Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə5/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   2   3   4   5   6   7   8   9   ...   160

 

 

 



16 

www.vivo-book.com 

 

– Yox, AnasteyĢa, gey deyiləm. 



QaĢlar  heyrətamiz  dərəcədə  yuxarı  qalxıb,  baxıĢlarda  soyuq  parıltı 

var. Deyəsən, ona xoĢ deyil. 

– Üzr istəyirəm, burda belə yazılıb. 

Bütün  bu  müddət  ərzində  o,  ilk  dəfə  məni  adımla  çağırdı.  Ürəyim 

bərkdən  döyündü,  yanaqlarım  isə  yenidən  allandı.  Mən  yenidən  sürüĢmüĢ 

tellərimi qulağımın arxasına keçirməyə çalıĢıram. 

O, baĢını yana əyir. 

– Sualları özünüz yazmamısınız? 

Yanaqlarımdan sanki qan axır. Bircə bu olmasın. 

– E… yox. Keyt, yəni miss Kavana mənə siyahı verib. 

– Onunla birgə tələbə qəzetində iĢləyirsiniz? 

Lənət Ģeytana! Mənim tələbə qəzetinə heç bir aidiyyətim yoxdur. Bu, 

onun ictimai iĢidir, mənim yox. Sifətim yanır. 

– Yox, o, mənim otaq yoldaĢımdır. 

Qrey  fikirli  halda  çənəsini  qaĢıyır,  onun  boz  gözləri  müĢtəri  baxıĢı 

ilə mənə zillənib. 

–  Özünüz  bu  müsahibəni  boynunuza  götürmüsünüz?  –  deyə  halını 

pozmadan soruĢur. 

Dayanın,  kim  kimdən  müsahibə  götürür?  Onun  dağlayıcı  baxıĢları 

altında həqiqəti deməliyəm. 

–  Məndən  xahiĢ  ediblər.  Keyt  xəstələnib,  –  deyə,  az  qala, 

pıçıldayıram. 

– Onda məsələ aydındır. 

Qapı döyülür, iki saylı sarıĢın içəri daxil olur. 

– Üzr istəyirəm, mister Qrey, iki dəqiqədən sonra növbəti qonağınızı 

qəbul etməlisiniz. 

–  Biz  hələ  söhbəti  bitirməmiĢik,  Andrea.  Zəhmət  olmasa,  o  görüĢü 

təxirə salın. 




 

 

 



17 

www.vivo-book.com 

 

Andrea  qətiyyətsiz  halda,  görünür,  nə  edəcəyini  bilməyərək  ona 



baxır. Qrey astaca ona tərəf çevrilir və qaĢlarını qaldırır. Andreanın yavaĢ-

yavaĢ sifəti allanır. Aman Tanrım, deməli, təkcə mən belə deyiləm. 

– YaxĢı, mister Qrey, – deyə qadın donquldanır və çölə çıxır. 

O, üzünü turĢudur və yenidən diqqəti mənə yönəldir. 

– Hə, söhbətimiz nədə yarımçıq qalmıĢdı, miss Stil? 

Aha, biz yenidən ―miss Stil‖ə qayıtdıq. 

– Sizi iĢdən ayırmaq istəməzdim. 

 

–  Haqqınızda  daha  çox  Ģey  bilmək  istərdim.  Məncə,  bu,  ədalətli 



istəkdir. 

Onun  boz  gözlərində  maraq  hissi  alovlanır.  ĠĢə  düĢdük  də!  Ona  nə 

lazımdır? O, əllərini kürsünün qoltuqaltılarına qoyur, barmaqlarını çənəsinin 

altında cütləĢdirir. Onun ağzı  məni dəhĢətli dərəcədə söhbətdən  yayındırır. 

Ağız suyumu uduram. 

– Maraqlı heç nə yoxdur, – yenidən qızararaq deyirəm. 

– Universitetdən sonra nə iĢlə məĢğul olmaq fikrindəsiniz? 

Onun diqqətindən xəcalət çəkərək çiyinlərimi çəkirəm. ―Keytlə birgə 

Sietlə  köçərəm,  ev  taparam,  iĢə  düzələrəm‖,  –  bundan  uzağa  getməmiĢəm 

niyyətlərimdə. 

–  Hələ  qərara  gəlməmiĢəm,  mister  Qrey.  Əvvəlcə  buraxılıĢ 

imtahanlarını verməliyəm. 

Ġndi  mən  məhz  bununla  məĢğul  olmalıyam  –  imtahanlara 

hazırlaĢmalıyam  –  geniĢ,  təmiz  ofisdə  oturmalı  deyiləm.  Sizin  nüfuzedici 

baxıĢlarınız altında zülm çəkərək. 

– Bizdə məzunlar üçün yaxĢı təcrübə proqramları var, – astaca deyir 

Qrey və gözlərim kəlləmə çıxır. O, mənə iĢ təklif edir? 

–  YaxĢı,  bunu  nəzərə  alaram,  –  deyə  tamamilə  özümü  itirərək 

donquldanıram, – hərgah məncə, sizə yaramıram. 

Lənət Ģeytana! Sussaydım, bundan yaxĢı olardı. 

– Niyə belə düĢünürsünüz? 



 

 

 



18 

www.vivo-book.com 

 

O,  sual  dolu  baxıĢlarla  baĢını  yana  əyir,  dodaqlarında  təbəssümün 



kölgəsi oynaĢır. 

– Axı bu, açıq-aĢkardır. 

Mən yöndəmsiz, əzik-üzük və qeyri-sarıĢınam. 

– Məncə, yox. 

Onun  baxıĢları  diqqətlidir,  o  heç  də  zarafat  eləmir  və  qəfildən 

qarnımın  dərinliklərində  əzələlərim  bir-birinə  dolaĢır.  Mən  baxıĢlarımı 

kənara, bir-birinə calanmıĢ barmaqlarıma yönəldirəm. Nə baĢ verir? Getmək 

vaxtıdır. Əlimi diktofona doğru uzadıram. 

–  Ġcazə  versəniz,  sizə  burada  hər  Ģeyi  göstərərəm,  –  deyə  o,  təklif 

edir. 


– Sizi iĢlərinizdən ayırmaq istəməzdim, mister Qrey, bundan baĢqa, 

yolum da çox uzaqdır. 

– Siz elə bu gün Vankuverə, universitetə qayıtmaq istəyirsiniz? – O 

heyrətlənib  və  hətta  həyəcanlanıb.  Ürkək  tərzdə  pəncərəyə  baxır,  yağıĢ 

damlaları ĢüĢəni döyür. – Ehtiyatla gedin, – sərt Ģəkildə deyir. Görən, ona nə 

olub? – Ġstədiyiniz sualların hamısını verdinizmi? 

–  Hə,  ser,  –  deyə  diktofonu  çantama  dürtərək  cavab  verirəm.  – 

Müsahibəyə görə çox sağ olun, mister Qrey. 

– Sizinlə tanıĢ olmaq çox xoĢ idi. – DəyiĢilməz olaraq nəzakətlidir. 

Yerimdən qalxıram. Qrey də qalxır və əlini mənə uzadır. 

– Tezliklə görüĢənədək, miss Stil. 

Bu,  xəbərdarlığa,  yaxud  təhdidə  bənzəyir.  Ayırd  eləmək  çətindir. 

Mən  üzümü  turĢuduram.  Niyə  görüĢməliyik  ki?  Onun  əlini  sıxdıqda, 

aramızda  yenə  də  qəribə  cərəyan  hiss  edirəm.  Yəqin,  mən  çox 

həyəcanlanmıĢam. 

– Salamat qalın, mister Qrey. 

Xalis atlet lütfkarlığı ilə o, qapıya yaxınlaĢır və onu açaraq mənə yol 

verir. 



 

 

 



19 

www.vivo-book.com 

 

–  Gəlin  mən  sizə  burdan  çıxmaqda  kömək  edim,  miss  Stil.  –  Qrey 



azca  gülümsəyir.  Görünür,  onun  kabinetində  heç  də  xoĢ  olmayan  peyda 

olma vəziyyətimə eyham vurur. 

–  Siz  çox  tədbirlisiniz,  mister  Qrey,  –  deyə  diĢlərimi  qıcayıram  və 

onun  təbəssümü  daha  da  geniĢlənir.  ―Sizi  əyləndirə  bilməyimə  Ģadam, 

mister  Qrey‖,  –  deyə  fikrən  onu  çimdikləyirəm  və  qeyzlənərək  foyeyə 

çıxıram.  Təəccüblü  olsa  da,  o,  mənimlə  birgə  çıxır.  Andrea  və  Oliviya 

baĢlarını qaldırır, onlar da təəccüb içindədir. 

– Palto geyinmiĢdiniz? – deyə Qrey soruĢur. 

– Hə. 

Oliviya  yerindən  atılır  və  gödəkcəmi  gətirir,  amma  mənə  verməyə 



imkan tapmır – Qrey onu götürür. O, geyinməkdə mənə kömək edir, məni 

xəcalət  təri  basır,  gödəkcəni  əynimə  keçirirəm.  Bir  anlığa  Qrey  əlini 

çiyinlərimə qoyur. Nəfəsim daralır. Əgər mənim durumumu anlayırsa, bunu 

heç  nəylə  bildirmir.  Onun  uzun  Ģəhadət  barmağı  liftin  çağırıĢ  düyməsini 

basır  və  biz  dayanıb  gözləyirik:  mən  –  naqolaylıqdan  əzab  çəkərək,  o  – 

tamamilə təmkinli. Nəhayət, liftin qapıları xilasa doğru yolun qapısını açır. 

Burdan mümkün qədər tez çıxmaq gərəkdir. Çönüb görürəm ki, Qrey əlini 

divara  söykəyərək  liftlə  yanaĢı  durub.  O  çox,  çox  yaraĢıqlıdır.  Bu,  məni 

utandırır. O, nüfuzedici boz gözlərini məndən çəkmədən deyir: 

– AnasteyĢa. 

– Kristian, – deyə cavab verirəm. 

XoĢbəxtlikdən qapılar bağlanır. 

 

 

 

 

 

 

 

 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə