  kanalının  köməyilə  400  km  uzunluğunda   əraziləri  suvarmışdır. 

Eramızın  ilk  əsrlərində  Mesopotomiya , İran , Roma  İmperiyası, Çin , Yaponiya, Hindistan, Şri – Lanka  

və  b. regionlarda  yeni  su  anbarları  yaradılmışdır. 

Eramızdan  əvvəl  VI  əsrdə  İranda  suvarma  məqsədilə  Caraxı  çayı  üzərində  9  bənd  çəkilmişdir.III – 

VII  əsrlərdə  tikilən  Gər – gər  bəndi  indi  də  durur.1000 il  əvvəl  İsfahan  və  Şiraz  arasında  yaradılan  Ban-

da – əmir  su  anbarı  hazırda  da  istismar  edilir. 

Avropanın  ilk su anbarları  da  eramızdan  əvvəl  peyda  olmuşdur. İspaniyada  Albarreqas  çayı  üzərində  

eramızdan  əvvəl  II  əsrdə  həcmi  10  mln  m

3

    olan  Karnalbo su anbarı  hələ  indiyə  qədər  mövcuddur. Bü-



tün  qədim  su  anbarları  əsasən  irriqasiya  su  təchizatı  məqsədilə yaradılmışdır. Eramızın  I minilliyində, xü-

susilə VII əsrdən  sonra  kütləvi  surətdə  dəyirman  su  anbarları  tikilməyə  başlandı. 

Məs., fransız  şəhəri  Arl  yaxınlığında  16  dəyirman  su  anbarının  qalıqları  durur. Sonralar  faydalı  qazın-

tıların  çıxarılmasının  genişlənməsinin və sənayenin  inkişafı  ilə  əlaqədar  çoxlu  böyük  su  anbarları  yaradıl-

dı. XIX  əsrdən  başlayaraq  inkişaf etmiş ölkələrdə yeni bəndlər və su anbarları  tikildi. 

XX  əsrdə ,xüsusilə  1950 – ci  ildən  başlayaraq  bəndlərin  tikilməsi  işi  artmışdır. Hazırda  dünyada  mil-

yona  qədər  insan  tərəfindən  yaradılmış  müxtəlif  ölçülü (təbii  göllərlə  müqayisə  ediləcək  böyüklükdən  ən  

kiçik   gölə  (nohura) kimi ) su  anbarları  mövcuddur.Onların  ümumi  həcmi  6000 km

3

 – keçir, faydalı  həcmi  



isə  3000 km

3  


təşkil  edir.Həcmi  1 mln km

3

 – i  keçən  iri  su  anbarlarının  sayı  30 000 – ə  qədərdir. Onlardan  



ən  böyükləri  Anqara  çayında  Bratski (169 km

3

 ) , Zambezidə – Karib ( 160 km



3

 ) , Nildə – Nasir (157km

3

 ), 


Voltada – Volta (148km

3

 )  su  anbarlarıdır.Su  anbarları  səthinin  ümumi  sahəsi  600000 kv.km təşkil  edir. 



Su  anbarlarının  səthindən  240 km

3

 – a  qədər  su  buxarlanır. Afrika  kontinenti  üçün  belə  su  sərfinin  



miqdarı  suvarma  suyundan  sonra  ikinci  yeri  tutur  və  sənayedə  istifadə  olunan  suyun  mütləq  ölçülərin-

dən  5  dəfə  çoxdur. 

Rusiyadakı  su  anbarlarının  hamısı  düzən  ərazidə  yerləşir. Bunun  nəticəsində  subasarında  və  çay  ter-

raslarındakı  kənd  təssərrüfatı  üçün ən qiymətli  torpaq  sahələri  itirilir.Bundan  başqa  su  anbarları  bir  sıra  

ekoloji  problemlər  yaradır: əhalinin  köçürülməsi, təsərrüfatın  ənənəvi  istiqamətinin  pozulması, suyun key-

fiyyətinin  pisləşməsi, bəndin  aşağı  byefində  dayanıqsız – əlverişsiz  hidroloji  rejimin  yaranması, axımın  bi-

ogen  elementlərinin  (fosfor  və  azot) tutulub (çöküb) saxlanması  və  buna  müvafiq  dənizlərin  bioloji  məh-

suldarlığının  azalması, qrunt  sularının  səviyyəsinin  qalxması  və  onunla  əlaqədar  təbii  və  antropogen  land-

şaftların  məhsuldarlığının  dəyişməsi, balıq  sənayesi  üçün  şəraitin  pisləşməsi  və  s. 

Su anbarlarının  müsbət  cəhəti – hidroelktrik  stansiyaları  ətraf mühiti  çirkləndirmir.Onlar  həm də  energe-

tika sistemlərində mühüm  rol  oynayır.Dünyanın  bir  çox  rayonlarında  su  anbarları yaratmadan həyat  qeyri 

mümkündür.İri  çaylarda  su  anbarları naviqasiya  şəraitini (gəmilərin  hərəkətini ) yaxşılaşdırır. 

 



 

160


 

Şəkil 9.2. Su anbarları yaradılmasının ekoloji nəticələri 

 

 



Bəndlər, onunla  əlaqədar  qurğularla  (su anbarları, irriqasiya  sistemləri, hidroelektrostansiyalar, şlüzlər və 

s. ) birlikdə  inkişaf  etməkdə  olan  ölkələrin  strategiyasının  mühüm  hissəsini təşkil edir. Tropik  şəraitdə  mü-

layim  iqlimli  ölkələrlə  müqayisədə  çay  axımının  nizamlanması  əlavə  problemlər  yaradır.Belə  ki, su  an-

barlarının  rejimi  və  onların  ətraf  mühitə  təsiri  yüksək  dərəcədə  təbii  şəraitdən  asılıdır. Tropik  regionda  

hər  yeni  su  anbarı  yaradıldıqda  xəstəlik  və  ölüm  hadisələrinin  səviyyəsi  kəsgin  yüksəlir: su  mubadiləsi-

nin  yavaş (zəif) olması, su  biokütləsinin  çoxalması  ilə  əlaqədar  su  anbarlarının  suyunun  keyfiyyəti  çay  

sularına nisbətən  adətən  pis  olur. Bu  isə  xəstəliklərin  artmasına  səbəb  olur.Malyariya, şistosomatoz  kimi   

xəstəliklərin  yayıcıları  əvvəlkinə  nisbətən  su  anbarlarının  suyunda  yaşamaq  üçün  əlverişli  şərait  tapır, bu  

isə  xəstəliklərin  kəsgin  artmasına  səbəb  olur.  

Son  illər  rütubətli  ekvatorial  meşə  zonasında  da  su  anbarları  tikilir.Bu  isə  yuxarıda  göstərilənlərdən  

başqa  əlavə yeni  ekoloji  problemlər  yaradır.Bu  zonada  ilk  su  anbarı  və  8  mln  kvt.  gücündə  SES  Brazi-

liyada  Tukurui hesab  olunur.Burada  daim  yüksək  dərəcədə  istiliyin  olması  şəraitində  su  bitki  örtüyü ol-

duqca  yaxşı  inkişaf  etdiyi  üçün  su  anbarında  suyun  səthi  praktiki  olaraq  görünmür. Ölü  su  biokütləsinin  

sonrakı  çürüməsi  həll  olmuş  oksigeni  sudan  tam  udaraq  nəhayət  qalan  biokütlənin  anaerob  çürüməsinə  

və  oldluqca  zəhərli  hidrogen  sulfidin ayrılmasına  gətirib  çıxarır. Burada  ölümlə  nəticələnən  ensofalit  xəs-

təliyinin  bir  növü  də  daha  çox  müşahidə  olunmağa  başladı.Belə  vəziyyət  Surinamda  da  mövcuddur, bu-

rada  o  qədər  də  böyük  olmayan  Brokopondo  su  anbarında  hidrogen – sulfidin  iyi  o  dərəcədə  kəsgindir  

ki , SES – də  operatorlar  işlədiyi  zaman  əleyhqazdan  istifadə  edirlər. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə