Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə15/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   11   12   13   14   15   16   17   18   ...   160

 

 

 



49 

www.vivo-book.com 

 

O,  məni  liftdən  çıxarır  və  biz  arxamızca  gələn  cütlüyün  boğuq  gülüĢünü 



eĢidirik. Qreyin dodağı qaçır. 

– Bu liftlərdə daha nələr baĢ verir?! – deyə o donquldanır. 

Biz geniĢ, qələbəlik holldan keçərək çıxıĢa doğru gedirik, lakin Qrey 

fırlanan qapıdan keçmir. Maraqlıdır, niyə o, əlimi buraxmaq istəmir? 

May, isti bir bazar günü. GünəĢ iĢıq saçır və demək olar ki, küçədə 

maĢın gözə dəymir. Qrey  sağa dönür və dördyol istiqamətində addımlayır, 

burada  dayanıb  yaĢıl  iĢığın  yanmasını  gözləyirik.  O,  hələ  də  əlimi 

buraxmayıb.  Mən  küçə  ilə  gedirəm  və  Krisrtian  Qrey  əlimdən  tutub.  Hələ 

heç  kim  bu  vaxtacan  əlimdən  tutmayıb.  Tüklərim  biz-biz  olub,  baĢım 

hərlənir. Mən üzümdəki səfeh təbəssümü o qulaqdan bu qulağa qədər silmək 

istəyirəm. ĠĢıqforda ―yaĢıl adamcığaz‖ – piyadalar üçün keçid iĢarəsi peyda 

olur və biz küçəni adlayırıq. 

Dörd  məhəlləni  ötür  və  nəhayət,  ―Portlend  kofe  haus‖a  yetiĢirik, 

burda Qrey qapını açmaq üçün əlimi buraxır. Ġçəri daxil oluram. 

– Hələlik masa seçin, mən qəhvə dalınca gedim. Sizə nə gətirim?  – 

deyə o, həmiĢəki kimi nəzakətlə soruĢur. 

– Mən çay içəcəm… ―Ġngilis naharı‖, paketi dərhal çıxarsınlar. 

Qrey qaĢlarını qaldırır. 

– Bəs qəhvə? 

– XoĢlamıram. 

O gülümsəyir. 

– YaxĢı, çay, paket dərhal çıxarılsın. ġirin? 

Bunu  nəvaziĢli  müraciət  sanaraq  özümü  itirərək  bir  anlıq  susuram. 

Lakin  təhtəlĢüur  dodaqlarını  sıxaraq  məni  gerçəyə  qaytarır.  Ağılsız,  o 

soruĢur, çaya Ģəkər qatılsın, ya yox? 

–  Yox,  Ģəkərsiz.  –  Mən  aĢağı,  bir-birinə  dolaĢmıĢ  barmaqlarıma 

baxıram. 

– Nə yeyəcəksiz? 

–  Yox,  çox  sağ  olun.  –  BaĢımı  yelləyirəm  və  o,  piĢtaxtaya  doğru 

gedir. 



 

 

 



50 

www.vivo-book.com 

 

Qrey  növbədə  durduğu  zaman  altdan-altdan  onu  seyr  edirəm.  Mən 



günlərlə ona baxa bilərəm. O, ucaboy, enlikürək və tökməbədəndir; görən, 

onun ombaları bu Ģalvarı onun əynində necə saxlayır… Aman Tanrım! Bir 

neçə  dəfə  o,  uzun,  zərif  barmaqlarını  artıq  qurumuĢ,  dağınıq  saçlarında 

gəzdirir.  Hm...  mən  özüm  məmnuniyyətlə  barmaqlarımı  o  saçlarda 

gəzdirərdim. Bu fikir məni coĢdurur və almacıqlarım yenidən qızarır. Mən 

dodağımı diĢləyir və yenidən aĢağıya, əllərimə baxıram. 

–  Ġstəyirsiniz  deyim  siz  indi  nə  haqda  düĢünürsünüz?  –  Qrey 

dübbədüz mənə baxır. 

Mən  rəng  alıb,  rəng  verirəm.  Barmaqlarımı  saçlarında  gəzdirmək 

haqda, baĢqa nə ola bilər ki... Bilmək istərdim ki, onlar yumĢaqdır, ya yox… 

BaĢım mənfi mənada yelləyirəm. Qrey məcməyini toz ağacından olan kiçik, 

dairəvi masaya qoyur. O, fincanı kiçik nəlbəki ilə birgə mənə uzadır. Sonra 

kiçik  çaydanı  və  ―Twinings  English  Breakfast‖  etiketli  yeganə  paketi  – 

mənim sevimli çayım. Özü ağ köpüklü qəhvə içir. Maraqlıdır, o, bunu necə 

edir? – deyə bikarçılıqdan düĢünürəm. Özünə mərcanı ―maffin‖ də götürüb. 

Məcməyini  kənara  qoyaraq  Qrey  qarĢımda  oturur  və  uzun  ayaqlarını 

çarpazlayır.  Onun  davranıĢ  hərəkətləri  sərbəstdir,  o  öz  bədəninin  tam 

sahibidir.  Ona  həsəd  aparıram;  həm  də  öz  naqolaylığımı  nəzərə  alaraq. 

Mənim  üçün  A  məntəqəsindən  B  məntəqəsinə  yetiĢmək  və  yolda 

büdrəməmək çətindir. 

– Hə, nə haqda düĢünürsünüz? – deyə inadla soruĢur. 

–  Bu,  xoĢladığım  çaydır.  –  Səsim  sanki  yerin  dibindən  çıxır.  Ġnana 

bilmirəm ki, Kristian Qreylə Portlenddəki qəhvəxanada üz-üzə oturmuĢam. 

O,  qaĢqabağını  tökür,  hiss  edir  ki,  mən  nəyisə  gizlədirəm.  Mən  paketi 

fincana  endirirəm,  o  dəqiqə  də  çay  qaĢığı  ilə  çıxarıram  və  nəlbəkiyə 

qoyuram. Qrey sual dolu nəzərlə mənə baxır, baĢını yana əyərək. 

–  Mən  südsüz  açıq  çayı  xoĢlayıram,  –  deyə  sanki  özümə  haqq 

qazandıraraq donquldanıram. 

– BaĢa düĢürəm. O sevgilinizdir? 

Aha, sözə bax da… görən, nəyə iĢarə edir? 




 

 

 



51 

www.vivo-book.com 

 

– Kim? 


– Fotoqraf. Xose Rodriges. 

Heyrətdən əsəbi halda gülürəm. 

–  Yox,  Xose  mənim  köhnə  dostumdur,  aramızda  baĢqa  heç  nə 

yoxdur. Niyə bu qənaətə gəlmisiniz ki, o sevgilimdir? 

–  Sizin  bir-birinizə  baxaraq  gülümsəməyinizə  əsasən  bu  nəticəni 

çıxardım.  –  Qrey  düz  gözlərimin  içinə  baxır.  Özümü  çox  narahat  hiss 

edirəm... dəhĢətli dərəcədə və baxıĢlarımı kənara çəkməyə çalıĢıram, amma 

əksinə, ona məftunluqla baxıram. 

– O, demək olar ki, ailənin üzvüdür, – deyə pıçıldayıram. 

Qrey  astaca  baĢını  endirir,  görünür,  qaneedici  tərzdə.  Onun  uzun 

barmaqları məharətlə kağızı ―maffin‖in üstündən çıxarır. 

–  Bir  tikə  istəməzsiniz?  –  deyə  soruĢur  və  yenidən  yüngülcə 

gülümsəyir. 

–  Yox,  sağ  olun.  –  Mən  yenidən  qaĢqabaqlıyam  və  yenidən 

baxıĢlarımı onun əllərinə zilləyirəm. 

– Bəs o, dünən mağazaya gələn? 

– Pol sadəcə dostumdur. Dünən sizə demiĢəm.  – Söhbət səfeh axar 

alır. – Niyə soruĢursunuz? 

– Deyəsən, kiĢilər arasında həyəcan keçirirsiniz. 

Lənət  Ģeytana,  niyə  mən  bunu  onunla  müzakirə  eləməliyəm?  ―Mən 

ancaq sizinlə birgə olanda əsəb keçirirəm, mister Qrey‖,  – deyə fikrən ona 

cavab verirəm. 

–  Sizdən  qorxuram.  –  Qulaqlarımın  dibinədək  qızarıram  və 

səmimiliyimə  görə  məmnun  halda  fikrən  əlimi  kürəyimə  vururam  və 

yenidən öz əllərimə baxıram. 

–  Bəli,  siz  məndən  qorxmalısınız,  –  O,  baĢını  yelləyir.  – 

Səmimiliyiniz xoĢuma gəlir. Zəhmət olmasa, baxıĢlarınızı aĢağı endirməyin, 

üzünüzü görmək istəyirəm. 

Ah.  Mən  ona  baxıram  və  Qrey  ürəkverici  tərzdə,  amma  əyri-əyri 

gülümsəyir. 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə