Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə7/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   2   3   4   5   6   7   8   9   10   ...   357

Menecmentin mahiyyəti 

birgə  hərəkətə  qadir  etmək,  onlara  effektliyi  gücləndirmək 

imkanı vermək və onlara xas olan zəif cəhətləri yumşaltmaqdır 

(aradan  qaldırmaqdır).  Çünki,  insan  qabiliyyəti  cəmiyyətə 

onun  müəssisəni  idarəetməsinin  effektliyindən  asılı  olaraq 

fayda verir; 

2.

 

Menecment  ümumi  müəssisədə  insanların  inteqrasiyası  ilə 



bağlı  olduğuna  görə  onların  mədəniyyətində  dərin  kök 

salmışdır.  Almaniyada,  Böyük  Britaniyada,  ABŞ-da, 

Yaponiyada və ya digər bu kimi ölkələrdə menecerlərin yerinə 

yetirdikləri işlər mahiyyətinə görə eynidir. Lakin bunu onların 

necə  etməsi  tamamilə  bir-birindən  fərqlənə  bilər.  Menecerlər 

qarşısında  duran  əsas  qənaətlərdən  (nəticələrdən)  biri  onların 

öz  tarixlərindən,  mədəniyyətlərindən  və  ənənələrindən  elə 

elementləri 

tapmaqdır  ki,  onlardan  modernləşdirilmiş 

idarəetmə  blokunun  qurulmasında  istifadə  etmək  mümkün 

olsun; 

3.

 



Hər  bir  müəssisə  menecmentdən  sadə,  dəqiq  və  vahid 

vəzifələrin  yerinə  yetirilməsini  tələb  edir:  Menecmentin 

missiyası  öz  üzvlərini  ümumi  məqsədlər  ətrafında 

birləşdirməkdən  ibarətdir.  Əks  halda  bizim  qarşımızda  hər 

hansı bir təşkilat deyil, kütlə duracaqdır; 

4.

 



Menecmentin vəzifəsi ondan ibarətdir ki, müəssisə və onun hər 

bir  üzvü  öz  tələbatlarını  inkişaf  etdirməklə  bərabər  onun 

ödənilməsi  imkanları  haqqında  da  düşünsünlər.  İnsanların 

hazırlanması və inkişafı təşkilatın istənilən səviyyəsində həyata 

keçirilməlidir, bu iş bir dəqiqədə dayandınlmalıdr; 

5.

 



İstənilən təşkilat rəngarəng işləri yerinə yetirən müxtəlif bilikli 

və vərdişli insanlardan ibarətdir. Buna görə də təşkilat işçilər və 

onların fərdi məsuliyyətləri arasmdakı komunikasiya əsasında 

qurulmalıdır; 

6.

 

Nə məhsul buraxılışının həcmi, nə də ki, əsas istehsal xətləri 



özlüyündə  menejmcnt  və  bütövlükdə  müəssisə  fəaliyyətinin 

adekvat  ölçüsü  deyildir,  bu  işdə  müəssisə  insanla  oxşardır: 

insana  öz  sağlamlığını  qorumaq  və  fəaliyyət  göstərmək  üçün 

rəngarəng vasitələr lazım olduğu kimi, müəssisənin də uğurla 

fəaliyyət göstərməsi üçün son dərəcədə müxtəlif vasitələr tələb 

olunur; 


7.

 

Nəhayət,  söhbət  müəssisələrdən  getdikdə  yadda  saxlamaq 



lazımdır  ki,  o,  özünün  sədləri  çərçivəsində  heç  vaxt  nəticəyə 

nail ola bilmir; müəssisə çərçivəsində yalnız dəyər yaradan 

19 



Menecmentin təşəkkülü və inkişafı 

mərkəzlər fəaliyyət göstərir. Lakin nəticəyə isə xarici aləmdə 

nail olurlar. 

§2. Menecer 

Menecmentin  əsasını  təşkil  edən  başlıca  element  -  idarəçilik 

fəaliyyətinin  peşəkar  xarakter  daşımasıdır.  İngilis  termini  olan 

«manager» muzdla tutulmuş peşəkar idarəediciləri nəzərdə tutur. 

Menecer  (ingilis  manager,  manage  -  idarəetmə)  -  muzdlu 

idarəedici, menecment üzrə mütəxəssis kimi qəbul edilir. 

Menecment nəzəriyyəsində başlıca məsələ yaxşı menecer nədir? 

Sualıdır.  Uzun  illər  ərzində  o,  müvəffəqiyyətə  necə  nail  olmaq 

məsələsinin aydınlaşdınimasında başlıca məsələ olaraq qalmışdır. Buna 

görə də əsas diqqət rəhbərin şəxsi keyfiyyətləri üzərində cəmlənmişdir. 

Belə  ki,  Konfutsi  belə  hesab  edirdi  ki,  rəhbər  hər  şeydən  əvvəl  öz 

silahdaşlarının xarakter və hisslərinə incəliklə və dərindən nüfiız etməyi 

bacarmalıdır. Homerin dövründə Yunanlar ideal rəhbər üçün zəruri olan 

aşağıdakı  dörd  keyfiyyəti  göstərirdilər:  l)Nestorun  mü^ikliyi; 

2)Agamemonun ədalətliyi; 3)Odisseyin bicliyi; 4)Axillesin enerjiliyini. 

Homer qeyd edirdi ki, həqiqətdə ideal rəhbərlik mövcud deyildir. 

Əgər rəhbərlər onlara xas olan keyfiyyətlərlə məq.sədyönlü istiqamətdə 

birgə fəaliyyət göstərərlərsə yalnız ona yaxınlaşmaq olar. Buna görə də 

rəhbər özünün güclü və zəif tərəfləri haqqında daima düşünməlidir. Əks 

halda o, tutduğu yüksək vəzifənin qurbanı ola bilər. 

XXI  əsrin  başlanğıcında  bir  sıra  alimlər  belə  hesab  edirlər  ki, 

müasir menecment aşağıdakı cədvəldə qeyd edilən keyfiyyətlərə malik 

olması zəruridir (cədvəl 1.1.). 

Bu fikrin əlcyhidarları isə aşağıdakı arqumentləri göstərirdilər: 

-

 

menecerin yuxarıda sadalanan keyfiyyətlərə malik olması heç 



də hələ rəhbərliyin effektliyinə təminat vermir

-

 



qeyd edilən bütün tələblər yalnız, o qədər də çox sayda olmayan 

insanları qane edir; 

-

 

bu yanaşmanın tərəfdarları belə hesab edirlər ki, «rəhbərlər 



doğulur»; 

20 



Mcncccr 

Cədvəl 1.1 

Müasir menecerin zəruri keyfiyyətləri 

Müasir menecerin 

keyfiyyətləri 

Keyfiyyətlərin təsviri 

Fiziki 

- aktivlik, cncrjilik, sağlamlıq, güclülük; 



Şəxsiyyət 

-  uyğunlaşa  bilmək,  özünə  inamlı  olmaq, 

nüfuzluluq, müvəffəqiyyətə cəhd etmək

İntellektual 

-  ağıl,  lazımı  qərar  qəbul  etməyi  bacarmaq, 

intuisiya, yaradıcılıq başlanğıcı; 

Qabiliyyət 

-  təmas  qurmaq,asanlıqla  ünsiyyət  qurmaq 

bacarığı, taktiki olmaq, diplomatik olmaq 

-

 



yaxşı  rəhbərlik etməyi  öyrənmək olmaz  (və  ya praktiki  olaraq 

olmaz). 


Müasir dövrdə menecmentin əksər nəzəriyəçiləri tərəfindən etiraf edilir 

ki, ideal menecer aşağıdakı keyfiyyətlərə malik olmalıdır: 

-

 

bazar iqtisadiyyatının formalaşması və inkişafı ilə bağlı olan hər 



şeyin dərindən dərk edilməsi və öyrənilməsi

-

 



qəbul edilən qərarın siyasi nəticələrini nəzərə almaq bacarığı; 

-

 



sahibkarlıq  fəaliyyətində  insan  ehtiyatları  amilinin  axtarılması 

və istifadəsi qabiliyyət və ona meyillilik; , 

-

 

elmi-texniki  tərəqqinin  yaxşı  nailiyyətlərindən  effektli  istifadə 



etmək bacarığı; 

-

 



müəyyən  mərhələdə  ictimai  əhəmiyyət  kəsb  edən  məqsədlərə 

nail olmaq naminə öz şəxsi maraqlarından imtina etməyə hazır 

olmaq; 

-

 



psixoloji təhsil; 

-

 



sosial ədalət prinsiplərinə meyillilik və onu rəhbər tutmaq istəyi; 

-

 



öz üzərinə məsuliyyəti götürmək bacarığı; 

-

 



işin  xeyri  üçün  tənqid  etmək  və  tənqidi  iradlar  qəbul  etmək 

qabiliyyəti; 

-

 

daima təşəbbüs və zirəklik (cəldlik) göstərmək; 



-

 

işgüzarlıq (faydasız işlər görməməyi bacarmaq); 



-

 

maneələri aradan götürməyə, iradə və çeviklik göstərməyə cəhd 



etmək; 

-

 



məntiqi fikirləşmək; 

-

 



işin xeyrinə olaraq öz mövqeyinə əks olan təkliflərdən istifadə 

21 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə