Mən daha çox istəvdim ki, Naxçıvan xanlığının tarixi çox



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə14/14
tarix03.08.2018
ölçüsü1,23 Mb.
#60699
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   14

"GECİKMİŞ İŞĞAL"

Azərbaycan  xanlıqları,  təbii  ki,  biz  bu  işğal  xəttini 

xronoloji  ardıcıllıqla  göstəririk-əvvəlcə  Car-Balakən, 

sonra Gəncə xanlığı, daha sonra Qarabağ, Şəki və Şirvan, 

ardmca  Dərbənd,  Bakı  və  Quba  xanlıqları  əvvəlcə  fəth 

olunur-işğal  edilir,  daha  sonra  xanlıq  ləğv  olunur- 

müstəmləkəyə  çevrilirdi.  Naxçıvan,  o  cümlədən  İrəvan 

xanlıqlarmm  işğalı  uğrunda  yenidən  mübarizə  başlandı. 

Bu  torpaqlar,  bu  ərazilər  çox  böyük  və  önəmli  qənimət 

olardı.  Böyük  qənimət uğrunda iki  yırtıcı  qüvvə və  tərəf- 

Rusiya  və  İran  arasmda  xeyli  çəkişmələr,  döyüşlər 

getmişdi və gedirdi.

Sisyanov  Bakıda  öldürüldükdən  sonra,  Rusiya 

ordusunun  qərargahmda  general-mayor  Portnyakin, 

general-mayor  Nebelsin,  general-leytenant  Rozen  və 

başqaları,  Kalbalı  xanm  Rusiya  dövlətinə  meyl  etdiyini 

başa  düşürdülər.  Fətəli  şahm  oğlu  şahzadə  Abbas 

Mirzənin  İran-Rusiya  müharibəsinin  başlanmısmdan 

sonra,  Azərbaycanda törətdikləri  dağmtı və  İran  sərbaz- 

larınm  Azərbaycanda  qarətləri  Kalbalı  xanda  Rusiyaya 

olan meyli daha da gücləndirirdi.

1806-cı il  oktyabrm  10-da general-leytenant Baron 

Rozen  general  Qudoviçə  göndərdiyi  raportda  xəbər 

verirdi  ki,  "Dərbənd  və  Qubada  olduğu  kimi  naxçıvanlı 

Kalbalı  xan  da  öz  xalqı  ilə  birlikdə  rus  ordusunun

İrəvana  gəlişini  gözləyir  ki,  Əlahəzrət  imperatorun 

himayəsini  qəbul etsin".

Tezliklə,  Naxçıvanlı  Kalbalı  xan  sözdən  işə  keçdi. 

Sərkərdə  Əhməd  xanm  komandanlığı  altm da  İran 

ordusunun  İrəvan  qalası  istiqamətində  hərəkət  etdiyin- 

dən xəbər tutan kimi-"Naxçıvanlı Kalbalı xan özünün atlı 

və piyadaları ilə  onlara qarşı çıxdı".

Kalbalı  xanm  belə  hərəkəti,  Fətəli  şahı  qəzəblən- 

dirdi  və  onun  tezliklə,  Tehrana  gəlməsini  əmr  etdi. 

Kalbalı xan Baba şahm əmrinə tabe olmadı.  Şah  Kalbalı 

xana  2-ci  dəfə  "dəvətnamə"  göndərdi.  Kalbalı  xan 

Tehrana  getməkdən  yenə  imtina  etdi.  Kalbalı  xan  şahm

3-cü  tələbini  də  yerinə  yetirmədi.  Belə  olduqda,  şah  onu 

zorla aparmaq üçün  1000 nəfərdən ibarət ordu göndərdi.  ' 

Gürcüstanda  -  Qafqaz  sərhəddində  olan  rus  ordusunun 

ali  baş  komandanı  qraf  Qudoviçə  general-mayor 

Portnyakin  1806-cı  il  14  noyabr  tarixli  məktubunda 

yazır:  "Naxçıvanm sahibi Kalbalı xanm Tehrana getməsi 

barədə Baba xanm təklifini qəbul etməmiş və bununla da 

Baba  xam  özündən  narazı  saldığı  üçün  şah zorla  onu  ələ 

keçirmək istəyir".

İran  ordusunun  Naxçıvana  yaxmlaşdığmı  bilən 

Kalbalı  xan,  Qala  qapısmm  bağlanmasmı  əmr  etdi  və 

düşməni  Naxçıvana  buraxmadı.  Kalbalı  xanm  bu  hərə- 

kəti  Rusiya-İran  müharibəsinin  ən  qızğm  dövrü  olduğu 

üçün,  Fətəli şahı daha da qəzəbləndirdi.  Çünki,  Azərbay- 

can ərazisində rus  ordusu ilə  döyüşdüyü zaman  İran  şahı




istəmirdi  ki,  arxada  ona  tabe  olmayan  vassalı  qalsın. 

Lakin,  İran  şahı  sərbazlara  ciddi  müqavimət  göstərən 

Kalbalı xana zor gələ bilmədi.

Rusiya-Türkiyə  müharibəsi  (1806-cı  ilin  sonu) 

başlandı.  Rus  komandanlığı  ordunun  bir  hissəsini  Türk 

cəbhəsinə  göndərmişdi.  Bundan  istifadə  edən,  Fətəli  şah 

Naxçıvan xanlığım  ələ  keçirmək planını fəallaşdırdı.  Şah 

Naxçıvanm  işğalım  şahzadə  Abbas  Mirzəyə  tapşırdı. 

Sərbazların cəhdinə baxmayaraq, Naxçıvanı almaq cəhdi 

baş  tutmadı.  Abbas  Mirzə  hiylə  işlətmək  qərarma  gəldi. 

O,  Kalbalı  xanın  qohumu  İrəvanlı  Hüseynqulu  xana 

bildirdi  ki, qonaq adı ilə Kalbalı xanı İrəvana çağırsm və 

burada həbs edib Tehrana göndərsin.  Bu hadisənin şahidi 

yazmışdır:

"Şahzadənin  tapşırığı  ilə  və  Hüseynqulu  xanın 

hiyləsi nəticəsində  Kalbalı xan  İrəvanda tutuldu".

Kalbalı  xan  əsir  edilsə  də,  şahzadə  Abbas  Mirzə 

Naxçıvan  üzərinə  qoşun  göndərməyə  ürək  etmədi.  O, 

yaxşı  bilirdi  ki,  naxçıvanlılar  onu  qalaya  buraxmaya- 

caqlar.  Abbas  Mirzə əmin idi ki, naxçıvanlılarm Hüseyn- 

qulu  xanın  xəyanətindən  xəbərləri  yoxdur.  Yenə  Abbas 

Mirzə  məsləhət  bildi  ki,  Hüseynqulu  xan  Naxçıvana 

getsin.

Belə  də  oldu.  Hüseynqulu xan  300  atlı,  200 piyada 



ilə  Naxçıvana  getdi.  Onun  satqmlığmdan  xəbərsiz  olan 

naxçıvanlılar  qalanın  qapılırım  onun  üzünə  açdılar.  Və 

Naxçıvan  İran  sərbazlarına verildi.

Beləliklə, Naxçıvan taxtma bu vaxta qədər Rusiya- 

dan  kömək  almağa  cəhd  edən  Abasqulu xan  sahib  oldu. 

Arxiv sənədlərində deyilir:  "Rusiyaya sədaqətli olmaqda" 

təqsirləndirilən  Kalbalı  xanı  İran  komandanlığı  həbs 

edərək,  ailəsi  ilə  birlikdə  İrana  göndərdi.  Bu  hadisədən 

bir  az  əvvəl  Kalbalı  xanın  oğlanlarmdan  biri  Şıxəli  bəy, 

öz  adam ları  ilə  birlikdə  hələ  1805-ci  ildə  Rusiya 

dövlətinin  tərkibinə  daxil  olmuş  qonşu  Qarabağ  xan- 

lığına  gedə  bilmiş,  İran  təqibindən  birdəfəlik  yaxa 

qurtarmaq  məqsədilə  Rusiya  hakimiyyət  orqanlarına 

müraciətlə  "Ümumdünya  imperiyasmm  təbəəliyinə" 

qəbul  olunmasım xahiş etmişdi.

Qarabağda  olan  rus  ordusunun  komandanı,  pol- 

kovnik Aseyev  "Əlahəzrət  imperatora əbədi  sadiq  olaca- 

ğına"  and  içdiyi üçün  naxçıvanlı  Şıxəli  bəyi  çox  hörmətlə 

qəbul etdi.  Hətta, Qarabağ xanı Mehdiqulu xana tapşırdı 

ki,  Şıxəli  bəyə  yaşamaq  üçün  kənd  ayırsın,  ona  kömək 

etsin".

1808-ci  il  oktyabr  aymın  28-də  general-mayor 



Nebolsonun  komandanlığı  altında  olan  rus  ordusu 

Qarabağdan  Naxçıvan  qalasına  doğru  hərəkətə  başladı. 

Eyni  zamanda  general-feldmarşal  q raf  Qudoviçin 

komandanlığı  ilə  rus  ordusu  İrəvan  qalasına  doğru 

hərəkət  etdi.Naxçıvanlı  Şıxəli  bəy  öz  atlarıyla  general- 

mayor  Nebolsinin  dəstəsinə  bələdçilik  edirdi.  Bunlardan 

başqa  bu  yürüşdə  könüllülərdən  ibarət  erməni  və  gürcü 

dəstələri  də iştirak edirdilər.




Naxçıvan  uğrunda  ilk  döyüş  Qarababada  oldu. 

Burada  İran  şahzadəsi  Abbas  Mirzənin  300  piyadası, 

1000  süvarisi,  12  adi  topu  və  60  ədəd  qədim  topu  var idi 

(general-mayor  Nebolsonun  dəstəsi  İran  ordusu 

qüvvələrindən  sayca 4 dəfə az idi).

Əlverişli  mövqedə  yerləşən  İran  qoşunları  1-ci 

olaraq  rus  qoşunlarma  hücum  etdi.  Qanlı  və  gərgin 

döyüşdən  sonra,  İran  qoşunları  mövqelərindən  geri 

çəkildi.  Nebolson öz təcrübəli polkovnikləri və naxçıvanlı 

Şıxəli  bəyin  ordusu  ilə  irəlilədi.  İran  tərəfdən  çoxlu  əsir 

aldılar.  İran  sərbazları  Naxçıvana  qaçdılar.  General- 

mayor  Nebolson  Naxçıvana  doğru  üz  tutdu.  Abbas 

Mirzə  birinci  məğlubiyətindən  qorxmuşdu.  Ona  görə  də, 

O  Naxçıvan  qalasım  tərk  edib,  Arazı  keçərək  Xoya 

çəkildi.  Naxçıvan  əhalisi  başda  Şıxəli  bəyi  görərək,  rus 

ordusuna müqavimət göstərmədi.

Q raf  Qudoviç  mərkəzə  göndərdiyi  m əktubda 

yazırdı:


"Naxçıvan qalası müqavimətsiz olaraq, Ümumrusi- 

ya  ordusu  tərəfındən  tutuldu.  General-mayor  Nebolson 

ali  baş  komandan  qraf  Qudoviçin  admdan  Naxçıvan 

ağsaqqallarma,  ruhanilərinə  müraciət  etdi:  "Hörmətli 

ağsaqqallar,  ali  ruhanilər,  bütün  Naxçıvan  xalqı!  Siz  bö- 

yük şöhrətə malik ordunun Naxçıvan vilayətinə gəldiyini 

bilirsiz.  Mən  sizdən  tələb  edirəm  ki,  həmişəlik  olaraq, 

Rus imperiyasıyla və mənim ordumun düşmənləri ilə hər 

cür  əlaqəni  kəsib  sakit  yaşayasımz.  Əlahəzrət  impera-

torun  ordusu  həmişəlik  olaraq  Naxçıvan  vilayətində 

qalacaqdır.  Əgər  siz  qayda-qanunu  sədaqətlə  yerinə 

yetirsəniz, o halda mən imperator həzrətlərindən hər cürə 

güzəşt  etməyi  xahiş  edəcəyəm".  Qudoviçin  Naxçıvan 

əhalisinə  müraciətindən  sonra,  "xristianlarm"  törədəcək- 

ləri  vəhşiliklərdən  qorxub  qaçanlar  şəhərə  qayıtdılar.  Bu 

sahədə  Kalbalı  xanm  oğlu  Şıxəli  bəyin  böyük  rol  oyna- 

ması rus komandanlığmm rəsmi sənədlərində qeyd  olun- 

muşdur.  Qudoviç bu döyüşün qəhrəmanı Şıxəli bəylə şəx- 

sən  yazışmışdır.  27  noyabr  1808-ci  il  tarixli  məktubda 

Qudoviç  Şıxəli  bəyə  yazırdı:  "Sizin  Ümumrusiya 

imperiyasına  olan  xidmətiniz  və  sədaqətiniz  haqqmda 

xəbərim  var.  Sizi  inandırıram  ki,  bu  xidmətləriniz 

haqqında  əlahəzrət  imperatora  məlumat  verməklə  ya- 

naşı,  sizin  xeyrinizə  olaraq,  zəmanət  verəcəm"  (Qudoviç 

qraf Saltıkova məktubunda  (müraciətində)  xahiş  edir  ki, 

Şıxəli  bəyə polkovnik rütbəsi versin).

Qraf A.N.  Saltıkov təxirə salmadan imperator  1-ci 

Aleksandra məlumat vermişdi.  5 aprel  1809-cu ildə  Şıxəli 

bəy  imperator  1-ci  Aleksandrdan  aşağıdakı  məzmunda 

məlumat  almışdır:  "Allahın  adı  ilə"  Biz  Aleksandr 

im perator  və  Ümumrusiya  hökmdarı  və  s.  bizim 

polkovnik  Şıxəli bəyə!

Siz  tərəfdən  bizim  imperatorun  tax-tacına  göstər- 

diyiniz sədaqət və canfəşanlıq bizim diqqətimizi cəlb etdi. 

Sizin  göstərdiyiniz  xidmətə  görə,  sizə  rus  ordusunun 

polkovniki rütbəsi və dövlətin gəliri hesabına gümüş pulla




maaş  verilir.  Güman  edirik  ki,  bizim  bu  xeyirxahlığımız 

sizin  daha  sədaqətlə  qulluq  etməyinizə  səbəb  olacaqdır. 

Sank-Peterburq,  5  aprel  1809-cu il".

Fətəli  şah,  Rusiya ilə gedən müharibənin  ən  qızğm 

dövründə naxçıvanlı Şıxəli bəyin ruslarm tərəfmə keçməsi 

ilə  barışm aq  istəmirdi.  Arxiv  sənədlərində  deyilir: 

"İranlılar  Şıxəli  bəyin igidliyi və Naxçıvan əhalisinin  ona 

hörmətini  bildikləri  üçün  Rusiya  tərəfindən  ona 

göstərilən  himayəçiliyə  biganəlik  göstərə  bilmirdilər.  Bu 

onlar üçün təhlükəli idi. Buna görə, İran hökuməti onu öz 

tərəfinə  çəkməyə çalışırdı.  İlk növbədə  onlar  Şıxəli bəyin 

yanma  gizli  şəkildə  nümayəndələr  göndərməyi  qərara 

aldılar".

Bu variant baş tutmadı.  Şah hökuməti yeni imkan- 

lara  əl  atdı.  Onlar  vəd  etdilər  ki:  "İranda  saxlanılan  və 

Rusiyaya  meyl  göstərən  atası  Kalbalı  xana  hər  cür 

hörmət  ediləcək  və  azadhğa  buraxılacaq"-bu vəd  də,  heç 

bir nəticə vermədi.

Belə  olduqda,  İran  hökuməti  daha  ciddi  addım 

atmağı  qərara  aldı.  Kor  Kalbalı  xanı  məcbur  etdilər  ki, 

Şıxəli  bəyə  məktub  yazsm  və  m əktubda  İranlılarm 

tərəfinə  keçməsini  təkidlə  tələb  etsin.  Əks  halda,  Kalbalı 

xanı  ölüm  gözləyir.  Şıxəli  bəy  atasınm  sağ  qalması 

naminə  məcbur  olub  İrana  getdi.  Və  burada  xaincəsinə 

tutulub həbsxanaya salındı.  Bir qədər sonra, Rusiya-İran 

müharibəsinin  son  günlərində  məğlubiyyət  qarşısmda 

qalan İran hökuməti  Kalbalı xanın həbsdən azad olunub

Naxçıvana  getməsinə  razılıq  verdi.  Şıxəli  bəy  də  atası  ilə 

doğma yurda qayıtdı.

General-mayor  Nebolsinin  dəstəsi  Naxçıvanı 

nisbətən  asanlıqla  tutduğu  halda,  İrəvan  qalası  uğrunda 

gedən  döyüşlərdə  İran  sərbazları  rus  qoşunlarma  güclü 

müqavimət  göstərdilər.  Şəhər  əhalisi  İrəvanda  olan  İran 

qarnizonunu  müdafıə  etmirdi.  İrəvan  qalasmm  tutulma- 

sma sərt iqlim şəraiti mane olurdu. Ərzaq, yem problemi, 

aclıq təhlükəsi vardı.

Q raf Qudoviç  ordunu  daha  çətin  vəziyyətə  salma- 

maq üçün müharibədən  əl  çəkməyi qərara  aldı.  Beləliklə, 

noyabrm   30-na  keçən  gecə  müharibə  dayandırıldı. 

General  -mayor  Nebolsona  sərəncam  verildi  ki,  İrəvan 

qalasım tərk etsin,  gəldiyi yolla Gəncəyə qayıtsm.

1808-ci  ildə,  noyabrm  22-də  Abbas  Mirzə  qarda- 

şma  "işlərin  acınacaqlı  vəziyyətdə  olmasmdan"  şikayət 

edir,  fərarilikdən  Naxçıvan  əhalisinin,  İrəvan  əhalisinin 

rusların  tərəfınə  keçməsini  xəbər  verirdi.  Ancaq  ruslarm 

geri  qayıtma  xəbərini  eşidən  kimi,  Abbas  Mirzə  bunu 

ruslarm  gücsüzlüyü  kimi  qiymətləndirsə  də  döyüşə  gir- 

məyə  cəsarət  etmədi.  O,  gözləyirdi  ki,  İranda  olan  ingi- 

lislər Rusiyaya yönəltmiş olan fəaliyyətini daha da geniş- 

ləndirsin.

İngilis  diplomatiyası  İranla  Rusiya arasında gedən 

sülh  damşıqlarını  pozmağa  cəhd  etsə  də,  buna  nail  ola 

bilmədi.

Beləliklə,  1813-cü  il  oktyabrm  12-də  Qarabağın




Gülüstan  kəndində  müharibə  aparan  iki  tərəf  arasında 

sulh müqaviləsi imzalandı.

Gülüstan  müqaviləsinin  şərtinə  uyğun  olaraq,  İran 

tərəfı  Azərbaycanm  şimal  xanlıqları,  şərqi  Gürcüstan  və 

Dağıstan haqqmda iddialarından əl çəkdi.  Bununla belə, 

Gülüstan  müqaviləsinə  görə  İrəvan,  Naxçıvan  və  cənubi 

Azərbaycan xanlıqları üzərində İranm hakimiyyəti bərpa 

olundu.


Bundan  əvvəl  İran  ordusu  tərəfındən  zorla  işğal 

edilmiş  Naxçıvan  xanlığı  Gülüstan  müqaviləsinə  əsasən, 

hüquqi cəhətdən  İran dövlətinin tərkibinə daxil edildi.

Gülüstan  müqaviləsi  dünya  tarixində  özgə  torpaq- 

larm  bölüşdürülməsi  üçün  bağlanan  bütün  müqavilələr 

içində ən antihumanist yer tutar.

1806-cı ildə Rusiya ilə Türkiyə arasmda yeni müha- 

ribənin  başlanması  nəticəsində  Beynəlxalq  münasibətlər 

sistemində  yaranan  dəyişikliklər  İranm   Rusiya  ilə 

müqavilə  bağlanmasım  sürətləndirdi.  İngiltərə  isə  bu 

danışıqlara vasitəçilik edirdi.  1813-cü ildə oktyabr aymın 

12-də  Qarabağın  Gülüstan  kəndində  Rusiya  ilə  İran 

arasında  müqavilə  imzalandı.  11  maddədən  ibarət  mü- 

qaviləyə  əsasən,  İran,  Gəncə,  Qarabağ,  Şəki,  Şirvan, 

Quba,  Bakı,  Talış  xanlıqları  Şərqi  Gürcüstan  və  Dağıs- 

tana  olan  iddialarmdan  əl  çəkir,  onların  Rusiyanm 

hakimiyyəti  altma keçməsini etiraf edirdi.

Gülüstan müqaviləsinə görə,  1813-cü ildə Naxçıvan 

diyarmda  mövcud  olan  inzibati  quruluş  -  Xanlıq  ləğv

edildi.  Beləliklə,  XVlll  əsrin  ortalarında  İran  hakimiyyə- 

tindən  xilas  olmuş,  Azərbaycanm  müstəqil  xanlıqla- 

rmdan olan Naxçıvan və İrəvan xanlıqları yenidən İranm 

əyalətlərinə çevrildi.

Gülüstan  müqaviləsi  diplomatiya  baxımından  da 

uğursuz  müqavilə  oldu.  Çünki,  o  iki  dövlət  arasmdakı 

ziddiyyəti  həll  edə  bilmədi.  Müqavilədə  böyük  hay-küylə 

qeyd  olunan  Sülh  uzun  sürmədi.  Azərbaycanm  ərazisi 

dəfələrlə  olduğu  kimi  yenidən  qanlı  döyüşlər,  viranedici 

basqmlar meydanma çevrildi.

Əvvəllər  böyük  nüfuza  malik  Kalbalı  xanı  haki- 

miyyətə gətirməklə,  şah Naxçıvan diyarında öz nüfuzunu 

qaytarm ağa  cəhd  edirdi.  Lakin,  bu  İranm   hakim 

dairələrinin  səhvi  idi.  Gözləri  İran  şahı  Ağa  Məhəmməd 

tərəfmdən  çıxarılmış  Kalbalı  xan,  qəlbində  şah  höku- 

mətinə  nifrət  bəsləyir,  Rusiya  himayəsində  olmağı  daha 

üstün  tuturdu.  Onun  Rusiyaya  olan  meyli  İrana  gedər- 

kən,  yolüstü  Naxçıvana  gəlmiş  general  Yermolovla 

söhbətində bir daha özünü göstərdi.

1816-cı  il  mayın  12-də  general  A.P.Yermolov 

Kalbalı  xanla  görüşdü.  Görüş  qarşılıqlı  anlaşma  şərai- 

tində  keçdi.  Bu  diplomatik  görüşün,  qəbulun  iştirakçısı 

V.Bronza yazır:  "Bizi qızıl gül suyu ilə hazırlanmış çay və 

qəhvəyə  qonaq etdilər.  Hər şey bol idi".

Kalbalı  xan  haqqında  Bronza  yazır:  "Xan  özünün 

bütün  bədbəxtliklərinə  baxmayaraq,  gülərüz  və  hazır- 

cavab  idi".




Yermolov  isə  Kalbalı  xan  haqqmda  deyir:  "Yaşlı 

ikən  gözünü  itirmiş  bu  bədbəxt  qoca  20  il  ərzində 

təbəələrindən  uzaqlaşdırılmış  olsa  da,  heç  təsəlli  tapa 

bilmirdi".

Kalbalı  xan  İrana  nifrət  edirdi.  Heç  təsadüfi  deyil 

ki, ehtiyatlı İran hökuməti sədaqət naminə, Kalbalı xanm 

oğlunu  girov  saxlayırdı.  (Kalbalmm  qardaşı  Şərur 

kəndində Kərim xanm evində yaşayırdı).

Yermolov  yazırdı:  "Xan  mənə  dedi  ki:  Ağa  Mə- 

həmməd  xan  mənim  gözlərimi  çıxarmışdı.  Mənim  güclü 

əllərim  qisas  almağa hazırdır".

Yermolov  yazırdı  ki,  o,  dünya  işığmdan  məhrum 

olsa  da,  yaxşı  bilirdi  ki,  1-ci  Rusiya  -İran  müharibəsi 

dövründə, nəinki onun şəhəri, habelə bütün doğma diyarı 

dağıdılmışdır.  Kalbalı  xan  nəinki  öz  acı  taleyindən,  ha- 

belə  bütün  Naxçıvan  xanlığımn  vəziyyətindən  şikayət- 

lənirdi.

"Kalbalı  xan  pəncərə  qarşısmda  dayanıb  dedi:  - 

vaxtılə  Araz  çayı  vadisinin  gözəlliyinə  və  zənginliyinə 

heyrətlə baxırdım.  Gözəl bağları və meşəlikləri olan vadi, 

çoxsaylı əhalini canlandırırdı.  İndi mənə deyirlər ki, vadi 

boş  səhralığa  çevrilib,  keçmiş  zənginliyindən  əsər  belə 

qalmayıb.Yaxşı ki, tale mənim gözlərimi bağladı, vadinin 

belə bədbəxt gününü və tar-mar olduğunu görmürəm".

D aha  sonra,  naxçıvanlıların  Rus  qoşunlarma, 

Rusiya  hökumətinə  rəğbətindən,  İrana  nifrətindən  bəhs 

edilir.  1817-ci ilin 26 sentyabrmda Yermolov İrana gedib-

gələndən  sonra,  Naxçıvam  tərk  etdi.  General  A.P.Yer- 

molov  İrandan  getdikdən  sonra,  İngiltərənin  təzyiqi  ilə 

İran  şahı  Rusiyaya  qarşı  müharibəyə  daha  ciddi  hazır- 

laşmağa başladı.

İran  komandanlığı  köhnə  qalalarm  gücləndiril- 

məsinə, yeni dayaq məntəqələrinin yaradılmasma diqqəti 

artırırdı.  Belə  qalaların  biri  də  Abbas  Mirzənin  şərəfinə, 

Naxçıvan  yaxmlığmda  tikilmiş  "Abbasabad"  qalası  idi. 

Bu  qala  fransızlar  tərəfindən  yeni  üsulda  inşa  edilmişdi. 

Mənbədə Abbasabad qalası haqqmda deyilir:

"Qala  Abbas  Mirzənin  zövqünə  uyğun  Avropa- 

sayağı  tikilmişdir.  Bu  qala,  Rusiya  sərhəddində  İranm 

dayaq mənətəqəsi hesab  olunur.  Beşbucaqlı  qala ehtimal 

ki, 1-ci Rusiya-İran müharibəsi dövründə vaxtilə, Astabad 

admda kənddə tikilibmiş".  1834/35-ci illərdə Naxçıvanda 

olmuş  F.  K orf  yazmışdı:  "Bu  ölkədə  25  il  əvvəl  Abbas 

Mirzə  tərəfindən  tikilmiş  qala  gördüm.  Bu  qala  Abbas 

Mirzənin  xidmətində  olmuş  fransız  mühəndisinin  planı 

əsasmda tikilmişdir".

Belə  qənaətə  gəlmək  olar  ki,  Abbasabad  qalası 

fransızlar  tərəfindən  inşa  edilsə  də,  Gülüstan  müqavilə- 

sindən  sonra,  ingilislər  tərəfindən  daha  da  möhkəmlən- 

dirilmişdi.  Abbasabad  qalası  İran  ordusunun  Cənubi 

Qafqazdakı dayaq məntəqələrindən biri olmaqla bərabər, 

Cənubi Azərbaycanm da qapısı idi.

20-ci  illərin  əvvəllərində  qocalmış  Kalbalı  xan 

Məkkəyə  getməyi  qərara  aldığmdan,  xanlığm  idarəsini



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə