Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə8/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

 
39 
 
-Lap  yaxşı,  tək  buraxma  dostunu.  O 
məsələdən bir xəbər yoxdu? Zəng, mesaj, is-
marıc ya nə isə?  
 
-Yox,  Orxan  məndə  dörd  gözlə  gözlə-
yirəm.  
 
Bir az danışdılar və idarəyə çatanda:  
 
-Sağol Nihad, nə vaxt gələssən?  
 
-Günortaya,  nahara  kimi  gələcəm.  Gö-
rüşərik.  
 
-Yavaş sür deməyə ehtiyac var?  
 
-Diqqətli ol deyə bilərdin.  
 
-Yaxşı onda, yavaş sür.  
 
Hər ikisi bir az güldükdən  sonra Nihad 
telefonu götürdü, Rəşada zəng vurdu:  
 
-Hardasan Rəşad?  
 
-Çatıram Əzizbəyova.  
 
-Metronun yanında düş gəlirəm.  
 
-Yaxşı-yaxşı.  
 
Nihad  yeni  tikilmiş  körpülərin  üzərin-
dən ehtiyyatla keçərək, Əzizbəyova yaxınlaş-
dı.  Aha budur  şair. Nihad tələsik avtomobil-
dən  düşərək  Rəşadı  bərk-bərk  qucaqladı. 
Xeyli təəssüratdan  sonra avtomobilə əyləşdi-


 
40 
lər və yola düşdülər. İstiqamət haradı Rəşad?  
 
-Redaksiya.  
 
-Mənə  danış  doğma  torpaqdan,  Naxçı-
vandan, Nazilə xaladan.  
 
-Nə deyim Rəşad bir il olar da çıxmısan, 
amma,  vallah  elə  dəyişib,  elə  inkişaf  edib  ki, 
tanımazsan  bəlkə.  Nazilə  ana  da  yaxşıydı.  Elə 
bir ay olar getmişdim ora, uşaqla da hədiyyələr 
alıb  aparmışdım.  Naxçıvan  Dövlət  Uni-
versitetindən  də  tələbələr  gəlmişdilər. Ürəyim 
açıldı  inan. Necə kövrəldim bilsən. Bilirsən də 
bizim torpağı, insanları necə mehribandı.  
 
-Hə, Rəşad. Bilirəm. Darıxdım vallah.  
 
-Vaxtın olanda dur gəl.  
 
-Necə  gəlim  axı.  Biletlərin  də  qiyməti 
elə  bahalanıb  ki.  Minimum  əmək-haqqıyla 
eynidi.  Nənəm  elə  bu  qədər  alır  daa. 
(Zarafatla). 
 
-Dərd etmə, mən verərəm.  
 
-Hə şair, özündə nə var nə yox? Deməli 
axır  ki  məqsədinə  çatdın.  Kitab  çıxarırsan. 
Adı nə olacaq?  
 
-Adını  Rüstəm  Behbudinin  bir  şeirin-


 
41 
dən  təsirlənib  qoymuşam:  “Ölümü  gözləyən 
adam” 
 
-Super, indi burda ölümü gözləyən sən-
sən da elə?  
 
-Hə..  
 
Dəyiş  mövzunu,  ürəyimi  sıxma  yenə. 
Çatdıq deyəsən.  
 
Nihad  və  Rəşad  redaksiyayla  görüşdü-
lər,  razılaşdılar.  İki  günə  500  nüxsə  kitab  çı-
xacaqdı.  
 
-Birincisi mənimdi ha, bilirsən da Rəşad.  
 
-Bəs  necə,  elə  də  olmalıdı.  Atam  yox, 
anam yox, qohum, qardaş-bacı yox. Kimə ve-
rəcəm guya?  
 
-Onu  da  düz  deyirsən,  indi  hara  gedir-
sən?  Mən  naharadək  icazə  almışam,  işə  get-
məliyəm. İstəsən gedək səni qoyum  evə mən 
gedim işə axşam gələcəm.  
 
-Yox, sağol qardaş. Başqa dosta söz ver-
mişəm.  Bu  gün  beşinci  gündü,  bazar  günü 
görüşək  mən  kitabları  alım,  oradan  da  Nax-
çıvana.  
 
-Yaxşı  qardaş.  Olar,  mənim  üçün  uy-


 
42 
ğundu.  
 
Nihad  Rəşadı  gedəcəyi  yerə  qədər 
apardı,  işə  qayıtmaq  istədi,  baxdı  ki,  nahar 
vaxtıdı. Sürdü köz dönərə. Bu gün o qızı gör-
məli idi. Sürdü həmin yerə və çatan kimi:  
 
-Əsgər o qız gəlmiyib?  
 
-Sən  də  oldun  onun  tayı  lal-karsan? 
Adam bir salam verər da.  
 
-Salam. De görüm, Əsgər tez ol.  
 
-Gəldi, yedi getdi. Bax bu yolla düz üzü 
aşağı. İki dəqiqə olmaz heç. Qaçsan çatarsan.  
 
-Yaxşı, bu avtomobil sənə əmanət qayı-
dıram, hə bir dönər hazırla ya  da  iki bəlkə o 
qızla qayıtdım.  
 
Nihad  sürətlə  Əsgərin  göstərdiyi  yana 
tərəf  qaçırdı.  Birdən  gözünə  o  qız  sataşdı. 
Arxadan görən kimi  tanıdı. Ona yaxınlaşana 
yaxın asta səslə:  
 
-Bir dəqiqə, bir dəqiqə xanım. Olar, sizi? 
 
Qız  dayanmırdı,  sanki  heç  eşitmirmiş 
kimi.  Nihad  nəfəsini  dərərək  uca  səslə  arxa-
sından:  
 
-Tanış  olmaq  istəmirdim  heç-deyərək 


 
43 
geri qayıtdı.  
 
Dönərçi  Nihadın  tək  gəldiyini  görüb 
ucadan güldü və:  
 
-Alınmadı?  
 
-Yox  heç  məni  saymadı.  Arxadan  ça-
ğırdım  dayansın, heç nə döndü nə də dayan-
dı. Sanki, heç eşitmir.  
 
-Bəs necə kardı da.  
 
-Nə danışırsan, zarafatın yeri deyil.  
 
-Vallah, bəs sən içəri girdin salamsız-sa-
bahsız  mən  demədim  ki,  sən  də  o  qızın  tayı 
lal-karsan?  
 
-Sənin  nəyini  söyüm  Əsgər,  elə  bildim 
söz gəlişi demisən.  
 
-Mən  də  bu  gün  öyrəndim,  soruşdum 
bir-iki  şey  cavab  vermədi,  diqqətlə  fikir  ve-
rəndən sonra bildim ki, lal-kardı. Amma, çox 
heyif çox gözəl qızdı.  
 
-Nəyinə heyif, nə olsun ki, kardı?  
 
-Sənin xoşuna gəlib o qız. Elədi Nihad.  
 
-Hələ heç nə bilmirəm, bir bilirəm ki, dö-
nəri tez gətirməsən acından öləcəm. Nihad dö-
nəri yeyə-yeyə fikirləşdi ki, nə qədər səhv edib. 


 
44 
Kaş  qızın  qarşısına  keçərdi,  sonra  deyərdi  de-
mək  istədiklərini.  Özünü  günahkar  saymağa 
başladı.  Amma,  nə  etsin  hardan  bilə  bilərdi 
belə  olduğunu?  Dönəri  yedi,  ustanın  hazırla-
dığı  ayrandan  da  içib  avtomobili  işə  salıb  işə 
yollandı.  Orxana  avtomobilin  açarlarını  verib, 
minnətdarlıq  bildirdi  və  əmək  haqqı  almaq 
üçün  otağa  keçdi.  Pulu  alıb  çıxdı  və  Orxana 
işdən  sonra  bir  ayaqqabı  salonuna  getmək 
istədiyini dedi. Orxan razılıq verdi. Öz otağına 
keçən  kimi  dünəndən  yarım  qalmış  işlərini 
tamamladı və divardakı saata baxdı. Elə bu an 
Orxan  otağa  daxil  oldu  və  vaxtdır,  dur  get-
dik-dedi.  Nihadla  bərabər  mərkəzdə  olan  bir 
ayaqqabı salonuna girdilər və uşaq üçün yaxşı 
bir ayaqqabı alıb çıxdılar. Nihad Orxana məsə-
ləni  izah  etdi.  O  qız barəsində  isə  hələ  ki,  da-
nışmaq  istəmirdi.  Evə  çatan  kimi  dostuna  də-
rin  təşəkkürlər  bildirib  avtomobildən  endi, 
dərhal  dördüncü  mərtəbədə  olan  qonşunun 
qapısını  döydü.  Nihad  bir  dəfə  lift  işləməyən-
də  pilləkənlərlə  endiyi  zaman  balaca  Fəridi 
görmüş  onunla  azca  danışmışdı.  Ayaqqa-


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə