Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə2/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   2   3   4   5   6   7   8   9   ...   160

 

 

 



www.vivo-book.com 

 

– Miss Stil, burada gözləyə bilərsinizmi? – o, ağ dəri üzlüklü kürsü 



cərgəsini mənə göstərir. 

Dəri  üzlüklü  kürsülərin  arxasında  ĢüĢə  divarla  ayrılmıĢ  geniĢ 

danıĢıqlar  zalı  var.  Tünd,  uzun  ağac  masa  və  yanlarında  düzülmüĢ  iyirmi 

stul. Onun arxasında divar boyu ĢüĢə pəncərə. Buradan körfəzədək uzanan 

Sietlin  panoramı  görünür.  GörünüĢ  möhtəĢəmdir  və  mən  ani  olaraq 

məftunluqdan yerimdə donub qalıram. MöhtəĢəmdir! 

Kürsüyə  oturub  çantamdan  sual  siyahısını  çıxarıram  və  onları 

yenidən nəzərdən keçirirəm – fikrən Keyti lənətləyərək. Mister Qreyin qısa 

tərcümeyi-halını  belə  mənə  vermədiyi  üçün.  Axı  mən  müsahibə 

götürəcəyim adam haqqında heç nə bilmirəm. Onun otuz yaĢı da ola bilər, 

doxsan da. Mübhəmlik məni qıcıqlandırır. Və həyəcandan oturduğum yerdə 

qurcalanıram.  Heç  vaxt  üz-üzə  müsahibə  götürməyi  xoĢlamamıĢam. 

Mətbuat  konfranslarının  anonimliyi daha  yaxĢıdır, orda arxa  sırada sakitcə 

otura  bilirsən.  Əgər  lap  düzünü  desəm,  kürsüdə  yumağa  dönərək  klassik 

Britaniya  romanını  oxumaq  daha  ürəyimcədir,  nəinki  həyəcandan  haldan 

düĢərək iri, Ģəffaf zallarda oturmaq. 

Fikrən gözlərimi yumuram: ―Özünü cəmlə, Stil!‖ Steril təmizliyi və 

binanın  müasirliyini  nəzərə  alaraq  mister  Qreyin  qırx  yaĢından  təzəcə 

adlamıĢ olduğunu demək olar: təmkinli, əsmər və sarıĢın – öz əməkdaĢlarına 

tay. 


Daha  bir  yaraĢıqlı,  Ģıq  geyinmiĢ  sarıĢın  qız  sağdakı  böyük  qapıdan 

çıxır.  Maraqlıdır,  burdakıların  hamısı  belədir?  Lap  Stepfordakı  kimi. 

Dərindən nəfəs alaraq yerimdən qalxıram. 

– Miss Stil? – deyə sonuncu sarıĢın soruĢur. 

– Hə, – xırıltılı səslə deyirəm və boğazımı arıtlayıram. – Hə. – Ġndi 

azca inamlı səsləndi. 

– Mister Qrey bir azdan sərbəst olacaq. Gödəkcənizi verərsinizmi? 

– Hə, buyurun. – Jaketdən xilas oluram. 

– Ġçki istərdinizmi? 

– E-e... yox. 




 

 

 



www.vivo-book.com 

 

Ah, deyəsən, mən bir saylı sarıĢına badalaq vurdum? 



Ġki  saylı sarıĢın  sımsırığını sallayır və masa arxasındakı qadına sərt 

nəzərlə baxır. 

– Nə istərdiniz: çay, qəhvə, su? – deyə yenidən mənə sarı çönür. 

– Bir stəkan su, zəhmət olmasa, – deyə donquldanıram. 

– Oliviya, zəhmət olmasa, miss Stilə bir stəkan su gətirin. – Səsində 

metal cingiltisi var. 

Oliviya  yerindən  qopur  və  dördnala  foyenin  əks  tərəfində,  sondakı 

qapı arxasında yox olur. 

– BağıĢlayın, miss Stil, o, bizim yeni əməkdaĢdır. XahiĢ edirəm, bir 

qədər oturun. Mister Qrey sizi beĢ dəqiqədən sonra qəbul edəcək. 

Oliviya bir stəkan su ilə geri qayıdır.  

– Buyurun, miss Stil. 

– Sağ olun. 

Ġki  saylı  sarıĢın  dabanlarını  cingiltiylə  Ģaqqıldadıb  Ģəstlə  yerə 

vuraraq  böyük  masaya  doğru  addımlayır  və  otururlar,  hər  ikisinin  baĢı  iĢ-

gücə qarıĢır. 

Yəqin  ki,  mister  Qrey  iĢə  yalnız  sarıĢın  qadınları  götürür.  Mən 

dağınıq halda düĢünürəm: görəsən, bu, qanuna zidd hərəkət deyil ki? Və bu 

an  kabinetin  qapısı  açılır.  Ordan  ucaboy,  zövqlə  geyinmiĢ  zənci  kiĢi  çıxır. 

Hə, geyim məsələsində mən yanlıĢlığa yol vermiĢəm. 

O çevrilir və çiyni üstdən deyir: 

– Qolf oyunu bu həftəyədir, Qrey. 

Cavabı eĢitmirəm. O çevrilir, məni görüb azca tünd gözlərini qıyaraq 

gülümsəyir. Oliviya yerindən atılır və liftin düyməsini basır. Deyəsən, o, bu 

iĢi yaxĢıca məĢq edib və məndən də artıq həyəcanlıdır. 

– Salamat qalın, xanımlar, – deyə kiĢi açılıb-bağlanan qapı arxasında 

yox olur. 

–  Mister  Qrey  sizi  qəbul  eləməyə  hazırdır,  miss  Stil,  içəri  keçin,  – 

bunu iki saylı sarıĢın deyir. 



 

 

 



www.vivo-book.com 

 

Yerimdən qalxıram və hiss edirəm ki, ayaqlarım qatlanır. Əsəblərimi 



cilovlamağa  çalıĢır  çantamdan  yapıĢıram  və  su  stəkanını  elə  kürsüdə 

qoyaraq yarıaçıq qapıya doğru istiqamətlənirəm. 

– Qapını döyməyə bilərsiniz, sadəcə içəri keçin, – deyə o, nəzakətlə 

gülümsəyir. 

Qapını  açıram,  içəri  boylanır,  öz  ayaqlarıma  dolaĢıram  və  baĢımla 

içəri yıxılıram. 

Lənət  Ģeytana,  axı  bu  qədər  də  yöndəmsiz  olmaq  olmaz!  Diz  üstə 

çökərək  mister  Qreyin  kabinetinin  qapısında  dayanmıĢam  və  kiminsə 

xeyirxah  əlləri  ayağa  qalxmağıma  yardımçı  olur.  Səfeh  bir  durum!.. 

BaxıĢlarımı qaldırmağa qorxuram. Lənət Ģeytana! O, çox cavandır. 

–  Miss  Kavana.  –  Təzəcə  ayağa  qalxıram  ki,  o,  uzunbarmaqlı  əlini 

mənə uzadır, – Kristian Qrey. Əzilmədiniz ki? ƏyləĢin. 

Gənc,  ucaboy  və  çox  yaraĢıqlı.  Valehedici  boz  kostyumda  və  qara 

qalstuklu  ağ  köynəkdə.  Tünd-mis  rəngli  saçları,  nüfuzedici  boz  gözləri  ilə 

məni  diqqətlə  süzür.  DanıĢmaq  qabiliyyətimi  bərpa  edənədək  nə  qədərsə 

vaxt keçir. 

– Yox, belə alındı ki... – deyə donquldanıram. 

Əgər onun otuz  yaĢı  varsa, onda mən lap uĢağam.  Ġxtiyarsız olaraq 

əlimi  ona  uzadıram.  Barmaqlarımız  bir-birinə  toxunduqda  bədənimdən 

qəribə,  ovsunlayıcı  titrətmə  keçir.  Mən  əlimi  geri  dartıram.  Yəqin  ki, 

elektrik qığılcımı. Kirpiklərim ―döyünür‖, ürəyimin döyüntüsü kimi. 

– Miss Kavana xəstələnib, mən onun yerinə gəlmiĢəm. Ümid edirəm, 

etiraz etmirsiniz, mister Qrey. 

– Bəs siz kimsiz? 

Səsdə  bir  hərarət  var.  Görünür,  durum  onu  əyləndirir,  hərgah 

təmkinli  simasına  baxaraq  mühakimə  yürütmək  çətindir.  Ola  bilsin  ki,  o 

cazibədardır, lakin əsas məsələ – nəzakətlidir. 

– AnasteyĢa Stil. Mən Keytlə birgə ingilis ədəbiyyatını öyrənirəm, e-

e... Miss Kavana ilə. 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə