Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə38/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   30   31   32   33   34   35   36   37   38

 
207 
baxırdı. O vaxtlar hər şey çox çətin idi. Qızlar 
sevgi  nədir  heç  bilmirdilər.  Hələ  gənc  olma-
mışdan  qoşulub  qaçan  kim,  özündən  iyirmi 
yaş  balaca  alan  qoca  kişilər  kim.  Hər  kim-
dilər, amma, sadəcə yaxşı imkanları olan bığı 
burma  kişilər  idi.  Mənimsə  heç  vaxt 
var-dövlətdə gözüm olmayıb. Sadəcə Sərxanı 
dünyalar qədər  sevmişəm. Bir gün atam  evə 
gəldi  və  çox  sevinirdi.  Ailənin  tək  övladı 
məndim.  Anam  xəstə  olduğundan  məndən 
sonra doğuş etməsi ölümlə nəticələnə bilərdi. 
Elə  ona  görə  evin  bir  uşağı  idim.  O  vaxt  isə 
bu demək olar ki, mümkün olmayan bir  şey-
di.  Ən  az  ailədə  uşaq  olanda  beş-altı  nəfər 
vardı.  Hələ  qonşuda  bir  Fatma  xala  vardı, 
bədbəxtin on  iki  uşağı  vardı. Elə bir fermadı, 
ataları heç uşaqların adını əzbərdən bilmirdi. 
Hər  nə  isə  yanağına  azca  gülüş  hopdurmaq 
istədim.  Atam  yeməkdən  sonra  ailəmizi  bir 
yerə yığıb söhbətə başladı:  
 
-Xeyirli-uğurlu  olsun,  Allah  xoşbəxt 
eləsin.  Qızı  bu  gün  xərclədim.  Deməli  bizim 
Ağanın  oğlu  Kamil  nə  idi,  o  yaraşıqlı,  uca 


 
208 
boy,  enli  kürək,  şir  bilək  cavan  bax  elə  ona 
satmışam.  Atası  da  dostumdu,  yaxşı  da  pul-
ları var. Mənə də yaxşı pul təklif etdi, daha nə 
deyəsən? Bundan qəşəng təklif birdə nə  vaxt 
olar?  
 
Mən  çox  ağladım  və  etirazımı  bildir-
dim.  Amma,  nə  fayda?  Atam  məni  elə  döy-
müşdü  ki,  üz-gözümün  göyündən  iki  həftə 
dərsə  getmədim  və  dərhal  sonra  üzünü  belə 
görmədiyim Bakıda yaşayan  Kamilə ərə get-
dim.  Sərxana  məktub  yazıb  qoymuşdum  və 
rəfiqəm  Həbibə  sağ  olsun  çatdırmış  və  hər 
şeyi ona izah etmişdi. Amma, Sərxan məndən 
əl çəkmədi, məni çox sevirdi.  
 
Az  bir  müddət  Kamil  mənimlə  yaxşı 
rəftar etsə də, sonradan hər gün içir, işi bəha-
nə  edərək  evə  gəlmirdi.  Dörd  il  Kamilin  leş 
qoxan  ağzından  tökülən  söyüşlərini  eşitdim. 
Mənimlə  elə  ehtirasını  öldürdüyü  hansısa 
fahişə  kimi  rəftar  edirdi.  Məni  hər  dəfə  bir 
şeyi  bəhanə  edərək  heyvan  kimi  döyürdü. 
Evə bir həftədən bir gəlirdi. Deyirdi ki, sənin 
uşağın  olmur  səni  boşuyacam,  gedib  fahişə 


 
209 
olassan.  Atam  və  anam  da  öləni  iki  il  ol-
muşdu. Çox yalqız idim.  Amma, bir gün ha-
milə  olduğumu öyrəndim. 1985-ci il sentyab-
rın 1-də bir qız uşağı dünyaya gətirdim. Adı-
nı  Dəniz  qoyduq.  Kamil  bir  ara  düzəldi, 
amma,  sonra  yenə  həmənki  zibil  oldu.  Evə 
bir  ay  gəlmədi.  Evdə  pulda  bitmişdi.  Sağ 
olsun  Kamilin  bacısı  yoxsa  acından  ölərdik. 
O da  vərəm  idi,  evlənməmişdi, amma,  ürəyi 
təmiz bir qadın idi. Hər şey Sərxanın anasının 
ölməsi  və  Bakıya  gəlməsi  ilə  dəyişdi.  İtirdi-
yim xoşbəxtliyimi o mənə geri qaytarırdı. Bir 
ilə  yaxın  onunla  Kamildən  gizli  görüşdük. 
Sərxan  mənə  Kamilin  başqa  qadınla  görüş-
düyünü  demişdi.  Buna  heç  şübhədə  etmir-
dim.  Adım  qədər  əmin  idim.  Hətta,  Sərxan 
həmin  qadından  Kamilin  bir  oğlu  olduğunu 
da  deyirdi.  Sərxanla  planlaşdırırdıq  ki,  bir 
neçə  müddət  sonra  qaçaq  buralardan.  Lakin 
bir gün hamilə olduğumu öyrəndim.  Amma, 
bu dəfə fərqli idi. Kamildən deyildi. Bu  uşaq 
Sərxandan  idi.  Artıq Kamillə bir yerdə olma-
dığım  iki  il  olmuşdu.  O  da  şübhələnməyə 


 
210 
başlasa  da,  içib gəldiyindən hər şeyi qarışdı-
rırdı. Sanırdı ki, elə bu uşaq da  ondandı. Hə-
yatım  Sərxanın  Bakıya  gəlməsi  və  məni  heç 
nəyə baxmayaraq sevməsi ilə qaranlıq bir ge-
cədən  parlaq  göy  qurşağı  olan  bir  səmaya 
çevrilmişdi. Sonra 1987-ci il 20-i mart dünya-
ya bir oğlan uşağı gətirdim. Adını Xəzər qoy-
dum.  Artıq  Kamilə  qarşı  etirazlı  olmam, 
onunla  sevişməyi  rədd  etməm,  Kamilin 
gözünü  açırdı.  Və  mən  çox  qorxurdum.  Bu 
işin  üstünün  açılmasından  çox  ehtiyatlanır-
dım və buna görə Sərxanla artıq getmək üçün 
tələsirdim.  Artıq  gedəcəkdik.  Bir  aya  kimi 
hər  şey  bitəcək  və  xoşbəxtliyim  geri 
qayıdacaqdı. Mən bunu olacağına çox ümidli 
idim.  İki  körpəmi  böyüdəcəm  və  Sərxan 
onlara  yaxşı  ata  olacaq.  Xaricə  qaçıb  xoşbəxt 
bir ailə olacıyıq. İnşallah.  
 
Bu  günlüyü  ona  görə  tutdum  ki,  əgər 
dediyim  kimi  olmasa  və  bir  tərslik  olsa  öv-
ladlarım bu  dəftəri oxusun. Bilsinlər ki, mən 
fahişə deyiləm..  
 
Nihad artıq elə içdən ağlayırdı ki, körpə 


 
211 
bir  uşaq  kimi  hıçqırıqlara  qapılmışdı.  Haqq 
qazandırdığı  anasının  bu  qədər  təsiredici 
keçmişi  onu  məyus  etsə  də,  onu  qismən  se-
vindirmişdi.  Axı  anası  fahişə  olmayıb.  Atası 
Sərxan  Kamilin  başqa  arvadla  görüşdüyünü 
və  hətta,  uşağının  olduğunu  demişdi.  Bu 
anasına  başqa  sevdiyi  kişi  ilə  olmasına  dəla-
lət  gətirməsə  də,  anasının  fahişə  olmadığına 
yaxşı  əsas  idi.  Axı  niyə  kişinin  qadını  aldat-
ması  normal  qəbul  olunur?  Hə  da  olar  ca-
vanlıqdı.  Kişiyə  olar  o,  Qurandada  yazılıb. 
Bəs necə  peyğəmbərin  (s.ə.s) dörd arvadı  ol-
muyub? Kişiyə hər şey  olar, ağzında kişi de-
yirsən. Qadın qələt  eliyər, ayağını qırar, evin 
eşşəyi  olar.  Bu  cür  ayrı-seçkilik  hələ  də  bəzi 
regionlarda  hökm  sürsə  də  yaxşı  ki,  kütləvi 
şəkildə icra olunmur. Belə  olması həmin xal-
qın  nə qədər əxlaqsız  və  utancverici bir adə-
tinin  olması deməkdir  və savadsızlıqdan, ge-
rilikdən  irəli gəlir. Çox  şükür  Allaha, bü gün 
belə  probləmlər  Azərbaycan  xalqında  gözə 
dəymir.  
 
Nihad  şəkillərin  hamısını  və  günlüyü 


 
212 
bir  paketə qoydu  və son  dəfə  otağa baxıb  fi-
kirləşdi:  
 
-Bacı,  kaş  yanımda  olardın  və  bilərdin 
ki, anamız fahişə  olmayıb.  Keçmişimi  öyrən-
məklə  çox  yaxınımı  itirdim,  hətta  tanımadı-
ğım  səni  də.  Amma,  indi  bilirəm  ki,  heç  də 
hər şey sizin bildiyiniz kimi olmayıb.  
 
Qapını açdı, otaqdan çıxıb ögey bibisinə 
minnətdarlığını  bildirib  evdən  çıxdı.  Yenib 
avtomobilə oturdu və birdən yadına Cəbrayıl 
düşdü.  Axı  ona  söz  vermişdi  ki,  ayın  axrına 
qədər  pul göndərəcək.  Tərslikdən  pili bitmiş 
telefonunu  da  evdə  unutmuşdu.  Dərhal 
mühərriki işə salıb, sürətlə evə yollandı.  
 
 
 
 
 
 
 
 
 


 
213 
HƏR ŞEYİN SONU… 
 
 Keçmişimi dindirmişəm,  
 Və hər şeyi öyrənmişəm.  
 Həyat mənə gecikibdi?  
 Mən həyata gecikmişəm?  
 
 
Evə  gələn  Nihad  təcili  telefonu  pilə 
qoydu və dərhal Vahidə zəng etdi:  
 
-Salam, necəsən Vahid, sonra danışarıq. 
Tez mənə  Cəbrayılın nömrəsini  ver.  Rəşadın 
tələbəsi olan uşağın.  
 
-…3111. Nə olub? Narahatçılıq yoxdu?  
 
-Yox sağ ol, danışarıq.  
 
Dərhal Vahidin dediyi kimi yığdı və:  
 
-Salam Cəbrayıldı?  
 
-Salam, bəli kimdir tanıya bilmədim?  
 
-Xəzərdi,  belə  Nihaddı.  Şey….  Rəşadın 
dostu.  
 
-Hə, tanıdım, necəsən?  
 
-Sağ  ol,  bağışla  Cəbrayıl,  neçə  gündür 
xəstə yatırdım. Anan necədi?  
 
-Allah  şəfanı  versin,  indi  elə  gedirəm 
evi  satırıq,  pulun  alım  gedək  İrana.  Vaxtda 


 
214 
keçib, təcili pulu alım qaçaq İrana.  
 
-Yox  evi  satıb  eləmirsən.  Elə  indicə  ge-
dirəm  poçta.  Səndə  Vahidlə  görüş,  ona  da 
indi  deyəcəm,  get  pulu  poçtdan  götür.  Altı 
min  manatdı.  Ehtiyacını  al,  qalanını  da  ver 
Vahidə. Rəşadın yasına çəkdiyi xərcin borcu-
nu verər 
 
-Amma… 
 
-Amması yoxdu. Yaxşı?  
 
-…..  
 
-Eşitmirəm  axı  yaxşı?  Sənə  söz  vermiş-
dim.  
 
-Çox  sağ  ol.  O  qədər  yaxşı  insansan  ki, 
Tanrı səni hifz eləsin.  Arzuların gerçək olsun 
Nihad.  
 
-Çox  sağ  ol,  indi  tələs  ki,  anana  bir  şey 
olmasın. Nömrəmi də qeyd elə, qayıdan kimi 
İrandan mənə nəticəni denə.  
 
-Oldu, çox sağ ol.  
 
Nihad ardınca Vahidə zəng edib hər şe-
yi danışdı  və poçta getmək üçün  dərhal yola 
düşdü.  Yolda  polis  avtomobili  görən  kimi 
yadına  rəis  düşdü.  Ona  da  ayıb  olmuşdu,  o 


 
215 
qədər xərc çəkib, yaxşılıq edib heç bir dəfə də 
yadına düşmür. Rəisə də zəng edib, hal-əhval 
etdi  və  tezliklə  vaxtı  olan  kimi  şöbəyə 
gələcəyini dedi. Yaxın  poçtların birindən  pu-
lu göndərdi  və  elə  istədi ki, Əsgərin yanında 
dönər  yeməyə  getsin,  xatırladı  ki,  Əsgər  də 
ölüb. Evə qayıtmaq və yorğunluğu çıxarmaq 
indi  birinci  plan  idi.  Sabah  işə  qayıdacaqdı, 
müdirə  də ayıb  olmuşdu. Evə çatdı  və keçib 
vanna  qəbul  etdi.  Soyuducunu  açdı,  Naxçı-
vandan gətirdiyi göycəni çıxarıb duza batırıb 
ləzzətlə  yedi.  Halı  bir  az  özünə  qayıtmışdı. 
Bir  şey  xatırladığı  üçün  dayandı  və  fikrə 
getdi.  İndiyədək  saatları  mənə  Dəniz  gön-
dərib.  Bəs  sonuncu  gələn  məktub?  Qonşuya 
verilən  və heç bir ad  olmayan.  Hansı ki,  ona 
ölüm  təhdidi  yazılmışdı.  Onu  kim  yaza 
bilərdi?  Axı onun  düşməni yox idi. Nə qədər 
düşünsədə  tapa  bilmədi  və  elə  bu  vaxt  qapı 
döyüldü.  Qorxa-qorxa  qapıya  yaxınlaşdı  və 
qapını açdı:  
 
-Salam  oğul,  necəsən?  Sənin  məndə 
nömrəndə  yoxdu  heç.  Neçə  gündü  gəlib-ge-


 
216 
dirəm. Orxana da zəng edirəm, nömrəsi bağ-
lıdı.  
 
-Salam Nəriman dayı. Keçin içəri.  
 
-Yox bala, kiranın pulundan ötrü gəlmi-
şəm.  
 
-Bu  saat  gətirirəm,  bağışlayın  Orxan 
ailəsi  ilə  bərabər  o  təyyarə  qəzasında  öldü. 
Onun yasına başım yaman qarışmışdı.  
 
-Aman Allah, necə pis oldum bala. Hələ 
nə yaşı vardı ki, yazığın? Gün görmədi getdi. 
Əgər  pulun  yoxdusa,  baban  qurban  qalsın 
gələn ay verərsən.  
 
-Yox,  Nəriman  dayı.  Ayıb  deyil?  Çox 
sağ olun varımdı, gözləyin, qayıdıram indicə.  
 
Nihad bir az  dar günlər üçün  saxladığı 
pulu  saydı.  Sanki  kimsə  əli  ilə  sayıb  qoyub. 
İki  yüz  manat  qalmışdı.  Cibindədə  az-maz 
pul  var idi, amma, bu  elə kiranın  pulunu ta-
mamlayırdı.  Onu  Nəriman  müəllimə  verdi 
və  evə qayıdıb yataq  otağına keçdi. Çoxdan-
dır ki, siqaretdə çəkmirdi. Bir siqaret yandırıb 
həmişəki  kimi  pəncərənin  önündə  durdu. 
Artıq  eşitməyə  adət  etdiyi  qonşu  Mahirə  və 


 
217 
Abbasında  səsi  eşidilmir, aşağıda tələsən ey-
ni  insanlar  görünmürdü.  “Deməli  hər  şeyin 
sonu  əvvələ  qayıtmır”.  Artıq  Nihadın  həya-
tında  çox  şey  dəyişmişdi.  Yatağına  girərək 
dualarını  etdi  və kəlmeyi-şəhadətini  deyərək 
yatdı.  
 
Bu  gün  işdə  əmək  haqqılar  paylanırdı. 
İdarədə  hər  kəs  Nihada  baş  sağlığı  verir  və 
onun  dağlar  qədər  güclü  olmasına  heyrətlə 
baxırdılar. O da hər kəs kimi pulunu aldı  və 
işinini  davam  etdirmək  üçün  otağına  keçdi. 
Hər şey ona keçmişi xatırladır ve  sevdiklərni 
gözləri  önünə  sərirdi.  İdarə  Orxanı,  saatlar 
Dənizi, şeir kitabı Rəşadı. Və başqaları. İşdən 
sonra  evə  gedib  Rəşadın  verdiyi  dəftəri  aldı 
və  redaksiyaya  getdi.  Kitabların  xərcini  elə 
aldığı əmək haqqı ilə  verdi  və bir həftə sonra 
hazır olacağı ona bildirildi.  
 
Davamlı  olaraq  işdən-evə,  evdən-işə 
gedib  gələn  Nihad  artıq  sabahkı  kitabları 
almaq  üçün  səbirsizliklə  gözləyirdi.  İşdən 
çıxdı və evə getmək üçün mühərriki işə saldı. 
Yeni  tikilmiş  körpü  boş  göründüyündən  sü-


 
218 
rəti yüzü keçmişdi  və qarşıdakı işıqforda da-
yanmaq  üçün  Nihad  əyləci  sıxdı,  amma,  əy-
ləc  işləmirdi.  Əvvəlcədən  hazırlanmış  sui- 
qəsd  uğurlu  olmuşdu.  Nihad  artıq  hər  şey 
üçün  gec  olduğunu  görüb  əllərini  göyə 
açaraq  kəlmeyi-şəhadətini  dedi  və  avtomo-
bili yol kənarındakı divarların birinə çırpdı.  
 
Mən yubandım, o, tələsdi, 
 
Küləklər də əsdi, əsdi… 
 
Dayan artıq-son nəfəsdi: 
 
Mən həyata gecikmişəm… 
 
Artıq  ölümündən  üç gün keçmişdi. Va-
hid,  onun  yetimxana  dostları,  Orxanın  atası, 
müdir  və  idarə  heyəti,  Nəriman  müəllim  və 
rəis  yasda  idilər.  Hadisənin  necə  olması 
araşdırılmış  və  bunun  yol  qəzası  deyil 
sui-qəsd  olduğu  bilinmişdi.  Artıq  qatildə 
tapılmışdı. Bu asan deyildi, amma, rəisin özü 
sırf bu cinayətlə yaxından maraqlanmış və üç 
gecə  apardığı  tədqiqat  sonunda  cinayətkarı 
tapmışdı. Bu, Nihadın ögey qardaşı Taleh idi. 
İdarədə  ölən  Kazım  dayının  yerinə  keçən 
Taleh  bu  məqsədlə  bura  gəlmişdi.  Qa-


 
219 
baqcadan  planlaşdırdığı  sui-qəsdi  həyata ke-
çirmişdi. Nihadın da həyatı yarımçıq qalmış-
dı.  Dənizin,  Rəşadın,  Orxanın  həyatı  kimi. 
Doğurdanda  bizlər  bəzən  yarımçıq  həyatlar 
yaşayırıq.  Həyatın  ən  çətin  anlarını  yaşasa 
da, ən murdar insanlar tanıyıb, onlara dözüb, 
əzmini  itirməsə  də,  həyat  Nihadı  qamçılasa 
da,  Nihad  yaşam  eşqi  ilə  döyünən  ürəyini 
sındırmamış  və  gələcəyə  ümidlə  yaşamışdı. 
Maraqlı  və  mənalı  ömür  keçirməsə  də,  fəxr 
ediləsi  və qısa həyatı hamının yaşamadığı  və 
yaşamaq  istəmədiyi  çətinliklərdən  ibarət  idi. 
Bu  da  son.  Nihad  bəlkə  də  həyata  gecikmə-
mişdi, bəlkə də zaman tələsmişdi.  
 

Keçmişini  unutma  deyirlər,  amma, 
bu  yerdə  nəinki  keçmişini  unutmaq,  heç 
onu  tanımamaq  daha  düzgündü.  Bu  həyat 
belədir,  sənin  bədbəxtliyinin  üzərində  qu-
rulan xoşbəxtlikdən və sənin sonunun üzə-
rinə qurulan baş daşlarından ibarətdir. Sən 
də həyata həyat eşqi ilə bağlanaraq həyatın 
içində öz həyatını yaşayırsan. Öz kiçik dün-
yan  və  bu  dünyada  olan  evin  olur.  O  evin 


 
220 
pəncərələri, qapısı da var. Və sən bu pəncə-
rələrdən çölə baxaraq arzunu qurursan. Xə-
yallar  və  utopiya  dolu  fikirlərinin  bir  gün 
sadəcə  boş  bir  vərəq  olduğunu  anlayanda 
artıq  o  vərəqi  reallıqla  doldurursan.  Orda 
istəmədiklərini edir, öz dünyanı dağıdır və 
bu  həyata  bu  həyatın  pəncərələrindən  ba-
xırsan.  Böyüdükcə  gələcəyə  ümid  bəsləyib 
keçmişinə  görə  təəssüflənirsən.  Əlini  sıx-
maq  istəmədiyin  adamların  bir  gün  əlini 
öpməyə məcbur olursan. Və hər şeyin pərdə 
arxasındakı  əslini  görəndə  deməyə  sözün 
qalmır.  Bu  həyat  sənə  çox  şey  öyrədəcək. 
İyirmi  yaşın  olsa  da,  bəlkə  də  daxilindəki 
uşaq  çoxdandı  böyüyüb  və  onun  artıq  ağ 
saqqaları  var. Bir  gün ümid  etdiyin  sabah-
larda günəş yerinə heç ay da olmayan gecə-
ləri gördükdə bu dünyada yaşadığın cəhən-
nəmdən  bezib  bu  dünyanı  qəlbindəcə  bas-
dıracaqsan.  Və  digər  dünyadakı  cənnət 
üçün tələsib bütün ümidlərini ora bağlaya-
caqsan. Çox qorxuram ki, orda da günəş ol-
masın.  Hər  şeyin bir  əvvəli,  ortası,  amması 


 
221 
və  sonrası  olur.  Əvvəlini  yaşadıq,  ortasın-
dayıq  bəlkə  də,  ammasını  görürük  və  son-
rasını  gözləyirik.  Ölüm  avtobus  duracağın-
da,  evində,  işdə,  universitetdə,  yemək  ye-
yəndə, ayaq yoluna getdikdə, saata baxdıq-
da  gözləməklə gəlmir.  Çox  xəbərsiz  və  səs-
siz  ilan  kimidir.  Sancır  və  zəhərini  qanına 
buraxır. Heç vaxt heç vaxt deməsələr də, heç 
vaxt  həyatda  harasa  tələsmə  və  gecikmə! 
Tələsdiyin yerdə gözləməli, gecikdiyin yer-
də  itirmiş  olacaqsan.  Gözləmə  və  itirmə… 
Barı sən həyata gecikmə nə Nihad kimi, nə 
də  Xəzər  kimi.  Elə  sən  “Sən”  ol,  mən  də 

Mən”. Vəssalam…” 
İnsan bir iynədi, günahlar sapı,  
Toxuyub o artıq özünə kəfən,  
İstəmir daha o toxusun axı,  
Hansı ki, o adam ölüm gözləyən.. . 
 
(Romanda  istifadə  olunan  obraz  adları  hə-
yatımdan götürülsə də, reala uyğun heç nə yoxdur 
və hamısı yazıçı təxəyyülüdür. Bəzi fikirlər istisna 
olmaqla,  bütün  fikir  və  şeirlər  yazıçıya  məxsus-
dur) 


 
222 
Biz sizin yanınızdayıq 
(Bütün ana və ataların simasında əziz anama və 
atama həsr edirəm) 
 
Zamanın üzündə cızdığı rəsim, 
İlahi, necə də kobuddu, ana. 
İkinci bir şamı tapa bilmədim, 
Ana tək övlada heçnəsiz yana. 
 
Gözündə  gölləşən göz yaşlarını, 
Axıtdın gizlində, bizdən xəbərsiz. 
Kim deyir əvəzsiz yoxdu dünyada, 
Sən elə qadınsan yerin əvəzsiz. 
 
Otağı bürüdü bir qadin ətri, 
Nə qədər şirindi, nə qədər əziz.. 
Zamanla dəyişib kobud olsa da, 
Qırışlı ipəkdi sizin əliniz. 
 
Qoy dursun zamanlar, dursun saatlar
Siz belə qalasız, cavan qalasız. 
Öz xoşbəxtliyini övladlarıyla, 
Siz birgə yaşayan xoşbəxt anasız. 


 
223 
 
Siz tutub  atamla əl-ələ, bərk-bərk
İndi bir sevinclə bizə baxırsız.. 
Bu xoşbəxt günlərə şükr etsəz belə, 
Bilirəm, siz hərdən çox darıxırsız. 
 
Biz uzaq deyilik, nəfəsimiz tək.. 
Daima yaxında, yanınızdayız, 
Biz sizin ağlayan göz yaşınızda, 
Biz sizin ən xoşbəxt anınızdayız... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
224 
Tural Həsənli  

Mən həyata gecikmişəm…” 
 (roman)
 
 
 
 
 
 
 
 
Няшриййат Редактоðó: 
Мухтар Гасымзадя  
 
Êîððåêòîðó
Эцлнар ßëèéåâà 
 
Êîìïéóòåð òÿðòèáàòû: 
Çèéà Ìÿììÿäîâ 
 
Éûüûëìàüà âåðèëìèø 15.12.2010.  
×àïà èìçàëàíìûø 30.12.2010. 
Ôîðìàòû 60Õ90 1/16 “Òàéìñ” ãàðíèòóðó.  
Îôñåò ÷àï öñóëó. Îôñå ò êàüûçû.  
Ùÿæìè 14,0 ÷.â. Ñèôàðèø 
№ 1146.  
Òèðàú 250 íöñхÿ.  
 
“ßæÿìè” Íÿøðèééàò-Ïîëèãðàôèéà Áèðëèéè. 
Íàõ÷ûâàí øÿùÿðè, Òÿáðèç êö÷ÿñè, 1. 
 
 
 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə