Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.

səhifə1/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   160


 

 

 



www.vivo-book.com 

 

 

 

 

 

 

 

 

 



 

 

     

 

 



Erika Leonard Ceyms 

Bozun əlli çaları

 



 

 

 



www.vivo-book.com 

 

 

 

 



 

Erika Leonard Ceyms 

 

 

Bozun əlli çaları 

 

 



 

 

 

 



 

 

©Vivo-Book.com |Bakı - 2015 



 

 


 

 

 



www.vivo-book.com 

 

Erika Leonard Ceyms 

 

 

Bozun əlli çaları 

 

 

 



I hissə 

 

 



 

 



 

 

 



www.vivo-book.com 

 

 

 



 

1-ci fəsil 

 

Mən  nifrətlə  aynadakı  əksimə  baxıram.  Saçlarım  niyə  dağınıqdır  – 



biz kimi durur! Ketrin Kavana da xəstələnməyə vaxt tapdı, indi əzabı mən 

çəkməliyəm!..  Bir  həftədən  də  az  vaxt  qalmıĢ  buraxılıĢ  imtahanlarına 

hazırlaĢmaq  əvəzinə,  sürüĢən  tellərimi  hamarlamağa  cəhd  edirəm.  ―YaĢ 

saçla  yatağa  uzanmaq  olmaz,  yaĢ  saçla  yatağa  uzanmaq  olmaz‖  –  bu 

mantranı  bir  neçə  dəfə  təkrarlayaraq  yapıxmıĢ  tüklərimi  qaydaya  salmağa 

cəhd  edir  və  yorğunluqdan  gözlərimi  yumuram.  Aynadan  mənə  solğun 

simalı,  tünd-Ģabalıdı  saçlı  və  sifəti  üçün  çox  iri  olan,  mavi  gözlü  qız 

boylanır. Yeganə çıxıĢ  yolu  – saçları at quyruğu kimi peysərdə  yığmaqdır: 

belədə, heç olmasa, abırlı görünər. 

Keyt – otaq qonĢumdur. ĠĢə bir bax, adını belə heç vaxt eĢitmədiyim 

bir sənaye maqnatından tələbə qəzeti üçün müsahibə götürəcəyi bir gün qrip 

onu  yatağa  sərib.  Buna  görə  də  müsahibə  üçün  onun  yerinə  mən  getməli 

olacam.  Bugün-sabah  imtahanlardır,  tamamlanmamıĢ  kurs  iĢləri...  və  bu 

axĢam  öz  iĢlərimlə  məĢğul  olmalıydım,  amma  bunun  yerinə,  Sietli 

mərkəzinə doğru altmıĢ beĢ mil yol ölçməliyəm – ―Qrey enterprayzes‖in baĢ 

direktoru  ilə  görüĢmək  üçün.  Sirli  Mister  Qrey  –  tanınmıĢ  sahibkar  və 

universitetimizin  ən  böyük  sponsoru,  vaxtı  qızıl,  mənim  vaxtımdan  da 

dəyərli  bilən  insan  –  Keytə  müsahibə  verməyə  razılıq  verib.  ―Hər  gün  ələ 

düĢməyən bəxt‖, – dedi Keyt. Lənətə gəlsin onun ictimai fəaliyyətini! 

O, divanda özünə yer eləyib. 

–  Hirslənmə,  Ana!  Düz  doqquz  ay  müsahibə  üçün  onu  dilə 

tutmuĢam. Ġndi  vaxtı dəyiĢməli olsam,  yarım il xahiĢi-xahiĢə calamalıyam. 

O  vaxtacan  hər  ikimiz  universiteti  bitirərik.  Redaktor  kimi  bu  Ģansı  əldən 

buraxa bilmərəm. YaxĢı da, xahiĢ edirəm! 




 

 

 



www.vivo-book.com 

 

Keyt  mənə  xırıltılı,  soyuqlamıĢ  səslə  yalvar-yaxar  edir.  Bunu, 



görəsən, necə bacarır? Hətta xəstə ikən o, elf kimi füsunkardır: qızılı-kürən 

saçlar  kip  halda  bir-birinə  oturub;  qızarmıĢ,  yaĢarmıĢ  yaĢılı  gözlər  isə 

bununla belə Ģölə saçır. 

– Əlbəttə, gedərəm, Keyt. Sənə ―naykvil‖ alım? Yoxsa ―taylenol‖? 

–  ―Naykvil‖,  zəhmət  olmasa.  Suallarım  olan  siyahını  və  portativ 

diktofonu  özünlə  götürmək  yaddan  çıxmasın.  Sən  ancaq  ―play‖  düyməsini 

basmalısan. Sonra mən yazıya köçürərəm. 

–  Axı  mən  onun  haqqında  heç  nə  bilmirəm,  –  deyə  təlaĢımı 

yatırtmaq üçün donquldanıram. 

–  Səndə  hazır  suallar  var  –  bu  artıq  iĢin  yarısıdır.  Get,  yoxsa 

gecikərsən. Yol uzundur. 

–  YaxĢı,  gedirəm.  Yatağa  uzan.  Səninçün  Ģorba  biĢirmiĢəm,  sonra 

qızdırıb içərsən. 

Mən Ģəfqətlə ona baxıram. ―Yalnız sənin xətrinə, Keyt‖. 

– Oldu. Uğurlar. Sağ ol, Ana, sən həmiĢə xilaskarımsan. 

Çəpəki  gülümsəyib  və  çantamı  çiynimə  atıb  küçəyə,  maĢına  doğru 

çıxıram. Məni razı salmasına özüm də inana bilmirəm. Hərgah Keyt diliylə 

ilanı  da  yuvadan  çıxarar.  Ondan  yaxĢı  jurnalist  çıxar.  Bunun  üçün  onda 

bütün  keyfiyyətlər  var:  aydın  zəka,  iradə,  qüdrət,  inandırmaq  məharəti. 

Bundan əlavə, o, sadəcə, gözəldir və mənim ən sevimli rəfiqəm!.. 

 

*** 


 

Səhər tezdən Vankuverdən – VaĢinqton Ģtatı – I-5 Ģosesinə çıxıram. 

Yolda  maĢın  hələ  azdır,  Sietldə  isə  saat  ikidə  olmalıyam.  XoĢbəxtlikdən 

Keyt  özünün  idman  üslublu  ―Mercedes  SLK‖sını  mənə  verib.  Çətin  ki, 

Vanda  –  mənim  köhnə  ―Folksvagen-Böcək‖im  qısa  müddətə  bu  məsafəni 

vaxtında-vədəsində  qət  edə  bilərdi.  ―Mers‖də  yol  getmək  xoĢdur:  sonadək 

qaza basıram və millər bir-bir arxada qalır. 



 

 

 



www.vivo-book.com 

 

Mister  Qreyin  qlobal  imperiyasının  iqamətgahına  gedirəm.  Bu, 



Ģahanə  görkəmli  əyri  ĢüĢə  və  metaldan  ibarət  iyirmi  mərtəbəlik  ofis 

binasıdır  –  memarın  utilitar  fantaziyası...  ġüĢə  giriĢ  qapılarının  üzərində 

polad hərflərlə ―Qrey Haus‖ yazısı həkk olunub. Ġkiyə on beĢ dəqiqə qalmıĢ 

(Tanrıya  Ģükür,  gecikmədim!)  böyük,  adamı  ürpərdən  qumdaĢı  ilə 

bəzədilmiĢ holla daxil oluram. 

Masa arxasından sığallı-sarıĢın qız mənə baxıb gülümsəyir. Əynində 

gözqamaĢdırıcı ağ köynəkli boz pencək var. Çox yaraĢıqlı görünür. 

–  Mənim  mister  Qreylə  görüĢüm  nəzərdə  tutulub.  AnasteyĢa  Stil 

Ketrin Kavana əvəzinə. 

– Bir dəqiqə, miss Stil, – sarıĢın qaĢlarını azca əyir. 

QarĢısında  durub  dəhĢətli  dərəcədə  ürkək  dayanmıĢam  və  Keytdən 

pencəyini  götürmədiyimə  və  göy  gödəkcədə  gəlməyimə  heyifsilənirəm. 

Yeganə  ətəkliyimi  geymiĢəm,  dizədək  olan  çəhrayı  çəkmələri  və  mavi 

cemperi.  Mənim  meyarlarıma  görə,  bu,  çox  zövqlüdür.  Telimi  qulağımın 

arxasına çəkirəm və özümü elə göstərirəm ki, sanki qorxmuram. 

– Miss Kavana üçün görüĢ təyin edilib. Zəhmət olmasa, burda imza 

atın, miss Stil. Sağ tərəfdə sonuncu lift, iyirminci mərtəbə. 

SarıĢın  qız  mənim  necə  imza  atmağıma  baxaraq  məmnunluqla 

gülümsəyir. Görünür, onun üçün bu gülməlidir. 

O,  buraxılıĢ  vəsiqəsini  mənə  uzadır;  üstündə  iri  hərflərlə  ―Qonaq‖ 

yazılıb. Mən səfeh təbəssümü gizlədə bilmirəm. Hə, əlbəttə, alnıma yazılıb 

ki, mən, sadəcə, qonağam. Belələrinə burada  yer yoxdur. ―Bunda  yeni heç 

nə  yoxdur‖,  –  deyə  içimdə  özümə  deyirəm.  Minnətdarlığımı  bildirib,  əla 

tikilmiĢ qara geyimi olan iki mühafizəçinin arasından keçərək liftlərə doğru 

gedirəm. Onlar məndən də yaraĢıqlı görünür. 

Lift  quduz  sürətlə  məni  iyirminci  mərtəbəyə  qaldırır.  Qapılar 

avtomatik açılır və mən baĢqa bir böyük hollda peyda oluram  – yenə ĢüĢə, 

polad və ağ qumdaĢı.  QarĢımda daha bir masa və növbəti bir sarıĢın  qadın 

var.  Qara  iĢgüzar  kostyumda  və  ağ  köynəkdə.  Məni  görcək  o  yerindən 

qalxır. 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   160


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə