Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə7/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   2   3   4   5   6   7   8   9   10   ...   38

 
34 
 
Liftə  girdi,  beşinci  düyməni  sıxdı,  lift-
dən çox pis iy gəlirdi. Bu uşaqlar, bu uşaqlar. 
Axı bunlar heç olmasa ailə tərbiyəsi görüblər. 
Birtəhər  özünü  saxladı  və  lift  çatan  kimi 
özünü  çölə  tullayıb  dərindən  nəfəs  aldı.  Qa-
pını  açdı,  içəri  girdi.  Bu  gün  də  yorucu  ol-
muşdu. Yenə  dərhal  vanna  otağına keçib ra-
hatladı və çölə çıxıb televizoru açdı.  Xəbərlə-
rə baxmağı xoşlayırdı. İlk eşitdiyi isə:  
 
-Bu  gün  Tərtər  zonasında  Azərbaycan 
silahlı qüvvələri Ermənistan  silahlı qüvvələri 
tərəfindən atəşə tutulub. Düşmən cavab atəşi 
ilə susdurulub, itgi yoxdur.  
 
Nihad ümumiyyətlə, kiçiklikdən savaşa 
qarşı  olub.  Məktəb  vaxtlarında  da  heç  vaxt 
dalaşmayıb. Axı insanlar bir-biri ilə danışa və 
başa düşə bilərlərsə savaş nəyə gərəkdi? Res-
publikamızın  prezidenti  bu  yolda  sülhə  üs-
tünlük  verir.  Çoxları  buna  görə  narazıdır, 
amma, anlamırlar ki, müharibə  olsa yenə əv-
vəlki  tək  insanlar  öləcək,  şəhidlər  olacaq, 
analar övladsız, övladlar yetim qalacaq. İncə-
liklərlə  düşündükdə  bu  gün  müharibə  bizə 


 
35 
qələbə gətirə bilər, amma, müharibəsiz qələ-
bə və  işğal altında olan torpaqlarımızın qay-
tarılması  mümkündürsə niyə də  savaş olma-
lıdı?  Nihad  hərbi  xidmətə  də  getmişdi.  Ca-
vanlar  öz  aralarında  bunu  kişilik  məktəbi 
adlandırırlar.  İnsan  əsgərlikdə  əziyyətə 
qatlaşır,  güclü  olmağı,  Vətənə  bağlılığı 
öyrənir.  O  da  bir  məktəbdir.  Beləcə 
düşünərək  saatın  qaçdığından  belə  xəbəri 
olmayan  Nihad  çaydanın  səsinə  ayıldı  və 
qaçaraq  tez  qazı  söndürdü.  Elə  bu  vaxt 
telefonuna zəng gəldi:  
 
-Salam, necəsən Nihad?  
 
-Sağol  Orxan,  mən  yaxşıyam.  Əsl  sən 
necəsən? Düzəldin? (kiçik gülüşlərlə) 
 
-Hə, hə yaxşıyam dost. Kefini soruşmaq 
istədim, hər  şey qaydasındadısa  səni yormu-
yum, gecən xeyrə qalsın.  
 
-Sağol,  çox  sağol,  İnci  balanın  üzündən 
öp  mənim  əvəzimdən.  Gecən  xeyrə,  yuxun 
şirin.  
 
Nihad çayı  dəmlədi, təzə aldığı  “Bəhrə” 
şirniyatlarından  açdı  və  otağa  keçdi.  Ümu-


 
36 
miyyətlə,  Nihad  həmişə  yerli  mal  almağa 
çalışırdı.  Baxmayaraq  ki,  bizlər  qaçırıq  öz 
mallarımızdan.  Televizorda  yeni  dublaj 
olunmuş Amerikan filmi gedirdi. Bu da yaxşı 
nəticə  idi  ki,  artıq  televiziyamızda  yalnız  öz 
dilimizdə  yayımlanan  filmləri  görürdük. 
Tərcümədə  az-çox  nöqsanlar  olsa  da  qüsur-
suz  heç  nə  yoxdu.  Bu  da  zamanla  azalar. 
Hikmətli  sözlər  dəftərini açdı yadına qüsurla 
əlaqədar  bir  şey  düşmüşdü,  amma,  tapa  bil-
mirdi. Aha deyəsən burdadı:  
 

Hakimiyyətdə,  dində  qüsurlar  var, 
çünki insanlarda qüsurlar var” 
 
Televizoru  söndürdü,  yavaş-yavaş  ya-
taq  otağına  tərəf  keçdi.  Tələsik  pərdəni  gö-
türdü  və  lazım  olan  ləvazimatları  aldıqdan 
sonra  bu  məsələni  də  həll  etdi.  Gözü  yenə 
qolundakı saata  sataşdı. Diqqətlə onu süzdü. 
Nədənsə, həmişə  o  saata baxanda  həmin qız 
da  yadına  düşürdü.  Sabah  ilk  işi  o  qızı  tap-
maq və onunla bu haqda danışmaq olacaqdı. 
Yatağına  girdi,  dualarını  etdi  və  kəlmeyi-şə-
hadətini  deyib  yatdı.  Nə  yazıq  ki,  insanlar 


 
37 
ömrünün 1/3-ni yatmağa sərf edirlər.  
 
Səhər  də  təmbəl  insanlar  kimi  aramla 
yavaş-yavaş  oyanırdı.  Günəşin  qarşısını  kə-
sən  buludlar  dağılmağa  başladı.  Nihad  ye-
rində  deyinə-deyinə  fırlanırdı.  Ayağa  qalxdı 
və adəti  üzrə pəncərənin önünə keçib  siqaret 
yandırdı.  Və  qulağı  aşağı  mərtəbədə  idi,  gö-
rəsən bu dəfə qonşular niyə savaşacaq? Ahan 
səs gəlir:  
 
-Anan ölsün, qalasan anasız, ə yetimçə, 
atadan  yetim  gədə,  niyə  cırmısan  ayaqqabı-
nı? Dədən o qədər varlıdı?  
 
Bu  sözlər  Nihada  yaxşı  təsir  etməmişdi. 
Düşündü  ki,  bu  gün  əmək  haqqını  versələr 
balaca Fəridə  bir  ayaqqabı alar. Əl-üzünü  yu-
uqdan sonra mətbəxə keçdi, çayını içirdi ki, te-
efonuna tanımadığı bir nömrədən zəng gəldi:  
 
-Alo, sabahın xeyir, necəsən Nihad? Ta-
nıdın?  
 
-Salam,  aqibətin  xeyir,  vallah  səs  tanış 
gəlir, amma.. .. .  
 
-Rəşaddı da, yetim Rəşad.  
 
-Ooo, şair sənsən?  


 
38 
 
-Hə,  mənəm.  Naxçıvandan  birinci 
reyslə  gəlmişəm.  Kitab  çıxaracam,  inşallah, 
dedim  işin yoxdusa,  səni  də bir görüm,  həm 
şeirlər  kitabından  birini  hədiyyə  verərəm 
sənə.  
 
-Lap  elə  əcəb  eləmisən,  qoy  zəng  edim 
müdirə  icazə  alım,  gəlim  görüşək.  Zəngimi 
gözlə vuracam indi.  
 
-Yaxşı, gözləyirəm.  
 
Nihad tələsik telefonda Orxanın nömrə-
sini yığdı, dostunun Bakıya gəldiyini dedi və 
avtomobilini istədi. Orxansa:  
 
-Əlbəttə  dost,  müdirə  mən  deyərəm, 
gözlə gəlirəm evə.  
 
Çox  keçmədi  ki,  Orxanın  avtomobili 
pəncərədən  göründü.  Nihad  aşağı  endi,  sü-
kan arxasına keçdi.  
 
-Çox sağol, Orxan.  
 
-Dəyməz, mən nə etdim ki?  
 
-Dostum  Rəşad  gəlib  Naxçıvandan,  bir 
yerdə  böyümüşük.  Uşaqlıqdan  arzusu  şair 
olmaqdı.  Yaxşı  da  şeirləri  vardı.  Elə  gəlib 
şeirlər kitabı çıxarsın.  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə