119
baxmıram. Çünkü bütpərəstıiyin də insan doğasının
özəlliyi olduğunu düşünürəm. Biz
insan olaraq
zahiri şeylərə və simgələrə də ehtiyacımız vardır.
•
Dua vaxtı bütlərdən və təsvirlərdən yararlanmağı
yasaqlamıram. Ancaq Tanrıya heç bir arac olmadan
tapınmanı tərcih edirəm, bəlkə mənim bu tərcihim
doğru deyildir. Bir şey bəzən bir adam üçün uyqun
görünürkən, eyni şey bir başqası üçün uyqunsuz
görünə bilər. Bu iki adamın hansının haqlı olduğunu
söyləmək çətin işdir. Onların durumlarını
qiyaslamaq olmaz.
•
Mən böylə bir inanışa varmışam ki, sözlər də bəşər
evladı kimi, anlam və içərik açısından aşama—
aşama gəlişmişlər. Örnəyin çox dərin mənası olan
“
Tanrı” qavramı hər kəs üçün eyni anlam daşımaz.
Bu qavram bireysəl denəmələrimizə və içsəl
gəlişmələrimuizə görə dəyişib yeni anlam daşıyar.
•
Mən həyatda nə bir çəlişki görürəm, nə də dəlilik.
Doğrudur, insan öz başının arxasını görə bilmədiyi
kimi, öz qüsurlarını da görə bilməz. Ancaq ağıl
iddiaçıları
məzhəb
böyüklərini
dəliliklə
suçladıqlarından dolayı, mən öz haqqımda böylə
düşünürəm ki, böyük olasılığa görə mən dəli
deyiləm. Sadəcə mən gerçək məzhəbi bir adamam.
Ancaq gerçəklik, yalnız ölümümdən sonra bəlli
olacaq.
Bunlardan han
sına aid olduğumu ölümüm
isbatlayacaqdır.
•
Bir başqasının yanlışlıqlarını gördüyümdə,
düşünürəm ki, mənim də buna bənzər yanlışlıqlarım
olmalıdır. Şəhvət düşkünü birini gördüyümdə, öz
keçmişimi xatırlayıram və “mən də böylə idim”
deyirəm. Bu şəkildə bütün dünya insanları ilə bir
türlü bağlar, bağlantılar qurmuş oluram. Düşünürəm
120
ki, dünyada ən aşağı olaraq görünən bir insan da
mutlu olmadıqca, mən mutlu ola bilmərəm.
•
Kiminsə haqqını olduğu qədər verməzsəm, Tanrı
qarşısında cavab verməliyəm. Ancaq əminəm ki,
haqvermə qonusunda nə qədər əliaçıq olsam, tanrı
bir o qədər məni öz mərhəmətinə tuş edəcək.
•
Sürkli iş ortamında yaşamaq sevinc deməkdir.
Yarın mənə nələr gətiriləcəyini bilmədiyimdən
dolayı, özümü azad bir quş kimi hiss edirəm. Öz
istəklərimə qarşı şərəfli savaş düşüncəsi məni
sağlıqlı saxlamaqdadır.
•
Özümün
də mənsub olduğum bəşər cinsinin bütöv
olmadığının bilincindəyəm. Bu üzdən də kimsənin
davranışından əsla incimirəm. Harda kötülük və
yanlışlıq görərsəm, onu kötülük etkəninə (amilinə)
zərər vermədən onarmalıyam (təmir etməliyəm)
deyə düşünürəm. Çünkü məncə kötünü deyil,
kötülüyü ortadan qaldırmağa çabalamalıyıq. Çünkü
öz xətalarım üzündən incinmək istəmədiyim kimi,
başqası da incinmək istəməz.
•
Mən çox iyimsər (nikbin) adamam. Ancaq bu,
özümü doğru bildiyimdən dolayı deyildir. Bəlkə
doğruluğun uğur qazanacağına olan inancımdan
dolayıdır.
Bizim
əsinlənməyimiz
(ilhamlanmağımız),
ancaq doğruluğun uğur
qazanacağına olan inancımızdan qaynaqlana bilər.
Hər bireyin (fərdin) yetənəklərinin (istedadlarının)
bir sınırı var. Ancaq kimsə yetənəklərindən dolayı
təkəbbürlü olarsa, tanrı onun təkəbbürünü qıracaq
gücə sahibdir. Bu qonuda öz haqqımda bunları deyə
bil
ərəm:
xoşbəxtlikdən
mənə
o
qədər
alçaqkönüllülük verilmiş ki, çocuqlar və südəmər
körpələr də mənə yardımçı ola bilərlər.