Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə5/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   2   3   4   5   6   7   8   9   ...   38

 
23 
 
Bir  salam  vermişdim  dünən.  Nə  dəyiş-
mişdi  ki?  Yəqin  hələ  dünənin  təsirindədi-
lər-deyib qapını açdı. Orxan otaqda onu göz-
ləyirdi. Görünürdü ki, nə isə baş verib.  
 
-Salam, Nihad necəsən?  
 
-Sağol Orxan, yaxşı. Nəsə baş verib? Axı 
sən  heç  vaxt  mənim  otağımda  məni  qarşıla-
mazdın.  
 
-Görünür baş  verib. Sənə qəribə bir  xə-
bərim var. Səhər birinci mən gəldim işə, növ-
bətçi  deyir  ki,  bir  nəfər  gəlib  sənə  bir  qutu 
qoyub və gedib. Deyiblər çatdır Nihada.  
 
-Nə? Hanı? Kim? Necə yəni? Bir dəqiqə, 
başa düşmədim. Kim imiş?  
 
-Bilmirəm, dedim bəlkə sən biləsən.  
 
-Yox,  Orxan  bəs  Kazım  dayı  soruşmu-
yub kimsən?  
 
-Bilmirsən  bizim  Kazım  dayını.  Qoca 
kişidi. Ancaq sağa-sola dönür. Dediyinə görə 
üzünü görməyib kimdi, tezdən qaranlıq vaxtı 
gəlib  verib  və  deyib çatdır  Nihada. Səsindən 
bilibmiş ki, qadın səsidi.  
 
-Nihadın  ayaqları  büdrəməyə  başladı. 


 
24 
Stola  elə  düşdü  ki,  stolun  ayaqları  az  qaldı 
qırılsın.  Orxan  onu  indiyədək  belə  görmə-
mişdi.  Tez  su gətirdi  və  onu  sakitləşdirməyə 
çalışdı.  
 
-Narahat olma, tapacağıq o kimdi.  
 
-Nihadsa  onu heç dinləmirdi.  İlk ağlına 
gələn"Ana"oldu. Amma, özünü ələ alıb qutu-
nu  soruşdu.  Orxan  əliylə  küncdə  duran  qu-
tuya işarə etdi. Və ardınca:  
 
-Nihad  bunu  açma  bu  tələ  də  ola  bilər. 
Bəlkə kimsə buranı partlatmaq istəyir?  
 
-Nihadsa  ona  izah  etməmişdi ki, bu  ola 
bilməz, buna oxşar hadisə dünən yaşamışam. 
Və dərhal qutuya tərəf yüyürdü.  
 
-Nihad!!!!!!  Kimə  deyirəm?  Mən  ölmək 
istəmirəm.  
 
-Sakit  ol,  Orxan  bu  bomba  filan  deyil, 
hər şeyi danışacam.  
 
Nihad  qutunu  açarkən  Orxan  elə  qor-
xa-qorxa  baxırdı  ki,  sanki  bu  saat  bomba 
partlayacaq  və  idarə  paramparça  olacaqdı. 
Nihad qutunu açdı və yenə bir saat gördü. Bu 
dəfəki isə qol  saatı  deyildi. Divar  saatı idi  və 


 
25 
yenə bir not. Dedim axı”Sən həyata gecikmə-
misən”-yazılmışdı. Nihad məyus  olaraq əlini 
başına qoydu və  oturdu. Orxansa gözləri bə-
rələ  qalmış  və  Nihada  təəccüblə  baxırdı.  Bir 
izahat  gözləyirdi.  Bu  olanların  məntiqi  bir 
izahatı  olmalı  idi.  Axı, bu kim  idi  və bu  saat 
nəyə görə göndərilmişdi? Niyə məhz saat  və 
belə  bir  sözlər.  Həm  Nihadın  heç  bir  yaxını 
olmadığı  halda  bunları  kim  edə  bilərdi?  Bu 
zarafat  idi  ya  bir  çeşid  oyun?  Hər  şey  sanki 
ssenariyə uyğun çəkilmiş, qüsursuz bir Ame-
rikan  filmi  idi.  Orxan  otaqdan  çıxdı  və  beş 
dəqiqədən sonra iki armudu stəkanda çay ilə 
otağa girdi: 
 
Səni eşidirəm Nihad.. .  
 
Nihad  hardan  və  necə  başlayacağını 
bilmirdi.  
 
-Hardan başlayım?  
 
-Elə başdan..  
 
Yaxşı,  mənim  keçmişimi  tamamı  ilə  bi-
lirsən,  parlaq  bir  keçmişim  yoxdu,  amma, 
suallarla  dolu  olan,  hər  kəsdən  fərqli  olaraq 
qaranlıq  bir  otaq  kimidi.  Və  indi  sanki,  o 


 
26 
otağa hardansa işıq düşməyə başlayır. Bu adi 
bir  yoldan  keçənin  işığıdı  ya  məni  qaranlığa 
dərk  edənlərin,  bilmirəm,  amma,  bilirəm  ki, 
bu  işin  sonunda  suallarıma  cavab  tapacam. 
Bilirsən, Orxan, ən dəhşətlisi nədir? Əgər dü-
şündüyüm  adamdırsa  niyə  bu  qədər  il  giz-
lənib  və  indi  mənə  bu  qədər  yaxındısa,  niyə 
hələ də gizlənir?  
 
-Kimdi düşündüyün?  
 
-Anamdı. Bir qadın dedi, Kazım dayı və 
heç  nə  görməyib.  Ağlabatan  tək  adam  odu. 
Həm sən bilmirsən  o günkü hadisəni. O gün 
mənim doğum günüm idi.  
 
Orxan  az  qalırdı  dəli  olsun  əsəbdən. 
Necə  yəni  doğum  günü?  Hər  kəsin  doğum 
günü olur da, burda nə  var ki? Hər kəs müt-
ləq  bir  gün  doğulub.  Daha  təlaşdan  ağlına 
gəlmir ki, bəs bu Nihad yetimdi axı, heç kim 
onun  doğum  gününü  bilmir.  Hardansa 
ağlına  yetimxana  gəldi,  orda  doğum  günü 
bilinməyənləri  bir  yerə  yığıb  eyni  bir  gündə 
qeyd edirdilər. Bu isə Orxanın dəqiq yadında 
idi.  Bu  tarix  1  sentyabrdı.  Əvvələr  dərs  və 


 
27 
tədris ili 1-i sentyabrda başladığından bu belə 
idi.  O  gün  Nihad  deyən  gün  isə  axı  iyirmisi 
mart  idi. Bəs bu  nə  demək idi? Orxanın başı 
getdikcə  qarışmağa  başladı.  O  qədər  sualı 
vardı ki, soruşacaq.  
 
-Anladım,  Nihad  bəs  sənin  doğum  gü-
nün?  Necə  ola bilər? Qardaşımsan Nihad bir 
az  açıq  danış,  yoxsa  hirsimdən  bu  yaşda 
ağlayacam.  
 
Nihad hər şeyi tələsmədən, təfərrüatı ilə 
Orxana  danışdı.  İndi  Orxan  Nihadı  daha 
yaxşı  başa  düşürdü.  İndi  bilirdi  ki,  bayaq 
orda  bomba  olmadığından  Nihad  niyə  bu 
qədər əmin idi. Bir az susdular  hər ikisi. Bir-
dən qurultu  səsi gəlməyə başladı. Orxan ya-
man acmışdı.  
 
Nihad  da  nahardan  sonra  Orxanla  da-
nışacağını deyib fikirli-fikirli köz dönərə yola 
düşdü.  Heç  dünən  axşam  da  yemək  yemə-
mişdi  və  səhər bir şirin  çay. Görünür yaman 
acmışdı. İçəri girəcəkdə həmin qızın çıxdığını 
gördü.  Sonra  içəri  girdi,  salamlaşdı  və 
soruşdu:  


 
28 
 
-Əsgər, bu qız kimdi?  
 
-Mən hardan bilim Nihad? Mən hər gün 
min  nəfər  görürəm.  Hamısını  tanısaydım, 
gedib  əhalini  siyahıya  alma  komitəsində  işə 
girərdim.  Amma, çox tərbiyəli qıza  oxşuyur. 
Bundan  beşinci  ya  altıncı  dəfədi  ki,  gəlir  və 
heç nə demədən dönərini yeyib gedir. Heç bir 
kəlmə  də  kəsməmişəm.  Salam  da  vermir, 
sağol da demir.  
 
Əsgərin belə  danışması Nihadı  daha  da 
marağa saldı. Axı görəsən bu kimdi və Niha-
dın diqqətini niyə belə cəlb edir? Nə əcəb Ni-
had da hansı qız haqqında düşünərmiş deyən 
Əsgərin səsindən Nihadın fikri dağıldı.  
 
-Yox,  yox  Əsgər.  Mən  hara  qız  hara? 
Yox  haqlısan  Əsgər  bu  qızda  nə  isə  məni 
çəkən  bir  şey  var.  Adını  bilmirəm  nədi, 
məhəbbət deyil.  
 
-Ə  elə  danışdın  ki,  guya  bilirsən  mə-
həbbət nədi? Məhəbbət mən bilirəm nədi. İn-
di Leyli bulvardadı Məcnun bəyənir. Məcnun 
da  girib  facebook-a  Leylinin  fikirlərini, 
şəkillərini bəyənir. Bax budu məhəbbət. Mən 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə