“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix17.01.2018
ölçüsü0,86 Mb.
#21348
1   2   3   4   5   6   7   8   9   10   ...   32

bAyTArlıq

   Elmi-praktik jurnal

14

Heyvanların  başqa  infeksiya  mənbələri 



ilə yanaşı, bəzən yem vasitəsilə keçən, on-

ların kütləvi tələfatına səbəb olan yoluxucu 

xəstəliklərdən biri də qarayaradır. 

Məşhur  аlman  alimi  R.Kox  1876-ildə 

xəstəliyin  törədicisini  hərtərəfli  öyrənmiş, 

onun təmiz kulturasını ayırmış, eksperimen-

tal olaraq heyvanları yoluxdurmağa nail ol-

muş  və  spor  əmələ  gətirmək  qabi liyyətinə 

malik olmasını sübut etmişdir.

Qarayara  kəskin  yoluxucu  xəstəlik  olub, 

septisemiya bağırsaqların, ağ ciyərin, limfa 

düyünlərinin  iltihabı  prosesə  uğraması  və 

müxtəlif  böyüklükdə  karbonkulların  əmələ 

gəlməsi ilə səciyyələnir.

Bu  xəstəliyə  ev,  vəhşi  heyvanlar  və  in-

sanlar  da  həssasdır.  Qarayara  törədicisi  ilə 

sira yətlənmiş  yemlərin  xəstəliyin  heyvan-

lar  arasında  baş  vermə sində  və  onun  geniş 

yayılmasında  əsas  amillərdən  biri  olması 

çoxdan  məlumdur.  Qarayara  mikrobunun 

sporları  xarici  mühitdə  son  dərəcə  davam-

lıdır.  Ona  görə  də  onlarla  yoluxmuş  tor-

paq  sahələrində  hər  il  yetişən  otu  yeyən 

heyvanlar  həmin  xəstəliyə  tutulub  kütləvi 

ölümə  düçar  olduqlarına  görə  qədim  za-

manlarda  belə  yerləri  “lənətlənmiş  sahə” 

adlandırırdılar.

M.S.Qannuşkinin  (1948)  yazdığına  görə 

qarayara  mikrobları  ilə  yoluxmuş  torpaq 

sahəsindən  yığılmış  taxıldan  alınmış  unu 

yeyən  inəklər  qarayara  xəstəliyinə  tutulub 

ölmüşlər.  Qarayaranın  yayılmasının  əsas 

amil lərindən biri də heyvanlara verilən süni 

yemdir. Belə yemlərin tərkibi müxtəlif kom-

ponentlərdən,  o  cümlədən  sümük,  ət,  qan 

unundan və s. ibarətdir. 

Ümumiyyətlə  ABŞ-da,  Danimarkada, 

AFR-də,  İsveçrədə,  Belçikada,  Hollandi-

yada, Böyük Britaniyada və s. ölkələrdə qış 

aylarında heyvanlar arasında baş verən qa-

rayara  epizootiyasının  süni  yemdən  əmələ 

gəlməsi qəti sübuta yetirilmişdir.

Qarayaranın dəhşətli xəstəlik olduğu in-

sanlara  qədim  zamanlardan  məlumdur  və 

əsasən  heyvan  mənşəli  yeyinti  məh sul-

larından keçir. 

Qədim  yunan  mütəffəkirlərindən  olan 

Homer,  təbabət  elminin  atası  sayılan 

məşhur  təbib  Hippokrat  və  başqaları  öz 

əsərlərində qarayaraya bənzər xəstəlik haq-

qında  bir  çox  məlumatları  qeyd  etmişlər. 

Qarayara xəstəliyindən kütləvi ölüm halları 

qaramal, qoyun və donuzlar arasında Avro-

panın demək olar ki, bütün ölkələrində qeyd 

olunmuşdur. 

UOT 619: 576 607.1



kənd TəSərrüfATı HeyvAnlArındA 

qArAyArA xəSTəliyi və OnunlA MübArizə

Əzimov İ.M., professor, baytarlıq elmləri doktoru 

Azərbaycan Dövlət Baytarlıq Preparatlarına 

Elmi Nəzarət İnstitutu

Əsgərov C.Ə., baytarlıq elmləri namizədi  

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu

AÇAr SÖzlər: insan, qaramal, qoyun, müalicə, profilaktika

keyWOrdS: humans, a cattle, sheep, treatment, profilaktikas


15

Elmi-praktik jurnal   



bAyTArlıq

XV əsrdə bu xəstəliyin epizootiyası Av-

ropa  və  Sibirdə  heyvandarlığa  çox  ağır 

zərbə vurmuşdur.

Rus  təbiblərindən  S.S.Andreyevski 

(1786-1789)  qarayara  xəstəliyinə  tutulmuş 

heyvandan götürdüyü materialı özünə yolux-

durmuş, bununla xəstəliyin heyvan və insan 

üçün  ümumi  olduğunu  qəti  sübut  etmiş  və 

xəstəliyin  əsasən  Sibirdə  öyrənilməsini  nə-

zərə alaraq ona “Sibir yarası” adı vermişdir. 

Rusiyanın  Avropa  hissəsində  1864-cü 

ildə  90  min  heyvan,  1875-ci  ildə  Sibirdə 

100  min  at,  1879-cu  ildə  isə  Rusiyanın 

cənub  hissəsində  125  min  qoyun  həmin 

xəstəlikdən  tələf  olmuşdur.  Hər  il  bu  xəs-

təlikdən  külli  miqdarda  kənd  təsərrüfatı 

heyvanlarının  tələf  olması  ilə  bərabər,  in-

sanlar da xəstələnirdilər.

Ədəbiyyat məlumatına görə hazırda qa-

rayara  Yer  kürəsinin  bütün  qitələrində 

müşahidə olunur. 

MBD  ölkələrində  heyvanların  ildən-ilə 

kütləvi  peyvənd  edilməsi  qarayara  xəstə-

liyinin  kəskin  surətdə  azalmasını  təmin  et-

mişdir.  Lakin  qarayara  törədicisinin  spor 

halında  xarici  mühitdə  (yemdə,  suda)  çox 

davamlı  olması,  onların  torpaqda  50  ildən 

də  artıq  yaşaması,  həmişə  qarayara  xəstə-

liyinin baş verməsi təhlükəsi yaratdığı üçün 

bu  xəstəlik  baytarlıq  və  səhiyyə  mütəxəs-

sislərinin, həm də bu sahədə çalı şan alimlərin 

diqqət mərkəzində olmalıdır.

Xəstəliyin  törədicisi  (Bas.  anthracis

çöpşəkilli,  qram  müsbət  boyanan,  spor  və 

qılaf əmələ gətirən hərəkətsiz mikroblardır.

Qılafı,  adətən,  qarayara  ilə  xəstələn-

miş  heyvanın  orqanlarından,  yaxud  onların 

qanından  və  törədicinin  köhnə  (bir  neçə 

günlük)  kulturasından  hazırlanmış  yaxma-

larda  mikrobun  sporlaşmış  forması  aydın 

görünür.


Qarayara törədicisi fakultativ aerob qrup 

mikroblara  aiddir.  Onlar  süni  qida  mühi-

tində, oksigen çox olan şəraitdə daha yaxşı 

yetişirlər.  Oksigen  olmayan  şəraitdə  ye-

tiş mə zəif olur.

Bu mikrobların süni qida mühitində yaxşı 

yetişməsi üçün optimal temperatur 35-37°C, 

ph isə 7,2-7,6 olmalıdır.

Qarayara  çöpləri  orqanizmdən  kənarda, 

neytral, zəif qələvi və oksigen olan şəraitdə 

15-42°C temperaturda oval formalı spor əmə-

 lə gətirir. Mikrobun spor forması xarici mü-

hit amillərinin təsirinə olduqca davamlıdır.

Bunlar  torpaqda,  yemdə,  peyində  uzun 

müddət,  xüsusən  suda  uzun  illər  qala  bilir. 

Sporlar 120-140°C teperatur və quru şəraitdə 

2-3  saatda,  avtoklavda  110°C-də  5-10  dəq. 

qaynatdıqda  1  saat  müddətində  məhv  olur. 

Dezinfeksiyaedici maddələrdən 5%-li xlorlu 

əhəng məhlulu, 4%-li formaldehid məhlulu, 

10%-li  xloramin  məhlulu  və  10%-li  qaynar 

natrium  qələvisi  məhlulla rından  istifadə 

etmək əhəmiyyətlidir.

Azərbaycanda qarayara xəstəliyinə görə 

qeyri-saglam məntəqələrdə həmin infeksiya 

ilə mübarizə məqsədilə tədbir lərin aparılması 

və  natrium  hipoxloritin  köməyi  ilə  antra-

koid (3%-li fəal xlor) və qarayara STİ vak-

sin  ştammı  sporlarının  (10%-li  fəal  xlor) 

zərərsizləşdirilməsi öyrənilmişdir (Ə.A.Ən-

nağıyev,  C.M.Daşdəmirov,  H.A.Rəhimova, 

A.H.Yusifov, Q.H.Dilbazi).

Tərkibində 8% fəal xloru olan DP-2 pre-

paratı,  3%-li  yodez  və  s.  mikrobun  zərər-

sizləşdirilməsində yaxşı nəticə verir.

Qarayara  xəstəliyi  bütün  növ  kənd 

təsərrüfatı  heyvanlarına  yoluxur.  Lakin  qa-

ramal, davar, at, dəvə və şimal maralları bu 

xəstəliyə daha çox, donuzlar isə az həs sas-

dırlar. Qarayara ilə ətyeyən vəhşi heyvanlar 

da  xəstələnirlər.  Yaşlı  it  və  pişiklərin  xəs-

tələnməsinə nadir hallarda təsadüf olunur, it 

küçükləri isə qarayaraya çox asan yoluxur-

lar. Quşlar təbii şəraitdə bu xəstəliyə həssas 

deyildir.

Qarayaranın kliniki əlamətləri xəstəli yin 

formasından,  törədicisinin  virulentli yindən, 



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə