Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 

17 



gətirən  oğlunu  çiynindən  alıb,  quru  yerə  tulladı. 

Özünü  sel  yıxdı,  əl-qolunu  atıb  iri  bir  kötükdən 

yapışıb  durdu.  Burada  quru  yer  görünmürdü.  Elə 

kötükdən  tutub  dayandı.  Uşağın  halının  necə  olması 

haqqında düşündü. 

Sədnikin  ombası  qurudakı  iri  bir  daşa  dəyib 

əzilmişdi. Onun huşu itmişdi. Anasının göz yaşlarıyla 

əl-qolunun ovmasından  qarnına  dolmuş  selin-suyun 

boşaldılmasından  xəbəri  olmadı.  Qohum-qonşu  hara-

ya yetişdi. Uşaq özünə gəldi. 

Bu  müddətdə  selin  də  həvəsi  tükəndi,  yavaşıdı, 

zəiflədi. Kərəm müəllim selin ağzından qurtarıb asta-

asta camaata yaxınlaşdı. Ata-bala qucaqlaşdılar. Selin 

ağzından  alınmış  uşağların  hamısı  yaxşıydı,  onlara 

heç  nə  olmamışdı.  Onları  ataları  çiyinlərində  quruya 

çıxarmışdılar.  Bunu  Sədnik  sonradan  bildi.  Uşaq-

lardan soruşdu: 

-

Bəs məni niyə atam çiynində quruya çıxarmayıb, 



tullamışdı? 

Uşaqlardan biri düşünüb-daşınmadan demişdi: 

-Çünki 

Kərəm müəllim sənin doğma atan deyil. 



Sədniki sel aparanda belə dəhşətə gəlməmişdi. Sel 

ona belə ağır, belə qorxunc təsir etməmişdi. “Doğma 

a

ta”  sözü  onu  varından  yox  eləmişdi.  O  uşaqlardan 



ayrılıb  qaça-qaça  evə  gəlmiş  Zilxumarı  iki  əlləriylə 

tutub silkələmiş, doğma atasının kim olduğunu öyrən-

mək  istəmişdi.  Zilxumar  oğlunun  bu  fikrə  hardan 

düşdüyünü soruşdu. 




 

 

18 



-

Uşaqlar  dedilər  ki,  onlar  sənin  doğman  deyil, 

ögeydilər. 

Zilx


umar  çox  ağladı,  çox  sızladı  “ögey”  sözünü 

uşağın beynindən poza bilmədi. 

Zilx

umar  fikirli  gəzir,  fikirli  dolanırdı.  Oğluna 



qarşı münasibətində heç bir dəyişiklik hiss etmir, onu 

əvvəlkindən  daha  artıq  məhəbbətlə  sevirdi.  Bu 

Sədniki təmin eləmirdi. Beynində, fikrində kök salmış 

“ögey” sözündən qurtulmaq iqtidarında deyildi. 

Kərəm  müəllimə  yenə  “çağırış”  gəlmişdi.  Zil-

x

umarın  dünyası  yenə  qaralmışdı.  Oğluna  yalvarırdı 



ki, ümidim, pənahım sənsən. Qoyma atanı müharibəyə 

getməyə. 

Seli  atalarının  çiynində  keçən  uşaqları  gözünün 

qabağına  gətirən  Sədnikin  ombası  yox,  ürəyinin  başı 

ağrıyırdı,  özəyi  göynəyirdi.  İnad  qəlbini  sarmışdı. 

Sevinci,  fərəhi  bu  evdə,  bu  ailədə  dadmış  olsa  belə 

“ögey” sözü qara tika

n  kimi  aralığa  girir,  onu  atalı, 

analı xoşbəxt eləməyə qoymurdu. 

Hərbi komissarlıqda heç bir hay-küy olmadı. Ögey 

sözü “ata” deyən naləni, fəryadı seldən kənarda quru 

yerdəki daşa vurub çilik-çilik eləmişdi. 



                          

                      

 

 

 

 


 

 

19 



                             

İştahı  pozan  uşaq  

   

 

Ana 


nənəsiylə  qalan  Sədnik  səkkizinci  sinifdə 

oxuyurdu.Dağlar,  dərələr,  moruqlu  kollar,  çiyələkli 

talalar,  çiçəkli  düzlər,  şirin  bulaqlar  oğlanı  gur 

məlahətli  səsindən,  gözəl  nəğmələrindən  tanıyırdı. 

Ayağının  basdığı  yerdən  nəğmə  bitir,  mahnı  qayna-

yırdı.  Kəndin  uşaqları  ürəklərə  şirinlik,  həzinlik  

çiləyən  bu  nəğmələrin  qanadında  Sədnikin  başına 

yığışar,  səsinə  səs  verər  dünyanı  mahnıya  bürü-

yərdilər. Nənəsi onun corablarını, pal-paltarını, yama-

yır, əli ilə siğallayr, ütüləyirdi. Qapıdan girəndə arvad 

işini yarımçıq qoymadı: 

-Ömrüm-günüm, anan 

xəngəl bişirib, get ye. 

Oğlan  üzü-gözü  qırış-qırış  olmuş,  bürüşmüş, 

balacalaşmış nənəsinin sözündən iştahlandı, udqundu: 

-

Ay  nənə,  dur  ikimiz  də  gedək,  deyib  nəvəsi 



qolundan qaldırmaq istədi. 

Dizinə təzə yamaq salınmış şalvarı nənəsinin əlin-

də göyə qalxdı. Ancaq qadın yerindən durmadı, onun 

əlini güclə qolundan araladı:  

Sən get başına dönüm, mənim işim çoxdu, sonra 



gələrəm deyib nəvəsinin başını yozmaladı. 

Sədnik  ac  idi.  Çox  xoşladığı  süzmə  xəngəlinin 

həvəsiylə  anasının  evinə  götürüldü.  Evin  ikinci  pil-

ləsinə bir ayağını qoyar-qoymaz anasıyla üz-üzə gəldi. 

Danışmağa macal tapmamış anası həyəcanla bildirdi: 

-

Kişi  evdədir,  sən  get  nənəngilə,  mən  xəngəli  ora 



gətirərəm. 


 

 

20 



Xəyalında  ləzzətlə  yediyi  üstünə  ya  xoruz,  ya  da 

hin


duşqa əti səpələnmiş, süzməli, sarımsaqlı xəngəlin, 

mis  sinisi  Sədnikin  iştahına  ağır  zərbəylə  dəydi. 

İştahasının  ağzı-burnu qanla-qəltan  oldu,  yaralandı, 

əzildi.  Təhqir  olunmuş  iştahı  onun  bu  evdə  xort 

olduğunu  yadına  saldı.  O,  arxaya baxmadan geri 

dönüb 


qaçdı.  Anasının  evində  süfrə  başında  bu ye-

timin 


əyləşməsi  ərinin  də  iştahını  pozurdu.  Bu 

həqiqəmi,  uydurmamı?  Hər  halda  Sədnik  belə  qəbul 

elədi, belə gördü. 

Evə  qayıtmağa  tələsmədi.  Dərdini,  qəmini, 

anasının  yanındakı  yetimliyini  dağlara,  düzlərə 

dağıtmağa  yollandı.  Nə  üçün    başqa  uşaqlar  kimi 

anasının  oğlu  yox  yetimi idi. Üzünü  göylərə  tutdu, 

yalva


rdı:- Mən sənə də ögeyəmmi, ay Allah. Barı sən 

məni ögey hesab eləmə. 

Nənəsinin  yanına  sakit  qayıtdı.  Üzünün  qırışla-

rından nur seli axan bu qarının nəzərindən yayınmaq, 

nəyisə  gizlətmək  müşkül  məsələydi.  O,  nəvəsindən 

yerli-


yataqlı  hər  şeyi  öyrənmək  üçün  sorğu-suala 

tutanda 


qızı  əlində  bir  boşqab  xəngəl  içəri  girdi. 

Günahkar-

günahkar anasına baxdı, dərdi açıldı: 

-

Neyləyim ay ana, bu tüfülü tuturam,  o  birilər 



ye

tim  qalır,  o  biriləri  tuturam,  bu  yetim  qalır.  Mən 

başıma  haranın  daşını,  qayasını  yağdırım.  Anası 

təəccübləndi: 

-

Yenə nə olub, belə hay küynən gəlmisən? 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə