Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə11/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   7   8   9   10   11   12   13   14   ...   160

 

 

 



36 

www.vivo-book.com 

 

– Mister Qrey – Pol onun əlini sıxır. – Bir dəqiqə, siz həmin Kristian 



Qreysiz?  ―Qrey  enterprayzes‖in  baĢçısı?  –  Bir  saniyədə  Polun  üzündəki 

düĢmənçilik  ehtiramlı  həyəcanla  əvəz  olunur.  Qrey  nəzakətlə  gülümsəyir, 

lakin  gözləri  hələ  də  soyuqdur.  –  ĠĢə  bir  bax!  Sizə  nəyləsə  kömək  edə 

bilərəmmi? 

– AnasteyĢa artıq hər Ģeyin öhdəsindən gəlib. O, çox diqqətcil idi. – 

Zahirən o, çox sakitdir, lakin sözləri … sanki o, nəsə baĢqa bir Ģeyi nəzərdə 

tutur. Mən tam karıxmıĢam. 

– Əla, – Pol dillənir. – GörüĢərik, Ana. 

–  Əlbəttə,  Pol,  –  mən  onun  yardımçı  anbarın  qapısı  arxasında  necə 

itdiyini izləyirəm. – Daha nəsə istərdinizmi, mister Qrey? 

–  Yox,  bəsdir.  –  Kəsik-kəsik  və  soyuq  danıĢır.  Lənət  Ģeytana! 

Xətrinə dəymiĢəm? Dərindən ah çəkib çönür və kassaya tərəf gedirəm. Ona 

nə olub? 

Kəndir,  kombinezonlar,  izolent  və  kabel  qarmaqlarının  haqqını 

kassaya vururam. 

– Hamısı bir yerdə qırx üç dollar. – YaxĢı olardı ki, ona baxmayım. 

O, diqqətlə məni süzür, boz gözlər diqqətcil və dumanlıdır. O dəqiqə özümü 

pis hiss edirəm. 

– Paket lazımdır? – deyə ondan kredit kartını alaraq soruĢuram. 

–  Hə,  AnasteyĢa.  –  Onun  dili  adımı  sığallayır  və  ürəyim  yenidən 

bərkdən  döyünür.  Bir  qədər  nəfəs  alıb  alınmıĢ  malları  plastik  paketə 

qoyuram. 

–  Sizə  fotoĢəkillər  lazım  olarsa,  mənə  zəng  edəcəksiniz?  –  O, 

yenidən iĢgüzar tonda danıĢır. 

Nitq qabiliyyətimi növbəti dəfə itirərək baĢımı  yelləyirəm və kredit 

kartını ona uzadıram. 

–  YaxĢı.  Güman  ki,  sabaha  qədər.  –  O  çıxıb  getmək  üçün  çönür, 

sonrasa ayaq saxlayır. – Hə, bir də… bilirsinizmi, AnasteyĢa, mən Ģadam ki, 

miss Kavana müsahibəyə gələ bilmədi. 



 

 

 



37 

www.vivo-book.com 

 

O gülümsəyir və geniĢ qərarlı addımlarla çıxıĢa doğru gedir, içimdə 



saysız-hesabsız  dəlisov  qadın  hormonlarını  cuĢa  gətirərək.  Mən  bir  neçə 

dəqiqə  bağlanmıĢ  qapıya  baxıram,  onun  indi  çıxıb  getdiyi  planetinizə 

yenidən qayıdıĢınadək. 

YaxĢı,  etiraf  eləmək  lazımdır,  o  xoĢuma  gəlir.  Bundan  sonra 

riyakarlıq  eləmək  mənasızdır.  Mən  əvvəllər  heç  vaxt  belə  hisslər 

keçirməmiĢəm. O çox, çox yaraĢıqlıdır. Amma bu, ümidsiz iĢdir, bilirəm və 

eyni  zamanda  acı  və  Ģirin  təəssüflə  ah  çəkirəm.  Onun  bura  gəliĢi,  sadəcə, 

təsadüfdür. Amma kimsə mənə ona uzaqdan məftun olmağı qadağan eləmir, 

axı  bu  da  doğrudur?  Bu,  mənimçün  qorxulu  deyil.  Əgər  fotoqraf  tapsam, 

onda  sabah  pərəstiĢ  etdiyim  adamı  görə  bilərəm.  Xəyalın  həzzindən 

dodağımı diĢləyirəm və məktəbli qız kimi səfehcəsinə gülürəm. Keytə zəng 

etmək və fotosessiya təĢkil eləmək lazımdır. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 



38 

www.vivo-book.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3-cü fəsil 

 

Keyt ekstazdadır. 



– ―Kleytons‖da ona nə lazım idi? 

Onun  marağı  telefon  dəstəyindən  çölə  sızır.  Mən  yardımçı  anbarda 

dayanıb sanki heç nə olmayıbmıĢ kimi danıĢıram. 

– Təsadüfən mağazanın yanından keçirmiĢ. 




 

 

 



39 

www.vivo-book.com 

 

– Təsadüflər nədənsə  yaman çoxdur, Аna. Bəlkə səni  axtarırmıĢ?  – 



deyir o, mənalı tərzdə. 

Bu  fikrin  özündən  qəlbim  yerindən  atılır,  lakin  sevincim  uzun 

çəkmir.  Nə  qədər  kədərli  olsa  da,  etiraf  etmək  lazımdır:  Qrey  iĢlə  bağlı 

gəlmiĢdi. 

–  O,  VaĢinqton  Universitetinin  eksperimental  fermasına  baĢ  çəkib. 

Orada hansısa tədqiqatları maliyyələĢdirir, – deyə mızıldanıram. 

– Hə, o, universitet üçün iki milyon dollarlıq qrant ayırıb. 

Oho! 


– Hardan bilirsən? 

–  Ana,  mən  jurnalistəm,  onun  haqqında  məlumatlar  toplamıĢam. 

Belə Ģeyləri bilmək mənim iĢimdir. 

– YaxĢı, Karl Bernstayn,

1

 sakitləĢ. Sənə fotoĢəkillər lazımdır? 



– Əlbəttə. Ġndi məsələ onları kimin və harada çəkməsidir? 

– Biz bunu soruĢa bilərik. O indi burdadır. 

– Onunla əlaqə yarada bilərsən? 

– Məndə onun mobil telefonunun nömrəsi var. 

Keyt dərindən ah çəkir. 

–VaĢinqton Ģtatının ən zəngin, əlçatmaz, ən Ģən, ən sirli subayı  elə-

belədən sənə öz mobil telefonunun nömrəsini verib? 

– Hə. 


–  Ana!  Sən  onun  xoĢuna  gəlirsən.  Bu  yüzə-yüzdür,  –  o,  əminliklə 

deyir. 


– Keyt, bu, sadəcə, lütfkarlıqdır. 

Sözümü tamamlamamıĢ anlayıram ki, bu yalandır. 

Lütfkarlıq  Kristian  Qreyin  xarakterinə  xas  deyil.  O,  sadəcə 

nəzakətlidir.  Və  kiçik,  sakit  səs  pıçıldayır:  ola  bilsin  ki,  Keyt  haqlıdır.  Bu 

                                    

1

 Uoterqeyt qalmaqalı ilə bağlı yazıları ilə tanınan ünlü amerikalı jurnalist



 

(

tərc.



 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə