Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

 

 

33 



şanın  gözləri  daha  da  bərəldi.  Səyyaf  əl  çəkmədi. 

Dovşanı  beşikdən  qoparmağa  çalışırdı.  Dovşanın  da 

daha  beşikdə  yırğalanmaqdan  haşı  hərlənirdi.  O 

uşağın  qucağına  girmək,  onunla  oynamaq  arzusun-

dadaydı.  Uşaq  uşaq  diliylə  dovşanı  yanına  çağırır, 

dovşan  oyuncaq  diliylə,  “gələ  bilmirəm”  deyir,  hər 

ikisinin səsi evi başına götürdü. 

Yemək  hazırlayan  ana  oğlu  ilə  dovşanın  səsinə 

boylandı,  gördüyünə  inanmağı  gəlmədi.Oğlu  qığıl-

dana-


qığıldana  dovşanı  özünə  tərəf  çəkir,  ipindən 

qoparmaq  istəyirdi.  Səfurə  xanımın  varlığı  sevincin-

dən titrədi. “İstəyinə qurban olum” deyə-deyə  oğlunu 

və dovşanı beşikdən açdı, bağrına basdı. Uşaq dovşanı 

xırdaca əlləri ilə tutdu. O yan-bu yana çevirdi, sonra 

ağzına apardı, anası uğunub getdi. 

-

Ay sənə qurban olum, xoşuna gəldi dovşan? Sənin 



dovşanına da, özünə də qurban olaram elə. 

Anasının nəzərində elə bil oğlu böyük bir möcüzə 

göstərmişdi. 

O sevin


cini,  fərəhini  istəkli  əriylə  bölüşməyə 

tələsdi. 

Əri  isə  işdən  qayıtmamışdı.  Anlar,  dəqiqələr, 

saatlar sanki yerindən tərpənmirdi. 

Oğlu ilə gözü bərələ qalan dovşan xeyli oynadılar. 

Gözünü yuma bilməyən dovşan uşağı yuxuya verdi. 

Qadını Sədnik müəllimi bu gün daha böyük fərəhlə 

qarşıladı. Oğullarının ilk istəyindən danışmaqdan doy-

madı.  Uşağın  səsi  çıxanda  hərəsi  beşiyin  bir  tərə-

findən  boylandı.  Hər  ikisi  uşağı  birinci  götürmək 




 

 

34 



istədi. Uşağın dodağını büzüb ağlamağa hazırlaşdığını 

görən  ata,  anaya  güzəştə  getməyə  məcbur  oldu. 

Anasının  qucağında  uşaq  ağlamağı  heç  yadına  da 

salmadı. Atasının əlində tutduğu gözü bərələ dovşanı 

gödü.  Cuppulu  əllərini    ona  tərəf  uzatdı,  qığıldadı. 

Atasının  gözlərində  yaş  parladı.  Bu  qadının  nəzə-

rindən yayınmadı. Cəld uşağı ərinin qucağına ötürdü. 

-

Bıy,  sən  lap  gerçəklədin,  ayə.....  Heç  uşaq 



görməmisən? Heç uşaq olmayıbsan? 

Sədnik müəllimin gözündə parlayan bir damla yaş 

yanağı boyu axdı, əlindəki dovşanın üstünə düşdü. O, 

uşağı fərəhdən qabaran köksünə sıxdı,  öpüşlərə qərq 

elədi,  uşaq çığırdı, ağladı. Atası əlində saxladığı gözü 

bərələ  qalan  dovşanı  ona  verdi.  Oğlu  ağlaya-ağlaya 

dovşanı  ağzına  apardı.  Sədnik  müəllim  bu  dəfə 

balasının  ağzının  –gözünün  suyuna  bələnmiş 

dovşanını  öpdü..öpdü..  Qadını  yoldaşının    gözünün 

yaşını sildi. Məni də kövrəltdin ay dəli.. Dedi:  

Mən də ağlayaram ha... 



Sədnik  müəllim  elə  bil  yuxudn  ayıldı,  Səfurə 

xanımın bir az əvvəl verdiyi suala indi cavab qaytardı: 

-

Hə, əzizim, mən heç vaxt uşaq olmamışam. Sənin 



ağlamağına isə ürəyim tablamaz, qadan alım. 

Evdə  oyuncaqlarının  sayı  hər  gün  artırdı.  Balaca 

Səyyaf bir oyuncaqları bir gün, ya bir saat, ya da lap 

az,  əlinə  alan  kimi  atır,  qırır,  dağıdırdı.  Atası  buna 

sevinirdi,  ürəklənirdi.  Qırılmış,  sınmış  oyuncaqları 

yığır,  tullayır  daha  gözəl,  dah  qəşənglərini  alıb 

gətirirdi ki, oğlu oynatsın. 



 

 

35 



Uşaq  bəzən  bir  oyuncaqla  çox  oynayanda  atası 

təəccüblə  qadınına  baxır,  nə  üçün  bu  oyuncağı 

oğlunun  qırmadığını  soruşurdu.  Səfurə  xanım  ərinin 

xasiyyətini  bildiyindən  onu  yozdurmağa  çalışır, 

uşağın  oyuncaqları  qırmağında  heç  bir  yaxşı  hal 

olmadığını  başa  salırdı.  Amma  o  da  həmin  andaca 

oğlunu yanında oturar qəşəng bir maşını ona verərdi: 

-

Al, dədə, sənə qurban olsun, vur qır. 



Uşağın əlləri bir andaca maşını sökür, dağıdır, hər 

hissəsini bir yana tullayırdı. Sədnik müəllim qadınının 

hirsləndiyini görürdü, özünü o yerə qoymurdu. 

Bir dəfə oğlunun çox xoşuna gələn bahalı oyuncaq 

telefon  aparatı  aldı.  Səyyaf  bunu  qırmırdı,  maraqla 

oynadırdı. Atası neçə gündən sonra dilə gəldi: 

-

Bunu  qır,  gözümün  işığı,  daha  yaxşısını  alacam 



sənə.  Səfurə  xanım  buna  dözmədi,  oyuncağı  uşağın 

əlindən aldı. Ərinə acıqlı bir nəzər saldı: 

-

Belə  olmaz,  Sədnik,  qırdıqları  bəsdi,  hər  şeyin 



həddi var axı! 

Sədnik  müəllim  arvadının  hörüklərini  açılmış 

ucunu hörə-hörə dilləndi: 

-

Səfurəm,  heç bilmirəm yetim  qalmış uşaqlığımın 



heyfini  necə  çıxım.  Elə  bilirəm  ki,  balama  nə  qədər 

çox oyuncaq alsam, nə qədər çox pul xərcləsəm, onun 

əziyyətini  daha  artıq  çəksəm,  bir  o  qədər    rahat 

oluram. 


 

 

 


 

 

36 



Düzəlməyən iş 

 

Səfurə  xanımın  dayısının  Sədnik  müəllimə  işi 

düşür.  Bacısı  qızı  gilə  gəlib,  onu  axşama  kimi 

gözləyir.  Müəllim  gəlib  çıxmır.  Kişi  başlayır  Sədnik 

müəllimi pisləməyə: 

-

Bacıqızı, deyir, sənin həyat yoldaşın yaxşı adam 



deyil,  gecə-gecədən  keçib  hələ  də  çöllərdədir. 

Evindən-eşiyindən xəbəri yoxdur. 

Dayısına böyük hörmət qoyan Səfurə bu sözlərdən 

sonra bərk hirslənib onu danlayır: 

-

Dayı, başqa adam olsaydın, vallah, saçına-başına 



baxmayıb  evimdən  qovardım.  Heç  kimin  ixtiyarı 

yoxdur  ki,  mənim  həyat  yoldaşım  haqqında  artıq-

əskik  söz  danışsın.  Mən  Sədniki  hamıdan  yaxşı 

tanıyıram.  Onun  evə  gec,  ya  tez  gəlməyi  heç  kimi 

narahat  etməsin.  Onun  iş  yerinə  səni  “propska”ilədə 

buraxmazlar.  Dayısı  gördü  ki,  sözləri  bacısı  qızının 

xətrinə möhkəm dəyib, daha oturmadı. Durub getdi. 

Yolda  Sədnikə  rast  gəlir.  Bacısı  qızından  ona 

şikayətlənir ki, bəs Səfurə məni biabır etdi. 

Sədnik  müəllim  dərhal  işin  nə  yerdə  olduğunu 

anlayıb deyir: 

-

Dayı,  sən  mənim  əleyhimə  danışıbsan,  yoxsa 



Səfurə belə etməzdi. 

Kişi cavab verməyib uzaqlaşır. 

Sədnik  müəllim  işin  əslini  başa  düşür,  dayının 

işini düzəltmir. 

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə