Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə9/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   5   6   7   8   9   10   11   12   ...   160

 

 

 



30 

www.vivo-book.com 

 

O yenə də elə gülümsəyir ki, sanki böyük bir sirri faĢ edib. Dərindən 



nəfəs alaraq, özümə  peĢəkar görkəmi verirəm – ―yüz-il-diki bu ma-ğa-za-da 

da iĢ-lə-yir-əm‖. Məndə alınır. 

–  Əvvəlcə  mənə  kabel  qarmaqlarını  göstərin,  –  deyir.  Boz  gözlərin 

baxıĢları təmkinli, lakin düĢüncəlidir. 

Kabel qarmaqları? 

– Bizdə müxtəlif ölçülü qarmaqlar var. Sizə göstərim?  – deyə qırıq 

səslə cavab verirəm və özümə əmr edirəm: ―Özünü cəmlə, Stil‖. 

Mister Qreyin gözəl qaĢları bir qədər çatılır. 

– Hə, göstərin, miss Stil, – deyə o cavab verir. 

Mən  piĢtaxta  arxasından  çıxır,  özümü  heç  nə  olmamıĢ  kimi 

aparmağa  çalıĢıram,  lakin  fikrimdə  yalnız  bir  Ģey  var:  bircə  yıxılmayım. 

Ayaqlarım  qəfildən  jeleyə  çevrilib.  Nə  yaxĢı  ki,  bu  gün  ən  yaxĢı  cins 

Ģalvarımı geyinmiĢəm. 

– Bu, elektrik malları arasındadır, səkkizinci cərgədə. – Səsim lazım 

olduğundan  da  sevincli  səslənir.  Ona  baxıram  və  dərhal  peĢman  oluram. 

Lənət Ģeytana, o necə də gözəldir! 

–  Yalnız  sizdən  sonra,  –  Qrey  misilsiz  manikürlü  əli  ilə  mənə 

dəvətedici jest edərək deyir. 

Nəfəs almaq çətinləĢir: ürəyim düz boğazımdadır və bir az da keçsə, 

ağzıma gələcək. Seksiyalar arasından elektrik malları bölməsinə keçirəm. O, 

Portlenddə necə peyda olub? ―Kleytons‖da ona nə lazımdır? Təfəkkürümün 

çox  kiçik,  yüklənməmiĢ  küncü  xəbərdarlıq  edir:  ―O,  sənə  görə  burdadır‖. 

Yox, boĢ sözdür, ola bilməz! Bu yaraĢıqlı, zəngin kübar davranıĢlı adamın 

nəyinə lazımam? Fikir mənə ağılsız görünür və mən onu baĢımdan atıram. 

–  Portlendə  iĢinizlə  bağlı  gəlmisiniz?  –  deyə  cingiltili  səslə 

soruĢuram, sanki barmağım qapı arasında qalıb. 

―Lənət  Ģeytana!  Ana!  SakitləĢməyə  çalıĢ!  –  deyə  özümə  təlqin 

edirəm. 



 

 

 



31 

www.vivo-book.com 

 

–  VaĢinqton  Universitetinin  Vankuverdə  yerləĢən  eksperimental 



fermasına  baĢ  çəkmiĢdim.  Mən  növbəli  əkin  və  torpaqĢünaslıq  sahəsində 

bəzi tədqiqatları maliyyələĢdirirəm, – deyə o, laqeydliklə cavab verir. 

―Görürsən  də?  Heç  də  səni  tapmaq  üçün  gəlməyib‖,  –  deyə  mənə 

gülür  təhtəlĢüurum;  ucadan,  qürurla  və  narazı  halda.  Mən  baĢımdan  səfeh, 

dəvətsiz fikirləri atıram. 

– Bu, sizin dünya ərzaq planınızın bir hissəsidir? 

–  Nəsə  buna  bənzər,  –  deyə  Qrey  etiraf  edir  və  onun  dodaqları 

yarıtəbəssümlə əyilir. 

O,  mağazamızdakı  kabel  qarmaqlarına  göz  gəzdirir.  Onlarla  nə 

etmək  fikri  var?  O,  ev  ustasına  heç  bənzəmir.  Onun  barmaqları  rəfə 

qoyulmuĢ  bağlamalara  toxunur  və  hansısa  izaholunmaz  səbəblə  mən  buna 

baxa bilmirəm. Qrey əyilir və paket seçir. 

– Bax bunlar yarayar, – deyir o, qəsdçi təbəssümlə gülümsəyir. 

– Daha nəsə götürəcəksiniz? 

– Hə, mənə izolent lazımdır. 

– Təmir aparırsınız? – Sözlər düĢüncəmdən qabağa keçir. Əlbəttə, o, 

fəhlə tuta bilməz, həm də yüzə-yüz onun bu iĢlər üçün xüsusi Ģöbəsi var. 

– Bu, təmir üçün deyil, – deyə o, cavab verir və mən ürpənti ilə 

anlayıram ki, o mənə gülür. 

Mənim haram gülməlidir ki? Zövqsüz geyinmiĢəm? 

–  Bura  zəhmət  olmazsa,  –  deyə  xəcalət  çəkərək  donquldanıram.  – 

Ġzolent təmir malları olan sıradadır. 

Qrey arxamca gəlir. 

– Burda çoxdan iĢləyirsiniz? 

Niyə onun varlığında bu qədər qayğılanıram? Özümü ön dörd yaĢlı 

qız kimi hiss edirəm – naqolay və yad. Qəddini düzəlt, Stil! 

– Dörd ildir. 

Biz gəlib çıxdıq. Yayınmaq üçün əyilirəm və mağazamızda olan iki 

izolent dolamasını üzə çıxarıram. 



 

 

 



32 

www.vivo-book.com 

 

–  Mən  bax  bunu  götürəcəm,  –  Qrey  ona  uzatdığım  enli  izolenti 



göstərərək incə tərzdə deyir. Barmaqlarımız bir anlığa bir-birinə toxunur və 

mən  yenidən  elektrik  cərəyanının  qığılcımını  hiss  edirəm,  sanki  odlanmıĢ 

naqilə  toxunmuĢam.  Ġmpulsun  bədənimdən  necə  keçdiyini  duyuram  və 

qarnımın  dərinliklərində  yox  olur,  acizliklə  tarazlığımı  yerinə  qaytarmağa 

cəhd edərək ixtiyarsız olaraq nəfəsimi içimə çəkirəm. 

–  Daha  nəsə  götürəcəksiniz?  –  deyə  xırıltılı  səslə  qəfildən 

maraqlanıram. 

Onun gözləri azca geniĢlənir. 

– Yəqin ki, kəndir, – elə mənim kimi xırıltı ilə tələffüz edir o. 

–  Bura  zəhmət  olmasa.  –  Utancaqlığımı  gizlətmək  üçün  baĢımı 

əyirəm və keçidlə gedirəm. – Nə cür kəndir? Bizdə sintetik və natural lifdən 

var… ciyə… qaytan… 

Onun  parlaqlığı  azalmayan  gözlərinin  baxıĢları  altında  susuram. 

Lənət Ģeytana! 

– Təbii lifdən olandan beĢ arĢın kəsin, zəhmət olmasa. 

Titrəyən  barmaqlarımla  xətkeĢ  götürüb  beĢ  arĢın  ölçürəm,  öz 

üzərimdə odsaçan baxıĢları hiss edirəm. Gözlərimi qaldıra bilmirəm. Aman 

Tanrım,  niyə  bu  qədər  titrəyirəm?  Cins  Ģalvarın  arxa  cibindən  dəftərxana 

qayçısını  çıxararaq  kəndiri  kəsirəm  və  əvvəlcə  sürüĢkən  ucunu 

düyünləmədən  onu  dolayıram.  Hansısa  möcüzə  ilə  barmağımı  cızmamağa 

çalıĢıram bu zaman. 

–  Siz  skaut  düĢərgəsində  olmusunuz?  –  deyə  o  soruĢur  və  onun 

hissiyyatlı dodaqları heyrətdən əyilir. ―Onun ağzına baxma!‖– deyə özümə 

əmr edirəm. 

– Yox, hərbi-səhra oyunları mənlik deyil, mister Qrey. 

O, qaĢlarını qaldırır. 

–  Bəs  nəyi  xoĢlayırsınız,  AnasteyĢa?  –  incə  səsdə  gizli  istehza  hiss 

olunur. 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə