MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə88/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   84   85   86   87   88   89   90   91   ...   228

 

164


İnkişaf etmiş ölkələrdə (ABŞ, İngiltərə, Fransa, Almaniya) su  anbarlarında  suyun  keyfiyyətini  yaxşılaşdır-

maq  üçün  su  süni  yolla  aerasiya  edilir. Bu  məqsədlə  suyu  qarışdırmaq  və  atmosfer  oksigeni  ilə  zəngin-

ləşdirmək  üçün  xüsusi  hidropnevmatik  qurğudan  istifadə  olunur  və  ya  sualtı oksigen  rezervuarlarından is-

tifadə olunur .Belə tədbirdən  son  vaxtlar  Dneprovodski  və  Kaxovski  su  anbarlarında  da  istifadə  olunması  

planlaşdırılır. Bu  su  anbarlarında  suyun  «çiçəklənməsi»  böhranlı  ekoloji  vəziyyət  yaratmışdır, yayda  göy  

yaşıl  yosunlar  parçalanandan  sonra  suda  amonium  azot  və  mineral  fosforun  miqdarı  10 – 15  dəfə , üzvi  

azot  50 – 200  dəfə  və  ona uyğun  toksik  maddələr ( fenollar , sionidlər  və s. ) də  artır. Ona  görə  yay  döv-

ründə  balıqlar  və  digər  canlılar  məhv  olur. 

Antropogen  evtrofikasiya  Volqa  kaskadında  və  Rusiyanın, Orta  Asiyanın, Qazaxıstanın və  Qaraqum  ka-

nalının  su  anbarlarında  da  təhlükəli  ekoloji  vəziyyət  yaratmışdır.  

Azərbaycanda  su  anbarında  suyun  aerasiyası üçün  heç bir  qurğu  və  texniki  vasitələrdən  istifadə  olun-

mur. 


Mingəçevir  su  anbarı  əsas  təyinatından  başqa  Mingəçevir  şəhərini  içməli  su  ilə  təmin  edir.Gələcəkdə  

perspektivdə  onun  suyunun  Abşeron  yarımadasına  gətirilməsi  nəzərdə  tutulur, suyun  təmiz  saxlanması  

üçün  Ş.V.Xəlilov (2003)  su  anbarının  sahillərində  Ceyranbatan  su  anbarında  olduğu  kimi  sanitar  zona  

yaradılması  tədbirini  təklif  edir. 

Azərbaycanda  olan  56  su  anbarından  yalnız  ikisi (Pirsaat  və  Ağsu  çayından  doldurulan  Cavanşir  su  

anbarları) demək  olar  ki, tam  lillənməyə  məruz  qalmışdır. 

 

Ş

əkil 9.3. Dü

n

yan

ın 

ən ir

i su anbarlar

ı 



 

165


 

1. Abu Dibis 

2. Aqua Vermeyla 

3. Əsəd (Tabka) 

4. Baykal  

5. Ban Çao-Nen 

6. Bratsk 

7. Brokopondo 

8. Buxtarmin 

9. Bxumifol 

10. Vadi-Tar-tar 

11. Viktoriya 

12. Vilyuy 

13.Vinnipeq 

14. Volqoqrad 

15. Volta 

16. Qarrison 

17. Qordon 

18. Qordon M.Xrum 

19. Qrand Rapids 

20. Quri 

21. Daniel Conson 

22. Danszyankou 

23. Zeysk 

24. İlya Solteyra 

25. İtaypu 

26. İtumbiara 

27. Kabora – Bassa 

28. Kainci 

29. Kama (Perm) 

30. Kanyapisko 

31. Kapivara 

32. Kapçaqay 

33. Qərib 

34. Kaxobsk 

35. Keban 

36. Kalım 

37. Kosu 

38. Krasnoyarsk 

39. Kremençuq 

40. Kuybışev 

41. La-Qrand 2 

42. La-Qrand 3 

43. La-Qrand 4 

44. Lak kasse

45. Manantali 

46. Manikuaqan – 3 

47. Mid (Quver) 

48. Mika 

49. Mingəçevir 

50. Missa 

51. Naqarcunasaqar 

52. Naser 

53. Neçako 

54. Nijnikamsk 

55. Nipiqon 

56. Nureksk 

57. Oaxe 

58. Ontario 

59. Pauel 

60. Reyndir 

61. Rixand 

62. Rıbinsk 

63. Sanmınsya 

64. Sao Simao 

65. Saratov 

66. Sayan 

67. Seros-Kolorados 

68. Sinanyan 

69. Sinfınyan 

70. Sirikit 

71. Sobradinyo 

72. Suapiti 

73. Supxun 

74. Tarbela 

75. Toktoqulsk 

76. Tres-Marias 

77. Tuin-Keyne 

78. Ust-İlimsk 

79. Fort-Pek 

80. Franklin-Ruzveld 

81. Furnas 

82. Funman 

83. Xantay 

84. Simlyansk 

85. Çebokarsk 

86. Çerçil 

87. El-Çokon 



 

9.9. Azərbaycanda  göllərin  ekoloji  vəziziyyəti 

Ş.B.Xəlilova (2003) görə Azərbaysan Respublikasında göllərin sayı 250-yə çatır. Onlardan 7-sinin sahəsi 10 km

2

-

dan artıqdır, 25-ninki isə 1km2-dan çoxdur. Respublikanın göllərinin birlikdə sahəsi isə 250 km



2

 olub, onlardan 165 

km

2

, yəni bütün göllərin sahəsinin 66%-i Kür – Araz ovalığında 4 gölün payına düşür. Ş. B.Xəlilov (2003) mənşəyi, 



yerləşməsi və hidroloji xüsusiyyətlərinə görə  Azərbaycan göllərini 3 əsas qrupa ayırır: 1) Kür – Araz ovalığı gölləri; 

2) Abşeronun gölləri; 3) Dağ gölləri;  

Aşağıda onların xarakteristikası verilir. 

1. Təbii proseslər, son illərdə isə insanın təsərrüfat fəaliyyətinin təsiri nəticəsində  Kür – Araz ovalığının gölləri dəfə-

lərlə dəyişikliyə uğramışdır. 1953-cü ildə Mingəçevir su anbarı və 1970-ci ildə onun qolu Araz çayı üzərində «Araz» su 

qovşağı vasitəsilə Kür və Araz çaylarının axını tənzimləndikdən sonra düzənlikdəki gölllər və axmazlar bu çayların daş-

qın sularından məhrum oldular. Bunun nəticəsində Ağgöl, Mehman, Sarısu və Hacıqabul gölləri böyük dəyişikliyə uğ-

radı, Şilyan, Bostançala, Qarasu, Mahmudçala, Ağçala və b. göllər qurudu və bataqlığa çevrildi. Hazırda Ağgöl, Meh-

man, Sarısu gölləri Kür – Araz ovalığındakı kollektor-drenaj sisteminin köməyi sayəsində mövcuddur, Hacıqabul gölü-

nə isə su nasosla verilir. 




 

166


Kür çayının suyu tənzimləndikdən sonra göllərdə suyun keyfiyyəti xeyli dəyişmişdir. Onlara çaydan təbii axının 

olmaması ilə əlaqədar təmiz suyun minerallıq dərəcəsi artmışdır.  Hazırda Ağgölün minerallıq dərəcəsi 13000mq/l, 

Sarısu gölününkü isə 5000 mq/l təşkil edir. Yaz-yay dövründə minerallığın kəskin yüksəlməsi kollektor-drenaj suları-

nın göllərə axınının çoxalması ilə bağlıdır. Ağgöl, Mehman, Sarısu və Hacıqabul gölləri böyük təsərrüfat əhəmiyyəti 

daşıyır. Bu göllər həmişə balıqla zəngin olmuşdur. 1940-cı ildə Hacıqabul gölündən tutulan balığın miqdarı 8850 

sentner, Sarısu gölündən isə 6700 sentner olmuşdur. Kür çayının suyu tənzimləndikdən sonra isə göllərin su rejimi 

kəskin dəyişmiş, dayazlaşmış, şorlaşmış ,  bunun nəticəsində suyun bioloji rejimi dəyişmiş və faktiki olaraq balıqçılıq 

öz əhəmiyyətini itirmişdir. 



Cədvəl 9.9 

Azərbaycan respublikasının iri göllərinin  

əsas morfometrik səciyyəsi (Ş.Xəlilov) 

 

Gölün adı Yerlşdiyi yer, 

çay hövzəsi 

Dəniz  

səthin-

dən  

yüksəkli

k, m 

Sahəsi 

, km

2

 

Maksim

um  

dərinliyi

Suyun  

həcmi, 

mln.m

3

 

Sarısu   

Kür sağ sahili   -12 

65,70  3,5 

60 

Ağgöl   


Kür sağ sahili  -5 

56,20  2,2 

45 

Mehman   



Kür sağ sahili  -7,8 

35,00  2,3 

30 

Hacıqabul  



Kür sol sahili 

-19,6 


8,40 

2,5 


13 

Duzdaq   

Kür sol sahili 

-24,1 


4,0 

1,6 


3,5 

Acınohur   

Acınohur  - 

çölü  


107,3 11,0  

 

Goy – Gol 



Kürəkçay   

1553 


0,80 

93 


30 

Maralgöl   

Kürəkçay   

1899 


0,25 

61 


Böyük  


Al

l

Arpaçay   



2729 

5,20 


9,4 

24,5 


Kiçik  Alagöl  Tərtər   

2739 


1,20 

 



İşıqlı  

Q

l



Həkəri   

2666 


1,80 

10 


10 

Pəriçınqıl   

Həkəri   

2988 


1,00 

 

 



Alagöllər   

Həkəri   

2961 

0,95 


5,4 

2,5 


Ağzıbir   

Taxta körpü   

-25 

37,00  4 



40 

Böyükşor   

Abşeron 

d

12 10,00 



2,5 12,5 

Masazır   

Abşeron 

d

7,9 11,0 



1,7 7,0 

Binəqədi   

Abşeron 

d

12,1 4,0 1,7  2,0 



Kürdaxana   

Abşeron 


d

3,0 3,30 

 

3,0 


Xocahəsən Abşeron 

d

13,7 1,60 



3,2  3,5 

Qırmızı  

(Krasnoye)  

Abşeron 


yar.ad. 

-15,0 2,0 2,5  2,0 

Olxovka   

Viləşçay   

-25,1 

4,90 


3,0 

10,0 


Kultuk   

Viləşçay   

-5,0 

5,20 


3,0 

5,2 


2. Abşeronda 150-yə qədər göl vardır, onların ümumi sahəsi 50km2 təşkil edir. Onlar –20m-dən 120m-dək yüksək-

likdə yerləşir. Göllərin çoxu kiçikdir, yalnız 6 gölün ( Böyük Şor, Masazır,  Binəqədi,  Kürdəxanı,  Xoca-Həsən, 

Krasnoe)  sahəsi 1-12km2-dir. 

Yay dövründə xırda göllərin çoxusu  quruyur,  bütün  göllər duzludur, duzluluq dərəcəsi 5-dən 300 q/l –ə qə-

dər tərəddüd edir,  tərkibində  xlor və natrium ionları üstünlük təşkil edir. 

Göllərin əksəriyyəti xörək duzunun toplayıcılarıdır. Təbii şəraitdə  ilin soyuq dövründə göllər atmosfer ya-

ğıntıları ilə dolur, ilin isti dövründə isə  onların suyu azalır və ya quruyur. Göllərin belə vəziyyəti 1960-cı ilə qə-

dər qalmışdır. Sənayenin (xüsusilə neft istehsalı) və kənd təsərrüfatının intensiv inkişafı ilə əlaqədar son 50 ildə 

göllərə daxil olan buruq, sənaye və məişət çirkab sularının həcminin sürətlə artması onların kəskin çirklənməsi-

nə, sahələrinin böyüməsinə və yeni göllərin əmələ gəlməsinə səbəb olmuşdur.  

Xəzər dənizi sahilində bir neçə laqun (dənizdən ayrılmış kiçik göl) gölə təsadüf olunur (Ağzıbirçala, Olxov-

ka) ,onların sahəsi dəniz suyunun səviyyəsinin tərəddüdü ilə bağlı olaraq xeyli dəyişir. Xəzər dənizinin son illər-

də səviyyəsinin qalxması ilə əlaqədar  bu göllər faktiki olaraq dəniz körfəzlərinə çevrilmişdir. 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə