Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə7/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   2   3   4   5   6   7   8   9   10   ...   160

 

 

 



23 

www.vivo-book.com 

 

–  YaxĢı  görünürsən.  ġorbanı  içdin?  –  deyə  söhbətin  mövzusunu 



dəyiĢmək üçün soruĢuram. 

–  Hə,  həmiĢəki  kimi  çox  dadlı  idi.  O  dəqiqə  yüngülləĢdim.  –  O, 

minnətdarlıqla gülümsəyir. 

Saata baxıram. 

– Mən qaçmalıyam. Hələ ―Kleytons‖a çataram. 

– Ana, axı sən yorulmusan. 

– BoĢ Ģeydir. Hələlik. 

 

*** 



 

VaĢinqton Universitetinə daxil olandan ―Kleytons‖da iĢləyirəm. Bu, 

Portlenddə  alətlər  və  inĢaat  materialları  satan  qeyri-Ģəbəkə  mağazasıdır. 

ĠĢlədiyim müddətdə satdığımız əĢyalardan baĢ çıxarmağı az-maz öyrəndim, 

amma əlimdən əsla ustalıq gəlmir. Bizim ailədə hər cür təmir iĢləri ilə atam 

məĢğul  olur.  Amma  buxarının  yanındakı  kürsüdə  kitab  oxumaq  mənlikdir. 

Öz  növbəmə  çatdığıma  sevinirəm,  indi  fikrimi  Kristian  Qreydən  savayı 

iĢlərə cəmləyə bilərəm. MüĢtərilərimiz çoxdur: yay mövsümü baĢlayır, hamı 

təmir istəyindədir. Missis Kleyton gəliĢimə çox sevinib. 

– Ana, fikirləĢirdim ki, bu gün gəlməyəcəksən! 

– Tez azad oldum. Odur ki, bir-iki saat iĢləyə bilərəm. 

– Lap yaxĢı. 

O, məni anbara göndərir: ehtiyatlarımızı artırmaqdan ötrü və tezliklə 

baĢım iĢə qarıĢır. 

 

*** 


 

Evə qayıdıb Keyti oturaq halda, qulaqcıq və noutbukla yaxalayıram. 

Burnu hələ də qıpqırmızıdır, amma o, quduz sürətlə klaviaturanı döyəcləyir. 

Gücüm  heç  qalmayıb:  uzun  yol,  yorucu  müsahibə  və  ―Kleytons‖da  ağır  iĢ 

növbəsi  məni  tamamilə  əldən-ayaqdan  salıb.  Taxta  sərilirəm,  yarımçıq 



 

 

 



24 

www.vivo-book.com 

 

qalmıĢ  kurs  iĢi  və  müsahibəyə  itirdiyim  vaxtı  necə  geri  qaytarmaq  haqda 



düĢünürəm. 

– Əla materialdır, Ana. Sənə halaldır. Amma baĢa düĢmürəm, o sənə 

öz  mülklərini  göstərmək  istədikdə  bundan  niyə  imtina  eləmisən.  O,  açıq-

aĢkar səni ləngitmək istəyib. 

Keyt sualedici baxıĢla mənə baxır. 

Mən allanıram və ürəyim var gücüylə döyünməyə baĢlayır. O heç də 

buna  görə  deyil,  sadəcə,  göstərmək  istəyirdi  ki,  öz  mülkünün  ağası  və 

hökmdarıdır.  Hiss  edirəm  ki,  dodağımı  diĢləyirəm,  əminəm  Keyt  bunu 

görmədi. Görünür, baĢı tamamilə iĢə qarıĢıb. 

– Ġndi aydındır, ―rəsmiyyətçilik‖ dedikdə nəyi nəzərdə tuturdun. Sən 

nəyisə kağıza köçürürdün? 

– Yox, yazmamıĢam. 

–  YaxĢı,  eyib  etməz.  Burda  bir  yazılıq  material  var.  Eh,  heyif  ki, 

fotoqrafımız yoxdur. YaraĢıqlıdır, köpək oğlu, deyilmi? 

Mən qızarıram. 

– Hə, pis deyil, – deyə daha laqeyd çalarda cavab verirəm. Deyəsən, 

məndə alınır. 

– Di bəsdir, Ana, yəni heç xoĢuna gəlmədi o? – Keyt ideal qaĢlarını 

qaldırır. 

Sənə nə!.. Mən yaltaqlığı iĢə salıram, bu üsul həmiĢə iĢə yarayır: 

– Sən ondan daha çox söz qoparardın. 

–  Buna  çox  Ģübhə  edirəm.  O,  demək  olar  ki,  sənə  iĢ  təklif  edib! 

Müsahibə  götürmənin  son  anda  sənin  boynuna  düĢdüyünü  nəzərə  aldıqda, 

iĢin öhdəsindən əla gəlmisən. 

O,  düĢüncəli  halda  mənə  baxır  və  mən  tələm-tələsik  mətbəxə 

çəkilirəm. 

– De görək, onun haqqında nə düĢünürsən? 

ĠĢə düĢdük də! Sanki danıĢmağa baĢqa mövzu yoxdur. 




 

 

 



25 

www.vivo-book.com 

 

–  O,  çox  məqsədyönlüdür,  ciddidir,  təkəbbürlüdür,  hətta  qorxulu 



dərəcədə,  amma  çox  harizmatikdir.  Onda  cazibə  var,  bu  danılmazdır,  – 

həqiqəti deyirəm, ümid edirəm ki, mövzu artıq qapanıb. 

–  Sən  ona  məftun  olmusan?  Bu,  nəsə  yeni  bir  Ģeydir,  –  deyə  Keyt 

fınxırır. 

Mən sendviçləri doğramağa baĢlayıram ki, o, sifətimi görə bilməsin. 

– Niyə onun gey olub-olmadığını soruĢmağı nəzərdə tutmusan? Yeri 

gəlmiĢkən,  bu,  digər  suallarla  müqayisədə  ən  səfeh  sual  idi.  Mən  sadəcə 

ölmüĢdüm, heç o da bu suala sevinmədi. 

Mən yalnız o xatirənin özündən üz-gözümü turĢuduram. 

– Kübar xəbərlərdə onun qız tanıĢları haqda heç bir xəbər yoxdur. 

– Çox pis  duruma düĢdüm. Elə bütün  müsahibə də…  yaxĢı  ki,  onu 

bir daha görməyəcəm. 

–  Di  bəsdir,  sən  dedin,  mən  də  inandım.  Deyəsən,  onun  xoĢuna 

gəlmisən. 

Məni bəyənib? Cəfəngiyatdır! 

– Sendviç istəyirsən? 

– Hə, çox sağ ol. 

 

*** 



 

Bəxtimdən  Kristian  Qrey  haqda  söhbətə  bir  daha  qayıtmırıq.  ġam 

yeməyindən sonra nahar masasında Keytlə yanaĢı otururam və o, müsahibə 

üzərində iĢlədiyi müddətdə ―Erbervillər nəslindən olan Tess‖ mövzusunda iĢ 

yazıram.  Lənət  Ģeytana,  o,  lazım  olmayan  vaxtda  lazım  olmayan  yerdə 

doğulub.  Yazını  bitirdikdə  artıq  gecəyarısıdır,  Keyt  çoxdan  yuxuya  gedib. 

Mən  otaqda  yorğun  halda  var-gəl  edirəm,  amma  özümdən  razıyam,  bazar 

ertəsi günü o qədər iĢ görmüĢəm ki... 

Ağ,  dəmir  çarpayıda  kömbə  kimi,  həm  də  anamın  verdiyi  qurama 

yorğana  bükülmüĢəm,  gözlərimi  yumuram  və  ani  olaraq  mürgüləyirəm. 

Qaranlıq hollar, soyuq ağ döĢəmələr və boz gözlər yuxuma girir. 



 

 

 



26 

www.vivo-book.com 

 

 

*** 



 

Həftənin  yerdə  qalan  hissəsi  bütünlüklə  əzbərçiliyə  və  iĢə  həsr 

olunub.  Keyt  də  məĢğuldur:  tələbə  qəzetinin  son  nömrəsini  buraxmalıdır 

(sonra  o,  bu  iĢi  yeni  redaktora  təhvil  verəcək)  və  əlbəttə,  imtahanlara 

hazırlaĢır. ÇərĢənbə axĢamınadək onun vəziyyəti, demək olar ki, yaxĢılaĢıb 

və  mən  artıq  onun  flanel  pijamasındakı  dovĢan  balalarını  seyr  etməli 

olmayacağam. Mən anama, Corciya Ģtatına zəng edirəm, bilmək istəyirəm, 

iĢlər  nə  yerdədir,  üstəlik,  buraxılıĢ  imtahanlarında  mənə  uğur  diləməsinə 

ehtiyacım var. O, mənə yeni məĢğuliyyətindən danıĢır – Ģam istehsalından. 

Anamın  beynində  daim  yeni-yeni  biznes  ideyalar  peyda  olur.  Əslində,  o, 

çox darıxır, buna görə də baĢını qatmağa məĢğuliyyət axtarır, amma o, bir 

Ģey  haqda  uzun-uzadı  düĢünə  bilmir.  Gələn  həftə  yenə  təzə  bir  ideyası 

olacaq.  Bu,  məni  narahat  edir.  Müəssisə  açmaq  üçün  onun  evi  girov 

qoymadığına  inanmaq  istərdim.  Ümid  edirəm,  Bob  –  Ģərti  olaraq  yeni, 

ondan  yaĢca  çox-çox  böyük  olan  əri  mənim  yoxluğumda  onun  qayğısına 

qalır. O, üç saylı ərdən daha praktikdir. 

– Sənin iĢlərin necədir, Ana? 

Yalnız bir anlıq susuram və o, dərhal qayğılanır. 

– Hər Ģey qaydasındadır, ana. 

– Ana? Özünə oğlan tapmısan? 

BaĢqa iĢim-gücüm yoxdu! O, necə duyuq düĢdü? Onun səsində açıq-

aĢkar həyəcan duyulur. 

– Yox, ana, adam yoxdur. Mən birinci sənə deyəcəm, olarsa. 

– Ana, sən tez-tez adam arasına çıxmalısan. Səninçün narahatam. 

– Anacan, hər Ģey qaydasındadır. Bob necədir? 

Yayındırma ən faydalı taktikadır, – bu, çoxdan məlumdur. 

AxĢama  yaxın  Reyə  zəng  edirəm  –  atalığıma,  anamın  iki  saylı 

keçmiĢ  ərinə,  özümə  ata  bildiyim  və  soyadını  daĢıdığım  adama.  Biz  qısa 

danıĢırıq.  Əslində,  bu,  heç  söhbət  də  deyil:  o,  suallarıma  cavabda  ancaq 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə