Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə6/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   2   3   4   5   6   7   8   9   ...   38

 
29 
ölüm necə dedim Nihad?  
 
-Qəşəng dedin.  
 
Nihad  dönərini yedikdən  sonra  o  divar 
saatı  haqqında  fikirləşdi.  Onu  da  yəqin  ida-
rədə  otağa  vuracaq.  Sonra  ayağa  qalxıb  dö-
nərə görə  sağollaşıb,  pulunu  verərək idarəyə 
tərəf  yola  düşdü.  Çox  fikirli  idi,  yolu  keçər-
kən  avtomobilin  sürətlə  ona  tərəf  gəldiyinə 
fikir  vermirdi.  Əyləcin  asfaltda  qoyduğu  iz 
və çıxan səsin fərqinə varan Nihad yerindəcə 
buz  kəsdi.  Nə  sağa  gedə  bilirdi  nə  sola.  Do-
nub  qalmışdı.  Avtomobilin  şüşəsindən  bir 
dayı qışqırmağa başladı:  
 
-Özün  bir  zibil  deyilsən,  məni  zibilə 
salassan. Yoluna bax da canından bezmisən?  
 
Nihad nə desin? Bağışla  dedi  və sakitcə 
oradan  uzaqlaşdı.  İdarəyə  gəldi  və  otağına 
daxil oldu. İçəridə Orxan gözləyirdi.  
 
-Dediklərini  düşündüm,  dost.  Bilirsən 
bu  dəqiq  deyə  bilmərəm  kimdi,  amma,  səni 
tanıyan biridi.  
 
-Sən  guya  fərqli  nə  isə  dedin?  Elə  hə-
vəslə başladın ki, söhbətə mən elə  sandım ki, 


 
30 
kimdi  tapmısan.  Bəs  məni  tanıyan  biridi  da. 
Ailəmdən,  ya  da  qeyri  biri.  Amma,  mənim 
keçmişimi bilən biridi.  
 
-Bəlkə də atandı?  
 
-Orxan  sən  mənimlə  zarafat  edirsən? 
Sənə  həqiqətən  bu  gün  nə  isə  olub.  Get  mü-
dirdən  icazə  al  get  evə.  Bəs  özün  dedin  axı 
Kazım dayı deyir, qadın səsi idi.  
 
-Doğurdan  e,  tamam  yadımdan  çıxıb. 
Haqlısan  bu  gün  bir  az  yorğunam,  mən  evə 
getsəm yaxşıdı. Məni bağışla da dost, səni tək 
qoyuram.  
 
-Yox,  Orxan  buna  ehtiyacın  vardı.  Get 
yaxşısı budu, yuyun, dincəl.  
 
-Yaxşı,  sağol  dost,  mən  getdim.  Bir  şey 
olsa  bilirsən  də  nömrəni.  Gecə  də  olsa,  zəng 
elə.  
 
-Sağol.  Sən  həyatımdakı  ən  yaxşı  dost-
larımdansan.  
  
Sağollaşaraq  Orxanı  yola  salan  Nihad 
divar  saatını  otağa  asaraq,  bir  az  oturdu. 
Saata  baxdı.  Telefonu  götürdü  və  dəstəyin 
digər ucunda:  


 
31 
 
-Alo, Nihad necəsən anan qurban?  
 
-Sağol Nazilə xala, sən necəsən?  
 
-Şükür  Allaha  hələki  şikayətim  yoxdu. 
Hərdən  ağrılarım  olur.  Amma,  indi  yaxşı-
yam.  Necə  gedir  işlər?  Öyrəşə  bilmisən?  Çə-
tinliyin  yoxdu  ki?  Orxan  qaqaşınla  yola  ge-
dirsiz?  
 
-Yaxşıdı hər şey,  sən narahat  olma. Or-
xan da sağolsun, mənə çox dəstək oldu. Kira-
yə  ev  tapdı,  işdə  də  mənə  fərqli  rəftar  gös-
tərir.  Əslində  elə  çətin  deyil  işim.  Nədi  ki, 
kompyuter  önündə  oturub  yazı  yazıram. 
Yaxşı ki,  sənin köməyinlə və iradənlə getdim 
bu  kursa.  Sən  olmasaydın,  bilmirəm  mən  nə 
edərdim. Yaxşı ki, varsan.  
 
-.. .. .. . ağlayır. Ha  deyirəm  səninlə da-
nışanda  ağlamayım,  ağlayıram.  Sağol,  anan 
qurban sənə. Sağol.  
 
-Sağol.  
 
Telefonu  stolun  üstünə  ataraq  bu  dəfə 
də  o  qız  haqda  fikirləşməyə  başladı.  O  kim-
dir?  Axı  həyatımda  sual  azdı  ki,  bir  sual  da 
artıq  verirəm?  Hər  kimdi  mənə  nə?  Yox,  bu 


 
32 
qızda  nəsə  var,  bu  dəfə  də  görsəm  onunla 
danışacam  bu  haqda.  Hə,  bunu  etməliyəm. 
Həyatımda belə qəfildən əsən rüzgarlar Bakı 
küləyinə  oxşuyur.  Hərdən  gilavardı,  hərdən 
xəzri.  Bəlkə  də  bu  qız  elə  mənə  kömək  edə-
cək? Ya da bu rüzgarlar onu da alıb aparacaq. 
İdarə  işlərinə  başı  qarışan  Nihad  başını 
qaldırıb  saata baxanda gördü ki,  saat  iş  vax-
tını ötüb artıq. İşlərini bitirdikdən  sonra aya-
ğa qalxaraq, asqıya asdığı kostyumunu götü-
rüb  idarədən  çıxdı.  Bu  gün  işə  girəndən  ilk 
dəfə olaraq fərqli bir şey olurdu. O işdən  evə 
Orxanla  qayıtmırdı.  Dayanacağa  yaxınlaşdı 
və  ev istiqamətinə yola  düşən 85nömrəli av-
tobusa minərək içəriyə göz gəzdirdi. Əllərin-
də kitab-dəftər olan oğlan və qızlar, bir tərəf-
də  yaşlı  bir  qadın,  ortayaşın  nümayəndələri 
də  nəzərindən  qaçmadı.  İçəridə  ortayaşlı  bir 
kişi  oturmuşdu.  Arxa  tərəfdə  idi.  Birdən  ha-
mının susduğu bir vaxtda həmin kişi içəridən 
uca səslə:  
 
  Şuşanın dağları başı dumanlı,  
 
  Qırmızı koftalı yaşıl tumanlı.  


 
33 
oxumağa başladı. Dayandı və yenə uca səslə:  
 
-Pul verin bir azda oxuyum.  
 
Nihad  özünü  saxlaya bilmədi.  Dişlərini 
sıxdı ki, bu  vəziyyətə gülməsin. Üzünü avto-
busun  pəncərəsindən  çölə  tutaraq  astadan 
gülməyə  başladı.  Bir  az  keçdi,  artıq  evə  ya-
xınlaşdığını görüb irəli getmək istədi, amma, 
o qədər adam  vardı ki,  tərpənə bilmədi.  Av-
tobusa kənardan baxsaydım balıq konservası 
deyərdim-deyən  Nihad  bitəhər  macal  tapıb 
yerə  endi.  Allah  Orxanın  canını  sağ  eləsin 
yaxşı  ki,  həmişə  belə  olmur-deyə  öz-özlü-
yündə deyinməyə başladı. Binaya yaxınlaşdı 
və binanın altındakı mağazaya girərək çörək, 
yumurta, süd, ərzaq aldı. Bir az qalan manat-
dan da meyvə aldı. Pulu bitmək üzrə olsa da, 
sabah  əmək  haqqı  alacaqdı.  İşin  ən  gözəl  tə-
rəfidi  pul  almaq.  Elə  deyil?  Axı  elə  olmasa, 
pulsuz kim bir yerdə işləyər? Pul Nihad üçün 
hər  şey  deyildi,  amma,  bir  şeydi.  Yaşamaq 
üçün vacib olan kağızdı vəssalam. “Onsuz da 
pul hər şeydi deyən adam, pul üçün hər şey 
edən adamdır” 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə