“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix17.01.2018
ölçüsü0,86 Mb.
#21348
1   2   3   4   5   6   7   8   9   ...   32

bAyTArlıq

   Elmi-praktik jurnal

12

Eritroblastozdan ölmüş quş cəsədində pato-



loji-anatomik  yarma  apardıqda  arıqlıq, 

dərialtı toxumalarda və orqanlarda yayılmış 

hemorragiya, ürəkdə hipertrofiya ilə yanaşı, 

onun  divarlarının  nazilməsi,  əzələ  toxuma-

sının  yumşalması,  güclü  hepoto  və  spleno-

meqaliya  görsənir.  Dalağın  sinus larında  və 

qaraciyərin  payları  arasında  əhəmiyyətli 

dərəcədə  eritroblastların  və  eritrofaqların 

yetişməmiş  hüceyrələrinin  tutulub  saxlan-

ması müşahidə edilir. 

Eritroid  leykozun  xarakterik  əlamətləri 

–  anemiya,  görünən  selikli  qişaların  sa-

rımtıraq,  dəri  örtüyünün,  pipiyin,  saqqa-

lın  göy  rəngdə  olmasıdır.  Qan  acıq-qırmızı 

rəngdə  olur,  laxtalanması  ləngiyir  (2-5  də -

qiqə  əvəzinə  6-10  dəqiqəyə).  EÇR  tezləşir, 

eritrositlərin  miqdarı  1000-500  min/mm³-ə 

qədər  olur,  trombositlərin  miqdarı  azalır, 

hemoqlobin 2-6%-ə qədər aşağı düşür. Ba-

zofil  və  eritroblastların  miqdarı  artır  (90-

95%).  Ümumi  qırmızı  qan  element lərinin 

sayı  200  leykositə  qədər,  377  eritronor-

mablast  düşür.  Sümük  iliyində  eritronor-

mablastların  miqdarı  ümumi  qırmızı  qan 

ele ment lərinin  85-90%-ini  təşkil  edir. 

Trom bosit lərin miqdarı azalır. 

Peroksidaza  fermentinin  sitoplazmada 

miqdarı  azacıq  artır.  Lakin  lipidin  miqdarı 

əhəmiyyətli dərəcədə artır. 

retikuloendotelial leykoz (retikuloen-

dotelioz, retikulez, monositar və histiosi-

tar leykoz). Kliniki nişanələrə görə mieloid 

leykozdan  fərqlənmir.  Xəstəliyin  xarakter 

nişanələrı  yoxdur.  Leykozun  başqa  növlə-

rində  olduğu  kimi  burada  da  görünən  se-

likli  qişalarda  anemiya,  inkişafdan  qalma, 

şiddətli arıqlıq, diri cəkinin əvvəlki çəki dən 

20-30%  az  olması  muşahidə  edilir.  Leyko-

zun  bu  növünün  diaqnozu,  ancaq  histoloji 

yolla  qoyulur.  Qanda  eritrositlərin  miqdarı 

kəskın aşağı düşür, xəstəlik iti və yarım iti 

formada  gedir  və  müvafiq  olaraq  100%, 

70-80%  quşun  ölümünə  səbəb  olur.  Qanda 

eritrositlərin  miqdarı  kəskın  aşağı  düşür, 

monositlərin  miqdarı  yüksəlir.  Leykozun 

bu  forması  leykozla  xəstələnmiş  quşların 

ümumi miqdarının 2-3%-ni təşkil edir. Ley-

kemik və aleykemik formada gedən retiku-

loendotelial leykoz müəyyən edilib. Leyke-

mik  gedişdə  leykositlərin  ümumi  miqdarı 

100 min/mm³ dən yüksək olur. Bu az təfriq 

olunan mieloid sırasının hücey rələri hesabına 

(monositlər, hemositoblastlar) və retikulyar 

hüceyrələr hesabına artır. Eritrositlə rin ümumi 

miqdarı aşağı düşür, hemoqlobinin miqdarı 

Sali ilə 40-26% olur.

Hemositoblastoz.  Bu  leykozun  zəif 

növüdür.  İ.İ.Kasyanenko  (1978)  he-

sab  edir  ki,  müxtəlif  orqanlarda,  xüsusilə 

qaraciyər,  dalaq,  böyrək  və  sümük  iliyində 

müxtəlif  ölcüdə  infiltratlar,  zəif  diferensa-

siya edilən hüceyrələr müşahidə olunur. Bu 

hüceyrələrdə  bazofil  sitoplazma  və  iri  qa-

barıq  (suluğa  oxşar)  nüvə,  1-2  nüvəcikdən 

ibarət  olur.  Hemositoblastoz  mielo  və  lim-

foblasta  oxşayır.  Mieloblastozdan  fərqli 

olaraq  hemositoblastozla  xəstə  quşda 

adeno zintrifosfat  fəallıgı  aşkar  edilir. 

İ.İ.Kasyanenko göstərir ki, hemositoblastoz 

leykemik gedişə malikdir. Ona ancaq histo-

loji üsulla diaqnoz qoyulmalıdır. Leykozun 

bu formasında qanda və orqanlarda bazofil 

limfoid  hüceyrəsi  –  hemositoblast  (12%-ə 

qədər) aşkarlanır. 



Sarkoma  raus  1910-cu  ildə  15  aylıq 

plimutrok  cinsli  toyuğun  sağ  döşündə  şiş 

şəklində  müəyyən  edilmişdir.  Şiş  düzgün 

olmayan şar formasında olmaqla, içəri sində 

seliyə oxşar maddə toplanır .

Sarkomaya  5  aylıqdan  24  aylığa  qədər 

bütün  cins  toyuqlar  yoluxur.  Bu  xəstəliyə 

ördəklər,  qazlar,  hind  toyuqları,  kəklik,  tu-

tuquşular,  bil dirçinlər,  hacıleylək,  sərçə, 

bülbüllər,  bayquşlar  və  s.  həssasdırlar.  Şiş 

düyünləri  müxtəlif  böyüklükdə,  istənilən 



13

Elmi-praktik jurnal   



bAyTArlıq

orqanda  əmələ  gəlir,  daxili  orqanlarda  on-

ları  əllə məklə  təyin  etmək  mümkün  olmur. 

Dəri altında yerləşdikdə isə, onu xaricdən əl 

gəzdirməklə müəyyən etmək olur.

endotelioma  –  Miel-Hm-2,  Mh-2 

virus ları tərəfindən yumurtalıqda, qarın boş-

luğunda  bozumtul,  ağ  rəngdə  şişlər  əmələ 

gətirir. Bu şişlərlə böyrəklərdə inkişaf edən 

şişlər  arasında  əlaqənin  olduğu  müəyyən 

edilmişdir.



Sarkoma fujina – toyuqların sağ qana-

dında, hind qozu böyüklüyündə dəri altında 

və  orqanizmin  müxtəlif  nahiyələrində 

müşahidə edilir. Hal-hazırda kimi sarkoma-

nın 70-dən çox ştammı ayrılmışdır.

Timoma-qalxanvari  vəzin  yaxşı  keyfiy-

yətli əzələ toxumasının miomioması mədə-

bağırsağın,  bronxların,  damarların  və  dərı 

əzələsinin yaxşı keyfiyyətli şişlərinə də rast 

gəlmək olur. 



Резюме

Шириев Ф.А., Ахмедова А.Г.

Лейкоз-саРкомные гРуппы боЛезнией птиц и их виды

Цель  работы  проведение  дифференциации  различных  видов  лейкоза  среди  птиц. 

В  статье  указывается,  что  лейкозу  птиц  подразделяется  к  5,  а  саркома  к  3-м 

различным  видам.  Каждый  из  этих  видов  в  кроветворных  органах  птиц  имеет 

своеобразные клинические признаки и патологоанатомические изменения. 

SuMMAry

Shiriyev F.A., Ahmadova A.Q.

leukOSiS-A GrOuP Of SArcOMA diSeASeS And iTS TyPeS

The purpose of the work different types of Leukosis diseases are still diversifying bet-

ween birds in this article. It is stated that there are 5 types of leukosis, 3 types of sarcoma 

between birds. They each has its own specific and clinic filatures and there are pataloqano-

tamic changes in the blood excreting organs of the birds.

ədəbiyyAT

1.  Меркулов Г.А. Курс лотологистологической техники. Москва 1969.

2.   Коровин Р.Н. Болезнь Мaрека. В.кн: Справочник по болезням сельскохоз яйст-

венных птиц. Киев, 1980.

3.   Лох В.А. Адепокарцинома кур. журнал “Ветеринария” №12, 1980.

4.  Петерсон Б.Е. Онкoлогия. “Медицина”. М., 1980.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə