Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə10/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   6   7   8   9   10   11   12   13   ...   160

 

 

 



33 

www.vivo-book.com 

 

Heç bir söz deməyə qabil olmadan baxıĢlarımı ona doğru qaldırıram. 



―ÇalıĢ,  özünü  ələ  ala  biləsən,  Ana‖,  –  deyə  demək  olar  ki,  yalvarır 

hissiyyatlı təhtəlĢüur. 

– Kitablar, – deyə pıçıldayıram, lakin qəlbim ona bunu demək üçün 

yerindən  qopmağa  hazırdır:  ―Siz!  XoĢuma  gələn  sizsiniz!‖  Mən  dərhal  bu 

fikri  kənara  atıram,  daxili  ―mən‖imə  çox  uzağa  getdiyinə  imkan 

verdiyimdən dəhĢətə gələrək. 

– Nə cür kitablar? – O, baĢını yana əyir. 

Ona nə? 


– E-e-e, adi klassika, əsasən Britaniya ədəbiyyatı. 

Qrey  sanki  cavab  barədə  düĢünərək  uzun  Ģəhadət  barmağı  ilə 

çənəsini  qaĢıyır.  Böyük  ehtimalla,  onunçün  bu,  sadəcə  darıxdırıcıdır  və  o, 

sadəcə, bunu gizlətməyə çalıĢır. 

–  Sizə  daha  nəsə  lazımdır?  –  Mövzunu  dəyiĢmək  lazımdır:  üzə 

toxunan barmaqlar fikrimi dəhĢətli dərəcədə yayındırır. 

– Heç bilmirəm. Nə məsləhət görərdiniz? 

―Axı  mən  necə  məsləhət  verə  bilərəm?  Axı  mən  nə  iĢlə  məĢğul 

olmanız  barədə  bircə  Ģey  bilmirəm‖,  –  az  qala  dodaqlarımdan  qopacaqdı, 

amma ucadan bunu deyirəm: 

–  Nəsə  düzəltmək  fikrindəsiniz?  –  Sifətim  allanır  və  baxıĢlarım 

nədənsə öz-özünə onun cins Ģalvarına doğru enir. – Fəhlə kombinezonu alın, 

– deyə davam edirəm, anlayaraq ki, artıq sözlərimə nəzarət edə bilmirəm. 

O qaĢlarını qaldırır: görünür, yenidən onu güldürmüĢəm. 

–  Paltarı  bulaĢdırmamaq  üçün.  –  Mən  onun  cins  Ģalvarına  yönəlik 

qeyri-müəyyən jest edirəm. 

– Onu hər zaman çıxarmaq olar, – deyə Qrey gülümsəyir. 

–  Hmm.  –  Hiss  edirəm  ki,  yanaqlarım  yenə  də  allanır.  Yəqin,  mən 

indi  Kommunist  Partiyasının  Manifesti  rəngindəyəm.  ―Bəsdir  çərənlədin. 

Dərhal dayandır gəvəzəliyi‖, – deyə təhtəlĢüur əmr edir. 

– Bir cüt kombinezon götürərəm. Yoxsa Tanrı göstərməsin, paltarımı 

bulaĢdıraram, – üzündə heç bir ifadə olmadan deyir o. 




 

 

 



34 

www.vivo-book.com 

 

Mən  Kristian  Qreyi  cins  Ģalvarsız  təsəvvürümə  gətirirəm  və  dərhal 



bu təsəvvürdən xilas olmağa çalıĢıram. 

–  Daha  nəsə?..  –  deyə  cingildəyirəm  bir  cüt  göy  kombinezonu  ona 

uzadaraq. 

O, sualıma əhəmiyyət vermir. 

– Müsahibə ilə iĢlər necə gedir? 

Nəhayət  ki,  normal  sual,  heç  bir  eyham  olmadan  və  cavab  verə 

biləcəyim  sual.  Mən  ondan  möhkəm,  hər  iki  əllə  yapıĢıram,  xilasedici  sal 

kimi və doğru-düzgün cavab verirəm: 

–  Müsahibəni  mən  yox,  Ketrin  yazır.  Miss  Kavana.  Mənim  otaq 

yoldaĢım, gənc jurnalist. O, tələbə qəzetinin redaktorudur və sizdən Ģəxsən 

müsahibə  ala  bilmədiyi  üçün  çox  qayğılanmıĢdı.  Məyus  olmuĢdu.  –  Onun 

ikibaĢlı qeydlərindən, nəhayət ki, qurtulmağıma çox sevinirəm. – Müsahibə 

əla alınıb, amma Keyt çox təəssüflənir ki, onda sizin fotoĢəkliniz yoxdur. 

Qrey qaĢlarını qaldırır. 

– Ona nə cür fotoĢəkil lazımdır? 

Gözlənilməz sualdır. BaĢımı yelləyirəm, çünki cavabı bilmirəm. 

– YaxĢı, mən hələ burdayam. Bəlkə sabah … – o susur. 

–  Siz  foto-sessiyaya  razısınız?  –  yenidən  ciyildəyirəm.  Keyt 

xoĢbəxtlikdən göyün yeddinci qatında olacaq, bu iĢi təĢkil edə bilsəm. ―Və 

sən  sabah  yenidən  onu  görə  biləcəksən‖,  –  təhtəlĢüurun  qaranlıq  bucağı 

astaca pıçıldayır. Mən bu səfeh, məntiqsiz fikri baĢımdan atıram. 

– Keyt çox sevinəcək… əgər biz fotoqraf tapsaq, əlbəttə. – Özümdən 

razıyam ki, qulaqlarımın dibinə kimi qızarıram. 

Qrey  ağzını  açır,  sanki  nəfəsi  çatmır  və  kirpiklərini  döyür.  Hansısa 

anda  özünü  itirmiĢ  kimi  görünür.  Yer  kürəsi  öz  oxu  ətrafında  fırlanır  və 

tektonik təbəqələr öz yerindən tərpənir. 

Aman Tanrım! Deyəsən, Kristian Qrey karıxıb. 

– Sabahla bağlı mənə məlumat  verin.  – O, arxa cibindən cüzdanını 

çıxarır və mənə vizit kartını uzadır. – Kartımı götürün. Bu, mobil telefonun 

nömrəsidir. Sabah saat ona kimi zəng edin. 




 

 

 



35 

www.vivo-book.com 

 

–  YaxĢı.  –  Cavab  verərkən  gülümsəyirəm.  Keyt  sevindiyindən 



uçacaq. 

– Ana! 


Keçidin o biri baĢında Pol görünür – mister Kleytonun kiçik qardaĢı. 

EĢitmiĢəm  ki,  o  Pristondan  qayıdıb,  amma  onu  bu  gün  görəcəyimi 

gözləmirdim. 

Polla həmiĢə dost olmuĢuq və indi qarĢımda zəngin, möhtəĢəm, son 

dərəcə cazibədar, hər Ģeyi nəzarətində saxlamağa öyrəĢmiĢ Kristian Qreyin 

durduğu  anda  normal  bir  insanla  danıĢmağa  böyük  ehtiyac  var.  Pol  məni 

qəfil yaxalayır və möhkəm qucaqlayır. 

– Ana, salam, səni görməyə çox Ģadam! – deyə o, coĢquyla qıĢqırır. 

– XoĢ gördük, Pol! Nə var, nə yox? QardaĢının ad gününə gəlmisən? 

– Hə. Sən çox gözəl  görünürsən, Ana,  –  əl  uzunluqdakı  məsafədən 

məni nəzərdən keçirib gülümsəyir. Sonra məni özündən aralayır, lakin əlini 

çiynimdə saxlayır. Utandığımdan bir ayağımı götürüb, o birini qoyuram. Pol 

yaxĢı oğlandır, ancaq bir qədər nəzakətsizdir. 

Mən  baxıĢlarımı  yenidən  Kristian  Qreyə  yönəldirəm:  o,  bizə  baxır 

qırğı kimi: boz gözlər aĢağı endirilib və düĢüncəlidir, dodaqlar kip bağlanıb. 

QarĢımdakı artıq diqqətli alıcı deyil, baĢqa biridir – soyuq və uzaq adam. 

– Pol, mən müĢtəri ilə məĢğulam. Onunla tanıĢ olmalısan, – deyirəm 

Qreyin  gözlərindəki  düĢmənçiliyi  yox  eləməkdən  ötrü.  Polu  onun  yanına 

aparıram və onlar bir-birini baxıĢları ilə dəyərləndirirlər. Atmosfer – sadəcə 

buzlaq. 


– Pol, bu, Kristian Qreydir. Mister Qrey, bu Pol Kleytondur, mağaza 

sahibinin qardaĢı. 

Özüm də anlamadan sonrakı izahlara ehtiyac duyuram. 

–  Biz  çoxdan  tanıĢıq,  burda  iĢlədiyim  vaxtdan...  ancaq  az-az 

görüĢürük.  Pol  Prinstoin  Universitetində  menecment  ixtisasına  yiyələnir,  – 

deyə kəkələyirəm. ―Sus, bəsdir!‖ 

–  Mister  Kleyton.  –  Kristian  əlini  uzadır,  lakin  üzündəki  ifadədən 

heç nə anlamaq olmur. 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə