Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 



arxayın,  kimsəsiz,  sakit  bir  yer  axtarıram.  Yoxdur.  

Mənim  bacım,  onun  uşaqları  bizdədir,  uşaqlar  bir 

yerdə qərar tutan deyillər. Yanlarında heç nə yazmaq 

olmur.  Ürəyimdə yazdıqlarım çoxdur. 

Şaxtalı, soyuqlu yanvardır. Bu gün işə getmirəm. 

Ayrı-ayrı  günlərdə  Səyyaf,  Sahibə,  Sabutay,  Sədafət, 

Sərvanə  və  nəhayət  Sərvanla  danışmışam.  Hərəsinin 

özünəməxsus  danışıq  tərzləri,  dünyaya  baxışları,  ata-

analarına,  insanlara  istəyi,  münasibətləri  müxtəlifdir. 

Hər  biri  ayrılıqda  maraqlı  mühakimələr  yürüdür. 

Fikirlər söyləyir, ata-analarını, bacı-qardaşlarını  daha 

çox sevmələri ilə fəxr edirlər. Onların hər biri analrını 

daha  çox  sevdiyini,    onun  sözünə  daha  çox  baxdıq-

larını  qeyd edirlər  (bu  məhəbbət,  bu  istək  ataları 

Sədnik  müəllimə  də  aiddir).  Səyyaf  ötkəmliyi,  sözü 

üzə  deməyi  və  əyilməzliyi  ilə  tanınır.  Sahibə  elm 

adamıdır,  sözü  yüz  dəfə  ölçüb  bir  dəfə  deyəndir. 

Sədafət ata-anasına, bacı-qardaşlarına qayğıkeşliyi ilə 

seçilir. 

Onların danışığında təbiilik, səmimilik xoşuma 

gəlir.  Sərvanla  Sərvanə    ata-anaları  barədə  çox  ma-

raqlı    danışırlar.  Cümlələri  elə  bil  qəsdən  təbii  şəklə  

salıb  qarşısındakına  söyləyirlər.    Sərvanə  danışıb  

gülən,    Sərvan  ciddidir.  Sabutay  işiylə  danışığı  düz 

gələndir.  O,  ata-ananın  oğlu,  bacı-qardaşlarının  qar-

daşı, uşaqlarının atası və nəhayət, ləyaqətli bir qadının 

həyat yoldaşıdır. Sözdən çox əməli ilə cavab verəndir. 

 

 



                            


 

 



Tanrının sevdiyi gözəl 

 

Tanrı  ən  xoşladığı  gülün,  sevdiyi  çiçəyin 

gözəlliyindən  kəsib  Pəmbə  xanıma  calamışdı.  Bu 

qızın gözəlliyi özündən başqa kim görsə onu heyrətdə 

qoyur,  könlünə,  gözünə  bayram  əhvalı  doldurur, 

dərdini, qəmini ovundururdu. 

Bir  qoca  arvad  bulaqda  Pəmbəni  bağrına  basıb 

öpməkdən  özünü  saxlaya  bilməmiş,  üzünü  göylərə 

tutub demişdi: 

-

Möcüzənə şükür, Allah! Yaratdığına şükür, Allah. 



A qızım, görüm, bəxtin də özün kimi gözəl olsun. Lap 

nağıllardakı mələklərdənsən maşallah! 

Belə sözlər qıza qəribə gəlmədi, çünki belə sözləri 

çox eşitmişdi. Suyunu doldurub evlərinə yollandı. 

Ona  qəribə  gələn  nişanlısının  əmioğlusu 

İbrahimxəlilin  qorxub  çəkinməyən  baxışları  idi.  Yad 

oğlanın  ona  vurğunluğu,  heyranlığı  baxışlarında  dil 

ıb danışırdı. 



İbrahimxəlilin yeznəsi Fəriş əsgər idi. Bacısı Həcər 

evdə tək qorxurdu deyə Pəmbə onunla qalırdı. Oğlan 

hərdən  bacısını  yoxlamağa  gəlir,  yer-yemək  gətirir, 

axşama  düşəndə  gecələyirdi.  Bacısının  evi  tək  göz 

olduğundan  İbrahimxəlil  də  Pəmbəgillə  bir  otaqda 

yatırdı.  Həcər  ürəyinə    qardaşının  onun  evində 

qalmasından  heç  bir  şübhəli  fikir  gəlmirdi.  Qardaşı 

qızın nişanlı olduğunu bilirdi. 

Pəmbə özündən asılı olmadan İbrahimxəlilin bütün 

varlığını, düşüncəsini əlindən almış, onu əlacsız dərdə 

salmışdı.  Oğlan  bacısıgilə  tez-tez,  həm  də  axşama 



 

 



yaxın  gəlirdi.  Hər  dəfə  onun  gecəsini,  gündüzünü 

qaranlıq  eləyənin  barmağında  üzüyün  parladığını 

görəndə  qəlbinə  kədər  dolurdu.  Bu  kədər  ürəyinin 

döyüntüsünün arasına girir, orada oynayır, kef eləyir, 

nizamlı ahəngin pozulmasından daha da şitənirdi. 

Oğlan  bacısını  çox  istəyirdi.  Ona  görə,  Pəmbəni 

almağı  beyninə  sığışdırmırdı.  Lakin  hiss  eləyirdi 

beyni gücsüzləyir, zəifləyir, ürəyi onu üstələyirdi.  

Ürəyi  isə  kədərin  cənginə  keçmişdi,  qopara 

bilmirdi.  

Kədər  ürəyini  cızdı,  sıyırdı,  zədələdi,  himə  bənd 

idi ki, çatlatsın. 

İbrahimxəlilin  buna  gücü  çatmadı.  Düşünüb 

daşınmağın  nəticəsi  olmadığını  yəqin  edəndən  sonra 

Pəmbəni  qaçırdı.  Üzüklü  qızın  qaçırılmsı  yenicə 

qohumlaşmış, hələ bir-birilərinin xeyir-şərlərində lazı-

mınca iştirak etməmiş  iki nəslin arasında düşmənçilik 

körpüsü saldı. 

Qohumları Fərişin qabağına ağır şərt qoydular: -Ya 

biz, ya arvadın. Bu biabırçılığı, bu beynamussuzluğu 

belə yuya bilərik. 

Heç bir günahı olmayan cavan ailə dağıldı. Həcər 

hamiləydi.  Oğlunu  ata  eində  doğdu.  Böyük  dayısı  

Ədbülkərim uşağın adını “Quran”dan götürdü. Sədnik 

qoydu. Sədnik farsca yüz sevinc, yüz fərəh deməkdi. 

Ərindən əlini üzməyən qadın üç il gözlədi. Gözlədi 

ki,  bəlkə  oğlunun  atası  sahib  durub,  onları  başsız 

qoymaya. Öz əlləri ilə toxuduğu xalçaları qardaşı ilə 

Gəncəyə Fərişə göndərdi ki, satsın əlində maya eləsin. 



 

 



Xalçaların  pulu  Fərişin  yeni  ailə  qurmasına  sərf 

olundu.  Oğlunun  atası  ilə  bir  daha  qovuşa  bilməyə-

cəyini yəqin edən Həcər istəyənlərdən birinə ərə get-

məyə  məcbur  oldu.  Sədnik  dəcəl  bir  uşaq  idi.  Yerə-

göyə sığmırdı. 

Pəmbə  Tanrının  sevdiyi  gözəl  idi.  O,  öz 

yaratdığına  könlünün  xoş  vaxtı  nəzər  salır, 

möcüzəsinə  heyran  olurdu.  Pəmbəni  bəzi  insanlar 

sevə  bilməzdi.  Bu  gözəlin  özü  də  kimsəni  sevib, 

kimsəni  xoşbəxt  eləməyə  qadir  deyildi.  Ardı-arası 

üzülməyən  günlərə  qoşulub  yaşayırdı.  Belə 

yaşayışdan  çox  tez  bezdi.  İllah  da  ki,  gözəlliyindən 

gələn  qəzanın  zərbəsinə  düçar  olan  baldızı  və  onun 

oğlunun  dərdini  sinirə  bilmirdi.  Uşağın  ata 

nəvazişindən  məhrum  olmasının  səbəbini  özündə 

görən, lakin əlindən heç nə gəlməyən Tanrının sevdiyi 

bu  gözəl  iztirab  çəkir,  ovuna  bilmirdi.  Pəmbə 

İbrahimxəlildən ayrıldı. Bu baldızı Həcərin həyatında 

yaxşılığa doğru heç nəyi həll edə bilməzdi. Bu kiçik 

Sədniki  atasına  qovuşdurmadı.  Kiçik  dayısı  onu 

Gəncəyə  atasının  yanına  apardı.  Atası  qaldı  iki  yol 

ayrıcında.  O  artıq  evlənmiş,  oğlu    da  var  idi.  O, 

Sədnikə oğlu kimi baxa bilmədi, ona yad idi, ögey idi 

Sədnik. 


Yaranmışlar  kimi  yaranmışdı  Sədnik,  lakin 

anasının da oğlu ola bilmirdi. Atası oğlum deyib onu 

bağrına basanda ailəsi yenidən dağılırdı. 

Leyli nənə nənəsiydi, can deyəniydi. Sədnik özü də 

dəcəldi,  ipə-sapa  yatmayandı.  Nənəsi  bacarmırdı 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə