Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   2   3   4   5   6   7   8   9   10   ...   22

 

 

25 



ən dözülməzi oğluyla bağlıydı. Oğluna ana olmağı üç 

qızının  yetimliyi,  üç  qızına  ana  olmağı  oğlunun 

yetimliyi  ilə  nəticələnmişdi.  Oğlu  yetim  qalmışdı. 

Uşaq evinin oğlu olmuşdu. Ananın ürəyi əzilir ölmək 

istəyir,  lakin  balasını  tapmaq  ümidi  ilə  döyünürdü. 

Balası tapılmırdı.Yeri-yurdu məlum deyildi. 

Qadın fikirləşirdi: 

-

Allah  özü  mənə  bilərəkdən  cəza  verib.  Gərək 



balamdan  ayrılmayaydım.  Nənənin  beli  bükülmüş, 

saçı  ağarmış,  dərdin,  qəmin  əlində   əsir-yesir olmuş-

du.  Oğul  itirən  bu  qadın  nəvəsinin  dərdini  çəkib 

qurtara  bilmirdi.  Qızının  gününü  göy  əksiyə  düyür, 

ona  rahatlıq  vermirdi.  Qızının  öz  dərdi  özünə  bəs 

deyilmiş kimi anası da onu bir yandan haldan salırdı. 

Elə  bil  bu  iki  qadının  taleyi  bircə  Sədnikdən  asılı 

qalmışdı. Elə bil uşaq evinin oğlu olmuş Sədnik bu iki 

qadının  yaşaması    üçün  əsas  şərt  olmuşdu.  Bəlkə  də 

Sədnik  yarandığı  gündən  belə  əzizlənməmiş,  belə 

doğmalaşmamış,  belə  İlahi  məhəbbətlə  sevilməmiş, 

belə  ürəklə  arzulan-mamışdır.Göylərdən  oğulluq 

məhəbbəti  enmiş,  bütün  uşaq  evlərini  gəzmiş, 

ayağının  altına  almışdı.  Göylərdən  enən  bu  məhəb-

bətin  qabağını dağlar, dərələr ucsuz-bucaqsız yollar, 

soyuq küləklər, yandırıcı günlər, heç nələr, heç nələr 

saxlaya  bilmirdi.  Bəzən  bir  gündə  bircə  içim  suya 

həsrət qalan, ayaqları suluq-suluq olan, ürəyinin taqəti 

kəsilən Həcər belə əzablarına gülür, oğluna qovuşmaq 

istəyi birə min qat artırdı. 




 

 

26 



 

Ürəyində  neçə  dəfələrlə  nəzir-niyaz paylayan 

ananın  səbr-qərarı  tükənmirdi.  Bəzən  Allahına, 

Tanrısına  asi  düşür,  yarandığı  günə  peşiman  olurdu. 

Oğlunu  tapıb  uşaq  evinin  oğulluğundan  qurtara 

bilmirdi.  Oğlunun  anası  ola  bilmirdi.  Bu  dərd  qadını 

qurudur, çərlədirdi.  

Vaxtında  oğluna  ana  olmamasının  baiskarlarına 

nifrinlər, qarğışlar yağdırırdı. Sanki bu nifrinlər daşa-

divara dəyib özünə qayıdırdı. Bu onu daha bərk sıxır, 

daha bərk hirsləndirirdi. 

Bir  dəfə  yenə  oğlunun  sorağı  ilə  bir  uşaq  evinə 

gəldi. Sanki küləkdən qanad alıb uçdu. Uzaq rayonda 

yerləşirdi  oğlunun  qaldığı    uşaq  evi.  Ona  uşaqlar 

ürkək-ürkək,  qorxa-qorxa,  ümidlə  yaxınlaşır,  qanadı 

qırılmış  quş  kimi  geri  çəkilirdilər.  Bu  onların  anası 

deyildi. 

Qıçındakı  yanığı  çoxdan  unutmuş  Sədnikin 

bədəninə  qarşısındakı  qadının  əllərindən  ilıq,  xoş  bir 

hərarət  axdı.  Qadın  titrək  əlləri  ilə  yanığı  sığallayır, 

gözünün yaşı sel kimi axırdı. Başını qaldırmağa gücü 

çatmırdı. Sanki başını qaldırsa yanığı itirəcək, oğlunu 

bir  daha  tapmayacaqdı.  Bəlkə  də  belə  deyil,  başını  

qaldırmağa  qorxurdu  ana.  Həcər  o  qədər  həyəcan-

landı,  o  qədər  sevincək  oldu  ki,  oğlunun  üzü-nü düz 

əməlli görmədən huşunu itirdi. Sədnikin qadına yazığı 

gəldi,  haray-həşir  saldı.  İşçilər  tökülüşüb  onu 

ay

ıltdılar. 




 

 

27 



Həcər  oğlundan  aralanmır,  öpüşlərə  qərq  eyləyir, 

“oğlum,  pənahım”,  deyə-deyə  özü  ilə  bərabər 

yanındakıları da ağladır, ürəklərini qana  döndərirdi. 

Belə  gününü  hər  an  arzulaya-arzulaya  yaşayan, 

buradakı uşaqların da ürəyinə inam dolmuşdu, gözləri 

yaşarmışdı.  Onların  ümidi  lap  çoxalmışdı.  Elə  yəqin 

eləyirdilər    bu  qadın  onların  anasıdı.  Gəlib  onları  da 

aparacaq. Sədnikin yerində özlərini hiss eliyən uşaqlar 

hoppanıb düşür, bir-birini qucaqlayır, zarafatlaşırdılar. 

Ancaq onların taleyi məlum deyildi.  

Sədnikin  anası  uşaq  evinin  çirkli  divarlarını  da 

öpdü.  Öpdü  ki,  bu  uşaq  evi  balasını  saxlayıb  ona 

qaytardı. 

            1 yanvar, 1996-

cı il.  

 

 

 

 

      

 

 

 

 

 

 

 

 

 



 

 

28 



        

Şəffaf  hörüyün  rəfiqələri  

 

Aşağı əyildikdə qoşa, xurmayı hörüklər çayın gur, 

şəffaf  hörüyünə  qoşulub  axır,  dikəldikdə  sudan 

üzülüşürdülər.  Şəffaf  hörüyün  xurmayı  hörüklərdən 

xoşu  gəlirdi.  Onları  fürsət  düşəndə  sinəsinə  çəkir, 

özüylə  bir  axıdır,  buraxmaq  istəmirdi.  Xurmayı 

hörüklərin  sahibi  balaca  zərif  əlləriylə  paltar  suya 

çəkirdi.  Dənizdən,  göldən  fərqli  bu  hörüklü  çayın 

içində  qız  hörüklü  su  pərisinə  bənzəyirdi.  Qızın 

xurmayı  hörükləri  çayın  şəffaf  hörüyünün  davamı 

kimi  axırdı.  Hörüklər  beləcə  qovuşur,  beləcə  axışır, 

beləcə  can  bir,  ürək  bir,  qəlb  bir  olurdu..  Hərdən 

xurmayı   hörükləri sudan aralananda şəffaf daşqınlar 

ətrafa  səpələnirdi.  Şəffaf  hörük  bu  daşqınları  özündə 

gizlədir  yeniləriylə  xurmayı  hörükləri  bircə-bircə 

bəzəyirdi. 

Hörüklərin gözəl oyunu Sədniki ovsunlamışdı. Nə 

irəli yeriyib səsini çıxara bilirdi, nə də geri qayıtmağa 

gücü çatırdı. Oğlanın nəzərində sarışın şəfəqlər saçan, 

günəşə  bənzəyən  sarışın  qızın,    sarışın  şəfəqlərindən 

onun ürəyinə ilk dəfə hiss etdiyi doğma, mərhəm xoş 

və gözəl duyğular axırdı. Bu gözəl duyğularla  qəlbinə 

dolub    üzünə-gözünə  yayıldı,  dilinin  bu anlara  qədər 

heç kəsə söyləmədiyi  ən şirin sözlərinə çevrildi: 

-

Könlümü,  gözümü  sevindirdin  gözəl,  səni  alsam 



gələrsənmi? 

Qəfil  səsdən  şəffaf  hörüyü  əlindən  çıxan  xurmayı 

hörüklər  diksindi,  iri  ala  gözlər  maraqla  heyrətdən 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə