Mən daha çox istəvdim ki, Naxçıvan xanlığının tarixi çox



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix03.08.2018
ölçüsü1,23 Mb.
#60699
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   14

onu saya salmırdı, ona gülürdü. Spartak üsyanla, qullarm 

fiziki  gücü  ilə  müəyyən  zirvə  tutdu.  Eldəniz  indinin 

özündə  olduğu,  özü də ən sivil məmləktlərdə  olduğu kimi 

öz  bacarıq  və  istedadma görə  o  pillələri  qalxmaq  imkanı 

qazandı.

Deməli,  bu  məmləkətdə,  bu  torpaqda  hətta  12-ci 

əsrdə  demokratik  ab-hava  vardı.  Bu  demokratiyanm  ən 

zirvə anmda dünənki qul bu gün padşahlıq iqamətgahı və 

Atabəylər  dövləti  yaratdı  ki,  Azərbaycan  adlı  məmləkət 

öz  dövlətçilik  ideyalarmm  xələfliyini,  gələcək  dövlət- 

çiliyini  bu  qədim  dövlətin  dirəkləri  üzərində  qurur.  De- 

məli,  bu  torpaq  hər  kəsin  istedad  və  bacarığma  bərabər 

status  verir-hər  bir  insan  özünü  ifadə  və  özünü  təsdiq 

imkanmdan istifadə edə bilər. Budur, qədim sivilizasiya... 

mədəniyyət və dövlətçilik.

XIII-XIV əsrlər Monqol ağalığı dövründə Ağqoyun- 

lular  Teymurləngin  hücumları  zamanı  Naxçıvanda  əsas 

mübarizə  mərkəzlərindən  birinə  çevrildi.  Məlum  olduğu 

kimi,  16-cı  əsrdə  Azərbaycanm  geniş  ərazisində  mərkəzi 

Təbriz  şəhəri olan Səfəvilər dövləti yaranmışdı.

XIV-XVII  əsrlərdə  Naxçıvan  Azərbaycan  dövlət- 

lərinin-Qaraqoyunlu,  Ağqoyunlu  və  Səfəvilər  dövlətləri- 

nin tərkibində oldu.  Bu dövlət yarandığı gündən Osmanlı 

Türkiyəsinə  qarşı  apardığı  uzun  müharibələrdə  döyüş 

meydanma  çevrilmiş  Naxçıvan  diyarı  gah  Osmanlı 

Türkiyəsinin, gah da Səfəvilərin əlində olmuşdur.  1554-cü 

ildə  Osmanlı  qoşunları  Səfəvi  dövlətinin  ərazisinə  12-ci

dəfə  yürüş  etdilər.  Tarixi  mənbələrə  görə  bu  yürüşə 

"Naxçıvan  yürüşü"  deyirlər  (adlanır)  Düşmənin  bu 

yürüşünün  qarşısmı  ala  bilməyəcəyini  başa  düşən  Səfəvi 

şahı  1-ci  Təhmasib  öz  qoşunlarım  geri  çəkdi.  Naxçıvan 

əhalisinin əksəriyyəti də şah qoşunlarıyla birgə Naxçıvanı 

tərk  etməyə  məcbur  oldu.l554-cü  il  iyulun  28-də 

Naxçıvan  şəhərini  ələ  keçirən  Türkiyə  sultanı  I  Süley- 

manm  qoşunları  şəhəri  yerlə-  yeksan  etdilər.  Sultanm 

qoşunları  şəhəri  talan  etdilər  və  şəhəri  tərk  etdikdə, 

sultan  Süleymanm əmri ilə  şəhəri yandırdılar.

Həmdullah  Qəzviniyə  görə,  Təbrizdən  24  fərsəng 

(160 km) məsafədə olan Naxçıvan şəhəri 4-cü iqlimə daxil 

olub,  əsası  Sasani  hökmdarı  Bəhram  Çubin  tərəfindən 

qoyulub.  Öz  gözəlliyi  ilə  seçilən  Naxçıvan  "Nəqsi- 

Cahan",  "Nəşəva" kimi məşhurlaşmışdır.  Dövrün mənbə- 

lərindən bu qənaətə gəlmək  olar:

Naxçıvan-Azərbaycanda  yüksək  yerdə  yerləşmiş, 

əhalisi  sıx  olan böyük  şəhərdir.  Buradan Araz çayı  aydm 

görünür.  Deyirlər  ki,  yer  üzərində  Naxçıvandan  çox 

əhalisi  olan  şəhər  yox  imiş.  Naxçıvan  əhalisi  ağbəniz 

olub,  şafei  təriqətinə itaət edirmiş.

Bədii  oyma  sənətində,  mətbəxində,  dulusçuluqda 

çox  fərqlidir.  Əhalinin  dili  xoşagələndir,  onlar  bütün 

dillərdə  danışa  bilir,  onların  dilində  heç  kim  danışa 

bilmir.  Naxçıvanda  çoxlu  saraylar,  köşklər,  eyvanlar, 

qalalar,  mədrəsələr,  məscidlər  var.  Naxçıvandakı  dənli 

bitkilər və meyvələr xüsusi ləzzətə malikdir.



Türk  qoşunları  şəhəri  tərk  etdikdən  sonra,  Naxçı- 

vanın  bərpa  işləri  başladı.  Şah  II  İsmayılın  dövründə 

(1576/77)  Şərəf  xan  Bidlisi  Naxçıvanm  hakimi  təyin 

edildi.  Lakin,  onun  hakimiyyəti  uzun  sürmədi.  1578-ci 

ildə  o,  400  nəfərə  yaxın  adamı  ilə  Bidlis  şəhərinə  gələrək 

orada  möhkəmləndi.  Çünki,  o  dövrdə  türk  qoşunları 

Azərbaycana  və  Gürcüstana  yürüşə  başlamışdı.  Mustafa 

Lələ  Paşanm  başçılığı  ilə  Osmanlı  qoşunları  bir  sıra 

şəhərləri,  həmçinin  Naxçıvanı  da  ələ  keçirsələr  də, 

obyektiv  səbəblərə  görə  tərk  də  etdilər.  İradəcə  zəif olan 

şah  Məhəmməd  Xudabəndinin  (1578-87)  hakimiyyəti 

dövründə Səfəvi dövləti inzibati cəhətdən parçalandı.

18-ci  əsrin  20-ci  illərində  Səfəvilər  dövləti  əfqan 

qəbilələrinin  zərbəsi  altında  zəiflədi.  İşğalçılar  hətta, 

dövlətin  mərkəzi  İsfahan  şəhərini  də  zəbt  etdi.  Bundan 

istifadə  edən  Rusiya  İranın  Xəzərboyu  əyalətlərini  işğal 

edərək,  Rəşt  şəhərinə  kimi  gəlib  çıxdı.  Səfəvilərin 

zəifləməsinə  Türkiyə  dövləti  biganə  qala  bilməzdi.  1723- 

cü  ildə  Osmanlı  türklərinin  yeni  hücumları  nəticəsində 

Naxçıvan  şəhəri,  həmçinin  Naxçıvan  əyaləti  ciddi 

dağımtıya  məruz  qaldı.  Türk  əsgərləri  heç  bir  müqa- 

vimətə  rast  gəlmədən  Cənubi  Qafqazı  və  Azərbaycanm 

cənubunda  böyük  bir  hissəni  işğal  etdilər.  İranda 

əfqanlara və  osmanlılara qarşı mübarizə gücləndi.  Xarici 

işğalçılarla döyüşü, həmin dövrün məşhur sərkərdəsi, İran 

ordusunun  baş  sərkərdəsi  Nadirqulu  xan  öz  öhdəsinə 

götürdü.  1731-ci  ildə  yerli  əhalinin  köməyi  ilə  Marağa,

Təbriz,  Ərdəbil  şəhərləri .Səfəvilərin  əlinə  keçdi.  Naxçı- 

van,  İrəvan  istiqamətiylə  gedən  qoşunlar  Xorasandan 

üsyan  xəbəri  eşidən  N adirqulu  xanın  əmri  ilə  ora 

yollandılar.  Həmin dövrdə Nadirqulu xanm nüfuzu artır, 

II  Təhmasib  isə  iradəsiz  zəif  imici  qazanmışdı.  Və 

Təhmasib  özünü  doğrultmaq  məqsədilə  Naxçıvanı  və 

İrəvanı  türk  qoşunlarından  xilas  etmək  üçün  hərbi 

əməliyyatlara başladı. Lakin, II Təhmasib məqsədinə nail 

olmadı.  Döyüş  isə,  məğlubiyyətlə  nəticələndi.  II 

Təhmasib  sülh  istəməyə  məcbur  oldu.  Türkiyə  dərhal 

razılaşdı.

Beləliklə,  1732-ci  ilin  yanvar  ayınm  16-da  müqa- 

viləyə  görə  bir  sıra  şəhərlərlə  yanaşı,  Naxçıvan  da  Türk 

işğal  zonasına  daxil  oldu.  Üsyanı  Xorasanda  yatırandan 

sonra  qayıdan  Nadirqulu  xan  yerli  əyanlarm  iştirakı  ilə 

Təhmasibi  taxtdan  salıb,  onun  8  aylıq  körpə  oğlunu 

formal olaraq şah elan etdi. Əslində isə,  özü azyaşlı şahın 

qəyyumu kimi faktiki olaraq,  İranm mütləq hakimi oldu. 

Nadirqulu  xan  ilk  növbədə  1732-ci  ildə  Təhmasiblə 

Osmanlı  Türkiyəsinin  bağladığı  müqavilənin  şərtlərini 

pozaraq,  Osmanlılar  tərəfındən  işğal  edilmiş  ərazilərin 

geri  qaytarılmasım  tələb  etdi.  Lakin  Türkiyə  Sultanı  bu 

tələbi  rədd  etdi.  Belə  olduqda,  İran  və  Türkiyə  arasında 

hərbi  əməliyyatlar  bərpa  oldu.  Ciddi  zərbələrə  məruz 

qalan  osmanlı  əsgərləri  Azərbaycan  ərazisindən  tədricən 

geri çəkildilər.

1736-cı ildə isə Nadirqulu xanın tacqoyma mərasimi



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə