MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə94/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   90   91   92   93   94   95   96   97   ...   228

 

178


C

ədv

əl 9.15.

 

Respublika 

ərazisind

ə Kü

r çay

ı hövz

əsinin sular

ında biogen k

omponentl

ər v

ə qeyri-üzvi m

ən

şə

li 

çirkl

əndiricil

ərin maksi

m

al k

əmi

yy

ət 

göst

əricil

əri 

(1987-

198

9-cu ill

ərin m

əlu

m

at

lar

ı)

 


 

179


C

ədv

əl 9.15-in ard

ı 

  

 



Cədvəl 9.17.

Kür çayı sularında üzvi qalıqlar və o cümlədən, çirkləndiricilərin 

maksimal kəmiyyət göstəriciləri  

(Əliyev, Məmmədova, 2003) 

 



 

180


 

Kür boyu yerləşən Yevlax, Zərdab, Sabirabad, Əli-Bayramlı, Salyan, Neftçala və b. yaşayış  məntəqələri 

Kürə ilboyu aramsız çirkab axıdırlar. Ona görə bu sahələrdə Kür sularında sanitar-gigiyenik normalardan on 

min dəfədən yüksək koliform qrupuna aid bakteriyalar aşkar edilmişdir (Salmanov, 2003). Öz ərazisində Kür, 

Araz və onların yüzlərlə qolları amansız çirklənir. Hövzədə yerləşən yaşayış məntəqələrinin heç birində müasir 

bioloji təmizləmə qurğusu yoxdur. 

Antropogen amillərin təsirinin güclənməsi ilə əlaqədar olaraq Kür və Araz çayları və onların qollarının su-

yunun kimyəvi tərkibində xeyli dəyişikliklər baş vermişdir. Son 40 il ərzində Salyan şəhəri yanında Kür çayı su-

yunun minerallığı 3 dəfədən çox artaraq 1020 mq/l olmuşdur. Bu dövr ərzində Araz çayının Saatlı məntəqəsində 

suyun minerallaşması 400 mq/l-dən 1300 mq/l-ə qədər artmışdır (Ş.Xəlilov, 2000). 

Əvvəllər çayların suyu hidrokarbonat sinfinə və kalsium qrupuna mənsub olduğu halda, hazırda sulfatlı-natrium-

ludur. Suyun kimyəvi tərkibinin və keyfiyyətinin dəyişməsinin əsas səbəbi Kür-Araz ovalığında suvarılan sahələrdən 

qayıdan suların və kollektor drenaj sularının Kür çayına və onun qollarına daxil olmasıdır. 

Son zamanlar Kür-Araz hövzələri ilə əlaqədar olmayan və birbaşa Xəzər dənizinə tökülən çaylarda da (Bö-

yük Qafqazın şimal-şərq hissəsi və Lənkəran təbii vilayəti çayları) çirklənmə müşahidə olunur.  

Quba-Xaçmaz bölgəsində yerləşən Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Ataçay, Gilgilçay, Lənkə-

ran bölgəsində yerləşən Lənkərançay, Viləşçay və b. çaylar yaşayış  məntəqələri və aqrar-sənaye təsərrüfatları 

tərəfindən aramsız çirklənməyə məruz qalır. 

 

 

X Fəsil 

 

DÜNYA OKEANI VƏ DƏNİZLƏR 

 

Okeanlar Yer səthinin böyük hissəsini tutur. Dünya okeanının böyüklüyünü təsəvvür etmək üçün müqayisə-



li misallar gətirək: Əgər Yer səthi tamamilə düz olsaydı Okean  onu 2700m qalınlığında su təbəqəsi ilə örtmüş 

olardı; planetimizin hər bir sakininə orta hesabla 311 mln. ton su düşür. Yuxarıda qeyd edildiyi kimi Dünya oke-

anı 34 mln. km

sahə tutur, yəni planetimizin səthinin 71%-ni təşkil edir. Quru və dənizlər arasında olan belə 



fərq mühüm qlobal əhəmiyyət kəsb edir və Yerin su və istilik balansına böyük təsir göstərir. Belə ki, Günəş ra-

diasiyasının 10%-ə qədəri okeanın səthi ilə udularaq suyun qızmasına və suyun səth qatları ilə atmosferin aşağı 

qatları arasında istiliyin turbulent mübadiləsinə, qalan 90%-i isə buxarlanmaya sərf olunur. 



 

181


 

Cədvəl 9.17

Respublika ərazisində Kür çayının və qolarının üzvi qalıqlar, o 

cümlədən maksimal kəmiyyət göstəriciləri  

(1987-1989-cu ilərin məlumatı) 

 

 



Okeanın üst zonası (0-200 m dərinliyində) böyük istilik tutumuna malikdir. Bu zona planetin cari iqliminin 

formalaşmasında mühüm rol oynayır. Küləyin suyun üst səthinə  təsiri səth zonasında okean sirkulyasiyasının 

əsas xüsusiyyətini təyin edir. Okeanın sirkulyasiyası enerjisinin ekvator zonasından qütblərə doğru qlobal pay-

lanmasını təmin edir. Okeanın üst zonası iqlim sisteminin mühüm komponenti olub orta illik iqlimin formalaş-

masında, onun ilbəil dəyişməsində və on və yüz illər miqyasında tərəddüdündə aktiv iştirak edir. Okeanın dərin 

zonaları üst zonaya nisbətən coğrafi zonallıq qanununa son dərəcə az, çox vaxt isə qətiyyən tabe deyildir. 

Dünya okeanının dərin (2000-4000 m dərinlikdə) və dib (4000-dən dərin) zonaları onun ümumi həcminin 

64%-ni təşkil edir. Bu zonalarda suyun temperaturu 3

0

C-dən aşağıdır. Dünya okeanının bütün kütləsinin orta 



temperaturu cəmi 4

0

C-yə yaxındır. 



Okean sularının şaquli sirkulyasiyası suyun temperaturunun və duzluluğunun müxtəlifliyi ilə əlaqədar onun 

sıxlıq fərqinin təsiri altında suyun üst qatdan dərin qatlara qarışmasına səbəb olur. Burada qarışan su atmosferin 

təsirindən təcrid olunaraq minillərlə və daha çox müddətdə istilik tutumunu saxlayır. Belə istilik tutumunun çıx-

ması və ya əksinə toplanması iqlimin uzun müddətli dəyişməsində həlledici ola bilər. 

Dünya okeanının aşağı temperaturda olması və onun böyük istilik enerjisi mühüm paleocoğrafi rol oynayır. 

Okeanın dərin qatları yalnız Yer sisteminin çox müddətli istilik tənzimedicisi deyildir. Okeanın dərin qatları ilə 

səthi arasında istilik mübadiləsinin güclənməsi və ya zəifləməsi yəqin ki,Yerin iqliminin ciddi və uzun müddətli 

dəyişməsində mühüm rol oynayır. 

Dünya okeanı həm də maddələrin iri akkumlyatorudur, onun suyunun tərkibində həll olmuş halda 50·10

15

 



ton maddə mövcuddur. Suyun duzluluq dərəcəsi məkanca artsa da kimyəvi tərkibi dəyişmir. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə