Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə160/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   152   153   154   155   156   157   158   159   160

 

 

 



632 

www.vivo-book.com 

 

O,  xalatın  kənarını  qaldırır.  Sən  demə,  bu  çox  erotik  görünüĢ  imiĢ, 



tam çıxarsaydı, heç belə olmazdı. Kristianın isti əli yanbızlarımı sığallayır. 

–  Qaçmaq  fikrinə  düĢməməyin  üçün  səni  kötəkləyəcəyəm  və  bu 

təcrübə çox ağır olsa da, məndən qaçmanı istəmirəm. 

Kinayəyə bax bir... Cəzadan qaçmaq istəsəm ha!.. Kristian qollarını 

açdıqda, qaçmaram. Onun ağuĢuna sığınacam. 

– Və sən mənə göz süzdürdün. Bilirsən buna necə yanaĢıram. 

Qəfildən  onun  səsi  qüvvətlənir,  qorxu  və  təlaĢ  yox  olur  –  əvvəlki 

Kristian  yerinə  qayıdır.  Bunu  səsinin  ahəngindən,  əlini  belimə  necə 

qoymasından duyuram və otaqdakı atmosfer o dəm dəyiĢir. 

Gözlərimi  qapadır,  zərbəni  qəbul  etməyə  hazırlaĢıram.  Və  Kristian 

vurur. Zərbə ehtimallarımı doğruldur. QıĢqırır, ağrıdan boğuluram. 

– Say, АnasteyĢa, – əmr edir. 

– Bir! – söyüĢ kimi çığırıram. 

О,  yenidən  məni  vurur  və  yandırıcı  ağrı  kəmərin  uzunluğu  qədər 

çəkir. Lənət, necə də ağrıdır! 

– Ġki! – bağırıram. Çığırtı rahatlıq gətirir. 

Xırıltılı,  kəsik-kəsik  tənəffüsü  eĢidirəm.  Özümsə  güclə  nəfəs  alır, 

ümidsizcəsinə ruhi qüvvə tapmağa çalıĢıram: iztiraba dözmək üçün. Kəmər 

yenidən bədənimə hopur. 



 

 

 



633 

www.vivo-book.com 

 

– Üç! – Göz yaĢlarım qəfildən yağır. Lənət, bu, düĢündüyümdən də, 



Ģapalaqdan da ağrılıdır. 

–  Dörd!  –  zingildəyirəm.  Göz  yaĢlarım  su  yerinə  axır.  Ağlamaq 

istəmirəm və özümü ələ ala bilməməyimə acıqlanıram. 

Daha bir zərbə. 

–  BeĢ.  –  Boğuq  hıçqırtı  boğazımdan  çıxır  və  bu  an  mən  Kristiana 

nifrət  edirəm.  Daha  bir  dəfə  dözməliyəm...  daha  birinə.  Arxam  od  tutub 

yanır. 

– Altı, – koredici ağrı arasından pıçıldayıram. Kristian kəməri kənara 



atır və məni bağrına basır, boğularaq və mərhəmətlə dolu halda... amma onu 

tanımaq belə istəmirəm. 

–  Burax  məni...  yox…  –  Onun  qolları  arasından  çıxıram.  –  Mənə 

toxunma!  –  fısıldayıram;  qəddimi  düzəldir,  qəzəblə  ona  baxıram  və  onun 

heyrətli nəzərləriylə üzləĢirəm. 

–  Ġstədiyin  bu  idi?  Məni?  Bu  cür?  –    xalatın  qollarıyla  burnumu 

silirəm. 

Kristian həyəcanla mənə baxır. 

– Lənətə gəlmiĢ köpək oğlu. 

– Ana, – o, sarsılmıĢ halda mızıldanır. 




 

 

 



634 

www.vivo-book.com 

 

–  Adımı  çəkmə...  mənə  ―Ana‖  demə!  Əvvəlcə  öz  poxunu 



aydınlaĢdır,  Qrey!  –  Kəskin  Ģəkildə  çevrilir  və  otaqdan  çıxıram;  qapını 

arxamca səliqəylə bağlayıram. 

Artıq  dəhlizdə  qapının  dəstəyindən  yapıĢıb  durur    və  bir  anlığa 

qapıya  söykənirəm.  Hara  gedim?  Nə  edim?  Qaçım?  Qalım?  Qəzəbdən 

özümdə  deyiləm,  üzümdən  yandırıcı  göz  yaĢları  axır  və  mən  acıqlı  halda 

ovucumla  onları  silirəm.  Küncə  sıxılmaq,  yumaq  kimi  yığılmaq  və 

unudulmaq  istəyirəm.  Mən  silkələnmiĢ  inamımı  müalicə  etməliyəm.  Niyə 

bu qədər axmaq olmuĢam? 

Ehtiyatla od tutub yanan yanbızlarımı ovmağa çalıĢıram. Elə ağrıdır 

ki.. Hara gedim? Öz otağıma: mənim olacaq, yaxud nə vaxtsa mənim olmuĢ 

otağa.  Deməli,  buna  görə  Kristian  istəyirdi  ki,  evdə  mənim  də  məkanım 

olsun. Sanki bilirmiĢ ki, təkliyə ehtiyacım olacaq. 

Qətiyyətlə ora yollanır, amma Kristianın ardımca gələ biləcəyini də 

dərk  edirəm.  Otaq  qaranlıqdır,  Ģəfəq  hələ  indi-indi  doğur.  Naqolay  halda 

ağrılı  yerlərə  toxunmamağa  çalıĢıram;  çarpayıya  çıxır,  xalata  bürünür, 

yumaq  kimi  yığılıram  və  burda  iradəsizlik  edib  üzü  balıĢa  tərəf  hönkürüb 

ağlayıram. 

Bunu  niyə  ağlıma  gətirməmiĢdim?  Niyə  özümlə  bu  cür 

davranmasına imkan verdim? Onun ardınca zülmətə getməyə hazırlaĢırdım, 

amma zülmət yetərindən artıq qaranlıq çıxdı. Bu həyat mənlik deyil. 




 

 

 



635 

www.vivo-book.com 

 

GecikmiĢ  anlama!  Kristianda  da  günah  yoxdur,  məni  xəbərdar 



etmiĢdi  və  bir  dəfə  yox.  Əgər  o  dəlidirsə,  günahkar  mənəm?  Ona  ehtiyacı 

olanı  verə  bilmərəm.  Ġndi  baĢa  düĢürəm.  Və  bir  daha  mənimlə  bu  cür 

davranmasına  imkan  verməyəcəm.  Əvvəllər  məni  vura  bilərdi,  amma  belə 

güclü  deyil.  Əminəm  bu  gün  o  razı  qaldı.  BalıĢa  hönkürürəm.  Getməli 

olacağam. Ona istədiyini verməsəm, mənimlə qalmayacaq. Hansı ağılla Əlli 

çalara  aĢiq  oldum?!  Niyə  Xoseyə,  Pol  Kleytona  vurulmadım...  kimə  oldu, 

özüm kimisinə? 

О-oh,  Kristuianın  özünü  itirdiyi  andakı  baxıĢı  –  mən  otaqdan 

çıxarkən!  onunla  sərt  davrandım,  amansızlığından  elə  sarsılmıĢam  ki… 

Məni bağıĢlaya bilərmi… mən onu bağıĢlaya bilərəmmi? Fikirlərim dolaĢır. 

TəhtəlĢüurum kədərlə baĢını bulayır, daxili ilahəm gözə görünmür. Anamın 

yanında  olmaq  istəyirəm.  Hava  limanındakı  vida  sözlərini  xatırlayıram: 

―Qəlbinin  səsinə  hay  ver,  əzizim,  bəsdir  içini  yedin.  Rahatlan  və  həzz  al. 

Hələ elə cavansan ki, günəĢim! QarĢıda o qədər görəcəklərin var ki! Olacağa 

çarə yoxdur. Sən ən yaxĢısına layiqsən‖. 

Qəlbimin səsinə hay verdim, nəticəsi nə oldu? Ağrıdan alıĢıb yanan 

g..üm  və  ruh  düĢkünlüyü.  Getməliyəm,  onu  tərk  etməliyəm.  O  mənə 

yaraĢmır,  mənsə  ona.  Bizdə  heç  nə  alınmayacaq.  Kristianı  bir  daha  görə 

bilməyəcəyim fikrindən boğuluram. Ah, Əlli Çalarım... 



 

 

 



636 

www.vivo-book.com 

 

Qapı  kilidi  çıqqıldayır.  Yox!  Kristian  nəyisə  dolabçanın  üstünə 



qoyur, sonra çarpayı onun ağırlığından əyilir. 

– ġ-Ģ-Ģ, – o pıçıldayır. 

Ondan  aralanmaq  istəyirəm,  amma  ölü  kimi  uzanmıĢam, 

qımıldanmaq gücündə deyiləm. 

– Mənə hirslənmə, Аna, xahiĢ edirəm, – Kristian pıçıldayır, burnuyla 

saçlarımın  arasına  dürtülür.  –  Məni  qovma,  –  yumĢaq  tərzdə  nəfəsini 

boynuma buraxır.Onun səsi hüznlə doludur. 

Ürəyim  sıxılır,  sakitcə  göz  yaĢlarımı  axıdıram.  Kristian  nəvaziĢlə 

məni öpür, amma mən buz kimiyəm. 

Bütöv bir əbədiyyət boyu beləcə qalırıq. Kristian sadəcə məni özünə 

sıxır  və  tədricən  göz  yaĢlarım  quruyur.  ġəfəq  gəlib-keçir,  GünəĢ  Ģüaları 

pəncərələri dəlir, bizsə sakitcə çarpayıda uzanmıĢıq. 

–  Sənə  ―advil‖  və  öküzgözü

1

  kremi  gətirmiĢəm,  –  Kristian  uzun 



zamandan sonra deyir. 

YavaĢ-yavaĢ çevrilirəm. Boz gözlərdə həyəcan donub-qalıb. 

Gözəl  sima...  Kristian  gözlərini  məndən  çəkmir...  demək  olar  ki, 

gözünü qırpmadan. Qısa müddətdə o, mənə heyrətamiz dərəcədə əziz olub. 

                                    

1

 Başqa bir adla, arnika (həmin bitkinin çiçəklərindən hazırlanan dərman 



hazırlanır.) 


 

 

 



637 

www.vivo-book.com 

 

Əlimi  uzadır  və  barmaqlarımın  ucuyla  tüklənmiĢ  üzünə  toxunuram.  O, 



gözlərini qapadır və astaca ah çəkir. 

– BağıĢla məni, – pıçıldayır. 

О, gözlərini açır və təəccüblə mənə baxır. 

– Niyə? 


 

Sənə dediyim sözlərə görə. 



– Səndən yeni heç nə eĢitmədim. Sən məni bağıĢla ki, bu qədər ağrı 

verdim. 


Çiyinlərimi çəkirəm. 

– Özüm səndən xahiĢ etmiĢdim. 

Ġndi bilirəm. Ürpəntiylə udqunuram. ―Cəsarətli ol, ona deməlisən‖. 

– Deyəsən, mən sənə lazım olan qadın deyiləm. 

Kristianın gözlərində yenə də qorxu oynaĢır. 

– Sən mənə lazım olan hər Ģeysən. 

O, nəyi nəzərdə tutur? 

–  Anlamıram.  Ġtaət  mənlik  deyil  və  əgər  bugünkü  kimi  mənimlə 

davranmana icazə versəm, lənətə gəlim. Özünsə etiraf elədin ki bu, səninçün 

zəruridir. 

Kristian  yenidən  gözlərini  qapadır,  üzündə  sayagəlməz  hisslər 

oynaĢır. Gözlərini açdıqda içində məyusluq və boĢluq görünür. Yo-ox! 

– Sən haqlısan, səni buraxmalıyam. Sənə layiq deyiləm. 



 

 

 



638 

www.vivo-book.com 

 

Bədənimin bütün tükləri biz-biz durur, yer ayaqlarım altından qaçır. 



Yerində əsnəyən boĢluq qalır. 

– Getmək istəmirəm, – pıçıldayıram. Lənət Ģeytana. Ödə, ya da oyna. 

Gözlərim yenidən yaĢla dolur. 

–  Mən  də  getməyini  istəmirəm,  –  xırıltıyla  deyir  Kristian,  böyük 

barmağıyla  yanağımdakı  damlanı  silərək.  –  Səni  gördüyüm  gündən  sanki 

yenidən doğulmuĢam. – Barmağı alt dodağımda gəziĢir. 

– Mən də... səni sevirəm, Kristian Qrey. 

Onun  gözləri  yenidən  geniĢlənir,  amma  indi  onlarda  dəhĢət  donub-

qalıb. 

– Yox, – nəfəsini buraxır, sanki öz etirafımla ruhunu çıxarmıĢam. 



О-oh, bircə bu olmasın! 

– Məni sevə bilməzsən, Аnа… Bu düzgün deyil. 

– Düzgün deyil? Niyə? 

–  Bir  özünə  bax!  Məgər  səni  xoĢbəxt  edə  biləcəyəmmi?  –  Kristian 

qəzəbini söndürür. 

– Artıq mənə xoĢbəxtliyi vermisən, – qaĢqabağımı tökürəm. 

– Ġnd, elədiyimlə yox, eləmək istədiyimlə deyil. 

Lənət  Ģeytana.  Deməli,  həqiqət  budur.  Uyumsuzluq  –  fikir 

ayrılığımızın  səbəbi  budur.  Onun  köləsi  olmuĢ  bütün  bədbəxt  qızları 

xatırlayıram. 




 

 

 



639 

www.vivo-book.com 

 

–  Bunu  heç  zaman  adlaya  bilmərik?  –  qorxudan  büzüĢərək 



pıçıldayıram. 

Kristian kədərlə baĢını yelləyir. 

–  Hə,  onda  getsəm  yaxĢıdır.  –  Üzümü  qırıĢdıraraq  çarpayıda 

otururam. 

– Yox, getmə, – Kristian pəriĢanlıqla yalvarır. 

– Qalmağın mənası yoxdur. 

Qəfildən  ölümcül  yorğunluğa  bələnir  və  yalnız bircə  Ģey  istəyirəm: 

tez-tələsik getmək. Yataqdan qalxıram. 

– Geyinməliyəm və tək qalmaq istəyirəm, – ifadəsiz tərzdə deyirəm 

və çıxıram, Kristian tənhalıqda qalır. 

AĢağı düĢürəm. Qonaq otağına göz gəzdirir, xatırlayıram ki, cəmi bir 

neçə saat əvvəl Kristian royal çalırdı, baĢımsa onun çiyninə dayaqlanmıĢdı. 

O vaxtdan nələr gəlib-keçdi!.. Gözüm açıldı, eyibləri gördüm, anladım ki, o, 

sevməyə,  sevgini  qəbul  etməyə  və  qarĢılığını  verməyə  qabil  deyil.  Ən  pis 

qorxularım doğruldu. Qəribə olsa da, azadlıq duyuram. 

Ağrı  elə  güclüdür  ki,  onu  etiraf  eləməkdən  imtina  edirəm.  Bütün 

duyğularım keyləĢib. Sanki kənardan iĢtirak eləmədiyim dramı seyr edirəm. 

DuĢun altında dayanır.  yaxĢıca yuyunuram. Maye sabunu ovcuma sıxıram, 

flakonu rəfə qoyur, süngərlə üzümü, çiyinlərimi ovuram... yenə və bir daha 

və sadə. Mexaniki hərəkətlər sadə, mexaniki fikirlər doğurur. 




 

 

 



640 

www.vivo-book.com 

 

DuĢdan çıxaraq tez qurulanıram; baĢımı yumamıĢam. Çantadan cins 



Ģalvar və futbol köynəyini çıxarıram. ġalvarın altında dərim göynəyir, amma 

Ģikayətçi deyiləm: fiziki ağrı param-parça olmuĢ qəlbimi mənə unutdurur. 

Çantanı  bağlamaqdan  ötrü  əyilir  və  Kristiana  aldığım  hədiyyəni 

görürəm: ―Blanik L-23‖ planerinin modeli. Gözlərim yaĢla dolur. Yo-ox… 

ah,  o  köhnə  xoĢ  günlər...  o  vaxt  qəlbimdə  hələ  ümid  vardı.  Qutunu 

çantamdan  çıxarır,  baĢa  düĢürəm  ki,  hədiyyəni  təqdim  eləməliyəm.  Qeyd 

kitabçasından bir vərəq qopararaq tələsik yazıram: 

―Bu, mənə xoĢbəxt zamanları xatırladırdı. Çox sağ ol. Ana‖. 

BaxıĢlarımı  qaldırıram.  Aynadan  mənə  solğun  kabus  boylanır. 

Saçlarımı ―quyruq‖da yığır, ağlamaqdan ĢiĢmiĢ yanaqlarıma fikir vermirəm. 

TəhtəlĢüurum  dəstəkləyici  tərzdə  baĢını  tərpədir,  o,  minnət  götürmür.  Öz 

dünyanın  barverməz  külə  dönməsini,  ümid  və  arzuların  amansızcasına 

tapdanmasını həzm  etmək çətindir. Yox, indi bu barədə düĢünməyəcəyəm. 

Dərindən köks ötürərək çantamı qaldırır, hədiyyə və qeydim yazılmıĢ vərəqi 

Kristianın balıĢında saxlayıb böyük qonaq otağına gedirəm. 

Kristian telefonla danıĢır. Əynində qara cins Ģalvar və futbol köynəyi 

var, ayaqları yalındır. 

–  O  nə  dedi?  –  Kristian  dəstəyə  qıĢqırır.  Məni  diksintiylə  atılmağa 

məcbur  edərək.  –  O,  həqiqəti  danıĢa  bilər.  Mənə  onun  nömrəsi  lazımdır, 

onunla danıĢmalıyam…  Uelç, bu, tam iflasdır.  – Kristian gözlərini qaldırır 




 

 

 



641 

www.vivo-book.com 

 

və düĢüncəli, qaraqabaq nəzərlə mənə baxır. – O qadını tap, – dəstəyə qısaca 



bunu deyib söhbəti bitirir. 

Divana  yaxınlaĢır,  belə  keçirilən  çantanı  götürməkdən  ötrü  cidd-

cəhdlə  Kristianı  görməməzliyə  vururam.  ―Mak‖ı  çıxararaq  onu  mətbəxə 

aparır  və  səliqəylə  masaya  qoyuram:  ―bləkberri‖  və  maĢının  açarları  ilə 

yanaĢı.  Geri  çevrilərkən  Kristianın  gizlədilə  bilinməz  dəhĢətlə  mənə 

baxdığını aĢkarlayıram. 

–  Mənə  Teylorun  ―Böcəy‖in  satıĢından  əldə  etdiyi  pul  lazımdır,  – 

sakit və təmkinli tərzdə deyirəm… Ġnanılmazdır, özüm özümü tanımıram. 

–  Ana,  bəsdir.  Bu  əĢyalar  sənə  məxsusdur,  –  o,  heyrətlə  deyir.  – 

XahiĢ edirəm, onları götür. 

– Yox, Kristian, onları müəyyən Ģərtlərlə götürmüĢdüm. Artıq onlara 

ehtiyacım yoxdur. 

– Ana, ağlını baĢına yığ. – O sərtdir, hətta indi də. 

–  Ġstəmirəm  ki,  onlar  mənə  səni  xatırlatsın.  Sadəcə,  pulu  ver: 

Teylotun ―Böcəy‖in satıĢından əldə etdiyini, – deyirəm. 

Kristian təlaĢla ah çəkir. 

– Məni incitmək istəyirsən? 

– Yox. 


Üz-gözümü  turĢudaraq  ona  baxıram.  Əlbəttə,  yox,  axı  mən  onu 

sevirəm. 




 

 

 



642 

www.vivo-book.com 

 

–  Yox,  istəmirəm.  Sadəcə  öz  rahatlığımı  müdafiə  edirəm,  –  güclə 



eĢidiləcək  tərzdə  deyirəm.  –  Çünki  sənə  mənə  ehtiyacın  olduğu  qədər 

ehtiyaclıyam. 

– XahiĢ edirəm, Ana, onları götür. 

– Kristian, gəl dalaĢmayaq, sadəcə mənə pulu ver. 

О,  gözlərini  qıyır,  amma  indi  məni  qorxuda  bilməz.  Bir  azca, 

vəssalam. Sakitcə ona baxıram, təslim olmaq fikrində deyiləm. 

– Çeklə olar? – qıcıqla soruĢur? 

– Hə, güman ki, sənə etibar edə bilərəm.  

Gülümsəmədən  çevrilir  və  kabinetinə  doğru  addımlayır.  Sonuncu 

dəfə  rəsmlərə  –  abstrakt,  sükunətli,  soyuq...  sadəcə  soyuq,  onun  üçün  lap 

yerinə  düĢən  rəsmlərə  –  nəzər  yetirirəm.  BaxıĢlarım  royala  yönəlir.  Ġlahi, 

əgər onda sussaydım, düz royalın üstündə seviĢərdik, yox, s..iĢərdik, sadəcə 

s..iĢərdik, mənsə seviĢmək istərdim. Kristian mənimlə heç vaxt seviĢməyib. 

Yalnız seks. 

О dönür və mənə zərf uzadır. 

–  Teylor  ―Böçək‖dən  yaxĢı  pul  əldə  edib.  Ġstədiyin  nədir,  əbədi 

klassika. Özün ondan soruĢa bilərsən. Səni evə aparacaq. 

Kristian  baĢıyla  qapını  göstərir,  mən  çevrilir  və  Teyloru  həmiĢəki 

kimi Ģıq kostyumda görürəm. 

– Çox sağ ol, özüm gedərəm. 




 

 

 



643 

www.vivo-book.com 

 

Kristiana  sarı  çevrilir  və  onun  gözlərində  güclə  sezilən  qəzəb 



görürəm. 

– Hər Ģeydə mənimlə söz güləĢdirmək qərarına gəlmisən? 

–  Mən  vərdiĢlərimi  belə  tez  dəyiĢmirəm.  –  BarıĢdırıcı  tərzdə 

çiyinlərimi çəkirəm. 

Kristian pəriĢan halda gözlərini qapadır və əlini saçlarında gəzdirir. 

– XahiĢ edirəm, Ana, izn ver, Teylor səni evə aparsın. 

– Mən maĢını qapı ağzına gətirirəm, miss Stil, – Teylor güclə deyir, 

Kristian  baĢıyla  ona  iĢarə  edir  və  mən  geri  çevrildikdə  Teylorun  artıq  izi-

tozu belə yoxdur. 

Kristiana baxıram. Bizi bir-birimizdən dörd fut ayırır. O, mənə doğru 

addımlayır, instinktiv olaraq geri çəkilirəm. Dayanır... boz gözlərindəki ağrı 

seziləndir. 

– Getməyini istəmirəm. – Sakit səs yalvarıĢla doludur. 

–  Qala  bilmərəm.  Nə  istədiyimi  bilirəm,  amma  sən  onu  mənə  verə 

bilməzsən, mənsə sənə lazım olanı verə bilmərəm. 

Kristian yenidən mənə sarı addımlayır. 

– Lazım deyil, xahiĢ edirəm. – Aralanıram. 

Onun  toxunuĢuna  tab  gətirə  bilmərəm,  mənə  toxunarsa,  sadəcə 

ölərəm. 



 

 

 



644 

www.vivo-book.com 

 

Hər  iki  çantanı  götürərək  vestibülə  çıxıram.  Kristian  təhlükəsiz 



məsafədə arxamca gəlir. O, liftin düyməsini basır, qapılar açılır. Ġçəri addım 

atıram. 


– Əlvida, Kristian. 

– Аnа, hələlik, – incə tərzdə deyir. Kristian tamamilə öləri görünür, 

əzablı  ağrıya  tab  gətirmiĢ  insan...  Eyni  hisslər  elə  mənim  də  içimi  didir. 

BaxıĢlarımı  kənara  çəkir,  ona  təskinlik  vermək  tutqusundan  özümü 

çəkindirirəm. 

Liftin  qapıları  bağlanır,  məni  kürsü  mərtəbəsindən  Ģəxsi 

cəhənnəmimə aparır. 

Teylor  qapını  açır,  arxa  oturacaqda  özümə  yer  edir  və  səylə 

baxıĢlarımı  gizlədirəm.  Utanc  hissi  məni  boğur.  Tam  fəlakətə  uğramıĢam. 

Əlli  çalarımı  iĢığa  çıxarmaq  istəyirdim,  amma  vəzifəmin  öhdəsindən  gələ 

bilmədim. 

Cidd-cəhdlə  hönkürməməyə  çalıĢıram.  Qırxıncı  avenyu  ilə  hərəkət 

edirik,  görməz  gözlərimi  pəncərəyə  zilləmiĢəm  və  tədricən  elədiyimin 

mücərrədliyini dərk etməyə baĢlayıram.  Lənət, onu tərk elədim... sevdiyim 

yeganə  kiĢini...  aĢiqim  olmuĢ  yeganə  kiĢini.  Hönkürürəm  və  bənd  dağılır. 

Göz  yaĢları  yanaqlarımdan  süzülür,  çaĢqınlıqla  onları  əllərimlə  silməyə 

baĢlayıram.  Çantamda  gün  eynəyini  axtarmağa  çalıĢıram.  ĠĢıqforda  Teylor 

çevrilmədən mənə yaylıq uzadır. Təmkininə görə ona minnətdaram. 




 

 

 



645 

www.vivo-book.com 

 

– Çox sağ ol, – donquldanıram. 



Bu  kiçik  Ģəfqət  dözümün  son  damlası  olur.  Füsunkar  oturacağa 

yayxanaraq özümü göz yaĢlarına təslim eləyirəm. 

Mənzil  yad  və  narahat  görünür.  Burda  çox  az  yaĢamıĢam,  odur  ki, 

hələ  mənim  deyil.  BirbaĢ  yataq  otağına  gedir  və  kədərlə  üfürülmüĢ  Ģar-

helikopteri  görürəm.  Çarli  Tanqo  məndən  heç  də  yaxĢı  görünmür.  Onu 

qəzəblə sürahidən qoparır və bağrıma basıram. Ġlahi, mən neylədim? 

Çəkmələrimi çıxarmadan çarpayıya sərilir və ağrıdan ulayıram. Ağrı 

dözülməzdir: fiziki, ruhi, metafizik... o, hər yerdədir, o, iliyimə iĢləyir. Bu, 

həqiqi müsibətdir və mən onu özüm öz baĢıma gətirdim. Ġçimin dərinliyində 

daxili  ilahəmin  murdar  bir  fikri  baĢ  qaldırır:  qayıĢla  zərbələr  bu  hüdudsuz 

bədbəxtliklə müqayisədə heç nədir. Yumaq kimi yığılaraq Ģarı və Teylorun 

yaylığını əllərim arasında sinəmə sıxaraq öz dərdimə sarılıram 

 

 

 



 

 

 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə