Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə9/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   5   6   7   8   9   10   11   12   ...   357

insan və təşkilatın qarşılıqlı əlaqəsi 

qarşılıqlı münasibətə girir. Təşkilat müvafiq ixtisas və şəxsi 

keyfiyyətlərə malik olan işçiləri təşkilatda müəyyən rol oynamaq, işi 

yerinə yetirmək və tələb olunan nəticəni əldə etməsini nəzərə aİ£iraq 

işə götürür. Bütün bunların müqabilində də işçilərə müəyyən 

mükafatlar verilməsi nəzərdə tutulur. 

Fərdin əsas ümüdlər qrupunu aşağıdakılar təşkil edir: 

-

 



işin məzmunu, mənası və əhəmiyyəti

-

 



işin orijinallığı və yaradıcı xarakteri; 

-

 



işin maraqlı olması (əyləncəliyi) və intensivliyi; 

-

 



müstəqillik dərəcəsi, bu işə olan hüquq və hakimiyyət; 

-

 



məsuliyyət və risk dərəcəsi; 

-

 



işin statusu və prestijli olması; 

-daha geniş əmək prosesində işə daxil olmaq (bağlanmaq) 

dərəcəsi; 

-

 



işdəki şəraitin təhlükəsizliyi və komfortluluğu; 

-

 



yaxşı işin etiraf edilməsi və mükafatlandırılması; 

-

 



əmək haqqı və mükafat

-

 



təşkilatm təqdim etdiyi sosial müdafiə və digər sosial 

dəyərlər; 

-

 

artım və inkişafa təminat; 



-

 

intizam və işdəki davranışını reqlamentləşdirən 



normativ aspektlər

-

 



təşkilat üzvləri arasındakı münasibətlər; 

-

 



təşkilatda işləyən konkret şəxslər. 

Təşkilata 

münasibətdə 

ümumiləşdirilmiş 

ümüdlərini 

formalaşdıran  ayrı-ayrı  ümidlərin  kombinasiyası  hər  bir  fərd  üçün 

müxtəlif ola bilər. 

Təşkilat insanlardan özlərini aşağıdakı kimi aparmağı tələb edir: 

-

 

müəyyən biliklərə və ixtisas malik olan hər hansı bir sahənin 



mütəxəssisi; 

-

 



təşkilatm uğurla fəaliyyət göstərməsi və inkişafına kömək edən 

təşkilat üzvü; 

-

 

müəyyən şəxsi və əxlaqi keyfiyyətlərə malik insan; 



-

 

həmkarlar ilə yaxşı münasibətlərə kömək və qarşılıqlı təsirə 



malik olan kollektiv üzvü

-

 



onun dəyərlərinə şərik olan təşkilat üzvü; 

-

 



öz icraçılıq qabiliyyətlərini yaxşılaşdırmağa cəhd edən işçi; 

-

 



təşkilata sadiq və kənarda onun maraqlarını qorumağa hazır olan 

insan; 


digər 

25 



Menecmentin təşəkkülü və inkişafı 

-

 



müəyyən işi lazımi səmərə və lazımi keyfiyyət səviyyəsində 

həyata keçirməyə hazır olan icraçı; 

-

 

təşkilat daxilində müəyyən yer tutmağa və öz üzərinə müvafiq 



vəzifə və öhdəliklər götürməyə qadir olan təşkilat üzvü; 

-

 



təşkilat tərəfindən qəbul edilmiş davranış normaları iş qaydaları 

və rəhbərliyin sərəncamlarına əməl edən əməkdaş. 

Təşkilatın  gözləmə  kombinasiyaları  insanlara,  həmçinin  hər  bir 

ayrıca  gözləmənin  təşkilat  üçün nə dərəcədə əhəmiyyət  kəsb etməsinə 

münasibətdən asılı olaraq hər bir təşkilatda müxtəlif olur. Bundan əlavə 

eyni  bir  təşkilat  çərçivəsində  müxtəlif  fərdlərə  münasibətdə  müxtəlif 

gözləmə kombinasiyaları qurula bilər. 

§4. İnsan və təşkilatın qarşılıqlı əlaqəsində rol və şəxsiyyət 

aspektləri 

İnsanların  təşkilatdakı  rolu  bir  tərəfdən  təşkilatın  məqsədinə, 

stategiyasına və strukturuna müvafiq olmalı, digər tərəfdən isə insanın 

tələblərinə  və  gözləmələrinə  cavab  verməlidir.  Məhz  buna  görə  də 

təşkilatda  insanın  roluna  aydınlıq  gətirilməsi  və  bu  rolun  qəbul 

edilməsinin son dərəcə vacibdir. 

Rolun  aydınlığı  təşkilatdakı  insanlara,  onun  icraçılarına  yalnız 

rolun  məzmunun  məlum  və  aydın  olduğunu,  başqa  sözlə  onun  yerinə 

yetirdiyi işin məzmunu və onun həyata keçirilməsi üsullarını deyil, həm 

də  onun  fəaliyyətinin  təşkilatın  məqsədi  və  vəzifələri  ilə  əlaqəsini, 

kollektivin yerinə yetirdiyi işlər məcmusunda onun yerinə nəzərdə tutur. 

Roldakı  qəbul  edilməsi  o  demək  ki,  insan  onu  şüurlu  şəkildə 

yerinə yetirməyə hazırdır. Bu zaman o nəzərdə tutur ki, bu roltm yerinə 

yetirilməsi ona müəyyən məmnunluq  \ə hər hansı bir müsbət nəticələr 

gətirəcək.  Bu  heç  də  mütləq  maddi  xarakter  daşımamalıdır  və  insana 

onun fəaliyyətinin başlanğıcında dəqiq məlum olmalıdır. 

Təşkilatda  insanın  öz  yerini  tutmasına  onun  oynadığı  rol 

nöqteyi-nəzərindən  yanaşılmasından  istifadə  edilməsi  onun  yerinə 

yetirilməsi gedişində müəyyən münaqişələrlə müşayət oluna bilər. 

Rola  məzmun  verən  hüquq  və  öhdəliklərdən  başqa  hər  bir  rol 

üçün  müəyyən  statusun  olması  xarakterikdir.  Bu  status  formal  və 

qeyri-formal  ola  bilər.  Formal  status  təşkilatm  ierarxiya  quruluşunda 

rolun tutduğu mövqeyi əks etdirir. Qeyri-formal status dedikdə isə onu 

əhatə edən insanların bu rola verdiyi status başa düşülür. 

26 



İnsan və toskilatın qarşılıqlı əlaqəsində rol vo soxsiyyət aspektləri __________________________  

Rolun  formal  statusu  bu  rolu  icra  edənin  hansı  hakimiyyət 

hüququna  malik  olduğundan  və  təı^kilatın  fəaliyyətində  təsirlərin 

bölüşdürülməsinin  formal  icrarxiyasmda  onun  hansı  vəziyyəti 

tutmasından  xəbər  verir.  Bir  icrarxiya  səviyyəsində  düzülmüş 

(yerləşdirilmiş)  rollar  müxtəlif  formal  statusa  malik  ola  bilər.  Çünki, 

status  yalnız  ierarxiya  səviyyəsi  üzrə  deyil,  eyni  zamanda  rolun  aid 

olduğu fəaliyyət sferası üzrə də müəyyənləşdirilir. 

Rola qeyri-formal status, ya rolun icraçısının peşə xüsusiyyətləri, 

ya da ki, rolun təşkilatdakı müəyyən qeyri-formal əhəmiyyəti və təsiri ilə 

verilir  (yaranır).  İnsan  yaş  və  ya  ixtisas  xarakteristikasına  görə  xüsusi 

(özünəməxsus) Şv^xsi  keyfiyyətlərə malik  ola bilər. Bu, ətrafdakıların 

ona  olan  hörmətinin  artmasına  və  onun  liderlik  keyfiyyətlərini  rolun 

müəyyən formal statusunun verdiyindən daha yüksək qiymətləndirməyə 

gətirib  çıxaracaqdır.  Adətən  hər  hansı  bir  konkret  insanın  bu  roldan 

getməsi  ilə  status  vəziyyəti  formala  qədər  bərpa  olunur,  bəzən  isə 

formaldan  aşağı  düşür.  Formal  olaraq  yüksək  olmayan  və  hətta  aşağı 

status  səviyyəsində  olan  rola  da  rast  gəlmək  olar.  Lakin  işin  xüsusi 

xarakterindən  asılı  olaraq  onlar  formal  qaydada  müəyyən  edilmişlə 

müqayisədə hiss olunacaq dərəcədə böyük statusa malik olurlar. Adətən 

bu  rolun  formal  statusu  üzrə  icra  edilməsi  vacib  olana  xidmət  edən 

köməkçi roldur, ya da ki, məzmununa görə az müşahidə olunan (və təsir 

dərəcəsi)  həm  də  mümkün  neqativ  nəticələri  üzrə  güclü  olan  nadir 

fəaliyyəti növləri ilə bağlı olan roldur. 

İnsan  və  təşkilatın  qarşılıqlı  təsirlərinin  qurulmasına  insanın 

təşkilatda oynadığı rol nöqteyi-nəzərindən yanaşılması onunla izah edilir 

ki,  təşkilat  insanın  fəaliyyət  göstərdiyi  prosesdə  yerinə  yetirdiyi  bütün 

hərəkətlərin  məcmusu  hər  bir  konkret  işi  yerinə  yetirən  işçinin  malik 

olmalı  olduğu  ixtisası,  bilikləri  və  təcrübəni  müəyyən  edən  konkret 

məzmun və spesifikliyə malik olan ayrı-ayrı işlərə bölünə bilər. İşçiyə öz 

rolunu yerinə  yetirmək üçün hüquqlar verilir. O, təşkilat qarşısında öz 

üzərinə  müəyyən  öhdəliklər  götürür  və  təşkilatı  əhatə  edən  mühitdə 

müəyyən  status  alır.  Bu  cür  yanaşmada  insan  təşkilat  tərəfindən  ilk 

növbədə müəyyən işi yerinə yetirən və bunun üçün zəruri olan bilik və 

vərdişlərə malik olan mütəxəssis kimi qəbul olunur. Lakin, əgər insana 

hətta  müəyyən  rolun  icraçısı  kimi  baxılsa  belə  onun  xarakteristikası 

yalnız  peşə-ixtisas  xarakteristikası  kimi  başa  düşülməməlidir.  Yadda 

saxlamaq  lazımdır  ki,  insan  maşın  deyil  və  hər  hansı  bir  işin  yerinə 

yetirilməsində  o,  özünün  şəxsi  xarakteristikaları  və  əhval-ruhiyəsinin 

məcmusu ilə tam iştirak edir. 

27 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə