Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə6/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   2   3   4   5   6   7   8   9   ...   357

Menecmentin təsokkülü və inkişafı 

birləşdirir.  Menecment  -  mənfəətin  təmin  edilməsi  və  itgilərin 

minimuma  endirilməsi siyasətinin həyata keçirilməsinə aid olan 

gündəlik  qərarların  qəbul  edilməsi  ilə  bağlı  olan  operativ  nəzarət 

növüdür.  Beləliklə,  administrasiya  korporasiyanın  strategiyası  ilə 

bağlıdırsa,  onda  menecment  taktika  haqqında  düşünməyə  borcludur. 

K.Xodjkinson  «Administrasiyanın  fəlsəfəsinə  dair»  kitabında  yazırdı: 

«Administrasiya  dedikdə  biz  başlıca  olaraq  təşkilatda  məqsədin, 

dəyərlər probleminin və insan səlahiyyətlərinin formalaşması  ilə bağlı 

olan 


aspektlərini 

başa düşürük. Menecment  dedikdə  isə 

kəmiyyət 

metodlarının köməyi ilə müəyyən 

edilən 

və 


proqramlaşdırılan  daha  mühafizəkar  məsələlərin  həllini  başa  düşürük. 

Əsl administrator - bu filosofdur, əsl menecer isə texnoloq». 

X.Pirson  adları  sadalanan  terminlər  arasında  aşağıdakı  fərqləri 

qeyd edirdi: o, administrasiyanı müəssisələrin idarə edilməsinin əxlaqi, 

sosial və siyasi aspektlərinin məcmusu kimi, eyni vaxtda menecmentisə 

başlıca 


olaraq idarəetmənin texniki 

tərəfləri  ilə 

əlaqələndirirdi. Bu fərqi əsas götürərək o, «sonuncunun clmliyini» qeyd 

edirdi.  X.Pirson  hesab  edirdi  ki,  administrasiyaya  elmi  tətbiq  etmək 

olduqca çətindir. 

Administratora, bir qayda olaraq idarəetmə ierarxiyasında yüksək 

(ali)  təşkilati  status  məxsusdur.  Eyni  vaxtda  menecer  adətən 

korporasiyanın cari işlərindəki nəzarət \ ə məsuliyyət sistemində orta və 

ya  hətta  aşağı  səviyyəni  tutur.  Gündəlik  həyatda  işlədilən 

«administrasiya»  terminindən  çox  vaxtı  hökumət  institutlarında, 

həmçinin ictimai birliklərdə, assosasiyalarda və müxtəlif qəbildən olan 

xeyriyyə təşkilatlarında istifadə edirlər. Menecment terminindən isə çox 

vaxtı sahibkarlıq kompaniyalarına münasibətdə də istifadə edirlər. 

Əksər  sosioloqlar  tərəfindən  təşkilatın  strukturundakı  rəhbərlik 

funksiyası  son  dərəcədə  yüksək  qiymətləndirilir.  K.Devis  yazırdı: 

«Rəhbərsizlik  istənilən  təşkilat  insan  və  mexanizmlərin  yığımından 

başqa  bir  şey  deyildir.  Rəhbərlik  -  bu  digərlərinə  qarşıya  qoyulan 

vəzifələrin entuziazmla həllinə inandırmaq qabiliyyətidir (bacarığıdır). 

Bu  qrupu  vahid  tamda  birləşdirən  və  onu  məqsədə  nail  olmağa 

motivləşdirən  hər  hansı  bir  insan  amilidir.  İdarəçilik  fəaliyyətinin 

müxtəlif, məsələn planlaşdırma, təşkiletmə, qərarlar qəbulu kimi növləri 

liderin insanlara motivasiya rıçaqlarını tətbiq etməyənə qədər və onları 

qarşıya  qoyulan  məqsədlərə  istiqamətləndirməyənə  qədər  açılmamış 

qalır. Liderin motivasiya aktı öz effektinə görə misi qızıla çevirən gizli 

kimyəvi pcrepatın effektinə 

16

 




Menecmentin mahiyyəti 

bərabərdir. Bu qızılın parlaqlığı misin potensilına bərabərdir. Rəhbərlik 

mümkün ola biləni həqiqətə çevirir. Bu, təşkilata və orada çalışanların 

bütün uğurlarını təmin edən tamamlayıcı aktdır. 

Menecmentin proqmatik məqsədlərin prioritetlərində dəqiq ifadə 

olunan  elmi  biliklərin  fənnlərarası  sahəsi  kimi  öyrənilməsi  üçün  onun 

prinsiplərini bilmək lazımdır. 

Prinsip  (lat.  Principium  -  əsas,  başlanğıc)  -  l)hər  hansı  bir 

nəzəriyyənin,  təlimin  və  s.  əsas  çıxış  vəziyyəti;  rəhbəredici  ideya, 

fəaliyyətin  əsas  qaydalarını;  2)davranış  qaydalarını  müəyyən  edən 

şeylərə  baxış,  daxili  inam;  hər  hansı  bir  mexanizmin,  cihazın  və 

qurğunun hərəkətinin əsas qaydalarını özündə əks etdirir. 

Menecmentin prinsiplərin dedikdə qarsıva qovulan məqsədə nail 

olmaq ücün təşkilatın fəaliyyətinin əsas qaydaları basa düşülür. 

Menecmentin prinsiplərini ilk dəfə A.Fayol formalaşdırmışdır: 

1.

 



Əməyin  bölgüsü. Əmək  bölgüsünün məqsədi  həcminə görə 

böyük və keyfiyyətinə görə yaxşı işin yerinə yetirilməsindən 

ibarətdir. 

2.

 



Səlahiyyət və məsuliyyət. Səlahiyyət əmr vermək hüququdur, 

məsuliyyət isə onun əks tərkib hissəsidir. Harada ki, səlahiəət 

verilir - orada məsuliyyət meydana çıxır. 

3.

 



İntizam.  İntizam  təşkilat  və  onun  işçiləri  arasında  əldə 

edilmiş  razılığın  gözlənilməsi  və  ona  hörmət  edilməsini 

nəzərdə  tutur.  Təşkilat  və  işçiləri  bir-birinə  bağlayan  belə 

razılaşmaların  müəyyən  edilməsi  rəhbərlərin  başlıca 

vəzifələrindən  biri  olmalıdır.  İntizam  həmçinin  ədalətli 

qaydada tətbiq edilən sanksiyaları nəzərdə tutur. 

4.

 

Təkbaşına rəhbərlik. Hər bir işçi əmrləri yalnız bilavasitə bir 



rəhbərdən almalıdır. 

5.

 



İstiqamətin  vahidliyi.  Bir  məqsəd  çərçivəsində  fəaliyyət 

göstərən hər bir qrup vahid planla işləməli və bir rəhbərə tabe 

olmalıdır. 

6.

 



Şəxsi maraqların ictimai mənafelərə tabe edilməsi. Bir işçinin 

və ya işçilər qrupunun marağı böyük miqyaslı kompaniya və 

ya təşkilatın maraqlarından üstün olmamalıdır. 

7.

 



Heyətin mükafatlandırılması. İşçilərin təşkilata sadiqliyini və 

kömək göstərməsini təmin etmək üçün onlar öz xidmətlərinə 

görə ədalətli əmək haqqı almalıdırlar. 

8.

 



Mərkəzləşdirmə. Mərk^;

L

7,1



 

əsdirmənin müvafiq^ dərəcəsi 

17 



Menecmentin təşəkkülü və inkişafı 

konkret  şəraitdən  asılı  olaraq  müxtəlif  şəkildə  həyata 

keçirilməlidir. Burada daha yaxşı nəticələrə nail olmaq üçün 

mərkəzləşdirmə  və  qeyri-mərkəzləşdirmə  arasındakı 

proporsiyanın  gözlənilməsinə  xüsusi  diqqət  yetirmək 

lazımdır. 

İdarəetmənin mərkəzləşdirilməsi - idarəetmənin bir mərkəzdə, bir 

əldə və bir yerdə cəmləndirilməsi; şaquli əlaqələrin üstünlük təşkil etdiyi 

idarəetmə  icrarxiyası  strukturunun  yaradılması  deməkdir.  Bu  zaman 

idarəetmənin  yuxarı  səviyyəsi  qərar  qəbul  edilməsində  həlledici 

səlahiyyətə  malik  olur.  Belə  qərarların  yerinə  yetirilməsi  aşağı 

səviyyələr üçün məcburidir. 

İdarəetmənin  qevri-mərkəzləşdirilməsi  -  hüquq,  funksiya  və 

məsuliyyətin  idarəetmənin  yuxarı  səviyyəsindən  aşağı  səviyyəsinə 

ötürülməsi. 

9.

 



Skalyar  zəncir.  Rəhbər  vəzifə  tutan  bir  sıra  şəxslərin,  bu 

zəncirdə ən yüksək vəzifə tutan şəxsdən başlamış aşağı hələ 

rəhbərinə qədər olan düzülüşü. Müəyyən zəruriyyət olmadan 

belə  ierarxik  sistemdən  imtina  etmək  şəhv  olardı.  Eyni 

zamanda  belə  ierarxik  sisteminin  biznes  maraqlarına  ziyan 

vurduğu vaxt onu dəstəkləmək daha böyük şəhv olardı. 

10.

 

Qayda. Hər kəs üçün yer və hər kəsin yerində olması. 



11.

 

Ədalətlilik. Xeyirxahlıq və ədalətli mühakimənin 



əlaqələndirilməsi. 

12.


 

Heyət  üçün  sabit  iş  yeri.  Yüksək  kadr  axıcılığı  təşkilatın 

effektliyini aşağı salır. Öz iş yerində qalıb işləməyə üstünlük 

verən orta səviyyəli rəhbərlərin hərəkətləri tez bir zamanda 

çıxıb  gedən  məşhur,  istedadlı  menecmerlərlə  müqayisədə 

əlbəttə ki, təqdirə layiqdir. 

13.

 

Təşəbbüs.  Bu  plan  işlənib  hazırlanması  və  onun  uğurla 



reallaşdırılmasının  təmin  edilməsi  deməkdir.  Təşəbbüs 

təşkilata güc və enerji verir. 

14.

 

Korporativ ruh. İttifaq - bu güc deməkdir və o, təşkilatda 



çalışan heyətin hormoniyasmın nəticəsi hesab olunur. 

A.Fayol  tərəfindən  formalaşdırılan  prinsiplərin  bir  çoxu  hal- 

h^ırda öz əhəmiyyətini saxlamaqdadır. 

Beləliklə,  idarəçilik  fəaliyyətinin  spesifik  növü  kimi  müasir 

menecment  hansı  prinsiplər  üzərində  qurulur?  Bu  suala  cavab  verərək 

P.Druker onun aşağıdakı zəncirini qurmuşdur: 

1.

 

Menecment insanın ətrafında fırlanır, onun vəzifəsi insanları 



18 


Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə