Mən daha çox istəvdim ki, Naxçıvan xanlığının tarixi çox



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə9/14
tarix03.08.2018
ölçüsü1,23 Mb.
#60699
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   14

görünən  kimi,  "Cəfərqulu  xan  Arpa  çayı  sahilindəki 

qalada gizləndi..."

1787-ci  il  may  ayınm  əvvəllərində  İbrahimxəlil 

xanm  qoşunu  Naxçıvan  qalasım  ələ  keçirərək,  Abbas- 

qulu xanı hakimiyyətə gətirdi.

Arxiv  sənədlərində  deyilir:  "Naxçıvan  xanlığmm 

tutulması,  Abbasqulu  xanm  hakimiyyətə  gətirilməsi 

İbrahimxəlil  xanm  öz  adı  ilə  deyil,  Abbasqulu  xanm  II 

İraklidən  kömək  alması  və  qüvvətlənməsi  ilə  əlaqə- 

dardır".


Naxçıvanı  tutduqdan  sonra,  Qarabağ  qoşunları 

Abbasqulu xanm dəstəsi ilə birlikdə Cəfərqulu xanı təqib 

etməyə  başladılar.  Lakin,  bu  uğursuz  tədbir  oldu.  Bu 

uğursuzluqdan  sonra  vaxt  itirmədən  Təbrizə  doğru 

hərəkət  etməyi  qərara  aldı.  İbrahimxəlil  xan  Əhməd 

xanın  müttəfiqliyinə  inanıb  səhv  elədi.  Belə  ki, 

İbrahimxəlil  xan  yolda  olarkən,  Xoy  qoşunları  Təbrizı 

tutmuşdu.  Əhməd  xan  İbrahimxəlil  xana  Təbrizdə  əldə 

etdiyi qənimətdən...  heç nə vermədi.  Əhməd xan bildirdi 

ki,  o  Təbrizdə  yalnız  hakimiyyəti  dəyişmişdir.  Buna 

qohum   kimi  hüququ  vardır.  Lakin,  Naxçıvan  xanı 

Cəfərqulu xanı  öz himayəsinə  götürüb...  heç kimin  onun 

işlərinə  qarışmağa  ixtiyarı  yoxdur.  Çünki,  Naxçıvana 

sahib  olmaq  üçün  İsfahanm  hakimi  tərəfındən  fərman 

Cəfərqulu xana verilmişdir.

Bu  yürüşdə  müvəffəqiyyətsizliklər  bir-birinin 

ardınca  İbrahimxəlil  xanı  təqib  edirdi.  Belə  ki,  Təbriz

işləriylə  məşğul  olduğu  dövrdə  Cəfərqulu  xanm  qardaşı 

K albalı  xan  Abbasqulu  xanın  hakimiyyətini  devirərək

1787-ci  ildə  özünü xan  elan  etdi.  Abbasqulu xan yenidən 

Naxçıvanı tərk etdi.  Və bu o zaman baş verdi ki, II İrakli 

"...İbrahimxəlil  xanm  Naxçıvanı tutduğu xəbərini eşidib, 

knyaz İvan Baqrationu göndərmişdi ki, o nəyin bahasma 

olursa-olsun  İbrahimxəlil  xanm  Naxçıvanda  möhkəm- 

lənməsinə  yol  verməsin".  Lakin,  Kalbalı  xan  artıq 

Naxçıvanı  ələ  keçirmişdi  və  gürcü  qoşunlarmı  qalaya 

buraxmadı.  1787-ci  il may aymın 20-də Baqration,  çar II 

İrakliyə  göndərdiyi  məktubda  yazırdı:  "Kalbalı  bəy... 

güclü  müqavimət  göstərmək  üçün  qaladan  çıxmışdı. 

Lakin,  mənim  gəlişimlə  əlaqədar,  tələsik  yenidən  qalaya 

çəkildi”.  Həmin vaxtdan etibarən,  cəsarətli dövlət xadimi 

Kalbalı xanm hakimiyyəti dövrü (1787-1820) başlayır.

Qardaşı  oğlu  Abbasqulu  xanm  iddiasından  özünü 

qorumaq  üçün  Kalbalı  xan,  onu  Naxçıvana  dəvət  etdi. 

Ürəyində  kin  bəsləsə  də,  ona  böyük  imtiyazlar  verdi. 

Kalbalı  xan  hakimiyyətə  gəldiyi  vaxt  Azərbaycan  və 

bütövlükdə  Cənubi  Qafqazda  daxili  və  xarici  vəziyyət 

xeyli mürəkkəbləşmişdi. Azərbaycan və Gürcüstamn İran 

və Osmanlı imperiyası  tərəfindən  təcavüzkarlığma məruz 

qalmaları  təhlükəsi  yaranmışdı.  Cənubi  Qafqaz  xalqları 

öz  daxili  imkanları  hesabma  xarici  təhlükəyə  qarşı 

istiqlaliyyətini  müdafiə  edə  bilmədilər.  K albalı  xan 

hakimiyyətə  gəldiyi  gündən  Naxçıvan  xanlığı  Rusiya 

dövləti  ilə  həm  siyasi,  həm  iqtisadi  m ünasibətlər




yaratmağa  səy  göstərmişdi.  Bu  da  səbəbsiz  deyildi. 

Həmin  dövrdə  İran  təcavüzü  qarşısında  qalan  Azərbay- 

can xanlarma Rusiya dövləti özünü xilaskar kimi  təqdim 

edirdi.  Məhz buna görə də, Kalbalı xan sadəlöhvlüklə rus 

diplomatlarmm  fitnəkarlığma  uymuşdu.  O  da  bəzi 

Azərbaycan  xanları  kimi  Georgiyevsk  müqaviləsinin 

(1783)  səmimiyyət  naminə  bağlanıldığına  inanırdı. 

Kalbalı  xanm  hakimiyyəti  dövründə  Naxçıvan  xanlığı 

nisbətən canlandı.

Bəli...artıq  Kalbalı  xan  hakimiyyəti  ələ  aldı. 

Kalbalı  xanm  dövrü  yetişdi.  Nə  qədər  qüdrətli  Kəngərli 

olsa da,  Kalbalı xan da Rusiya toruna ilişdi.

Kalbalı  xan  Naxçıvan  xanlığmm  taxt-tac  simvolu 

idi.  O, bunu qorumaqla məşğul idi.  Təbii ki,  çoxlarından 

fərqli olaraq, o bunu kişicəsinə edirdi. Çox təəssüf ki, onu 

qarşıda  ağır  aqibətlər  gözləyirdi.  Hələ  uğrunda  müha- 

ribələr gedəcək Naxçıvan və İrəvan xanığmm istər İrakli, 

istər  Çar  Rusiyası,  istərsə  də  İran  tərəfmdən  işğal  planı 

hissə-hissə  həyata  keçirilməkdə  idi.  Qarşıda,  1-ci  Rus- 

İran müharibəsi,  Gülüstan müqaviləsi dayanırdı.



2-ci  Rus-İran  müharibəsi-nəticə  Türkmənçay 

müqaviləsi.  Və  bu  müqavilələrin  davamı  kimi  Zəngəzur, 

İrəvan  torpaqlannın  çox  acınacaqlı  taleyi  gəlir.  Azərbay- 

can xanlıqları-parçalanmış  Azərbaycanın son işğal zonası- 

Naxçıvan və  İrəvan  xanhğı...

Kalbalı  xan Naxçıvanm  möhkəmlənməsi' üçün  çox 

tədbirlər görürdü.  Bu zaman onun Naxçıvandan kənarda

yaşayan əmisi oğlu Cəfərqulu xan hakimiyyətə qayıtmaq 

fıkrindən  dönməmişdi.  O  bu  məqsədlə  gah  bu,  gah  da 

digər xana kömək  üçün  uğursuz müraciətlər etmişdi.

A ncaq  buna  baxmayaraq,  "Qacar  təhlükəsinə" 

qədər  Naxçıvan  xanlığmda  elə  bir  fövqəladə  hadisə  baş 

verməmişdi.  Qacar təhlükəsini isə gözləməyə dəyərdi...

Azərbaycanm  bu  bölgəsində  də  daxili  çəkişmələr 

taxt-tac  uğrunda  olduğundan  Kalbalı  xan  kimi  müdrik 

sultan,  artıq  İran  tərəfdən  dəfələrlə  amansızlıq,  xəyanət 

gördüyündən  də  istər  daxili,  istərsə  də  xarici  yürüşlərdən 

qurtarm aq  üçün  Rusiyaya  xilaskar  kimi  baxır  və  sadə- 

löhvcəsinə Rus imperiyasma sədaqət nümayiş etdirirdı.

Qarşıda onu hələ çox dəhşətlər gözləyirdi... Kalbalı 

xan var gücü ilə öz taxt-tacmı saxlamaqla məşğul idi. Onu 

da  o  biri  xanlar  kimi  təkcə  Naxçıvan  xanlığı  düşündü- 

rürdü.  Bütöv  Azərbaycananm  sərhədləri  onun  da  çəpər- 

lərindən  çox  uzaqda  idi.  XVlll  əsrin  80-cı  illərinin 

sonlarmda İranda  Qacar sülaləsinin  əsasmı  qoymuş  Ağa 

Məhəmməd xanın şöhrəti artırdı. 90-cı illərin əvvəllərində 

o,  bütöv  İram  öz  hakimiyyəti  altmda  birləşdirdi.  Hətta, 

1791-ci ildə tacqoyma mərasimini başqa vaxta keçirsə də, 

özünü  şah  elan  etdi.  Ağa  Məhəmməd  xan  eyni  zam anda 

özünü  Azərbaycanm  da  hakimi  hesab  edirdi.  Çünki, 

Səfəvilər  dövlətində  qərarlaşdırılmış  ənənəyə  görə,  şah 

həm  də  Azərbaycanm  və  Gürcüstanm  ali  hakimi  olmalı 

idi.

Cənubi  Azərbaycanda  xanlıqların  bəzilərini  özünə




Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə