Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə4/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   2   3   4   5   6   7   8   9   ...   160

 

 

 



13 

www.vivo-book.com 

 

– Məgər ġura qarĢısında cavabdehliyiniz yoxdur? 



–  Mən  Ģirkətin  sahibiyəm.  Heç  kim  qarĢısında  da  cavabdehliyim 

yoxdur. 


O,  mənə  baxaraq  qaĢlarını  çatır.  Yenidən  qızarıram.  Hə,  əlbəttə, 

müsahibəyə  hazırlaĢıramsa,  bunu  bilməliydim.  Həyasızdır  a!..  Ona  baĢqa 

tərəfdən yaxınlaĢmağa çalıĢacam. 

– ĠĢdən baĢqa nəyə maraq göstərirsiniz? 

–  Maraqlarım  müxtəlifdir,  miss  Stil.  –  Təbəssümün  kölgəsi 

dodaqlarına toxunur. – Çox müxtəlifdir. 

Bilmirəm  niyə,  amma  onun  dik  baxıĢı  məni  utandırır  və 

qayğılandırır. Qreyin gözlərində hansısa əxlaqsızlıq niĢanəsi görürəm. 

– Amma çox iĢlədiyinizdən siz yorğunluq yükünü bədəninizdən necə 

çıxarırsınız? 

– Necə çıxarıram? – O, ağ, sıra ilə düzülmüĢ diĢlərini çölə çıxararaq 

gülümsəyir. Nəfəsimi içimə çəkirəm. Belə gözəl olmaq... – Amma dediyiniz 

kimi, yorğunluq yükünü bədənimdən çıxarmaq üçün mən yelkənləri açıram, 

təyyarədə  uçuram  və  müxtəlif  növ  fiziki  fəaliyyətlə  məĢğul  oluram.  Mən 

çox  zəngin  adamam,  miss  Stil  və  buna  görə  də  mənim  bahalı  və  ciddi 

məĢğuliyyətlərim var. 

Mövzunu  dəyiĢmək  üçün  Keytin  mənə  verdiyi  tələsik  suallar 

siyahısına baxıram. 

– Siz istehsala investisiya qoyursunuz? Niyə? 

Niyə onun yanında özümü narahat hiss edirəm? 

–  Mən  yaratmaqdan  zövq  alıram.  ƏĢyaların  quruluĢunu,  nədən 

düzəldiyini öyrənmək xoĢuma gəlir. Xüsusən də gəmiləri sevirəm. Daha nə 

demək olar ki? 

–  Belə  çıxır  ki,  siz  qəlbinizin  səsinə  hay  verirsiniz,  faktlara  və 

məntiqə deyil. 

O qımıĢır və qiymət qoyurmuĢ kimi baxır. 

– Ola bilər. Hərgah bəziləri deyir ki, mən daĢürəkliyəm. 

– Niyə? 



 

 

 



14 

www.vivo-book.com 

 

– Çünki məni yaxĢı tanıyırlar. – Onun dodaqları təbəssümlə əyilir. 



– Adamlarla asan dil tapırsınız? 

Bu sualı verən kimi dərhal heyifsiləndim. Keytin siyahısında o  yox 

idi. 

–  Mən  çox  qapalı  adamam,  miss  Stil.  ġəxsi  həyatımı  mühafizə 



eləmək  üçün  çox  Ģeyi  də  qurban  verməyə  hazıram.  Buna  görə  də  nadir 

hallarda müsahibə verirəm, – deyə o, söhbəti tamamlayır. 

– Bəs niyə bu dəfə razılıq verdiniz? 

– Çünki mən universitetə maliyyə dəstəyi verirəm və bundan əlavə, 

miss  Kavanadan  elə-belə  qopmaq  olmur.  O,  mənim  ictimaiyyətlə  əlaqələr 

Ģöbəmdən  elə  möhkəm  yapıĢmıĢdı  ki...  mən  isə  belə  inadkarlığa  hörmət 

edirəm. 

Hə,  Keytin  inadına  söz  ola  bilməz.  Məhz  buna  görə  imtahanlara 

hazırlaĢmaq əvəzinə, mən burda oturmuĢam və Qreyin nüfuzedici baxıĢları 

altında xəcalətdən qurcalanıram. 

– Siz kənd təsərrüfatı texnologiyalarına da sərmayə qoyursunuz. Sizi 

niyə bu məsələ maraqlandırır? 

–  Pul  yeyilmir,  miss  Stil,  planetimizin  hər  altıncı  adamı  isə  aclıq 

çəkir. 


–  Yəni  siz  bunu  xeyriyyəçilik  məqsədi  ilə  edirsiniz?  Sizi  ərzaq 

çatıĢmazlığı problemi narahat edir? 

Qrey qeyri-müəyyənliklə çiyinlərini çəkir. 

– Bu, yaxĢı biznesdir, – deyir, məncə, qeyri-səmimi. 

Mən  burda  gəlirin  çoxaldılması  üçün  heç  bir  imkan  görmürəm, 

yalnız xeyriyyəçilik. Bir qədər Ģübhə ilə növbəti sualı verirəm: 

–  Sizin  öz  fəlsəfəniz  var?  Əgər  cavab  ―bəli‖dirsə,  bu  fəlsəfənin 

mahiyyəti nədir? 

–  Öz-özlüyündə  fəlsəfəm  yoxdur.  Ancaq  Karnegidən  əxz  elədiyim 

rəhbər prinsipim var: ―Yalnız öz zəkasına tam hakim olan adam qanunla ona 

məxsus olana yiyə olacaq‖. Mən məqsədyönlü və məğrur insanam. Mən hər 

Ģeyi nəzarətdə saxlamağı xoĢlayıram: özümü də, məni əhatə edənləri də. 




 

 

 



15 

www.vivo-book.com 

 

– Deməli, siz sahiblikdən xoĢlanırsınız? 



―Müstəbid!‖ 

– Sahiblik, lakin bütöv halda – hə, bu, xoĢuma gəlir. 

– Siz superistehlakçısız? 

– Dübbədüz dediniz. 

O  gülümsəyir,  hərgah  gözləri  ciddiliyini  qoruyur.  Bu,  onun  acları 

doydurmaqla bağlı dediyi  sözlərlə üst-üstə düĢmür.  Ġçimdə xoĢagəlməz bir 

hiss  var,  sanki  baĢqa  bir  Ģey  haqqında  danıĢırıq,  amma  mən  nədənsə 

söhbətin  məzmununu  anlamıram.  Ağzımın  suyunu  uduram.  Otağın  havası 

istilənir;  bəlkə  mənə  qızdırma  gəlib?  Bircə  müsahibə  tez  qurtaraydı.  Axı 

Keytin yetərincə materialı var... Sonrakı suallara baxıram. 

– Siz övladlığa götürülmüsünüz. Bu, xarakterinizə necə təsir edib? 

Ah,  mən  lap  ədəbsizlik  etdim!  Qreyə  baxıram,  ümid  edirəm  ki, 

xətrinə dəyməmiĢəm. O, qaĢlarını çatır. 

– Bunu öyrənmək imkanım yoxdur. 

Bu cavab marağımı artırır. 

– Övladlığa götürüldükdə neçə yaĢınız vardı? 

– Bu məlumatları ictimai mənbələrdən götürə bilərsiniz, miss Stil. 

Zəhmlidir.  Mən  yenidən  allanıram.  Lənət  Ģeytana!  Əlbəttə,  əgər 

müsahibəyə  hazırlaĢsaydım,  onun  tərcümeyi-halını  öncədən  bilərdim. 

Tələsik siyahıdakı o biri bəndə keçirəm. 

– Ailəniz yoxdur, çünki çox iĢləyirsiniz. 

– Bu, sual deyil, – çox qısa. 

– Üzr istəyirəm. – Onun yanında özümü dəcəl uĢaq kimi hiss edirəm. 

– Ailə həyatını iĢinizə qurban vermisiniz? 

– Ailəm var. QardaĢım, bacım və sevimli valideynlərim. Mənə baĢqa 

bir ailə lazım deyil. 

– Siz geysiz, mister Qrey? 

O,  kəskin  Ģəkildə  köksünü  ötürür  və  mən  ürpənti  ilə  büzüĢürəm. 

Niyə  hər  Ģeyi  ardıcıl  oxuyuram?  Ġndi  necə  izah  edim  ki,  sualları  mən 

yazmamıĢam? Ah Keyt! SoruĢmağa Ģey tapdı da! 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə