MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə93/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   89   90   91   92   93   94   95   96   ...   228

 

175


komponentlərin qalıqlarının miqdarı Kür sularında il boyu ümumi sanitar, sanitar-toksikoloji və balıq 

təsərrüfatları üçün təyin olunmuş normalardan bir neçə dəfə çoxdur.  (Əliyev, Məmmədova 2003). F.Ş.Əliyev 

və M.A.Məmmədovanın (2003) məlumatına görə Kür çayında yerləşən hidroloji məntəqələrindən götürülmüş su 

nümunələrində misin miqdarı toksikoloji normadan 10 dəfədən artıq olmuşdur (misin toksikoloji norması sular 

üçün 1,0 mq /l-dir). Misin daha çox miqdarı Yenikənd (18 mq /l), Mingəçevir (18 mq /l), Yevlax (14 mq /l), 

Zardab (20 mq /l), Salyan (14 mq /l) və Mayak (23 mq /l) məntəqələrində qeydə alınmışdır. (Cədvəl 9.14) 

Bismut, titan və manqan qeyri-üzvi kimyəvi elementlərin miqdarı da Kür sularında həmişə normadan yüksəkdir, 

alüminium, dəmir və silisium Kür sularında daim müşahidə edilsə də miqdarı buraxıla bilən həddən aşağı olur. 

Kür çayı,  Əli –Bayramlı, Salyan, Neftçala şəhərlərindəki yod-brom zavodunun, Bankə  qəsəbəsindəki balıq 

kombinatının və həmin şəhərin kommunal təsərrüfatlarının çirkab suları ilə çirkləndirilir. Bu ərazilərdə Kürün sularında 

bixromat oksidləri, fenollar, neft məhsulları və heksoxloran pestisidinin miqdarı digər məntəqələrlə müqayisədə 1.5-2.0 

dəfə çoxdur. Bankə və Mayak qəsəbələri yaxınlığında Kürdə benzol turşularının miqdarı uyğun olaraq 2.4 və 2.0 mq /l, 

yəni ümumi sanitar normalardan 4-5 dəfə artıqdır. (Cədvəl 9.14) 

Şıxlı  kəndindən Kürün mənsəbinə doğru suyun ümumi minerallıq dərəcəsi (ÜMD) artır. Belə ki, 

Mingəçevir su anbarında suyun ÜMD 0,4-0,6 q/l, Surra kəndi yanında 0,7-0,9 q/l, Araz çayı ilə birləşəndən 

sonra 1,2-1,4 çatır. Bununla paralel sularda sulfat və xlor anionlarının miqdarı da artaraq təyin olunmuş 500 və 

300 mq /l normasından 1.5 dəfədən artıq olmuşdur. (F.Əliyev 2000).

 



 

176


 

Cədvəl 9.13

Azərbaycan ərazisində Kür hövzəsindəki çayların və su anbarları 

sularının çirklənmə indeksi (SÇİ) göstəricilərinə görə 

keyfiyyətlərinin qiymətləndirilməsi  

(Hidrometeorologiya Komitəsinin  

1988-89-cu illərin məlumatlarına görə) 

 

 



Azərbaycan, Gürcüstan və Ermənistanın müvafiq idarələrinin məlumatına əsasən 2000-ci ildə Kür çayının 

hövzəsinə 468 mln. m

3

 çirkab suları, o cümlədən 237 mln. m



3

 (51%) Gürcüstan, 219 mln. m

3

 (46%) Ermənistan



yalnız 12 mln. m

3

 (3%) Azərbaycan tərəfindən atılmışdır (R.Mahmudov, 2003). 



Araz çayında yaranan gərgin ekoloji vəziyyət Kür çayından daha təhlükəlidir. Araz çayı Gümrüdən başla-

yaraq Naxçıvan MR ilə sərhəd əraziyə kimi axınboyu Ermənistanın 10-dan çox sənaye şəhərlərinin məişət və 

sənaye çirkablarını qəbul edir. Bununla yanaşı düşmən ərazisindən Araza qovuşan Gedərçay, Vorotan, Axuryan 

çayları son dərəcə zəhərlənmişdir. Onların sularında demək olar ki, oksigen olmur, turşuluq göstəricisi pH 2,4-ə 

enir, mikroflora 180-200 dəfə azalır, çay sahilləri boyu bitki örtüyü  də məhv olur. 

Ermənistanla Naxçıvan MR arasında (Sədərəklə Surenavan kəndi) Arazın suyunda fenollar 220-1160 dəfə, 

ağır metallar duzları 36-44 dəfə (mis, mlibden və s.), azot-fosfor duzları 26-34 dəfə, xloridlər 28 dəfə, neft mən-

şəli karbohidrogenlər 73-113 dəfə ziyansız qatılıqdan yüksəkdir (Salmanov, 2003). 

 

Cədvəl 9.14

Kür çayı sularında biogen komponentlər və qeyri-üzvi mənşəli 

çirkləndiricilərin maksimal kəmiyyət göstəriciləri  

(Əliyev, Məmmədova, 2003) 

 



 

177


 

Araz çayının sol qolu Razdan suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yeri tutur. Razdan, 

Gürensavan, Abovyan, Yerevan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları  və çayın sahilində yerləşən 

başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. 1980-cı illərdə Razdana buraxılan çirkab sularının 

orta illik miqdarı 210 milyon m

3

 olmuşdur. Yay aylarında Arazda suyun səviyyəsi aşağı düşdüyü dövrdə Razda-



nın çirkab sularının sərfi azalmır. Nəticədə «Araz» su qovşağı su anbarında çox təhlükəli vəziyyət yaranır. İsti 

hava şəraitində suyun «çirklənməsi» baş verir və balıqların kütləvi qırılmasına səbəb olur.   

Arazı  ən çox çirkləndirən çaylardan biri də Oxçuçaydır. Megri, Qacaran, Qafan və  Dəstəkert dağ-mədən 

(metalsaflaşdırma) kombinatlarının  yüz min tonlarla qatı turş suları, ağır metal duzları və başqa tullantıları Ox-

çuçayı hədsiz dərəcədə çirkləndirir. Ayrı-ayrı vaxtlarda suyun tərkibində misin miqdarı BHK-dan 25-50 dəfə, 

fenolların miqdarrı isə mütəmadi olaraq normadan 6-15 dəfə artıq olmuşdur. Alüminium, sink, manqan, titan və 

bismut çirkləndirici elementlərə Oxçuçayda daim rast gəlinir. (Cədvəl 9.15). 

Arazın qolları Gilən, Naxçıvan və Paraqa çaylarının sularında misin (10-11 BHK) və fenolların (2-4 BHK) 

yüksək konsentrasiyası müşahidə olunur. Odur ki, Araz çayının suyu bütün məntəqələrdə (Xudafərin, Culfa, 

Saatlı) çirklənmiş və çirkli kimi qiymətləndirilərək sularda misin və fenolların miqdarı mütəmadi olaraq 10-22 

və 4-14 BHK səviyyəsində qeydə alınır. Manqanın konsentrasiyası 2-4 dəfə normadan artıq müşahidə olunur. 

Culfa və Saatlı məntəqələrində neft məhsullarının miqdarı çay sularında 0,11 və 0,21 mq/l, yəni normadan 2 və 

4 dəfə artıqdır. (Cədvəl 9.17). Son dərəcə çirklənməyə (zəhərlənməyə) məruz qalan bu çayda heç bir canlı yaşa-

mır. Onun suyundan suvarmada istifadə edildiyindən torpaq da zəhərlənmişdir. Oxçuçay qarışandan sonra Ara-

zın zəhərlənməsi Beylaqan – Sabirabada qədər təsirini itirmir. Orta illik su balansı Arazdan 20 dəfə az olan Ox-

çuçay Araza qarışandan sonra, Araz suyunda olan mikroflora 65-80% azalır (Salmanov, 2003). 

Ermənistan AES-nin fəaliyyəti bilavasitə Araz çayı ilə əlaqədardır, hər sutka ərzində Araza 12-16 min m

3

 çirkab 



axıdılır, onun gələcəkdə Araz və onun qolları üçün fəlakətlər törətməsi ehtimalı böyükdür. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə