Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə12/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   8   9   10   11   12   13   14   15   ...   160

 

 

 



40 

www.vivo-book.com 

 

fikirdən  tüklərim  biz-biz  durur.  Axı  o  dedi:  ―ġadam  ki,  Keyt  müsahibəyə 



gəlmədi‖.  Səssiz  coĢquda  əllərimi  belimə  qoyub  bir  yandan  o  biri  yana 

hərəkət  edirəm,  doğrudan  da,  az  müddətə  olsa  da,  onun  xoĢuna  gəldiyim 

haqda özümü inandırıram. Keyt məni gerçəyə qaytarır. 

– Amma bizim fotoqrafımız yoxdur. Levi məhz bu istirahət günləri 

evinə  yollanıb,  Aydaho_Folza.  TanınmıĢ  Amerika  sənayeçilərindən  birinin 

fotosunu çəkə bilmək Ģansını əlindən buraxdığını bilsə, o, çox pərt olacaq! 

– Hm… Bəlkə Xosedən xahiĢ edək? 

– Ağıllı fikirdir! Ondan xahiĢ elə, sənin üçün nə desən, edər. Sonra 

Qreyə  zəng  edərsən,  öyrən,  onun  üçün  hara  münasibdir.  –  Xose  ilə  bağlı 

məsələdə Keyt çox təklifsizdir. 

– Məncə, sən özün ona zəng eləməlisən. 

– Kimə, Xoseyə? – deyə Keyt məni ələ salır. 

– Yox, Qreyə. 

– Ana, onun xoĢuna gələn sənsən. 

– XoĢuna gələn? – səsim bir neçə oktava  yüksəlir. – Biz elə təzəcə 

tanıĢ olmuĢuq. 

–  Axı,  hər  halda,  onunla  söhbət  eləmisən,  –  deyə  Keyt  pərtliklə 

cavab  verir.  –  Və  belə  görünür  ki,  o  səninlə  yaxından  tanıĢ  olmaq  istəyir. 

Ana,  sadəcə,  ona  zəng  et,  vəssalam,  –  o,  amiranə  tonla  deyir  ədayla  və 

dəstəyi  asır.  Onda  hərdənbir  liderliyə  meyil  peyda  olur.  Mən  telefona 

baxaraq qaĢqabağımı sallayır və ona dil çıxarıram. 

Xoseyə  ismarıc  göndərər-göndərməz  Pol  anbara  daxil  olur.  Ona 

sumbata kağızı lazımdır. 

– Ana, müĢtəri əlindən iynə atmağa yer yoxdur. 

– Üzr istəyirəm, – deyə getmək üçün çevrilirəm. 

–  Kristian  Qreylə  harda  tanıĢ  olmusan?  –  deyə  Pol  qəsdən 

saymazyana soruĢur. 

–  Keyt  xəstələndikdə  bizim  tələbə  qəzeti  üçün  ondan  müsahibə 

götürmüĢəm. 



 

 

 



41 

www.vivo-book.com 

 

Sözlərin təbii səslənməsi naminə çiyinlərimi çəkirəm, amma Poldan 



fərqli olaraq məndə bu, yaxĢı alınmır. 

–  Kristian  Qrey  ―Kleytons‖da.  ĠĢə  bir  bax!  –  O,  qəribə  bir  tərzdə 

fısıldayır  və  baĢını  yelləyir.  –  YaxĢı.  Ġstəyirsən  bu  gün  birlikdə  harasa 

gedək? 


Hər dəfə Pol evə qayıtdıqda məni görüĢə dəvət eləyir və mən də hər 

dəfə  təklifdən  imtina  edirəm.  Bu  artıq  ənənə  halını  alıb.  Pol  jurnal 

üzlüyündəki  tipik  amerikalı  oğlan  təsiri  bağıĢlayır,  amma  o,  ədəbi 

qəhrəmanlarla əsla oxĢar deyil, onu bu görkəmdə nə qədər təsəvvür etməyə 

çalıĢsam  da.  Bəs  Qrey?  –  deyə  təhtəlĢüur  sanki  qaĢlarını  çataraq  məndən 

soruĢur. Mən tez onun ağzını bağlayıram. 

– Məgər bu gün qardaĢının ad gününü qeyd etməyəcəksiniz? 

– Sabah. 

– Gələn dəfəyə qalsın, Pol.  Gələn həftə buraxılıĢ  imtahanlarım var, 

məĢğul olmalıyam. 

– Ana, sən nə vaxtsa mənə ―hə‖ deyəcəksənmi! – O gülümsəyir, mən 

isə ticarət zalına qaçmaqla Poldan qurtuluram. 

 

*** 


 

–  Ana,  mən  interyerlərin  fotosunu  çəkirəm,  portretlər  deyil,  –  deyə 

Xose inləyir. 

– Xose, xahiĢ edirəm. – Telefonu sıxaraq addımlarımla mənzilimizin 

qonaq otağını ölçürəm və pəncərədən axĢamın qaralan iĢığına baxıram. 

– Telefonu mənə ver. 

Keyt  mobil  telefonu  əlimdən  alır,  ipək  qızılı  saçlarını  çiyninin 

arxasına aĢırır. 

– Qulaq as, Xose, Xose Rodriges, əgər bizim qəzetdə sənin sərginin 

açılıĢı  haqqında  reportajın  dərc  edilməsini  istəyirsənsə,  sabah  çəkiliĢdə 

olmalısan,  anladın?  –  Keyt  istəyinə  nail  olmağı  bacarır.  –  YaxĢı.  Ana  sənə 

zəng  edib  deyəcək  harda  və  nə  vaxt.  Sabahadək.  –  O,  telefonu  qapadır.  – 




 

 

 



42 

www.vivo-book.com 

 

Məsələni həll etdik. Qaldı bircə yeri və saatı danıĢmaq. Ona zəng elə. – Keyt 



telefonu mənə uzadır. Qarnım sancılanır. – Elə indi zəng elə. 

Hirsli  baxıĢlarımı  ona  zilləyir  və  əlimi  Ģalvarımın  arxa  cibinə 

salıram.  Vizit  kart  üçün.  Dərindən  nəfəs  alaraq  titrəyən  barmaqlarımla 

nömrəni yığıram. 

O, ikinci zəngə cavab verir. Səsi sakit və soyuqdur. 

– Qreydir. 

–  E…  mister  Qrey?  Bu  AnasteyĢa  Stildir.  –  Öz  səsimi  tanımıram. 

Qısa pauza. Bu, sadəcə, dözülməzdir. Ürəyim əsir. 

– Miss Stil. Sizin səsinizi eĢitməyimə Ģadam. – Səsin ahəngi dəyiĢir. 

Deyəsən, o təəccüblənib; səsdə hərarət duyulur… və hətta nəvaziĢ. Nəfəsim 

kəsilir,  mən  qızarıram.  Qəfildən  anlayıram  ki,  Ketrin  Kavana  ağzı  açılı 

halda  mənə  baxır,  onun  nüfuzedici  baxıĢlarından  yayınmaq  üçün  mətbəxə 

qaçıram. 

–  Mən  müsahibə  üçün  fotosessiyaya  görə  zəng  eləmiĢəm.  –  ―Ana, 

nəfəs al, nəfəs al‖. Ciyərlərim təlaĢla havanı özünə çəkir. – Sabah, əgər siz 

məĢğul deyilsinizsə, nə vaxt desəniz, ser? 

Mən, demək olar ki, sfinksin təbəssümünü görürəm. 

– Portlenddə ―Hitman‖ otelində qalıram.  Hə, gəlin, təxminən sabah 

səhər, onun yarısında görüĢək bəlkə? 

–  YaxĢı,  biz  gələrik.  –  Sevincdən  özümdə  deyiləm.  VaĢinqton 

Ģtatının qanununa görə səsvermə və alkoqol alma hüququ olan həddi-büluğa 

çatmıĢ, yetkin bir qadın kimi deyil, lap kiçik qızcığaztək. 

–  Yolunuzu  intizarla  gözləyirəm,  miss  Stil.  –  Onun  gözlərindəki 

təhlükəli  sayrıĢmanı  təsəvvürümə  gətirirəm.  Görəsən,  beĢcə  kəlməyə 

əzabverici  tovlamanı  o  necə  bacarır?  Mən  özümdən  gedirəm.  Keyt  artıq 

mətbəxdədir və üzündəki diqqətli ifadə ilə məni süzür. 

–  AnasteyĢa  Rouz  Stil.  O  xoĢuna  gəlir!  Sənin  kiməsə  bu  cür 

münasibətini heç vaxt görməmiĢəm. Əməlli-baĢlı qızarmısan. 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə