Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 

13 



-Burdaca otur, 

indi gəlirəm. 

Qucağında  uşaqla  içəri  girəndə  tərbiyəçi  qadına 

hər  şey  aydınlaşdı.  Yan-yörəsindəki  iş    yoldaşlarına 

məlumat verdi: 

Kərəm müəllimin arvadı gəlib. Təzə gələn uşağı 



da  yanına  apardı.  Allah  eləsin  Zilxumarın  xoşuna 

gəlsin.  Uşağa  yaman  qanım  qaynayır.  Dədəmin  canı 

üçün uşağım çox olmasaydı bunu özümə götürərdim. 

Bilirsini

z  də  uşaqlarım  uşaq  deyil,  elə  bil  oddu, 

alovdu. 


İş  yoldaşları tərbiyəçinin  sözünü  təsdiqlədilər. 

Ərinin  uşaq  qucağında  içəri  girməsindən  Zilxu-

marın  ürəyi  atlandı.  Diksinib  ayağa  qalxdı.  Uşağın 

gözlərinə baxanda qəlbinin ən incə telləri əsdi. Elə bil 

itkin  düşmüş  balasını  gördü.  Elə  bil  bu  uşağı  neçə 

illərdir  tanıyır,  yolunu  gözləyirmiş.  Kərəm  müəllim 

körpəni ona uzatdı: 

Get ananın qucağına, oğlum. Uşaq qadına doğru 



meyilləndi.  Sonra  qadın  onu  bağrına  basdı,  uşaq 

x

ırdaca qollarıyla Zilxumarın boynuna sarıldı.  Körpə-



yə  hansı  əziz  sözləri  demək  üçün  götür-qoy  eləməyə 

vaxtı  olmayan  Zilxumar  “can”,  “can”  kəlmələrini 

dalbadal düzürdü. 

Uşaq arıq, qarayanız üzünü anasının üzünə sürtür-

müş kimi qadının üzünə sürtür: 

-A

na,  mən  səni  axtarmışdım,  sən  haradaydın, 



haradaydın deyirdi. 

Kərəm müəllimin sevinci gözlərindən daşırdı. 




 

 

14 



Evləndiklərindən  bəri  bəlkə  də  ilk  dəfəydi  bu 

boyda  xoşbəxtliyin  içinə  düşmüşdülər.  Onların  hər 

ikisi ayrılıqda beyinlərindən  keçirdilər: 

-

Özlərinin  övladı  olsaydı  onda  nə  cür  xoşbəxt  



olardılar? 

Bundan  oyanası  məlum  deyildi.  Ancaq  indiki 

anlarda, indiki vəziyyətdə onlar tam bəxtəvər idilər. 

Uşağın  gəlişi  Kərəm  müəllimlə  Zilxumarın  həya-

tını  dəyişdirmişdi.  Onların  işinin-gücünün  əvvəlki 

vəziyyəti  pozulmuş,  uşaqlı  bir  evin  səmtinə  yönəl-

mişdi.  Balaca  Sədnik  sazı-sözü  bu  evdə  eşitmiş,  bu 

evdə dinləmiş, bu evdə heyrətdə qalmışdı. Atası  onu 

stolun  üstünə  çıxarıb  oturdur,  saz  çalırdı.  Uşağın 

üzü


nə-gözünə,  beyninə,  ürəyinə  dolan  saz  havalarını 

yorulmaq, usanmaq bilmədən ötür ona da çox maraqlı, 

bir aləm yaradırdı. Eşitdiyi mahnıları tez mənimsəyir, 

özününküləşdirirdi. 

O,  atasıyla  aşıqların  məclisinə  gedir,  böyük 

həvəslə  onların  sözünü,  havasını  könlünə,  beyninə 

yığırdı. Sonra bu mahnıları oxumağa başladı. Atası ilə 

anası  oğullarının  şirin  məlahətli  səsindən  yorulmur, 

onu  öpüşlərə  qərq  edirdilər.Bu  uşağı  Allahın  böyük 

payı,  böyük  neməti,  böyük  xoşbəxtliyi  sayırdılar. 

Sonsuzluq  onların,  yetimlik  isə  balaca  Sədnikin 

qəlbindən tamam silinib atılmışdı. 

Bəxtəvər  günlərin  birində    bütün  dünyanı  dəhşətə 

gətirən  müharibə  başlandı.  Müharibənin  fəlakətləri, 

dəhşətləri  şəhərbəşəhər  gəzir,  kəndbəkənd  dolaşır, 

xoşbəxtliyin,  bəxtəvərliyin  başına  qapazlar  salır, 




 

 

15 



zlərini  ovub  çıxarırdı.  Oğullar,  atalar,  qardaşlar 

günbəgün azalırdı. 

Kərəm  müəllimə  çağırış  məktubu  gələndə 

Zilx

umar  saçlarını  yoldu,  şivən  qopardı.  Oğlu  onun 



niyə belə etdiyini soruşdu. Anası uşağı ağlaya-ağlaya 

başa  saldı.  Uşağın  beyni  belə  bir  işin  ola  biləcəyini 

heç  cürə  qəbul  eləmirdi.  Lakin  qanun-qanun idi. 

Gedəsilər  getməliydi.  Kərəm  müəllimi  rayon  hərbi 

komissarlığına  aparanda  oğlu  ondan  aralanmadı.  Hər 

cür  qılıq,  ovundurucu  söz,  təsəlli  ona  aid  deyildi. 

Ayrılıq  vaxtı    çatanda  uşaq  atasının  dizlərini qucaq-

layıb dədə deyib elə bir fəryad, elə bir nalə çəkdi ki, 

hamı  yerindəcə  dondu.  Bu  dəhşətli  naləyə,  çığırtıya, 

hönkürtüyə  qalib  gəlib  uşağı  atadan  aralamağa  nə 

hökümətin, nə də qanunun gücü çatdı. 

Hökumət  adamının  da  ürəyi,  qəlbi  var,  nə  vəzifə, 

nə qanun qorxusu bu uşağa qalib gələ bilmədi. Kərəm 

müəllimi  hərbi  komissarlıqdan  dala  qaytardılar. 

Ailənin sevinci yerinə düşdü. 

Aradan xeyli müddət keçdi. Yenə Kərəm müəllimə 

“çağırış”  gəldi  Bu  dəfə  də  uşağın  fəryadı  daşların 

qəlbini yumşaltdı. Hərbi komissarlıqda vəziyyətlə ta-

nış olmuşdular. Uşağın doğmaları tərəfindən atılması 

Kərəm müəllimin övladlığa götürməsi onların da qəl-

bini  kövrəldir,  çıxılmaz  vəziyyətdə  qoyurdu.  Balaca 

Sədnikin körpəcə ürəyi ayrılıq vaxtı dağılmağa hökm 

eləyidi.  Köz  görəti  uşağın  zəhrinin  yarılmasına  döz-

mək  faşist  işiydi.  Ona  görə  bu  dəfə  də  Kərəm 

müəllimi müharibəyə aparmadılar. 



 

 

16 



Kənddə  yağışlar  ara  vermirdi.  Elə  bil  müharibədə 

ölənlərə  göylər  də  yas  saxlayıb,  göz  yaşları  axı-

dırdı.Göz  yaşları  o  qədər  gücləndiki  ki,  kəndə  sel 

gəldi. Güclü, qüvvətli selin ağzından yaxa qurtarmaq 

uşaqların,  toyuq,  cücələrin,  xırda  para  ağacların  işi 

deyildi.  Bu  selin  qabağında  qollu  budaqlı  ağaclar, 

özülü  möhkəm  qoyulmuş  evlər,  iri mal-qara  güclə 

dayanırdı.  Selin  başına  götürüb  çığırda-çığırda  apar-

dığı  uşaqlardan  biri  də  Sədnik  idi.  Kərəm  müəllimin 

gözünə  sanki  qaranlıq  çökdü,  beli  büküldü,  dizləri 

taqətdən düşdü və dərhal da özünü selin qucağına atdı. 

Çox çətinliklə uşağa çatdı: 

-

Qorxma,  qadan  alım,  qorxma,  gəldim,  gəl,  gəl 



yapış çiynimdən, çıx boynuma. 

Oğlanın  huşu  hələ  özündə  idi.  Bir  təhər  atasının 

çiynində  özünə  yer  elədi.  Huşu  gah  itir,  gah  özünə 

qayıdırdı. Kərəm müəllimə sanki əjdaha gücü gəlmiş-

di.  Selin  lap  gur  yerinə  düşməsinə  baxmayaraq 

birtəhər üzüb çıxır, sahilə can atırdı. 

Sanki u

şaqları  boğub,  daşdan-daşa  çalmağı  qarşı-



sına məqsəd qoyan qorxulu sel yavaşıyıb,  səngimək 

fikrində  deyildi.  Ancaq  suya  düşmüş  uşaqların 

atalar

ının çiyni seldən daha güclü, daha əzəmətliydi. 



Kərəm  müəllimlə  selin  mübarizəsi  xeyli  çətin, 

qorxunc vəziyyət almışdı. Sel kişiyə tez-tez güc gəlir, 

onu  boğub  məhv  eləməyə  fürsət  axtarırdı.  Kişi  selin 

fikrini  duymuşdu.  Ancaq  qorxduğunu  birüzə  vermə-

yib çarpışırdı. Yaxında quru yer göründü. Sanki onun 

gözünə işıq, qoluna qvvət axdı, ömrünə-gününə fərəh 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə