Mən daha çox istəvdim ki, Naxçıvan xanlığının tarixi çox



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix03.08.2018
ölçüsü1,23 Mb.
#60699
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   14

nırı  əmir-hacibi,  Müzəfərəddin  Osman  Qızıl  Arslan  isə 

Sultan ordularınm baş komandanı təyin edildi.  Azərbay- 

can  Atabəylər  dövlətinin  əsl  hakımi  Şəmsəddin  Eldəniz 

idi,  onun  hakimiyyəti  dövründə  Naxçıvan  Atabəylər 

dövlətinin  əsas  iqtisadi,  siyasi  və  mədəniyyət  mərkəzi 

kimı tanmmışdır.  Şəmsəddin Eldənizin daimi yaşayış yeri 

Naxçıvan  olmuşdur.  Naxçıvan  vilayətinin  torpaqları  tac 

(xass)  torpağı idi.

Şəmsəddin Eldənizin arvadı Möminə Xatın  1175-ci 

ildə  Naxçıvanda  vəfat  etdi.  Atabəy  Eldəniz  onun  qəbri 

üzərində məqbərə tikdirməyə başladı.  Lakin,  arvadından 

bir  az  sonra  (19.XI-1175)  Böyük  Atabəy  Şəmsəddin 

Eldəniz öldü. Azərbaycan Atabəylər dövlətinin yaradıcısı 

Şəmsəddin  Eldəniz  öz  dövrünün  nəhəng,  bacarıqlı  siyasi 

dövlət xadimi  olmuş,  torpağınm genişlənməsi  və mərkəzi 

hakimiyyətinin  gücləndirilməsi  üçün  böyük  işlər  gör- 

müşdü.

Məqbərənin  tikintisi  isə Atabəy  Cahan  Pəhləvanm 



vaxtmda  (1186  -aprel)  başa  çatdırıldı.  Möminə  Xatın 

məqbərəsini şərqin məşhur memarı Əcəmi Əbu Bəkr oğlu 

Naxçıvani inşa etmişdir. Atabəy Eldənizin ölümündən iki 

ay  sonra  17.XII.1175  -  14.1.76  Sultan  Arslan  şah  vəfat 

etdi.

Yadellilərin Azərbaycana tez-tez hücumlarına  12-ci 



əsrdə  Naxçıvan  daha  çox  məruz  qalırdı.  Odur  ki, 

Şəmsəddin Eldənizin ölümündən sonra, oğlu Məhəmməd 

Cahan  Pəhləvan  zamanı  (1175-1186)  dövlətin  paytaxtı

Naxçıvandan Həmədana köçürüldü.  Bu dövrdə Azərbay- 

can  torpaqlarmı  Məhəmməd  Cahan  Pəhləvanm  kiçik 

qardaşı  Qızıl  Arslan  idarə  edirdi  (1186-1191).  Cahan 

Pəhləvanm  oğlanları  Əbubəkr  və  Özbəyin  hakimiyyəti 

dövründə  paytaxt  Təbriz  olsa  da,  Naxçıvan  iqtisadi  və 

mədəni  mərkəz  kimi  üstün  rol  oynamışdır.  Bu  dövrə  aid 

Naxçıvanda  möhtəşəm  abidələr  var.  İqtisadi,  siyasi  və 

hərbi  məsələlərlə  əlaqədar Eldənizlərin  paytaxtı vaxtaşırı 

Naxçıvan  şəhərinə köçürüldü.

Azərbaycanm  tarixi  məğrurluq  rəmzi  sayılan, 

"Kitabi  Dədə-Qorqud"  dastanmda  möhkəm  və  etibarlı 

bir  istehkam  kimi  təsvir  olunan  möhtəşəm  Əlincə  qalası 

Eldənizlərin  iqamətgahı  idi.  Ən  təhlükəli  vaxtlarda  bu 

qalada  dövlətin  xəzinəsi  və  hökmdarm  əhli-əyanları 

qorunurdu.  Əlincənin  ən  hündür  terrasında  qütval  (qala 

rəisi) yaxud,  qorçu başı üçün qəsr yerləşir.

Deyilənə  görə,  Əlincə  qalada  6000  nəfərədək 

döyüşçü  yaşamışdır.  Qalada  həmçinin,  silah  düzəldən 

karxanalar,  ilxı,  mal-qara üçün  tövlələr yerləşdirilmişdir. 

Məhəmməd  Cahan  Pəhləvanm  arvadı  və  Nüsrətəddin 

Əbubəkrin  anası  Zahidə  xatının  əsas  iqamətgahı  Əlincə 

qalada yerləşmişdi.

Bu  bacarıqlı  diplomat  qadın  dövrünün  tanmmış 

şəxsiyyətlərindən  olub,  Eldənizlər  dövlətinin  siyasi  həya- 

tında  mühüm  mövqe  tutmuşdur.  Zahidə  xatm  əsasən, 

Naxçıvanda  yaşamış,  hakim  kimi  Azərbaycanm  bu 

vilayətini  idarə  etmişdir.  Eldənizlər  dövlətinin  Əlincə




qalasmdakı  xəzinəsi  Zahidə  xatının  sərəncamında  idi. 

Zahidə  xatın  vəfat  etdikdən  sonra,  müəyyən  müddət 

Naxçıvanm  hakimi  Əl-Cəlaliyyə  olmuşdur.  Ehtimala 

görə  Əl-Cəlaliyyə  Zahidə  xatının  qızıdır.  Onun  atası 

Məhəmməd  Cahan  Pəhləvan  idi.  Naxçıvanda  Möminə 

Xatın  və  Yusif  Küseyir  oğlu  türbələri  ilə  əlaqədar  iki 

mədrəsə  də  tikilmişdir.  Azərbayan  Atabəyləri  Eldənizlər 

dövründə  bu  mədrəsələrin  xərcləri  türbələrin  gəliri 

hesabına  ödənilmişdir.  Naxçıvan  mədrəsələrində  tədris 

işlərini  12-ci əsrdə Qəvaməddin  adlı bir şəxs  idarə edirdi. 

Mədrəsələrdə  dini  sxolastik  elmlərlə  yanaşı,  dünyəvi 

elmlər də təlim edilirdi.

Naxçıvan  Əbu  Dülafılərin  mərkəzinə  çevrildiyi 

dövrdə  (11-ci  əsrin  60-cı  illəri)  Yaxın  Şərqin  bir  sıra 

ölkələrindən  buraya  çoxlu  şair,  alim  və  mütəffəkirlər 

gəlmişdir.  M əşhur  fars  şairi  Əsədi  Tusi  (1046/66) 

Naxçıvanda olmuş, şəhərin hakimi Əbu Dülaf Deyraniyə 

həsr  etdiyi  "Gertasnamə"  adlı  qəhrəmanlıq  dastanı 

yazmışdır.

Görkəmli  Azərbaycan  şairi  Qətran  İbn  Mansur 

Təbrizi  11-ci  əsrin  60-cı  illərində  Naxçıvanda yaşamış  və 

Əbu  Dülafa  həsr  etdiyi  "Naxçıvan  Şah"  adlı  qəsidələr 

yazmışdır.

Eldənizlər  dövlətinin  paytaxtı  olanda  Naxçıvanda 

elm  və  mədəniyyətin  inkişafına  böyük  şərait  yaradıl- 

mışdır.  Ərəb  müəllifı  Yaqut  Həməvi  özünün  "Micəm  Ə1 

buldan"  əsərində  yazır  ki,  "Naxçıvan  şəhərindən  çoxlu

məşhur  alimlər  çıxmışdır.  Bu  alimlər  dövrün  elm  və 

mədəniyyət  mərkəzləri  hesab  olunan  Dəməşq,  Tunis, 

Bağdad kimi  şəhərlərində təhsil almışdılar".

Torpağm  qədimliyi  onun  abidələri,  tikililəri,  tarixi 

ilə  təyin  olunursa,  o  torpaqda  yaşayan  millətin,  xalqın 

kökü,  tarixi  və  mədəni  səviyyəsi  onun  qanunları,  adət- 

ənənələri  ilə  müəyyən  olunur.  Hələ  indi  21-ci  əsrdə  belə, 

yer  kürəsinin  bütün  məmləkətləri  sivil  və  demokratik 

sayılmır.  Hətta  biz  də  Avropanm,  Amerikanın  siviliza- 

siyası,  demokrasiyası  ilə  indi-indi  ayaqlaşırıq  müstəqil 

respublika  kimi.  Ancaq  gəlin  keçmişə-bəhs  etdiyimiz 

illərə nəzər salaq-heyrətlənəcəyik.  Sadəcə bir fakt- qəbilə, 

tayfa,  şah nəsli-varislik-dediyimiz sərt,  pozulası mümkün 

olmayan  qanunlar  vardı  ki,  mütləq  qəbilə,  tayfa  başçısı, 

sonradan  Şah  nəsli  mütləq  ata-baba  irsi  olaraq  taxt 

verilirdi.  Bu  hər  yerdə  belə  olub-müəyyən  istisnalarla 

təbii  ki...  Bu  qanunlarm  ən  işlək  vaxtmda  Azərbaycan 

torpağmda  yabancı  bir  yerdən  alınmış  40-cı  qul,  peşkəş 

qul-qara  işlər  görmək  üçün  işçi  qüvvəsi-kölə  gəlib  bu 

ölkədə Sultan olur, dövlət yaradır.  Özü də inqilabi, üsyan 

yolu  ilə  deyil-öz  ağlı,  dərrakəsi,  istedadı  ilə.  Onun  ağlına 

görə  ona  imkan  yaradılır,  onun  istedadına  görə  mövqe 

verilir.  Dün,yanm  çox  az yerində  belə nümunəyə  rast  gəl- 

mək  olar.  Yada  Romalı  Spartak  düşür.  Müqayisə  edək- 

hər ikisi qul idi.  Spartak gözəl və güclü bədəni, flziki gücü 

ilə  seçilsə  də,  Eldəniz  ağlıyla,  siyasəti,  idrakı  ilə  fərqli, 

bədəncə çox zəif idi.  O  qədər zəif idi ki,  hətta  39  qul  belə




Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə