“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix14.07.2018
ölçüsü2,85 Mb.
#55507
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

bAyTArlıq

   Elmi-praktik jurnal

28

ilə müqayisə edildi və patoloji prosesin sa-



ğalmaya  doğru  dəyişdirilməsi  dinamik 

tərzdə  təhlil  olundu. Axırda  isə  müalicənin 

effektlilik səviyyəsi müəyyən edildi.

Xroniki  hematuriya  xəstəliyinə  qarşı 

mübarizədə  xəstə  heyvanların  müalicəsi 

başlıca tədbirlərdən biridir. Lakin xəstəliyin 

etiologiyası  kimi  bu  da  hələlik  qəti  həll 

olunmamışdır.  Ona  görə  də  aparılacaq 

tədqiqat işləri ancaq bu sahəyə yönəldildi.

Xəstə  inəklər  alınan  Vizəzəmin  kəndi 

Lənkəran-Lerik şose yolunun üstündə, Lən-

kəran  çayının  kənarında,  meşəli  və  dağlıq 

sahədə yerləşir. Ərazi dağ-subtropik iqlimə 

malikdir.  Yerli  əhalidə  425  baş  qaramal, 

o  cümlədən  136  baş  inək  vardır.  İnəklər 

əksərən  qara-ala,  qalanı  isə  mələz  və  yerli 

cinsdən  ibarətdir.  Heyvanların  saxlama  və 

yemləndirilməsi  primitivdir.  Yazın  ikinci 

yarısı,  yay  ayları,  payızın  birinci  yarısında 

heyvanların yemləndirilməsində əsasən  çay-

kə narı, meşə otlaq sahələrindən istifadə olu-

nur,  inəklərə  əlavə  olaraq  qüvvəli  yem  də 

verilir.  Qış  saxlama  şəraitində  isə  quru  ot, 

küləş və qüvvəli yem verilir. 

Qaramalın, xüsusən inəklərin yem payın-

dakı yaşıl və quru ot bir qayda olaraq həmişə 

Orlyak Ayıdöşəyi bitkisi ilə qarışıq olur.

Kənd  əhalisinin  qaramal  naxırı  ümumi 

klinik  müayinədən  keçirildikdə  22  baş 

inəkdə,  2  baş  düyədə,  bir  baş  törədici  bu-

ğada  makrohematuriya  (açıq),  sidiyin  mik-

roskopik  müayinəsində  isə  87  baş  inəkdə, 

27 baş düyədə və 4 baş buğada mikrohema-

turiya  (gizli)  müəyyən  edildi.  Xroniki  he-

maturiya  xəstəliyində  müalicə  məsələsini 

həll  etmək  üçün  təcrübə  75  gün  davam 

edildi.  Bu  müddətdə  onlarda  cəmi  18  gün 

ərzində  4  müalicə  kursu  aparıb  aşağıdakı 

nəticələri əldə etdik. Xroniki hematuriya ilə 

spontan  xəstə  inəklərin  müalicəsindən 

əvvəlki  müayinə sində  müəyyən  edildi  ki, 

onlarda klinik göstəricilər – bədənin ümumi 

hərarəti, nəbzin və tənəffüsün miqdarı fizio-

loji  norma  daxilində  dəyişir  və  belə 

vəziyyət 

hətta 


müalicədən 

sonrakı 


müayinələrdə də qeydə alınır. Bundan başqa 

heyvanların yem, su qəbulu, iştahası da nor-

mada olur.

Bununla  belə  təcrübə  altında  olan  hər 

3 baş inəkdə kəskin arıqlıq, görünən selikli 

qişaların  anemik  və  işgənbənin  hipotonik 

vəziyyətləri, taxikardiya, ürək tonlarının küt-

ləşməsi və s. müşahidə olundu. Çox səciyyəvi 

dəyişiklik qanın, sidiyin göstəri cilərində gö-

ründü. Belə ki, hemoqlobinin, eritrositlərin 

miqdarı kəskin dərəcədə azalmış (50-60%), 

protrombinin, qələvi fosfotazanın göstərici-

ləri  artmış,  katalaza  və  peroksidaza  göstə-

riciləri  isə  azalmışdır.  Bütün  bunlar  qara 

ciyərin oksidləşdirici, antitoksik və s. fəaliy-

yətlərinin zəifləməsini göstərən amillərdir.

Sidiyin  göstəriciləri  xəstəliyə  xas  olan 

əlamətləri  daha  aydın  göstərdi.  Yəni  sidik 

tünd  şabalıdı,  qırmızı  rəngdə,  bulanıq, 

çoxlu miqdarda qan qarışığı (makrohematu-

riya)  ilə  ifraz  olunur.  1437  və  1222  №-li 

inək lərlərdə arabir sidikdə barmaq yoğunlu-

ğunda  və  uzunluğunda  laxtalanmış  qan  if-

razı da qeydə alındı.

Sidikburaxma aktları tezləşmiş və ağrılı 

keçir.  Sidik  çöküntülərinin  müayinəsində 

əsasən  eritrositlər,  böyrəklər,  sidik  axarları 

və  sidik  kisəsinin  epiteli  hüceyrələri  və 

qələvi duzların kristalları aşkar edildi.

Patoloji prosesin ağır formada getdiyini 

göstərən  əlamətlərdən  biri  də  təcrübə  hey-

vanlarında aşkar edilən proteinuriyadır. Bu-

nun səviyyəsi yüksək olmaqla 1,39 q faizə 

qədər artmışdır. Sidikdə bilirubin və urobi-

lin ifrazı isə müşahidə olunmadı.

Qeyd  olunanlardan  aydın  olur  ki, 

təcrübə də olan inəklərin klinik, hematoloji 

və uroloji göstəricilərində xəstəliyə xas olan 

çox kəskin dəyişikliklər vardır.

Təcrübə heyvanlarında müalicə əməliy-

yatlarına  başlayandan  sonra  yuxarıda  qeyd 

olunan patoloji göstəricilər fizioloji normaya 




29

Elmi-praktik jurnal   



bAyTArlıq

doğru dəyişməyə başladı. Bu dəyişikliklərin 

səviyyəsi  isə  göstəricinin  xarakterindən  və 

xəstə  heyvanın  fərdi  xüsusiyyətindən  asılı 

olaraq müxtəlifdir.

Birinci  müalicə  kursundan  sonra  aparı-

lan  müayinədə  müalicədən  əvvəlki  səviy-

yəyə  nisbətən  müəyyən  dəyişiklik  qan  və 

sidik göstəricilərində qeyd olundu. Belə ki, 

qanda hemoqlobinin miqdarı (xüsusən 1437 

və  1222  №-li  inəklərdə)  kəskin  dərəcədə 

(1.5-2 dəfə) artdı. Protrombinin səviyyəsi isə 

xeyli  aşağı  düşdü.  Peroksidaza  fermetinin 

göstəricisində əsaslı dəyişiklik olmadığı halda, 

katalaza fəallığı xeyli artdı və qələvi fosfo-

taza  bir  qədər  azaldı.  Təcrübə  inəkləri nin 

iki  başında  (1437  və  1222  №-li  )  sidikdə 

demək olar ki, müalicədən əvvəlki göstərici-

lər eyni qaldı. Lakin 1505 №-li inəkdə sidiyin 

rəngi  narıncı-sarıya  çevrildi,  şəffaflaşdı  və 

mikroskopik  müayinədə  makrohematuriya 

mikrohematuriyaya  çevrildi.  Lakin  bu  hey-

vanda proteinuriyanın səviyyəsi cüzi miqdarda 

azaldı. Birinci müalicə kursundan 4 və 9 gün 

sonrakı müayinələrdə qanın və sidiyin gös-

təriciləri onların birinci müayinədəki istiqa-

mətə  və  səviyyəyə  dəyişməsi  davam  etdi. 

Xüsusən  1505  №-li  inəkdə  xəstəliyin  mik-

rohematuriya forması saxlanıldı.

İkinci müalicə kursundan sonra aparılan 

müayinələrdə  göstəricilərin  əksəriy yəti 

daha fərqli nəzərə çarpdı. 1437 №-li inəyin 

qanında  hemoqlobinin  miqdarı  dəyiş mədiyi 

halda,  digər  iki  başda  müayinənin  status 

dövrünə  (müalicədən  əvvəl)  nisbətən  9.5-

16.2  %  artdı.  Eritrositlərin  miqdarı  hər  üç 

heyvanda  31.9-39.5%  çoxaldı.  Protrombi-

nin  göstərici  isə  1437  №-li  inəkdə  3  dəfə, 

digərlərində  24.7-28.4  %  azaldı.  Katalaza-

nın  fəallığı  da  yüksəlməyə  doğru  xeyli 

dəyişdi.  Bu  1437  №-li  inəkdə  daha  kəskin 

(4.5 dəfə), o birilərində bir qədər az səviy-

yədə  (2dəfə)  artdı.  Peroksidazanın  göstəri-

cisindəki dəyişiklik o qədər də səciyyəvi ol-

madı. Qələvi fosfotaza göstəricisi də kəskin 

dəyişdi:  1222  №-li  inəkdə  2  dəfə,  digər-

lərində 23.7-30 % azaldı.

İkinci müalicə kursundan  sonra  təcrübə 

heyvanlarından  bir  başında  (1437  №-li) 

sidikdə  fiziki  dəyişiklik  göründü.  Onun 

rəngi  al  qırmızıdan  narıncıya  çevrildi  və 

şəffaflaşdı. Mikroskopik müayinədə mikro-

hematuriya  qeydə  alındı.1222  №-li  inəkdə 

sidiyin  fiziki  göstəriciləri  əvvəlki  kimi 

qeydə  alındı.  1505  №-li  inəkdə  isə  sidiyin 

sarı rəngi, şəffaf vəziyyəti və mikrohematu-

riya forması saxlanmışdı. Burada diqqəti cəlb 

edən bir cəhət də proteinuriyanın səviyyəsi 

olmuşdur.  1222  və  1505  №-li  inəklərin 

sidiyində  zülal  ixracı  bir  qədər  azalmışdır, 

(müvafiq olaraq 24.1 və 24.5 %)

Üçüncü müalicə kursundan sonra aparı-

lan  müayinələr  göstərdi  ki,  inəklərin  qa-

nında  hemoqlobin  7-10  %-ə,  eritrositlərin 

miqdarı  3.82-5.2  mln.  səviyyələrinə  çatdı. 

Protrombinin  göstəricisi  2-ci  müalicə  kur-

sundan sonrakı hədlər səviyyəsində qaldısa 

da  peroksidazanın  miqdarı  həm  status 

göstəricisinə,  həm  də  2-ci  müalicə  kursun-

dan sonrakı göstəriciyə görə müəyyən qədər 

artdı.  Katalaza  göstəricisi  isə  o  qədər  də 

dəyişmədi. Qələvi fosfotaza rəqəmi isə status 

rəqəmlərinə görə aşağı səviyyəsini saxladı.

Sidiyin  göstəricilərində  baş  verən  dəyi-

şiklik yanlız 1437 №-li inəkdə qeydə alındı. 

Bu  inəkdə  mikrohematuriya  yenidən  də 

makrohematuriyaya  çevrildi.  Sidik  tünd-

şabalıdı rəng aldı və bulanıqlaşdı. Digər iki 

baş  inəkdə  isə  sidiyin  göstəriciləri  dəyiş-

mədi. Sidikdə zülal ifrazı bir qədər də azaldı 

(0.52-1.052 q %).

Dördüncü  müalicə  kursunda  yerli  müa-

licə üçün indiyə kimi isti fadə edilən albusid-

naftalan  qarışığını  ammargen  məhlulu  ilə 

əvəz  olundu.  Qalan  ümumi  müalicə  prepe-

ratlarının işlənməsi isə əvvəlki kimi davam 

etdirildi.

Bu  müalicə  kursundan  sonra  inəklərin 

qanı iki dəfə müayinə edilərək, onlar bir ay 



Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə