Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə5/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   2   3   4   5   6   7   8   9   ...   357

Menecmentin təşəkkülü və inkişafı 

Bundan  əlavə 

«idarəetmə»  termini 

«menecment»  terminin 

qənaətləndirici  forması  hesab  olunmur.  Çünki,  axırıncı  halda  söhbət 

yälnız  idarəetmənin  bir  forması  haqqında  gedir.  Lakin,  eyni  zamanda 

qeyd  etmək  lazımdır  ki,  ingilis  dilində  «menecment»  terminin 

semantikası  olduqca  mürəkkəbdir.  Menecmentin  ingilis  tədqiqatçısı 

olan  Lindell  Urvik  qeyd  edirdi  ki,  «menecment»  sözü  ingilis  dilli 

ölkələrdə  son  dərəcədə  sərbəst  və  müxtəlif  mənalarda  işlədilir.  İngilis 

dilinin fundamental  Oksford lüğətində  «menecment» belə şərh (təfsir) 

edilir:  l)insanlarla  davranmaq  üsulu,  manerası;  2)hakimiyyət  və 

idarəetmə  məharəti;  3)xüsusi  tərzli  bacarıq,  inzibatçılıq  vərdişi; 

4)idarəetmə orqanı, inzibati vahid. 

Menecment  nəzəriyyəsi  sahəsində  Amerikalı  nüfuz  sahibi  olan 

Piter  Druker  belə  hesab  edir  ki,  «menecment»  termini  başa  düşülmək 

üçün  olduqca  çətindir.  Birincisi,  o  spesifik  olaraq  Amerikan  mənşəyli 

sözdür və Britaniya adalarında işlədilən ingilis dilləri də daxil olmaqla 

hər hansı bir dilə çətin ki, tərcümə edilə bilsin. O, funksiyaları, həmçinin 

onu yerinə yetirən insanları ifadə edir. O, sosial və ya vəzifə durumunu 

göstərir, həm də eyni zamanda tədris fənnini və elmi tədqiqat sahəsini 

ifadə edir. Lakin, hətta Amerikada işlədilən menecment bir anlayış kimi 

advekat  deyildir:  biznesə  adiyyatı  olmayan  təşkilatlar  üçün  bir  qayda 

olaraq  menecment  və  menecerlər  haqqında  danışılmır.  Buna 

baxmayaraq müasir menecment tədqiqatçılarının əksəriyyəti belə hesab 

edirlər ki, minimum xərclərlə öz məqsədlərinə maksimum dərəcədə nail 

olmaq istəyirlərsə dövlət və ictimai təşkilatlar da menecmentin prinsip 

və metodlarından istifadə etməlidirlər. 

Müasir dövrdə menecment praqmatik məqsədlərin prioritetlərinin 

dəQİq  ifadə  olunduüu  fənnlərarası  elmi  bilik  sahəsi  kimi  fəaliyyət 

göstərir. Sosial-iqtisadi vəzifələrin həlli üsulu kimi menecmentin dəyəri 

(əhəmiyyəti)  onun  bu  cür  həllin  mükəmməl  nəzəriyyəsini  nəzərdə 

tutmasından  deyil,  optimal  qərarlar  qəbul  etməyə  imkan  verən  elm, 

praktiki  vərdiişlər  və  biliklərin  sintezi  üçün  zəruri  təşkilati  şərait 

yaratmasından ibarətdir. 

Menecmentin tədqiqatçılarından biri olan L.Urvik menecmentin 

meydana çıxması ilə etdiyi dəyişiklikləri aşağıdakı kimi təsvir etmişdir: 

«Hazırda sadəcə olaraq menecment adlandırdığımız bu yeni bilik sahəsi 

insanlara  maddi  aləm  üzərində  presetendsiz  dərəcədə  nəzarət  etmək 

imkanı  vermiş  təbiət  elmlərinin  inkişafının  dərk  edilməsi  metodlarına 

əsaslanan fərziyələr insanın özünə, onun yaşadığı cəmiyyətdəki böyük 

və kiçik təşkilatlara, həmçinüı bu 

14 



Menecmentin mahivvoti 

cəmiyyətdə meydana çıxan siyasi, iqtisadi və sosial problemlərə tətbiq 

edilə bilər və edilməlidir. Artıq hazırda bu yeni bilik sahəsi demək olar 

ki,  dünyanın  istənilən  ölkəsindəki  işgüzar  təşkilatların  idarə  edilməsi 

haqqındakı  insan  təsəvvürlərini  köklü  surətdə  dəyişmişdir.  Onun  həm 

fərdi  və  həm  də  kommersiya  işlərini  bilərək  tətbiq  edildiyi  bütün 

sahələrdə  o,  əmək  məhsuldarlığının  əhəmiyyətli  dərəcədə  artırmış  və 

insan səylərinə (güclərinə) çox böyük qənaəti təmin etmişdir». 

ABŞ-ın  idarəetmə  üzrə  ekspertləri  belə  hesab  edirlər  ki, 

müəssisəyə  rəhbərlik  (administrasiya)  fəaliyyətini  menecment  üzrə 

peşəkar  fəaliyyətdən  fərqləndirmək  lazımdır.  Menecmentə  çox  vaxtı 

rəhbərlik  funksiyalarından  biri  kimi  baxılır.  Müasir  dövrdə 

administrasiya  və  menecment  arasında  qəbul  edilmiş  fərq  Oliver 

Seldonun  «İdarəetmə  fəlsəfəsi»  kitabında  təhlil  etdiyi  idarəçilik 

triadasına gedib çıxır. Həmin kitabda o, göstərirdi: «Sənayenin böyük bir 

bölməsi  kimi  idarəetmə  bir  tərəfdən  kapitaldan,  digər  tərəfdən  isə 

əməkdən fərqlənir. O, üç tərkib hissəsinə parçalanır: 

1.

 



Administrasiya  -  o,  korporativ  siyasət  işlənib  hazırlanması; 

maliyyənin koordinasiya edilməsi; istehsal, bölgü, təşkilatın 

sərhədlərinin  müəyyən  edilməsi  və  administratorun  ali 

nəzarəti ilə məşğul olur; 

2.

 

Meneement  -  sözün  həqiqi  mənasında  administratorun 



müəyyən  etdiyi  çərçivədə  siyasətin  yerinə  yetirilməsi, 

həmçinin  təşkilatın onun qarşısında qoyduğu vəzifələri  həll 

etmək üçün istifadə etməsi ilə bağlı olan anlayışdır; 

3.

 



Təskiletmə  -  yerinə  yetirilməsi  üçün  zəruri  keyfiyyətlər 

verilmiş  fərdlər  və  ya  insanlar  qrupunun  kombinləşdirilmiş 

əmək formasında  yerinə yetirdikləri prosesdir. Öhdəliklərin 

bu  qaydada  formalaşdırılması  biliklərin  tətbiqinin  daha 

effektiv, müntəzəm, pozitiv və koordinasiya edilmiş kanalını 

təmin edir». 

Təşkiletmə  idarəetmə  aparatını  formalaşdırır,  menecment  - 

idarəedicini,  administrasiya  isə  -  ali  rəhbərliyi:  Administrasiya 

təşkiletməni  müəyyən  edir,  menecment  ondan  istifadə  edir;  birinci 

vəzifələri  müəyyən  edir  və  məqsədə  istiqamətlənmiş  olur,  ikinci  isə 

müxtəlif  vasitələri  tətbiq  edərək  onun  yerinə  yetirilməsinə  çalışır. 

Administrasiyanın  səlahiyyət  sferası  kompaniyanın  siyasətinin  işlənib 

hazırlanması  ilə  müəyyən  edilir.  Bu  siyasət  özündə  iqtisadi,  siyasi  və 

sosial mühitdə ümumi davranış problemlərini, investisiya yanaşmalarını, 

illik büdcənin tərtibini və s. bu kimi elementləri 

15. 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə