Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə8/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   4   5   6   7   8   9   10   11   ...   160

 

 

 



27 

www.vivo-book.com 

 

nıqqıldayır.  Rey  çox  da  danıĢqan  deyil.  Lakin  o  hələ  də  sağdır,  hələ  də 



televizorda  futbola  baxır,  boulinqə  və  balıq  tutmağa  gedir,  yerdə  qalan 

vaxtda  mebel  hazırlamaqla  məĢğul  olur.  Rey  usta  dülgərdir.  Məhz  onun 

sayəsində mən rəngsaz malasını bıçqıdan ayıra bilirəm.  

Cümə  günü  biz  Keytlə  axĢam  hara  gedəcəyimizi  müzakirə  edirik  – 

məĢğələləri, iĢi və tələbə qəzetini unudub dincəlmək üçün. Bu vaxt qapının 

zəngi  çalınır.  Astanada  bir  ĢüĢə  Ģampan  Ģərabı  ilə  köhnə  dostum  Xose 

dayanıb. 

– Xose! Səni görməyimə necə də sevindim! – Bir anlığa onu bağrıma 

basıram. – Ġçəri keç! 

Xose  VaĢinqton  Universitetinə  yenicə  gəldiyim,  özümü  tənha  və 

yalqız hiss elədiyim zaman tanıĢ olduğum ilk adam olub. Biz o dəqiqə can 

dostu  olduq.  Hər  ikimizdə  təkcə  yumor  hissi  eyni  deyil.  Sonradan 

aydınlaĢdığı kimi, Rey və ata-Xose ordunun eyni bölüyündə xidmət ediblər. 

Yəni  atalarımız  da  dost  oldu.  Xose  mühəndis  təhsili  alır.  Ailəsində  o, 

kollecə  daxil  olmuĢ  ilk  adamdır.  Qabiliyyətli  oğlandır,  lakin  onun  əsl 

istedadı fotodur. O, yaxĢı kadrları seçə bilir. 

– Təzə xəbər var. – Onun dodağı qaçır, tünd gözləri iĢıldayır. 

–  Demək  istəyirsən  ki,  səni  hələ  də  universitetdən  qovmayıblar?  – 

deyə onu cırnadıram və o, yalandan üz-gözünü turĢudur. 

– Gələn ay Portlend qalereyasında fotolarımın sərgisi keçiriləcək. 

– Əla! Təbrik edirəm! – sevincdən onu yenidən bağrıma basıram. 

Keyt də iĢıldayır. 

– Sükanı belə saxla, Xose! Mən mütləq qəzetdə bu haqda yazacam. 

Ah, Cümə günü, son dəqiqədə qəzetdə redaktor dəyiĢikliyini etməyi necə də 

sevirəm! – deyə o gülür. 

–  Bunu  qeyd  eləmək  lazımdır.  Səni  açılıĢa  dəvət  edirəm.  –  Xose 

diqqətlə  mənə  baxır.  Qızarıram.  –  Hər  ikinizi,  əlbəttə,  –  deyə  o,  Keytə 

baxaraq əlavə edir. 

Xose  ilə  yaxın  dostuq,  hərgah  zənnimcə,  o,  münasibətlərimizdə 

bundan artığını istərdi. O, xoĢrəftar və zəkalı oğlandır, amma mənim üçün o 




 

 

 



28 

www.vivo-book.com 

 

qardaĢ  kimidir.  Ketrin  tez-tez  mənə  lağ  edir,  deyir  ki,  məndə  boyfrend 



tələbatına  cavab  verən  gen  yoxdur,  əslində  isə  rastıma  elə  bir  adam 

çıxmayıb  ki...  xoĢuma  gəlsin.  Hərgah  qəlbimin  dərinliklərində  dizlərin 

titrəməsini, ürəyin sinədən qopmasını baĢgicəllənməni və  yuxusuz gecələri 

hey arzulayıram. 

 

*** 


 

Bəzən  düĢünürəm:  bəlkə,  problem  məndədir?  Bəlkə,  romantik 

qəhrəman qadınların cəmiyyətində çox vaxt keçirmiĢəm və indi ĢiĢirdilmiĢ 

gözləntilərim  var?  Əfsus,  heç  kim,  heç  vaxt  məndə  bu  cür  duyğular 

oyatmayıb. 

―Yaxın vaxtlara qədər‖, – deyə təhtəlĢüurum güclə eĢidiləcək tərzdə 

pıçıldayır.  Yox!  Mən  xatirələri  basdırmağa  çalıĢıram.  Heç  nə  haqda 

düĢünməyəcəm...  düĢünməyəcəm!  Üstəlik  bu  dəhĢətli  müsahibə!  ―Siz 

geysiz,  mister  Qrey?‖  –  xatirələrdən  əzilib-büzülürəm.  Hə,  görüĢümüzdən 

sonra,  az  qala,  hər  gecə  yuxuma  girir…  hərgah  zəhlətökən  düĢüncələrdən 

xilas olmağa çalıĢıram, deyilmi? 

Mən Xosenin Ģampan ĢüĢəsini necə açdığına baxıram. O ucaboydur, 

futbol  köynəyi  və  cins  Ģalvar  onun  enli  kürəklərini  və  möhkəm  əzələlərini 

Ģax saxlayır; dərisi əsmərdir, tünd saçları var, qaraqaĢ-qaragözdür. Hə, Xose 

əla  oğlandır,  amma  məncə,  o  çoxdan  anlayıb  ki,  biz  sadəcə  dostuq, 

vəssalam.  Tıxac  gurultulu  Ģappıltıyla  havaya  atılır,  Xose  mənə  baxır  və 

gülümsəyir. 

 

*** 



 

ġənbə günü mağazada sadəcə dəhĢətdir iynə atsan, yerə düĢməz. Öz 

evini təmir etmək istəyən bacarıqlı izdiham bizi gözləyir. Mister və missis 

Kleyton,  Con  və  Patrik  –  daha  iki  tələbə  və  mən  əldən  düĢürük.  Nahar 

fasiləsinə yaxın sakitlik çökür və nə qədər ki mən kassa ilə yanaĢı piĢtaxta 



 

 

 



29 

www.vivo-book.com 

 

arxasında, tələsmədən beyqli yeyə-yeyə oturmuĢam, missis Kleyton məndən 



sifariĢləri yoxlamağı xahiĢ edir. Bizə gərəkli malların kataloq nömrələrini və 

sifariĢ  verdiklərimizi  yoxlamaq  lazımdır.  Onların  uyğunluğunu  yoxladıqca 

baxıĢlarım  sifariĢ  blankından  kompüter  monitoruna  qədər  qalxıb-enir  və 

əksinə. Buna görə də baĢımı qaldırıram...  Kristian Qreyin boz, özünə inamlı 

gözlərini görürəm, onlar diqqətlə piĢtaxta tərəfə – mənə zillənib. 

Ürəyim yerindən qopur. 

–  Miss  Stil,  nə  xoĢ  təsadüf.  –  O,  gözlərini  kənara  çəkməyi  belə 

düĢünmür. 

Lənət Ģeytana! O, bura necə gəlib çıxıb, həm də bu səfər geyimində: 

uzanmıĢ saçlar, kobud toxumalı sviter, cins Ģalvar və turist botları? Ağzım 

açıla qalıb və baĢımda bircə fikir belə qalmayıb. 

–  Mister  Qrey,  –  deyə  pıçıldayıram,  çünki  baĢqa  heç  nəyə  qabil 

deyiləm. 

Onun  dodaqlarından  təbəssümün  kölgəsi  keçir,  gözləri  gülüĢdən 

parlayır, sanki o yalnız özünün anladığı bir zarafatdan həzz alır. 

–  Mən  təsadüfən  yaxınlıqdan  keçirdim  və  bir  az  alıĢ-veriĢ  etmək 

qərarına gəldim. Sizi bir daha görməyə Ģadam, miss Stil. 

Onun  hərarətli  və  asta  səsi  isti  qara  Ģokolad  kimi…  ya  da  buna 

bənzər bir Ģey kimi içimə axır. 

Fikrimi  cəmləmək  üçün  baĢımı  silkələyirəm.  Qəlbim  quduz  ritmlə 

döyünür,  boz  gözlərin  diqqətli  baxıĢından  nədənsə  sifətim  lalə  rənginə 

boyanır.  Onun  varlığından  dilim  tutulur.  Əvvəllər  mənə  elə  gəlirdi  ki,  o, 

sadəcə  yaraĢıqlıdır.  Amma  belə  deyilmiĢ.  Kristian  Qrey  cazibədar, 

füsunkardır,  onun  gözəlliyi  adamın  ağlını  baĢından  alır.  Və  o  burada 

dayanıb,  ―Kleytons‖  inĢaat  materialları  mağazasında.  ĠĢə  bir  bax!  Nəhayət 

ki, mənə düĢünmək qabiliyyəti qayıdır. 

– Ana, adım Anadır, – deyə donquldayıram. – Sizə necə kömək edə 

bilərəm, mister Qrey? 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə