Təşkilat menecmentin obvekti-kimi
giriş
VƏ
çıxışın yaradılması mexanizmidir. Girişin növ müxtəlifliyinə
materiallar, avadanlıqlar, eneıji, kapital və işçi qüvvəsi daxildir. Biznes
fəaliyyətini həyata keçirmək üçün təşkilata lazım olan resurslarm
tədarükü ilə həmçinin tədarükçülər məşğul olur. Çoxlu sayda
təşkilatlarm normal fəaliyyət göstərməsi fasiləsiz material axmmdan
asılıdır. Lakin, inkişaf etmək və çiçəklənmək üçün onlara yalnız
material' tədarükü deyil, həm də kapital lazımdır. Belə potensial
investorlara aşağıdakılan aid etmək olar: Bankları; səhmdarlan və xüsusi
şəxsləri; dövlət müəssisələrinin istiqraz buraxması üzrə proqramlarmı;
təşkilatlarm (aksept verilən) razılıq verilən vekselləri və ya onun istiqraz
vərəqələrinin alıcılarmı.
Dövlət orqanları. Təşkilat yalnız ölkənin qanunverici orqanlarmm
qəbul etdikləri qanunlarm tələblərini deyil, həm də dövlət tənziniləmə
orqanlarmm tələblərini də yerinə yetirməyə borcludur. Başqa sözlə, bu
orqanlarm səlahiyyətləri sferasmda qanunlarm tələblərinin məcburi
qaydada yerinə yetirilməsini, həmçinin qanun gücünə malik olan digər
tələbləri də yerinə yetirməyə borcludurlar.
İstehlakçılar. Bir çox tədqiqatçılar idarəetmə sahəsində məşhur
mütəxəssis olan Piter F.Drukerin də bir fikiri ilə razılaşırlar ki, təşkilatm
yeganə əsl məqsədi istehlakçı yaratmaqdır (əldə etməkdir). Çünki, hər
bir təşkilatm öz mövcudluğunu təsdiq etməsi və onun rəqib müəssisələr
əhatəsində uğurla fəaliyyət göstərməsi onların istehlakçı tapmaq və
(onlarm) tələblərini ödəmək qabiliyyətindən asılıdır.
Rəqiblər.Xarici amillərdən biri olub rəqiblərin göstərdikləri
təsirləri nəzərə almamaq mümkün deyildir. Bu termindən eyni resurslar,
faydalar əldə etməyə və bazarda mövqey tutmağa cəhd edərək identik
(eyni) məqsədlərə çatmaq uğrunda yanşan şəxs, şəxslər qrupu, firma və
müəssisələr istifadə edirlər.
Əmək resurslan da təşkilatm işinə bilavasitə təsir göstərir.
Əmək resursları - dedikdə əmək prosesində iştirak etmək üçün
zəruri fiziki və mənəvi qabiliyyətlərin məcmusuna malik olan ölkə
əhalisinin bir hissəsi başa düşülür. Onlar özündə ölkənin əmək
qabiliyyətli əhalisinin saymı əks etdüir və ölkənin iqtisadi potensialımı
vacib elementidir. Ölkəmizdə qəbul olunmuş metodologiyaya görə əmək
resurslarma 16-59 yaşlı kişilər və 16-54 yaşlı qadmlar aiddir.Ölkənin
əmək resurslarma göstərilən yaş hədində olan əhali,həmçinin əmək
qabiliyyətli yaş həddindən yuxarı və aşağı olan və faktiki olaraq xalq
təsərrüfatı sahələrində çalışan
106
Təşkilatın daxili və xarici mühiti
İnsanlar daxildir.Belə şəxslərə işləyən məktəblilər, təqaüdçülər
aiddir.Əmək resurslan özündə bilavasitə ictimai istehsalda məşğul olan
şəxsləri birləşdirən aktiv və özündə istehsalatdan aynimaqla təhsil
alanlan, həmçinin ev təsərrüfatmda məşğul olanları birləşdirən potensial
əmək resurslarma bölünür. Əmək resurslannm sayı konkret vaxta görə
müəyyən edilh. Lakin, onu eyni zamanda orta və ya hər hansı bir vaxt
müddəti üçün də hesablamaq olar. Azərbaycanm əmək resursları ölkə
əhalisinin ümumi saymm təqribən 50%-dən çoxunu təşkil edir.
Qərb ölkələrinin iqtisadi ədəbiyyatlannda əmək resurslannm
müəyyən edilməsinə vahid yanaşma yoxdur. Buna görə də bazar
iqtisadiyyatı ölkələrinin milli statistik nəşrlərində, həmçinin beynəlxalq
statistikalarda bu kateqoriyanm xarakteristikasma münasibətdə müxtəlif
anlayışlara rast gəlirik.
Regiondakı əmək resurslannm miqdan (sayı) təşkilata, əmək
haqqmm səviyyəsinə, büdcəyə və s. təsir göstərir.
Xarici mühitin dolayı təsir amilləri. Xarici mühimtin dolayı təsir
amilləri təşkilatda yerinə yetirilən əməliyyatlara təsir göstərmir və
birbaşa təsir amilləri kimi nəzərə çarpmır. Buna baxmayaraq onlarm
rəhbərlik tərəfindən nəzərə aimması zəruridir. Adətən dolayı təsir mühiti
birbaşa təsir mühitinə nisbətən mürəkkəb olur. Xarici mühitin dolayı təsir
amillərinə texnologiya, iqtisadiyyatın vəziyyəti, sosial-mədəni və siyasi
amillər, həmçinin yerli içtimaiyətlə qarşılıqlı münasibətlər aiddir.
Texnologiya - istehsala daxil olanlarm istehsalatdan çıxan
elementlərə çevrilməsinə kömək edən vasitələrin, proseslərin,
əməliyyatların və metodlarm məcmusudur. O özündə maşmları,
mexanizmləri və alətləri, vərdiş və bilikləri birləşdirir. Daxili
dəyişənlərdən olmaqla texnologiya eyni zamanda böyük əhəmiyyət kəsb
edən xarici amil kimi də çıxış edir.
İqtisadiyyatm vəziyyəti. Rəhbərlik iqtisadiyyatm ümumi
vəziyyətində baş verən dəyişikliklərin təşkilatda yerinə yetirilən
əməliyyatlara necə təsir etdiyini qabaqcadan görməyi bacarmalıdır.
Dünya iqtisadiyyatmm vəziyyəti ölkəyə gətirilən bütün resursların
dəyərinə və istehlakçılarm müəyyən xidmətlər və əmtəələr alması
qabiliyyətlərinə təsir göstərir.
Sosial-mədəni amillər. İstənilən təşkilat ən azı bir mədəni mühitdə
fəaliyyət göstərir. Buna görə də məqsədləri, həyatı dəyərləri və ənənələri
özündə birləşdirən sosial-mədəni amillər təşkilata təsir göstərir.
107
Təşkilat menecmentin obyekti kimi
Siyasi amillər. Siyasi vəziyyətin bir sıra aspektləri rəhbərlər üçün
xüsusi əhəmiyyət kəsb edir. Siyasi şəraitin digər elementləri xüsusi
marağı olan qruplar və lobbiçilərdir.
Təşkilatın daxili mühiti. Daxili dəyişənlər dedikdə təşkilat
daxilindəki situasion amillər başa düşülür. Bir halda ki, təşkilat özündə
insanlarm yaratdığı sistemi əks etdirir, onda daxili dəyişənlər əsasən
idarəçilik qərarlarının nəticəsi hesab olunur. Təşkilatda rəhbərlikdən
diqqət tələb edən daxili dəyişənlərə aşağıdakılar aiddir: məqsəd, quruluş
(struktura), vəzifə, texnologiya və insanlar.
Məqsədlər. Təşkilat ümumi məqsədləri, dərk olunan insan
qruplarmı özündə əks etdirir. Təşkilata həmçinin məqsədlərə çatmaq
vasitəsi kimi və baxmaq olar. Məqsədlər dedikdə insan qruplarının birgə
işləyərək müvəffəqiyyət qazanmağa cəhd etdiyi konloret son vəziyyət və
ya arzu edilən nəticə başa düşülür.
Təşkilatm quruluşu - özündə təşkilatın məqsədlərinə daha effektli
şəkildə nail olmağa imkan verən, idarəetmə səviyyələrinin və funksional
sahələrin məntiqi qarşılıqlı münasibətlərini əks etdirir. Əksər müasir
təşkilatlarda baş verən ixtisaslaşdınimış əmək bölgüsü heç də
təşkilatların malik olduğu insanlar arasında işlərin təsadüfi
bölüşdürülməsi demək deyildir.
Vəzifələr. Təşkilatlarda əmək bölgüsünün əsas istiqamətlərindən
biri vəzifələrin formalaşdınimasıdır. Vəzifə dedikdə əvvəlcədən
müəyyən edilmiş üsullarla və qabaqcadan müəyyən edilmiş müddətdə
yerinə yetirilməli olan müəyyən işlər, işlər seriyası və ya işin bir hissəsi
başa düşülür.
Texnologiya - dördüncü daxili mühit amili olaraq dəyişən ənənəvi
hesab edilən digər dəyişənlərə nisbətən daha geniş təsir gücünə malikdir.
Təşkilata tətbiq olunduqda texnologiya özündə vasitələrin, proseslərin,
əməliyyatların və metodlarm məcmusunu əks etdirir. Bunların köməyi
ilə təşkilata daxil olan elementlər öz əvvəlki şəkillərini dəyişərək
təşkilatdan çıxan elementlərə çevrilir. Texnologiya həmçinin maşmlan,
mexanizmləri və alətləri, vərdiş və bilikləri əhatə edir. Vəzifələr və
texnologiya bir-birilə sıx əlaqədədir. Belə ki, hər hansı bir vəzifənin
yerinə yetirilməsi girişə daxil olan materiallann çıxışdakı formasmı
almaq vasitəsi olan konkret texnologiyadan istifadə edilməsini nəzərdə
tutur.
İnsanlar. Həm təşkilat, həm rəhbər və həm də tabeçilikdə olanlar
insan qruplarmdan başqa bir şey deyildir. İdarəetməyə situasiyalı
yanaşmada insan qruplarının üç əsas tərkib hissəsi mövcuddur:
l)ayrı-ayrı insanların davranışı; 2)qruplarda insanların 1C8
Dostları ilə paylaş: |