“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix14.07.2018
ölçüsü2,85 Mb.
#55507
1   2   3   4   5   6   7   8   9   ...   32

bAyTArlıq

   Elmi-praktik jurnal

4

qoji fəaliyyəti sayəsində yüksəkixtisaslı bay-



tar  həkimlərinin  hazırlanması  işlərinin 

keyfiyyəti xeyli yaxşılaşmışdı. Onun epizoo-

tologiya  fənnindən  söylədiyi  mühazirələr 

tələbələr tərəfindən maraqla dinlənilirdi.

Professor  K.Səfərov  çox  hazırlıqlı,  bi-

likli  müəllim  olmaqla  yanaşı,  həm  də 

tələbələrlə  səmimi  və  mehriban  müna sibət 

saxlayırdı.  Möhkəm  və  güclü  yaddaşa  ma-

lik  olduğu  üçün  ilk  günlərdən  hamını  ad-

baad  tanıyırdı.  Tələ bələrlə  şən  zarafat 

edirdi, vəziyyə tləriylə maraqlanırdı, imkan-

sız tələbələrə köməklik göstərirdi. Bir sözlə, 

onun  şəxsində  yüksək  insani  nəcib liklə 

alimlik  vəhdət  təşkil  edirdi.  Ona  görə  də 

professor  dərs  dediyi  tələ bələrin  qəlbində 

və  hafizəsində  ən  yaxşı  müəllim lərdən  biri 

kimi əbədi yaşayır. 

Yüksəkixtisaslı  elmi  kadrların  hazırlan-

masında  da  K.Səfərovun  böyük  xid mətləri 

olmuşdur.  Onun  KTN-nin  elmi  idarəsinə 

rəhbərlik  etdiyi  illərdə  aspiranturaya  qəbul 

güclənmiş, institutlarda gənc alimlərin sayı 

artmış, 

aparılan 

elmi 

tədqiqatların 



keyfiyyəti yaxşılaşmışdır. 

K.Səfərovun təşkilatçılıq, idarəetmə fəaliy-

yəti  də  təqdirə  layiqdir.  Hələ  gənc  yaşla-

rında  o,  sığorta  idarəsində  baş  baytar 

həkimi,  sonralar  ali  məktəbdə  kafedra 

müdiri,  KTN-də  Baş  elmi  idarənin  rəisi, 

Yemçilik  İnstitutunda  direktor,  Baytarlıq 

İnstitutunda  şöbə  müdiri  işləyər kən  həmin 

təşkilatlarda iş rejimi, əmək intizamı həmişə 

yüksək səviyyədə olmuşdur.

K.Səfərov baytarlıq elmi, tədrisi və prak-

tikasında  böyük  əhəmiyyət  daşıyan  əsərlər 

– elmi məqalələr, tövsiyələr, monoqrafiya və 

dərs  vəsaitləri  dərc  etdirmişdir.  Bunlardan 

“Ümumi epizootologiya”, “Epizootologiya-

nın əsasları və kənd təsərrüfatı heyvanlarının 

yoluxucu xəstə likləri”, “Kənd təsərrü fatı hey-

vanlarının  brusellyozu  və  onunla  mü ba rizə 

tədbirləri”, “Enterotoksemiya və qoyunların 

bradzotu, onlara qarşı mübarizə təd bir ləri”, 

çoxlu  sayda  yüksəksəviyyəli  və  məz munlu 

elmi məqalələri və s. göstərmək olar.

Görkəmli alim, professor K.Səfərov həm 

də  baytarlığın  patriotu,  fədaisi  idi.  O,  tez-

tez rayonlarda olur, baytar həkimlərə elmi-

metodiki və praktiki köməklik gös tərirdi. 

100 illiyini qeyd etdiyimiz Kəbutər müəl-

lim  zəhmətkeş  və  məhsuldar  alim  olmaqla 

yanaşı, çox alicənab, mehriban, qayğıkeş ata, 

ailə başçısı, müəllim-pedaqoq, baca rıqlı təş-

ki latçı, həmişə hər yerdə – ailədə, ali mək-

təbdə, elmi müəssisələrdə – hörmətlə qarşı-

lanan,  sayılan,  seçilən  şəxsiyyət  idi.  Onun 

respublikamızda  baytarlığın  inkişafında 

müs təsna xidmətləri vardır. Onu tanıyanlar, 

onunla təmasda olanlar heç zaman Kəbutər 

müəllimi unutmayacaqlar. O, həmişə bizim 

qəlbi mizdə yaşayır və yaşayacaqdır.

Çoxları  kimi  mənim  də  həyatımda  pro-

fessor K.M.Səfərovun zəhməti böyük olmuş-

dur.  Mən  heç  vaxt  onu  unutmaram.  Məza-

rını  ziyarət  edəndə  qəlbən  deyirəm:  “Əziz 

professor, çəkdiyin zəh məti mənə halal et.

Allah sənə rəhmət eləsin!”




5

Elmi-praktik jurnal   



bAyTArlıq

İstedadlı  ipəkçi  alim  və  seleksiyaçı, 

Azərbaycan  SSR  Elmlər  Akademiyasının 

müxbir  üzvü,  SSRİ  Dövlət  mükafatı  laure-

atı,  biologiya  elmləri  doktoru,  professor 

rəhim  Allahverdi  oğlu  Hüseynov  təkcə 

ölkəmizdə deyil, onun hüdudlarından uzaq-

larda  da  yaxşı  tanınmışdır.  Rəhim  Hüsey-

nov  1914-cü  ildə  qədim  Gəncə  şəhərində 

anadan olmuşdur. O, 1936-cı ildə Azərbay-

can Kənd Təsər rüfatı İnstitutunun ipəkçilik 

şöbəsini bitirdikdən sonra Tbilisi şəhərində 

ipək çilik üzrə ölkənin ən sanballı elm ocağı 

olan Zaqafqaziya İpəkçilik İnstitutunun as-

piranturasına  daxil  olmuş,  1939-cu  ildə 

“Tut  ipəkqurdunda  inbriding  çoxal dılması” 

mövzusunda  disertasiya  müdafiə  edərək 

biologiya elmləri namizədi alimlik dərəcəsi 

almış və Azərbaycan ipəkçilik stansiyasında 

elmi  fəaliyyətə  başlamışdır.  Lakin  Böyük 

Vətən müharibəsinin odlu-alovlu illəri hamı 

kimi  bu  gənc  alimə  də  elmi  yaradıcılığını 

davam  etdirməyə  mane  olmuşdur.  Rəhim 

Hüseynov müharibənin ilk günlərindən So-

vet  ordusu  sıralarında  Vətəni  müda fiəyə 

getmiş, 2-ci Ukrayna cəbhəsində döyüşmüş, 

əks-kəşfiyyatçı  olmuşdur.  SSRİ  Kənd  Tə-

sərrüfatı  Nazirliyi  Rəhim  Hüseynovu  hərbi 

xidmətdən  qayıtdıqdan  sonra  doğma  kol-

lektivə, indiki İpəkçilik İnstitutuna göndər-

mişdir.  R.Hüseynovun  yaratdığı  yük sək 

məhsuldarlığı ilə seçilən “Azərbaycan” ipək 

qurdu  cinsi  1950-ci  ildə  Stalin  mükafatına 

layiq görülmüşdür. 

R.A.Hüseynov  seleksiya  elminin  bani-

lərindən biri, akademik H.İ.Vavilovun “Se-

leksiya  insan  iradəsilə  nizamlanan  təka-

müldür”  tezisini  tut  ipəkqurdu  üzə rində 

birinci  olaraq  sübuta  yetirmişdir.  Səmərəli 

elmi axtarışları və onlardan alı nan nəticələr 

əsasında o, 1962-ci ildən Azərbaycan ipək-

çiliyində seleksiya və damazlıq işləri möv-

zusunda müvəffəqiy yətlə dissertasiya müdafiə 

edərək, respublikamızda ipəkçilik sahəsində 

ilk  biologiya  elmləri  doktoru  alimlik  dərə-

cəsinə  layiq  görülmüş  və Azərbaycan  SSR 

Elmlər Akademiyasının müxbir üzvü seçil-

mişdir. 

R.Hüseynov  bütün  elmi  fəaliyyətini 

Azərbaycanda ipəkçiliyin seleksiyası və da-

Elmimizin və peşəmizin korifeyləri



GÖrkəMli iPəkÇi-SelekSiyAÇı 

AliM

Azərbaycan Dövlət Aqrar Universitetinin 

Bitkiçilik və bitki mühafizəsi kafedrasının 

baş müəllimi, kənd təsərrüfatı üzrə 

fəlsəfə doktoru A.R.Hüseynov


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə