151
Qeyri—
aqressiv dirənişə qatılıramsa, böyük sadəlik
və alçaqkönüllülüklə bu böyük öyrətmənlərin
izlərində yürüməyə çalışıram.
•
“Satyaqraha” qanunlarından biri də budur ki, insan
əlində heç bir silah bulundurmadan, savaşdan
çəkinməyərək, davranır və fani bədənindən vaz
keçməyi başarır.
•
Ahimsa
ruhi gücdür. Ruh da dəyişməz, ölməz və
sonsuzdur.
Atom bombası cismi gücün ən
zirvəsidir. Bu üzdən bu güc bütün nəsnəl varlığa
hakim olan
dəyişim, çöküş yasalarına tabedir.
Müqəddəs kitablar bizə öyrədir ki, ruhi güc öz
yüksək ərmişliyinə (kamala) vardığında yenilməz
biçim almış olur. Ancaq yüksək ərmişliyə varmanın
şərti onun bütün vücudumuzda etkili olması və hər
tənəffüsümüzdə duyulmasıdır. Heç bir örgüt
qeyri—
aqressiv yöntəmi zorla qəbul edə bilməz.
Qeyri—a
qressivlik və həqiqət anayasada yazılması
gərəkən bir şey deyildir. Bunlar özgür iradə və şəxsi
təmayüllə qəbul edilməlidir. Doğal bir biçimdə,
sanki bədənimizə yapışan paltar kimi bizi içinə
almalıdır. Tərs təqdirdə bu anlayışlarda çəlişkilər
(təzadlar) ortaya çıxar.
•
Həyat başdan—başa arama və diləkdir. Həyatın
görəvi evrimi aramaqdan ibarətdir. Bu da insanın
özünü tanımasından başqa bir şey deyildir. Qüsurlar
üzündən bu yüksək ülküdən vaz keçilməməlidir.
Özünü məhəbbət qanunu olan ahimsaya həsr etmiş
ola
n adam, hər gün daha az başqa canlıların
həyatına qıyar. Eyni ölçüdə isə, yaşam və
məhəbbəti təşviq edər. Nifrət qanunu olan
“himsa
”ya bağlanan adam, hər gün daha çox digər
152
canlılara və çevrəyə zərər verər. Eyni ölçüdə də
ölüm və nifrəti təşviq edər.
•
Həyatda qeyri—aqressivlikdən tam olaraq uzaq
durmaq mümkün deyildir.
Böylə bir soru ortaya
çıxır: aqressivliklə qeyri—aqressivliyin ayırışım
xəttı hardadır? Bu xətt və sınır hər kəs üçün eyni
deyildir.
Çünkü ilkələr ümumi və külli olsa da, hər
kəs onu özünəxas şəkildə gerçəkləşdirmək istər.
Biri üçün yemək olan bir şey bir başqası üçün zəhər
ola bilər. Ət yemək mənə görə suçdur. Ömür boyu
ət yeyərək yaşamış olan biri bu alışqanlığından
məni təqlid etdiyi üçün əl çəksə, suç işləmiş olur.
Mən ormanlıqda yerləşıb tarım işləri ilə uğraşacaq
olursam,
özümü və tarlalarımı qorumaq üçün
aqressiv
davranmalı olacağam. Tarlama zərər verən
quşları, meymunları və həşərələri öldürmək zorunda
qalacağam. Özüm də birbaşa olaraq bu işi
görməsəm, başqalarını bu işi görmək üçün xidmətə
alacağam. Toplumun aclığı sürərkən, “ahimsa”
adına heyvanların əkinəcəyə ziyan verməsinə izn
vermək özü böyük suç sayılmaqdadır. Yaxşılıq və
kötülük nisbi qavramlardır. Bəlli bir qoşulda yaxşı
olan başqa bir qoşulda günah sayıla bilər. İnsan
özünü məzhəb quyularında həbs etməməli, geniş
dənizdə üzərək, ordan gövhərlər əldə etməlidir. Hər
addımda nəyin “ahimsa” və nəyin “himsa” olduğu
haqda düşünməliyik. Bu qonuda utanmağa heç bir
ehtiyac yoxdur.
Şair demişdir: “Tanrıya qovuşan
yol qəhrəmanlar və cəsurlar üçündür, qorxaqlar və
ödləklər üçün deyildir.”
•
Güvənsizlik üzündən yazmaq, ya da söyləmək
aqressivlik deyildir. Ö
zəlliklə söyləyən və yazan öz
söyləminin doğruluğuna inanarsa, bu, aqressivlik
153
sayılmaz. Gerçək aqressivlik düşüncənin, sözün və
davranışın ötəsində təcavüz amacı daşıyar. Yəni
müxalif və rəqibi incitmək niyyəti daşıyar.
Başqalarının üstün olması təsəvvürü ilə ilgili yanlış
anlamalar və xəyali şəxsiyətlərin dəyərlərinin təxrib
edilməsi ilə bağlı qorxular, genəldə insanların
gerçək düşüncələrinin üzə çəxmasını əngəllər. Bu
d
urum sonunda insanları yalancılığa və riyaya sövq
edər. Ancaq qeyri—aqressivliyin toplumlarda və ya
uluslarda yayqınlaşması söz qonusu isə, nə qədər
acı və sevimsiz görünsə də, həqiqətin söylənməsi
gərəkir.
•
Heç bir şey bu günə qədər bir başa əməl edilmədən
gerçəkləşməmişdir.
Zəiflərin
silahi
olaraq
tanımlanan “olumsuz dirəniş” anlayışını yetərsiz
olduğundan dolayı qəbul etmirəm, rədd edirəm.
•
Qeyri—aqressivlik
böyük
dözümlülük
g
ərəkdirməkdədir.
Qeyri—aqressivlik bilincli
olar
aq ölçülü biçimdə öcalma duyqusundan
saqınmaqdır.
Ancaq öcalma duyqusu
olumsuzluqdan və zəiflikdən dolayı təslim olma
durumundan daha üstündür.
Bağışlama öcalmaqdan
da üstündür.
Çünkü intiqam da bir tür zəiflikdir.
İntiqamalma xəyali və ya gerçək bir şeydən
qorxmaqdan qaynaqlanır. Heç bir şeydən və heç
kimsədən qorxmayan adam onu yersizcə
sinirləndirmək istəyənlərə də qızmaz. Bu tür bəsit
davranışlar onun üçün önəmsiz görünər.
•
Qeyri—
aqressivlik və ödləklik bir-birinə ziddirlər.
Düşünürəm ki, başdan-ayağa silahlı olan bir adam
öz qəlbinin dərinliyində ödləklik duyqusu daşıya
bilər. Ələ silahalma bir başa qorxu üzündən olmasa
154
da, qorxunu da özü ilə gətirər. Tam qorxaqsızlıq
qeyri—mümkündür.
•
Mənim qeyri—aqressiv dəvətim olumlu və
olağanüstü güc içərməkdədir. Bu iddiada qorxaqlığa
və ödləkliyə yer yoxdur. Hər zaman aqressiv bir
şəxsin qeyri—aqressivliyə yönələcəyinə bir ümid
bəslənər. Ancaq ödlək biri üçün böylə bir ümid
yoxdur.
Bu üzdən də neçə kərə bu səhifələrdə
söyləmişəm ki, qeyri—aqressiv yolla oğuşumuzu
(ailəmizi) və qutsal məkanlarımızı qoruya
bilmiriksə, silahlı yolla bunları savunmalıyıq.
•
Betya
şəhri yaxınlığında bir kəndin əhalisi mənə
dedilər ki, polis bizə saldırdı, mallarımızı apardı,
qadınlarımıza təcavüz etdi. Biz də dirənməyərək
qoyub qaçdıq. Dedim: niyə dirənməyib qaçdınız?
Dedilər ki, sən demişdin ki, qeyri—aqressiv dirəniş
göstərməliyik o üzdən. Utandığımdan başımı aşağı
saldım. Mən onlara anlatdım ki, qeyri—aqressivliyi
ya mən yanlış anlatmışam, ya da sizlər yanlış
anlamışsınız. Mənim onlardan bəkləntim ən güclü
şəkildə özlərini savunmaları idi. Ölsələr də bütün
gücləri ilə savaşmalı idilər. Onların silahla özlərini
savunmaları çox şərəfli bir dirəniş olardı. İnsanın
namusunu saldırqanlara buraxıb öz canını
qurtarması üçün dirənməməsi şərəfsizcə bir
davranışdır. Mən ahimsa yöntəmimi necə ölmələrini
bilən adamlara öyrədə bilərəm, ölümdən qorxanlara
deyil.
•
Bir milləti kökdən namərdetmə əməlinə qarşı mən
aqressivliyi tərcih edərəm.
•
Mənim qeyri—aqressiv nəzəriyyəm insanın öz
əzizlərini saldırı qarşısında savunmasız buraxıb
qaçmağı qəbul etməz. Aqressivlik və qorxaqlıq
Dostları ilə paylaş: |