Mən daha çox istəvdim ki, Naxçıvan xanlığının tarixi çox



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix03.08.2018
ölçüsü1,23 Mb.
#60699
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   14

Biləv kəndi ərazisindəki sıldırım zirvəli qayalar arasmdan 

Əlincə qala istiqamətində gedən yol Gilançaym sağ sahili 

boyunca  uzanır.  Gilançay  üzərində  ikitağlı  körpü  (daş 

körpü)  tikilmişdir.

İlk  orta  əsrlər  dövründə  Naxçıvan  Sasanilər 

dövlətinin tərkibinə daxil olmuşdur.  Sasanilərlə romalılar 

arasmda müharibə  gedirdi.  Müharibə  283-cü ildə  Roma- 

lılarm  qələbəsi ilə nəticələndi.  Bu dövrdə Naxçıvan  Sasa- 

nilərin  hökmdarlığmdan xilas oldu.

Bu  dövrdə  Naxçıvan  mühüm  strateji  əhəmiyyətə 

malik  olmuşdu.  Naxçıvan  işğalçı  İran  və  Roma  ordu- 

larınm  döyüş  meydanma  çevrilmişdi.  Buraya  həmçinin, 

yuııan,  erməni  və hun dəstələri  də soxulmuşdular.

389-cu  ildə  İranla  Roma  imperiyası  arasmda  sülh 

müqaviləsi  bağlandıqdan  sonra  Naxçıvan  Sasani  dövlə- 

tiııin  tərkibində  qalmışdır  və  onun  əsas  iqamətgah- 

larından biri  olmuşdur.

Yaxın  Şərqin  ticarət  mərkəzləri  ilə  Zaqafqaziyanı, 

Orta  Asiyanı  və  Uzaq  Şərq  ölkələrini  (Hindistan,  Çin) 

əlaqələndirən  əsas  karvan  yollarmm  biri  Naxçıvandan 

keçirdi.  Ekbatandan  (Həmədandan)  gedən yollar üzərin- 

də ən mühüm ticarət mərkəzlərindən biri Naxçıvan şəhəri 

ilə  Qara  dəniz  limanları,  Kiçik  Asiya  və  Beynəlnəhreyn 

şəhərləri  arasında  sıx  iqtisadi-mədəni  əlaqələr  yaran- 

mışdır.  5-ci  əsrdə Naxçıvan  şəhəri  böyümüş,  abadlaşmış, 

məşhur bir şəhərə çevrilmişdir.

9-cu  əsrin  əvvəllərində  Naxçıvan  xilafət  zülmü

əleyhinə baş verən xürrəmilərin-Babəkilərin azadlıq hərə- 

katınm  geniş  yayıldığı  ərazilərdən  biri  olmuşdur.  Xalq 

qəhrəmam  Babəkin  adı  ilə  bağlı  Naxçıvan  ərazisində 

qala,  yaşayış  məskəni,  abidələr  var.  Əzəmətli  Babək  qa- 

lası  (Ordubadda)  Gilançaym  sağ  sahilində,  Xudafərin 

körpüsündən  Gilan  şəhərinə,  ordan  Əlincə  qalasma  və 

Naxçıvana  gedən  karvan  yolu  üzərində  yerləşir.  Cənubi 

Azərbaycanla  Naxçıvanı,  eləcə  də  Qafqazın  mədəniyyət 

mərkəzlərini  birləşdirən  mühüm  ticarət  yollarından  biri 

məhz  Gilançay  vadisindəki  Dizə  və  Biləv  kəndləri 

ərazisindən keçmişdir.  Biləv kəndi yaxınlığındakı qalanm 

Babək qalası adlandırılması təsadüfi olmayıb, tarixi həqi- 

qətlərlə  bağlıdır.  Azərbaycanm  qəhrəman  oğlu  Babəkin 

döyüşçüləri  Naxçıvan  ərazisində  ərəb  qoşunlarm a 

dəfələrlə  zərbələr  endirmişdir.  Görünür,  Babək  Bəzz 

qalasından Şimali Azərbaycana çəkilərkən öz döyüşçüləri 

ilə  bu  qalada  müdafıə  olunmuş  və  son  anda  -  ən  çətin 

məqamda buradan getmişdir.

Gəmiqayanın  cənub  ətəyindən  keçən  qədim  dağ 

yolu  üzərində  Qaranquş  yaylağmdan  orta  əsr  qəbir  abi- 

dələri yerli əhali tərəfindən Babəkilərə aid edilir.  637-638- 

ci  illərdə  Bəkr  Abdulla  oğlu  tərəfmdən  inşa  edilmiş 

məşhur  XUDAFƏRİN  körpülərindən  11  aşırımlı  körpü 

bilindiyi kimi,  13-cü əsrdə bərpa edilmişdir.

Bizans  hökmdarı  2-ci  Vasili  (975-1025)  Qafqaza 

yürüşü  zamanı  Naxçıvanı  ələ  keçirmişdir.  Səlcuq  hökm- 

darı  Toğrul  bəyin  varisi  Alp  Arslan  (1062-1072)  Azər-




baycanm  cənub  vilayətlərində  Rəvvadilər  sülaləsinin  ha- 

kimiyyətinə  son  qoyduqdan  sonra,  1064-cü  ildə  Naxçı- 

vana yiyələnmişdir.

Alp  Arslamn  oğlu  Məlik  şah  və  vəziri  Nizam  Ə1 

Mülk  tərəfmdən  Naxçıvan  qalaları  da  fəth  edilir  və 

burada əmirlik yaradılır.

12-ci  əsrin  ortalarından  Azərbaycan  Atabəyləri 

Eldənizlər  xanədanmın  (1136-1225)  hökmdarlıq  etdiyi 

Azərbaycan dövləti təşəkkül tapdı.

Naxçıvan  12-ci  əsrin  30-70-ci  illərində  Azərbay- 

canda  Atabəylər  dövlətinin  əsas  mərkəzi  şəhəri,  paytaxtı 

olmuşdur.  Eldənizlər  dövlətinin  banisi  Atabəy  Şəmsəd- 

dinin  hakimiyyətinin  ilk  dövründən  dövlətinin  siyasi, 

"padşahlıq iqamətgahı"  Naxçıvan şəhərində yerləşmişdir. 

"Əcaib-əd  dünya"  əsərində  yazılır:  "Naxçıvan...  Eldə- 

nizlərin  dövründə  tam  tərəqqiyə  çatdı.  Orada  padşahlıq 

iqamətgahı yaratdılar və dövlətxana təsis etdilər".

Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin 

Eldəniz  haqqmda  Mirxond  (1433-1498)  və  onun  nəvəsi 

Xondəmir (1475-1536) maraqlı məlumatlar vermişdir.

Mirxondun  məlumatına  görə  Sultan  Mahmudun 

hakimiyyəti  dövründə  (1118-1131)  kiçik  yaşlı  Eldəniz 

qıpçaqlar  ölkəsində  qul  kimi  bir  tacir  tərəfmdən  almıb 

İraqa  gətirilmişdir.  Qıpçaqların qədim  adətinə  görə  tacir 

bir dəfəyə 40 qul alanda qul sahibi 39 qulu satır - 40-cını-

1  qulunu  isə  pulsuz  verirdi.  Mirxondun  rəvayətinə  görə, 

İraqda  bu  qulları  sultanın  vəziri  Əbu  Hamid  Əli  İbn

Əhməd  əs  Süleyrəmi  tacirdən  alır.  Eldəniz  ağlayır  və 

vəzirdən  xahiş  edir  ki,  onu  da  götürsün.  Vəzir  razılaşır. 

Eldəniz  diribaşlığı,  fərasəti  ilə  tezliklə  ağasınm  rəğbətini 

qazanır.  Vəzir  Süleyrəmi  ismaililər  tərəfındən  öldürül- 

dükdən  sonra (1122) Eldəniz sultanm xidmətinə keçdi.

Sultan  II  Toğrulun  hakimiyyəti  dövründə  (1132- 

1135)-Eldəniz Sultanm şəxsi məliklərindən biri olmuşdur. 

Sultanm  arvadı  və  dövlət  işlərində  onun  ən  yaxın  məs- 

ləhətçisi  Möminə  Xatın  Eldənizə  xüsusi  iltifat  göstərirdi. 

Sultan Eldənizin sadiqliyini yüksək qiymətləndirərək ona 

Əmir  rütbəsini  verir  və  azyaşlı  oğlu  Arslan  şaha  atabəy 

təyin  edir.  (Şahzadələrin  tərbiyəçiləri  atabəy  (ata-hakim) 

adlamrdı.  Zaman keçdikcə atabəylər dövlətinin taleyində 

onlar  əsl  həlledicilər  olurdu.  (Atabəylər  dövləti  (Eldə- 

nizlər)  də  bu  ardıcıllıqdan  doğurdu.)  Sultan  II  Toğrul 

öldükdən  sonra  (1134)  hakimiyyətə  Sultan  Məsud  gəldi. 

O,  Şəmsəddin  Eldənizi  II  Toğrulun  dul  qadını  Möminə 

Xatınla  evləndirdi.  Onlarm  iki  oğlu  Nəsrəddin  Məhəm- 

məd Cahan Pəhləvan,  Müzəfərəddin Osman  Qızıl Arslan 

və  bir  qızı  olmuşdur.  Sultan  Məsud  1136-cı  ildə  Arranı 

Atabəy  Eldənizə  iqta  torpağı  verdi.  Eldəniz  tədricən 

bütün Azərbaycana sahib oldu.

Süleyman  şah  öldürüldiikdən  sonra,  Eldəniz  oğul- 

luğu  Arslan  şahı  İraq  sultanlığı  taxtına  çıxarmaq  üçün 

1160-cı ildə 20.000 qoşunla Həmədana gəldi.  Arslan şaha 

tac  qoyuldu  və  Şəmsəddin  Eldəniz  "Böyük  Atabəy" 

adlandırıldı. Oğlanları- Nəsrəddin Cahan Pəhləvan sulta-



w .  

Azsrbaycan 



Respublikası Prezidentinin 

.

PREZİDENT KİTABXANASI


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə