Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə6/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   2   3   4   5   6   7   8   9   ...   160

 

 

 



20 

www.vivo-book.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2-ci fəsil 

 

Ürəyim  bərkdən  döyünür.  Lift  birinci  mərtəbəyə  enir  və  mən  cəld 



liftin içindən çölə atılıram, elə qapılar açılan kimi... ayaqlarım yeridikcə bir-

birinə  dolaĢır,  lakin  xoĢbəxtlikdən  ayaq  üstə  qala  bilirəm.  Bircə  burada, 

tamamilə  dübbədüz  daĢ  döĢəmədə  yerə  yıxılmaq  çatıĢmırdı...  Mən  güllə 

kimi geniĢ ĢüĢə qapılardan çıxıram və Sietlin canlandırıcı rütubətli havasına 

baĢ  vururam.  BaĢımı  qaldırıram,  yağıĢın  təravətli,  soyuq  damlaları  üzümə 

çilənir və itirilmiĢ ruhi tarazlığı bərpa eləməkdən ötrü dərindən nəfəs almağa 

çalıĢıram. 

Hələ  heç  bir  kiĢi  məni  Kristian  Qrey  qədər  məftun  etməyib.  Onda 

xüsusi  nə  var  ki?  Zahiri  görkəmi?  Cazibə?  Zənginliyi?  Hakimiyyət?  Yenə 

də  aydın  deyil,  mənə  nə  olub?  YaxĢı  ki,  hər  Ģey  geridə  qaldı.  Mən 

rahatlanaraq köks ötürürəm, polad sütuna söykənir, var gücümlə fikirlərimi 

cəmləməyə  çalıĢıram.  BaĢımı  yelləyirəm.  Aman  Tanrım,  bu  nə  deməkdir! 

Nəhayət,  qəlbim  sakitləĢir  və  mən  yenidən  rahat  nəfəs  ala  bilirəm.  Ġndi 

maĢına tərəf getmək olar. 

ġəhərdən  çıxar-çıxmaz müsahibəni  dönə-dönə beynimdə  fırladıram. 

Yöndəmsiz, səfeh qız! Görünür, mən hər Ģeyi uydurmuĢam, indisə narahat 




 

 

 



21 

www.vivo-book.com 

 

oluram.  Tutalım,  o  çox  yaraĢıqlıdır,  qərarlı,  amiranə,  özünə  güvənəndir. 



Eyni zamanda, kübar davranıĢına baxmayaraq, soyuq, təkəbbürlüdür. Lakin 

bütün  bunlara  baĢqa  tərəfdən  də  baxmaq  olar.  Kürəyimdən  ürpənti  keçir. 

Hə, təkəbbürlüdür, amma bunun üçün onun əsasları var: belə gənc olsa da, 

çox Ģeyə nail olub. O, axmaqları sevmir, onları kim sevir ki? Mən yenidən 

Keyti acılayıram: onun tərcümeyi-halı haqda öncədən mənə heç nə demədi. 

I-5  Ģosesində  bu  sual  mənə  rahatlıq  vermir:  insanı  uğura  nə  sövq 

edir? Qreyin bəzi cavabları tapmacaya oxĢayır. Sanki onlarda hansısa qapalı 

məna  var.  Hələ  sualları  demirəm!  Övladlığa  götürülməni  insandan  necə 

soruĢmaq olar? Hələ onun gey  olub-olmamasını? Diksinirəm.  Doğrudanmı 

mən  bunu  ucadan  demiĢəm?  Hə,  cəsarətə  bax!  Ġndi  ədəbsizliyimdən  əzab 

çəkəcəyəm… Ketrin Kavanaya lənət! 

Spidometrə baxıram: sürət normadan da azdır. Və mən bilirəm: bu, 

iki  nüfuzedici  boz  gözlərə  və  maĢını  diqqətli  idarə  etmək  barədə  sərt 

xəbərdarlığa  görədir.  Mən  baĢımı  silkələyir  və  anlayıram  ki,  Qrey  özünü 

yaĢından iki dəfə kiçik, lap uĢaq kimi aparır. 

―Unut onu, Ana‖, – deyə özümü çəkindirirəm. Maraqlı sərgüzəĢt idi, 

amma  onu  çək-çevir  etməyə  dəyməz.  Hər  Ģey  artıq  bitib.  Onu  heç  vaxt 

görməyəcəyəm.  Bu  fikirdən  əhvalım  o  dəqiqə  yaxĢılaĢır.  MP3-pleyeri  iĢə 

salıram,  səsi  artırıram,  kürsünün  belinə  yayxanıram  və  səs-küyün  nəbzli 

döyüntüsü  ilə  qaza  basıram.  I-5-ə  giriĢdə  görürəm  ki,  sürəti  artırmıĢam, 

çünki belə istəyirəm. 

 

*** 



 

Biz  Vankuverdə  (VaĢinqton  Ģtatı)  yaĢayırıq,  kiçik  taunhaus 

qəsəbəsində, universitet düĢərgəsindən çox da uzaq olmayan yerdə. Bəxtim 

gətirib: Keytin valideynləri ona burada ev alıblar və kirayəyə görə məndən 

gülməli məbləğdə haqq alır. Onun mənzili son dörd ildə evimiz olub. MaĢını 

qapı  ağzına  sürərkən  baĢa  düĢürəm  ki,  ətraflı  cavab  almayınca  Keyt 




 

 

 



22 

www.vivo-book.com 

 

yaxamdan  əl  çəkməyəcək.  YaxĢı  ki,  diktofon  yazısı  var.  Ümid  edirəm, 



müsahibədən baĢqa ona əlavə heç nə haqda deməli olmayacağam. 

–  Ana!  Qayıtmısan!  –  Keyt  kitabla  dolu  qonaq  otağında  oturub.  O, 

aydındır ki, imtahanlara hazırlaĢırmıĢ, düzdür, əynində yenə də əvvəlki kimi 

çəhrayı rəngli flanel, üstündə yaraĢıqlı dovĢan balalarının rəsmi olan pijama 

var. Keyt  onu  yalnız kefsiz olanda geyinir: növbəti boyfrendlə  ayrıldıqdan 

sonra,  xəstələndikdə,  yaxud  əhvalı  pis  olanda.  O,  yerindən  atılaraq  mənə 

doğru gəlir və məni möhkəm qucaqlayır. 

–  Mən  artıq  həyəcanlanmağa  baĢlamıĢdım.  FikirləĢirdim  ki,  tez 

qayıdacaqsan. 

– Əgər müsahibənin uzandığını nəzərə alsaq, mən hələ tez gəlmiĢəm. 

–  Ana,  çox  sağ  ol!  Mən  sənə  ömrümün  sonunadək  minnətdaram. 

DanıĢ görək, nə oldu? O necədir? 

Hə! Suallar baĢladı! 

Gəl indi buna cavab ver də. Nə deyə bilərəm ki? 

–  YaxĢı  ki,  hər Ģey  bitdi  və onunla bir daha  görüĢmək lazım deyil. 

Əgər  düzünü  desəm,  mən  ondan  qorxuram,  –  çiyinlərimi  çəkirəm.  –  Çox 

inadkardır, hətta həyasızdır. Həm də cavan. 

Keyt məsum baxıĢlarla mənə baxır. Mən üzümü turĢuduram. 

–  Özünü  elə  göstərmə  ki,  guya  heç  nə  bilmirdin!  Niyə  mənə  onun 

tərcümeyi-halını verməmiĢdin? O, məni səfeh zənn elədi. Müsahibə aldığım 

adam haqqında qətiyyən heç nə bilmirdim. 

Keyt əli ilə ağzını yumur. 

– Lənət Ģeytana! Ana, bağıĢla, mən bunu heç düĢünmədim. 

Hirslənirəm. 

–  Qrey  nəzakətlidir,  ciddi  və  bir  qədər  rəsmiyyətçi,  sanki  yaĢından 

çox-çox böyükdür. Heç vaxt deməzsən ki, yaĢı otuzdan azdır. Ümumiyyətlə, 

onun neçə yaĢı var? 

–  Ġyirmi  yeddi.  Lənət  Ģeytana,  Ana,  bağıĢla.  Mən  sənə  onun 

haqqında danıĢmalıydım.  



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə