MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə87/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   83   84   85   86   87   88   89   90   ...   228

 

163


nan  bu  su  anbarı  Bakı  və  Sumqayıt  şəhərlərinin  su  təchizatınıda  istifadə  olunur, 16 min  ha  torpaq  sahəsi  

suvarılır. 

1964 – cü  ildə  Pirsaatçay  üzərində  sahəsi  2,34km

2

   olan  su  anbarı  istismara  verildi  , hazırda  o , tam  



lillənmə  mərhələsindədir. 1965 – ci  ildə  tikilən  Bolqarçay  su  anbarı  da  eyni vəziyyətdədir.1976 –cı  ildə  

Başaryuçay hövzəsində (Lənkəran  təbii vilayyətində) sahəsi  2,46 km

2

, həcmi  45 mln  m



olan


  

 Xanbulançay  

su  anbarı  yaradıldı. 

1971 – ci  ildə  Araz  çayı  üzərində «Araz» su  qovşağı  yaradıldı.Su  qovşağından  aşağı  Araz  çayının  axı-

nının  həcmi  sol  qolları -  Əlincəçay, Qaradərə, Gilgilçay, Meğriçay, Oxçuçay, Həkəri, Bazarçay, Quruçay, 

Köndələnçay  və  İran  tərəfdən  axan  sağ  qolların  hesabına  artır. Əgər  su  qovşağına  qədər  illik  axımın  

həcmi  6007  mln m

3  


- dursa  layihələşdirilən  Xudafərin  su  qovşağının  stvorunda  bu  rəqəm  8306  mln  

 

m



3

 – 


a,  mənsəbində  isə  8990  mln  m

3  


- a  çatır. «Araz»  su  qovşağından  Xudafərin  su  qovşağına  qədər  axımın  

artımı  2299  mln  m

3

  təşkil  edir. ( Ş.Xəlilov, 2003). 



Araz  çayının  sol  qollarının  sularından  Naxçıvan  MR – nin  ərazisində  suvarmada  istifadə olunur. Arpa-

çay  üzərində  2  su  anbarı  tikilmişdir. Arpaçay  su anbarı (1980) və  Reçut  su  anbarı  ( Ermənistanda ) . Arpa-

çay  su anbarı (150 mln m

) Şərur  rayonunda  30  min  ha  torpaq  sahəsini  suvara   bilərdi. Lakin  Keçumçay  



su  anbarından  xüsusi  kanala  Arpaçayın  suyunun  40 % -nin  Göyçə  gölünə  axıdılmasilə  əlaqədar  MR – i 

nəzərdə  tutulan  qədər  suvarma  suyu  ilə  təmin  etmək  mümkün  olmadı. (Ş.Xəlilov, 2003 ). 

Naxçıvançay  üzərində  8 su  anbarı  tikilmişdir.Onlardan  4-ü  çayın  yuxarı  axınında  yaradılmışdır: 3 Bata-

bat  su  anbarları ( ümumi  həcmi  3,6 m

3    

) və  su  anbarına  çevrilən  Qanlı – Göl  gölü ( 1,6  mln m



3   

), 4 su  

anbarı  da  subasardan  kənarda ( doldurulan ) hövzənin  aşağı  hissəsində  tikilmişdir: Uzunoba ( 9 mln m

3

 ) , 



Nehrəm – yeni ( 6 mln .m

3

) , köhnə  Nehrəm ( 2,4  mln.m



3

) və  Qahab  su  anbarı  (1,1 mln.m

3

). 


  

9.8. Su  anbarlarının  ekoloji  vəziyyəti 

Su anbarlarında suyun keyfiyyəti  ora  tökülən  çayların  çirklənmə  dərəcəsindən, onların  yatağının  səhiyyə 

– gigiyena  vəziyyətindən  asılıdır. Alimlərin  tədqiqatları  göstərir  ki, çayların  intensiv  çirklənməsi  fonunda  

yaradılan  su  anbarları  antropogen  evtrofikasiya  nəticəsində  suyun  keyfiyyəti  kəsgin  pisləşir. Əvvəllər kiçik 

su hövzələri  antropogen  evtrofikasiyaya  məruz  qalırdısa, indiki  dövrdə iri su anbarlarında , xüsusilə  kaskad-

la  tənzimlənən  çaylar  üzərində tikilən su anbarlarında «suyun çirklənməsi»  baş  verir. 

Son on illərdə evtrofikasiya prosesi Dneprovodsk və Volqa kasakadlı su anbarlarında, iri göllərdə (Ladoqa, One-

qa, Pskov – Çud), daxili  dənizlərdə (Baltik, Xəzər, Qara) və kiçik çaylarda baş vermişdir. Müxtəlif  su  anbarlarında  

antropogen  evtrofikasiya  prosesi  müxtəlif  səbəblərdən  baş  verir.Ladoqa  gölünün  çirklənməsi  alüminium  səna-

yesi, Pskov – Cud  gölünki  isə  sahələrin  çirkab  sularilə  əlaqədardır.Belorusiya və Baltikyani  ölkələrdə su hövzələ-

rinin  evtrofikasiyası  kənd  təsərrüfatı  çirklənməsi  ilə  bağlıdır. 

Azərbaycanda  səth  sularının  çirklənməsində  bir  çox  sənaye  və  kənd  təsərrüfatı  iştirak  edir. Əsas su 

anbarları qonşu  dövlətlərdə  güclü  çirklənməyə məruz  qalan  iri  çayların  Kür  və  Araz  çaylarının  üzərində  

yaradılmışdır.Kür , Araz  çaylarının  və  onların  qollarının  çirklənməsi  haqda  məlumat  yuxarıda  müvafiq fə-

sildə verilmişdir. Qonşu  dövlətlərdə  güclü  çirklənən  Kür  çayı  respublikamızın  ərazisinə  daxil  olarkən  sü-

rəti  azaldığından  daha  iri  və  ağır  asılı  hissəciklər  zibil  halında  çayın  dibinə  çökmüş , qalanları  isə  Şəm-

kir  su  anbarına  keçir.Bunun   nəticəsində  çöküntülərin  və  su  anbarının  dibi  çirklənir, suda  həll  olan  zərər-

li  maddələr , xüsusilə  biogen  elementlər  bütün  su  hövzələri  kaskadında  su  anbarının  antropogen  evtrofi-

kasiyaına  səbəb  olur. Bununla  yanaşı  Mingəçevir  və  Şəmkir  su  anbarının  dibi  bitki  örtüyündən ( meşə, 

kol ,lianlar  və  s,) təmizlənmiş  və  onların  tədricən  çürüməsi  suyun  keyfiyyətinə , oksigen  rejiminə  və  su  

hövzəsinin  heyvanat  aləminə (balıqlara) mənfi  təsir  göstərir (Ş. Xəlilov , 2003). 

Ş. B. Xəlilovun (2003)  apardığı  çoxsaylı  müşahidələr  göstərir  ki, Mingəçevir  su  anbarı  sahillərində  mə-

işət  zibilləri  və  sənayenin  müxtəlif  sahələrinin  tullantıları  başdan – başa  zolaq  əmələ  gətirir. Güclü  fırtı-

nadan  sonra, daşqın  sularının  axdığı  dövrdə  külək  axını  vasitəsilə  çoxlu  zibillər  su  anbarının  şərq  sahili-

nə  gətirilir  və  Mingəçevir  şəhər  çimərliyi  dəfələrlə  zibilin  təmizlənməsi  üçün  bağlanır.1982 – ci  ildə  

Şəmkir  su  anbarı  istifadəyə  verildikdən  sonra  belə  mənzərəni onun sahillərində müşahidə etmək olar. Su an-

barının  ölçüləri, o cümlədən  sahil  xətti  Mingəçevir  su  anbarından  kiçik  olduğu  üçün  burada  zibil  zolağı-

nın  eni  və  qalınlığı  daha  çox  olur. 

Sutka  ərzində  Gəncə  şəhərindən  Gəncəçaya  300  min  m

3

  çirkab  suları  axıdılır, 25  km – dən  sonra  isə  



Kürə  qarışır. 

Mingəçevir  şəhərindən  Varvara  su  anbarına  sutkada  150 min  m

3

 çirkab  suyu  axıdılır. 



Araz  çayı  və  qolları  Ermənistan  ərazisində  güclü  çirkləndiyindən (çirkab  sularının  miqdarı  sutkada  2,1 

mln  m


3

 təşkil  edir). 

«Araz» su  qovşağı  respublikimızın  su  anbarlarının  hamısından  daha  çirklidir . Bunun  nəticəsində  

«Araz»  su  anbarında  suyun « çirklənməsi» və balıqların kütləvi  qırılması  baş  verir. 

 «Araz»  su  qovşağı  sutka  ərzində  Naxçıvan  şəhərinin  70  min m

3

 – çirkab  suyu  ilə  çirkləndirilir, onun 



47 min m

3

 - i  Naxçıvan  çayından  daxil olur, 23 m



3

 – i   bilavasitə  su  anbarına  axıdılır. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə