MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə89/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   85   86   87   88   89   90   91   92   ...   228

 

167


Vaxtilə Abşeron gölləri öz təbiətinə görə nadir göllər olmuşdur. XVII-XVIII əsrlərdə onlardan xörək duzu və 

müalicəvi  lilli - palçıqlı su kimi istifadə olunmuşdur.

 

XX əsrin ortalarında bu göllərdə xörək duzu istehsalı 10 min tona çatırdı. Bu duzdan həm Cənubi Qafqazda , 



həm də İran və Türkiyədə istifadə edilmişdir.Ən çox duz ehtiyatı Masazır, Fatmayı və Qabu göllərindədir. Ma-

sazırın bir gölündə xörək duzunun ehtiyatı 200 min tondan artıqdır( Ş.Xəlilov,2003). 

Bir çox göllərdə təbii rejim buruq suları ilə pozulduğundan onların tərkibində xeyli yod və brom vardır.1920 

–ci ildə keçmiş SSRİ – də ilk yod zavodu Romananın gölü bazasında tikilmişdir.Masazır gölünün dib çöküntü-

lərindən - palçığından hazırda da müalicə məqsədilə istifadə olunur. 

Abşeron yarımadasında vahid kanalizasiya sistemi yoxdur , bir çox yaşayış məntəqələri və sənaye müəssisə-

ləri çirkab sularını  təmizləmədən yaxınlığındakı göllərə axıdır.Odur ki , göllərin  əksəriyyəti hədsiz dərəcədə 

çirklənməyə məruz qalmışdır.Göllərdəki çirkli sular fauna və floraya öldürücü təsir göstərir.Hazırda göllərdəki 

suyun keyfiyyətinin vəziyyəti onların nəinki rekreasiya üçün ( çimmək, su turizmi və s. ) , hətta texniki ehtiyacı 

ödəmək məqsədilə də istifadə olunması yararlı deyil.Bu isə regionda ekoloji gərginlik yaradır.Göllərin çirklən-

məsinin qarşısını almaq, onların rekonstruksiya etmək və yarımadada ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün aşa-

ğıdakı tədbirlərin həyata keçirilməsi vacibdir: 

- Sənaye və məişət çirkab sularının göllərə axıdılmasının qarşısını almaq məqsədilə bütün sənaye və komu-

nal müəssisələrdə təmizləyici qurğular sistemi yardılmalıdır ;  

- Kəsgin çirklənmiş və yenidən əmələ gəlmiş göllərin qurudulması; 

- Yarımadada suvarma şəbəkələrini tam rekonstruksiya etmək və kənd təsərrüfatı bitkilərinin suvarılması da-

ha proqressiv üsullarla aparılmalı; 

- Drenaj sistemi yaratmaq yolu ilə qurunt sularının səviyyəsini aşağı salmaq və quyulardan istifadə etmək; 

- Neftlə çirklənmiş torpaqların rekultivasiyası. 

3. Kiçik Qafqazın dağ gölləri dəniz səviyyəsindən 1400 – 3000 m yüksəklikdə yerləşir . Onların sayı 20 – yə 

çatır.Ən böykləri Alagöl, Qaragöl,Göy - göl hesab olunur , bütün göllərin ümumi sahəsi 12 km

təşkil edir. 



Kiçik Qafqazın gölləri təbiətin nadir abidələri sayılır, onlar mənfi antropogen amillərin təsirindən qorunmalı-

dır.Onların su resurslarından istifadə olunması məqsədə uyğun sayılmır.Bu göllərin təbii şəkildə gözəlliyini sax-

lamaq turizm məqsədilə istifadə etmək lazımdır. Göllərdə abadlıq təsərrüfatının yaradılması su rejiminə və ətraf 

mühitə mənfi təsir göstərməz. 

Böyük Qafqazda dağ göllərinin sayı 70 – dən artıqdır.Onların 50 - sinin sahəsi 1 ha – ra qədərdir, 21 gölün 

sahəsi 1 – dən 3 ha arasındadır.Göllərin ümumi sahəsi 2 km

2   

- dan bir qədər artıqdır. 



Dağ çaylarının əksəriyyəti əhalisi az olan, yaşayış məntəqələrindən aralı, su ilə yaxşı təmin olunmuş və mü-

layim - soyuq iqlimli ərazilərdə yerləşir.Belə şəraitdə onlar antropogen amillərin təsirinə çox az məruz qalır, su-

yun həçmi və keyfiyyəti demək olar ki, dəyişməmiş qalır.  

 

 



9.10. Quru sularının çirklənməsi 

Çaylar öz təbii halında drenaj sistemi rolunu oynayıb hövzəsindən axımla birlikdə həll olmuş, asılı maddələr 

və yuvarlanan materiallar gətirir. Təbii sular həmişə mürəkkəb maye olub adətən tərkibində çoxlu kimyəvi mad-

dələr olur. Çay sularında həll olan maddələrin qatılığı adətən 1 q/l-dən artıq olmur. Təbii çay suları adətən çox 

istifadəçilər üçün kifayət qədər yararlı keyfiyyətdə olub təmizlənməsi o qədər də tələb olunmur. 

İnsan fəaliyyəti çayları drenaj sistemindən faktiki olaraq yüksək çirklənmə səviyyəsinə (100 PDK) çatdıraraq 

çirkab arxına çevirir. Hövzədə təbii proseslər üstünlük təşkil edərkən çay axımı təbii həll olmuş maddələr gəti-

rirdi. İnsan fəaliyyəti (sənaye, kənd təsərrüfatı, tikinti və s.) kimyəvi maddələrin miqrasiyasını gücləndirir, təbii 

sularda onların qatılığı artır, yəni suyun keyfiyyəti pisləşir. Bu zaman təbii mühitə, o cümlədən təbii suya antro-

pogen mənşəli maddələr daxil olur. Çox vaxt onlar bu şərait üçün yad olub əlverişsiz xassəli,  bəzən zəhərli olur. 

Çay suyunda çirkləndirici maddələrin ümumi miqdarı bir neçə minə çatır.  

Təbii suların çirklənməsinin əsas mənbələri – qara və əlvan metallurgiya müəssisələri, kimya, neft, qaz, daş  

kömür, sellüloz-kağız sənayeləri, kənd təsərrüfatı (əkinçilik və intensiv heyvandarlıq) və kommunal təsərrüfatı 

hesab olunur.  

Təbii suların əsas çirkləndirici göstəriciləri aşağıdakılardır: 

 



Həll olmuş oksigen. Onun miqdarı nə qədər yüksəkdirsə, suyun keyfiyyəti bir o qədər yaxşı olur. 

 



Oksigenin biokimyəvi sərfi göstəricisi. Göstərici çox olduqca çirkləndirici maddələr də çox olur və suyun 

keyfiyyəti bir o qədər pisləşir. 

 

Suda mikroorqanizmlərin olması. Onun göstəricisi bağırsaq bakteriyaların (kalitr) miqdarıdır. 



 

Suda amonyakın (NH



4

), nitratların (NO

3

), nitritlərin (NO



2

), neft və neft məhsullarının, fenolun, sintetik 

səthi-aktiv maddələrin, ağır metalların miqdarı. 

Xəstəliklərin baş verməsi və yayılması suyun çirklənməsi xarakterindən və  dərəcəsindən asılıdır. Dünyada 

xəstəliklərin 80%-i içməli suyun kifayət qədər keyfiyyətli olmaması ilə bağlıdır. İnkişaf etməkdə olan ölkələrdə 

içməli suyun tərkibindəki patogenlərin və çirkləndiricilərin təsiri nəticəsində hər il 25 mln. insan ölür. İshal (dia-




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə