Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə22/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   18   19   20   21   22   23   24   25   ...   160

 

 

 



72 

www.vivo-book.com 

 

–  Olan  Ģeydir,  –  deyə  quru-quru  deyir  o.  –  Adam  gərək  öz 



imkanlarını bilə. Yox, mən, əlbəttə, qabiliyyətlərin artırılması tərəfdarıyam, 

sidq-ürəklə, amma bu, yetərindən artıq idi. Səninlə tez-tez belə olur? 

Alkoqolun  artıqlığından  və  hirsimdən  baĢım  fırlanır.  Bunun  ona 

dəxli  var?  Mən  ki  onu  bura  çağırmamıĢam.  Özünü  mənimlə  böyük  kimi 

aparır, sanki dəcəllik eləmiĢ uĢağam. Demək istəyirəm ki, əgər istəsəm, hər 

axĢam içib sərxoĢ olacam və bunun ona heç bir dəxli yoxdur, lakin indi düz 

onun  gözləri  qarĢısında  qaytardıqdan  sonra  susmaq  məsləhətdir.  O,  niyə 

çıxıb getmir? 

– Yox, – deyə günahkarcasına cavab verirəm, – belə bir Ģey birinci 

dəfə baĢ verir və indi eksperimenti təkrarlamaq arzum yoxdur. 

Heç cür anlamıram, o niyə burdadır… qulaqlarımda uğultu yaranır. 

Qrey görür ki, indilərdə yıxılacağam, odur ki, məni qolları arasına alıb uĢaq 

kimi ağuĢuna basır. 

– Sakit ol, səni evə aparacam, – sakitcə deyir o. 

–  Keyti  xəbərdar  etməliyəm.  –  ―Ġlahi,  məni  xilas  et,  yenə  də  onun 

qolları arasındayam‖. 

– QardaĢım ona deyər. 

– Kim? 


– QardaĢım Eliot indi miss Kavana ilə söhbət edir. 

– E?.. – Heç nə anlamıram. 

– Sən zəng etdikdə o, mənimlə idi. 

– Sietldə? – Kələfin ucunu tamamilə itirmiĢəm. 

– Yox, mən ―Hitman‖da yaĢayıram. 

―Hələ də? Niyə?‖ – deyə anlamıram. 

– Məni necə tapdınız? 

– Sənin mobil telefonunla. Onu izlədim, AnasteyĢa. 

Belə  bir  Ģey  mümkündürmü?  Bu  qanunidir?  ―O,  səni  izləyir‖,  – 

beynimi  hələ  də  dumanlandıran  tekila  buludları  arasından  təhtəlĢüurum 

xəlvətcə pıçıldayır, amma məni izləyən Qreydisə, əleyhinə deyiləm. 

– Özünlə gödəkcə, yaxud çanta götürmüĢdünmü? 




 

 

 



73 

www.vivo-book.com 

 

–  E-e  …  əslində,  hə.  Hər  ikisi  vardı.  Kristian,  xahiĢ  edirəm,  mən 



gərək Keyti xəbərdar edim. Yoxsa o narahat olacaq. 

Onun dodaqları nazik bir xətdə birləĢir. 

– Əgər lazımdırsa… 

 

O, məni qucağından düĢürüb yerə qoyur və əlimdən tutaraq yenidən 



bara  aparır.  Mən  taqətsizəm,  ürkmüĢəm,  hələ  də  sərxoĢam  və  inanılmaz 

dərəcədə həyəcanlıyam. O, əlimdən tutub və biləyimi sıxır – hisslərin qəribə 

cilalanması! 

Ġçəri  gurultulu  və  qələbəlikdir.  Musiqi  səslənir  və  rəqs 

meydançasında böyük kütlə toplaĢıb. Keyt masamızın arxasında görünmür, 

Xose  də  harasa  yoxa  çıxıb.  Levi  hamı  tərəfindən  tərk  edilmiĢ  və  bədbəxt 

halda tək-tənha oturub. 

–  Bəs  Keyt  hardadır?  –  deyə  hay-küydə  ona  eĢitdirmək  istəyirəm. 

BaĢımın nəbzi ağır baslarla döyünür. 

–  O,  rəqs  edir,  –  deyə  cavabda  Levi  qıĢqırır.  O,  dəhĢətli  dərəcədə 

acıqlıdır və Kristiana Ģübhəli nəzərlərlə baxır. Mən öz qara gödəkcəmi güclə 

dartıb geyinir və  çantamın  kəmərini baĢımdan keçirirəm.  Keyti tapan kimi 

burdan dərhal getmək istəyirəm. 

–  O,  rəqs  meydançasındadır.  –  Mən  azca  ona  toxunur  və  qulağına 

doğru  əyilirəm.  Burnumun  ucu  saçlarına  toxunur,  onun  təmiz,  təravətli 

qoxusunu  tuturam.  Ġlahi!  Yasaq,  naməlum  hisslər  inkar  etməyə  çalıĢdığım 

dərinliklərdən  yuxarı  qalxır  və  iztirablı  bədənimə  dolaĢır.  Qızarıram, 

hardasa dərinliklərdə əzələlərim nəĢəli halda sıxlaĢır. 

Qrey gözucu mənə baxır, yenidən əlimdən tutur və barın piĢtaxtasına 

sarı  aparır.  Ona  dərhal  xidmət  göstərirlər:  mister  Qrey  gözləməyə 

öyrəĢməyib. Doğrudanmı onunçün hər Ģey asanlıqla baĢa gəlir?  

– Ġç, – deyə o, çox böyük stəkana süzülmüĢ buzlu suyu içməyi təklif 

edir. 

Musiqi ilə eyni ritmdə yanıb-sönən, qəribə Ģələlər saçan rəngli iĢıqlar 



barın bütün divarlarında əks olunur. Yol yoldaĢım fasilələrlə gah yaĢıl, gah 


 

 

 



74 

www.vivo-book.com 

 

mavi,  gah  ağ  və  Ģeytani  qırmızı  rəng  alır.  O,  diqqətlə  mənə  baxır.  Qorxa-



qorxa bir qurtum su içirəm. 

– Sonadək iç! 

Necə  olur  olsun,  o  əsl  müstəbiddir.  Qrey  açıq-aĢkar  kefi  pozulmuĢ 

haldadır,  barmaqlarını  dağınıq  saçlarında  gəzdirir:  görən  onun  nə 

problemləri var? Hə, gecəyarısı zəng edən səfeh sərxoĢ qızı nəzərə almamaq 

Ģərtilə.  O,  ani  olaraq  qərara  gəlir  ki,  qızı  xilas  eləmək  lazımdır  və  yeri 

gəlmiĢkən,  öz  qərarında  haqlı  çıxır.  Sonra  da  qızın  ürək  bulantısını 

müĢahidə  eləmək  lazım  gəlir…  ―Ah,  Ana,  eyni  Ģeyi  nə  qədər  təkrarlamaq 

olar?‖ – deyə təhtəlĢüurum acıqlı halda məni çimdikləyir. Mənə elə gəlir ki, 

o, eynəyinin üstündən hirsli halda mənə baxır. 

Yer  ayağımın  altından  qaçır  və  Qrey  yıxılmamağım  üçün  əlini 

çiynimə  qoyur.  Buzlu  suyu  sonadək  içirəm.  Onu  içdikdən  sonra  ürəyim 

yenə  də  bulanmağa  baĢlayır.  Qrey  stəkanı  götürür  və  barın  piĢtaxtasına 

qoyur.  Kirpiklərimin  arasından  görürəm  ki,  o,  enli  zolaqlı  pencək,  kətan 

köynək və cins Ģalvar geyinib, ayağında qara ked – ―konvers‖ var. Köynəyin 

yaxası  açıqdır,  sinəsindəki  tüklər  görünür.  Mənim  dumanlanmıĢ 

təfəkkürümdə o, çox yaraĢıqlı görünür. 

Qrey  yenidən  əlimdən  tutur.  Ah,  anacan!..  o,  məni  rəqs 

meydançasına dartır. Lənət Ģeytana! Mən rəqs etmirəm. Hiss edirəm ki, ona 

söykənmiĢəm və rəngli Ģüaların altında onun özündənrazı, bir qədər məkrli 

təbəssümünü görürəm. Qrey əlini mənə uzadır və kəskin Ģəkildə dartır: mən 

onun    qolları  arasında  peyda  oluram  və  yenidən  hərəkət  etməyə  baĢlayır, 

məni özüylə əyləndirərək. Aha! O, əla rəqs edir və təəccübümə baxmayaraq, 

onun hərəkətlərini təkrarlayıram; bəlkə də sərxoĢ olduğum üçün. Qrey məni 

özünə  tərəf  çəkir.  Yoxsa  mən  onun  ayaqları  altına  yıxılardım.  Beynin 

hansısa bucağında anamın xəbərdarlığı üzə çıxır: ―Heç vaxt yaxĢı rəqs edən 

kiĢilərə etibar etmə‖. 

Biz qələbəliyin  arasından keçərək rəqs meydançasının o biri baĢına 

keçirik  və  Keytlə  Eliotun  –  Kristianın  qardaĢının  yanında  peyda  oluruq. 

Musiqinin gurultusu beynimi deĢir. Nəfəsim kəsilir. Keytin kefi kökdür, dəli 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə