MəNİM İŞ TƏCRÜBƏMDƏN



Yüklə 55,92 Kb.
tarix05.03.2018
ölçüsü55,92 Kb.

Kimya məktəbdə




MƏNİM İŞ TƏCRÜBƏMDƏN
T.Ə.Mahmudov

Tovuz rayon Çobansıxnaq kənd orta məktəbi, əməkdar müəllim,

pedaqoji elmlər üzrə fəlsəfə doktoru

Dövrümüzün tələbi birliklər toplusuna malik olan passiv icraçıları yetirmək deyil. Düşünən yaradıcı fəal və öz vətənini sevən gənclər tərbiyə etməkdir. Orta məktəb məzunlarının hamısı şəxsiyyətin vacib kompetensyalarını özündə birləşdirməlidir. Bunlar informasiya toplayıb onlarla işləmək, təhlil və tənqid etmək, ideyalar irəli sürmək, icraçılıq, tetxnika və kominikasiya vasitələrindən istifadə etmək və s-dir.

Bu tələbləri yerinə yetirmək üçün yeni təlim texnalogiyalarından istifadə edilməsi zərurəti yaranmışdır.

Bunlar şagird şəxsiyyətinin ön plana çəkilməsini tələb edir. Hazırda pedaqoji aləmdə pedaqoji ustalıq + sagird şəxsiyyəti + şərait = uğur nailiyyət formulu daha geniş yayılır. Biz nəzərə almalıyıq ki, hər bir şagird özünün arzuları və imkanları olan fikirləşən insandır. Nüfuzlu bir pedaqoji jurnalist şagirdlər arasında apardığı anket sorğusunda böyük əksəriyyət tədris etdiyi fənni yüksək səviyyədə bilən və şagirdlərin şəxsiyyətinə hörmət edən müəllimi sevdiklərin bildirmişdir.

Bütun dövrlərdə tədrisdə müəllimin biliyinə və fəaliyətinə yüksək tələblər verilmişdir. Öyrədən öyrətdiklərindən daha çox bilməlidir tələbi daha da aktuallaşmişdır.

Məşhur Amerika yazıçısı E.Heminquey yazıçını aysberqə bənzətmişdir. Elə bir ayserqə ki, onun yalnız onda bir hissəsi görünür, qalan hissəsi isə suyun altında olur, görünmür. Bu sözləri tamamilə müəllimə də aid etmək olar.

Nəsrəddin Tusi "Əxlaqi Nasiri" əsərində müəllimlik haqqinda yazmışdır:

"Bu dünyadakı mövcudatın ən zirvəsi olan insanı kamilliyə çatdırmaq məqsədini güdən sənət, dünya sənətlərinin ən sərfəlisi olmalıdır".

Bu tələbləri hansı müəllim yerinə yetirə bilər? Müəllimlik istedadı olanlar və yorulmaq bilməyən çalışan müəllimlər əsil müəllim ola bilər.

Müəllim peşəsinin digər peşələrdən ən başlıca fərqi onun özünün davranışının və bütövlükdə həyatının başqalarına nümunə olmasıdr. Özünun ixtisası, həyatı və ustalığına birinci novbədə insan özü cavabdehdir. Ona görə də o, bütün ömrü boyu ixtisasını təkəmilləşdirməlidir.

İnsan özünə hörmət etməlidir və ona ətrafdakılar hörmət etməlidirlər. Bu hörməti o, özünün fəaliyəti ilə qazanır. Müəllimə nəyə görə hörmət edirlər? Biliyinə, öz peşəsinə vicdanla yanaşdığına görə. Müəllimlər arasında belə deyənlər də var. Məndən nə Suxomliniski nə də Məhər Quliyev olan deyil. Bu olduqca səff fikirdir. Əgər müəllim öz peşəsini sevirsə, ona yaradıcılıqla yanaşırsa mütləq müvəffəqiyət qazanacaq. Mən bunu özümün şəxsi təcrübəmə əsasən deyirəm.

V.A.Suxomliniskidən sənin həyatında ən başlıca olan nədir? sualına uşaqlara olan məhəbbət cavabını vermişdir. Şagird üçün özünün müəllim olduğunu unudan, onunla səmimi ünsiyyətdə olan, şagirdin şəxsiyətində özünün həmfikirini görən müəllim sevimli müəllimdir. Mənim həyatımda belə sevimli müəllimlər olub. Onlardan ən sevimlisi Sosialist Əməyi Qəhramanı, Prezident təqaütçüsü, respublikanın əməkdar müəllimi Məhər Quliyevdir. Mənim müəllimlik fəaliyyətimdə qazandığım kiçik uğurların hamısına onun qayğısı və himayədarlığı sayəsində nail olmuşam. Özümü xoşbəxt hesab edirəm ki, Məhər müəllimin "dərslərini" azda olsa mənimsəyə bilmişəm.

Həmin "dərslərin" nüvəsini aşağıdakılar təsdiq edir.

1. Ən yüksək intizam

2. İşə yaradıcı münasibət

3. Daim öyrənmək həvəsi

4. Hər bir dərsə yüksək səviyədə hazırlaşması

5. Dərslərində intizam tərbiyəsi

6. Paxıllıq etmədən müəllim yoldaşlarının nailiyyətlərinə sevinmək və onu təbliğ etmək .

7. Dövlət imtiyazlarından istifadə etmədi, etsəydi varlı ola bilırdi.

8. Geniş dünyagörüşünə və yüksək mədəniyyətə nail olması.

9. Öz mənliyini hər şeydən üstün tutması.

10.Onun hec vaxt kiməsə yaltaqlındığını görmədim.

Mən respublikamızın bütün müəllimlərinə belə sənət zirvəsi və mənəvi ucalıq arzu edirəm. Tədrisdə mənim yadda saxladığım əsas məsələlərdən biri Leonardo da Vinçinin aşağıdakı kəlamıdır: "Əgər sənə hər hansı iş asan gəlirsə deməli sən onu bilmirsən və bacarmırsan" Müəllim üçün nə vacibdir- metodika yoxsa dərin elmi bilik? Özüm metodist olmağıma baxmayaraq, elmi bilik, geniş dünyagörüşü və yüksək mədəniyyət cavabını verərdim. Əgər müəllim tədris etdiyi fənni ən yüksək səviyyədə bilirsə, onu şagirdlərə öyrətməyin üsulunu tapacaq.

Pedaoji fəaliyyətimdə mən birinci növbədə nəyi və necə öyrətməyi müəyyən edirəm.

IX əsr ərəb filosofu Əl Kindi yazmışdır: “hər hansı şeyi dərk etmək üçün dörd suala cavab vermək lazımdır. 1) O, şey varmı? 2) O, nədir? 3) O, necədir? 4) O, nə üçün belədir?”.

Elmin bütövlüyünü pozmamaq şərtilə şagirdlərə kompleks biliklər verməyə çalışıram.

Bu zaman onların imkanları nəzərə alınır. Müəyyən edilmişdir ki, bədii və riyazi qabiliyyətlərdən əlavə kimyəvi və fiziki qabiliyyət də var. Fənlərin tədrisində həmin elmlərə aid olan qabiliyyətlər inkişaf etdirilməlidir.

Gələcək riyaziyyatçıya, filoloqa yaxud bədii gimnastika ilə məşğul olacaq idmançıya orta məktəbdə minumum kimyəvi biliklər verilməlidir. Bunlarsız hər hansı insan özünün və başqalarının həyatını təhlükə altında qoymuş olar. Məşhur alim L. Polinq demişdir “Kimyanı bilməyən insan dünyanın necə qurulduğunu dərk edə bilməz.”

Bəşəriyyətin qarşısında duran ən vacib poblemlərin ərzaq, enerji və ətraf mühitin mühafizəsi problemlərinin həllində kimyəvi biliklərsiz keçinmək mümkün deyil. Kimya ilə əlaqəsi olmayan digər sənayə sahələrinin də əsasını kimya təşkil edir. Bunlara misal olaraq metallurgiyanı, yeyinti sənayəsi məhsullarının istehsalını, əcazçılığı, nüvə energetikası materiallarının istehsalını və s-ni göstərmək olar. Ona görə də məktəblərimizdə kimyanın tədrisinin səviyyəsi daha da yüksəldilməlidir. Çox təəssüf ki, son vaxtlar bu fənnin tədrisinə ayrılan saatlar azaldılır.

Öz iş təcübəm haqqında qısaca olaraq aşağdakıları deyə bilərəm.

1. Dərslərdə bir sıra formal iş üsullarından imtina etmişəm. Dərsdə şagirdlər tam sərbəstdirlər.

2. Şagirdlər cavab verdikdən sonra dərhal jurnala qiymət yazılmır. Bunlar dərsdən sonra edilir və şagirdlərə bildirilir. Ona görə ki, bir şagird dərsdə bir neçə dəfə cavab verir.

3. Dərslərdə əlavə materiallardan geniş istifadə edilir. Bəzi hallarda çətin qavranılan mövzuların qısa konspektini şagirdlər dəftərlərində yazırlar. Ümumiyyətlə qısa konspektlərdən geniş istifadə edirik.

4. Sorğu zamanı hec vaxt bir mövzunu bir şagirddən bütöv halda əvəldən axıra qədər danışdırmıram.

5. Məktəb mühazirələrindən və zaçotlardan geniş istifadə edirik. Yuxarı siniflərdə bəzi hallarda əvvəlcə mövzunun təhlili verilir. Bloklar müəyyən edilir, onların əsas mahiyyəti şagirdlərə çatdırılır. Bizim məktəb mühazirlərimiz ali məktəb mühazirələrindən əsaslı surətdə fərqlənir. Sonra seminar məşğələlərindən şagirdlər suallara cavablar hazırlayırlar. Onlara verilən suallarda yaddasaxlama və əzbərçilikdən daha çox yaradıcılıq tələb edən suallara üstünlük veririk.

Seminar məşğələlərində şagirdlər çox vaxt qruplarla işləyirlər.

6. Əksər hallarda yeni dərsi dərsin əvvəlində izah edirəm. Ona görə ki, dərsin sonuna yaxın şagirdlər yorulurlar, diqqətləri zəifləyir.

7. Dərs zamanı faktlar təhlil edilir, sonra onlar ümümiləşdirilir. Yaxud əksinə, qanunlar və anlayışlardan faktlara keçilir, onlar təhlil edilir, nəticəlr çıxarılır. Şagirdlərin müxtəlif fəaliyyət növləri bir-birini əvəz edir. Psixoloqlar sübut etmişlər ki, insan 8 dəqiqə diqqət saxlaya bilər. Bundan sonra onu diqqəti yayınir.

8. Fərdiyanaşma həmişə diqqət mərkəzində olur. Hər bir şagirdin ən kiçik nailiyyəti və irəliləyişi bu və ya digər formada qiymətləndirilir. Bu zaman onların fənnə olan maraqları və özlərinə olan inamları artır.

9. İstedadlılara maksimum bilik verilməsi üçün yaradıcılıq və axtarıcılıq tələb edən qeyri-standart suallar və tapşırıqlara üstünlük veririk. Məsələn ətraf mühitin çırklənməkdən mühafizə edilməsinə həsr olunan dərsdə şagirdlərə aşağıdakı suallar verilir: 1. İdeal yanacaq nədir? (İdeal yanacaq hidrogendir. O, yarandıqda su əmələ gəlir, ətraf mühiti çirkləndirən maddələr alınmır.)

1. İdeal avtomobili Siz necə təsəvvür edirsiniz? (Belə avtomabil yanacaq kimi hidrogendən istifadə edir, yaxud ümumiyyətlə yanacaq işlətmir. Onlar çox güclü akkumulyatorlarla işləyirlər).

3. Turşu yağışı ilə istilikxana effekti arasındakı əlaqə nədən ibarətdir? (Turşu yağışı metal sulfidlərinin, tərkibində kükürd olan yanacağın, daş kömürün, mazut və s-nin yandırılması və avtomobil nəqliyatının ətrafa buraxdığı qazların tərkibindəki kükürd və azot oksidərindən əmələ gəlir. Bəzi hallarda yağış suyunda PH-ın qiyməti 5,6-dan aşağı olur, turşuluq artır. Canlılara və ümumiyyətlə ətraf mühitə öldürücü təsir edir. Dənizlərdə və okeanlarda hidrokarbonatlar həllolmuş haldadır. Turşu yağışındakı H+(H3O+) ionları hidrokarbonatlardan karbon qazı ayrılmasına səbəb olur:

HCO3+ H+ = CO2 + H2O

Nəticədə havada CO2-nin miqdarı artır. Bu da istilikxana effektinin yaranmasını sürətlədirir.

4. Nə üçün bəzi hallarda yazda göllərdə balıqların kütləvi sürətdə məhv olması müşahidə olunur? (Yazda qarın əriməsi nəticəsində su hövzələrində turşuluq artır. Qışda qarda toplanan zərərli madələr yazda suya keçir. Qarların əriməsi ilə balıqların kürü tökməsi eyni vaxta düşdüyündən onların kütləvi sürətdə məhv olması baş verir. Bunun nəticəsində Norveçin və İsveçin göllərinin və çaylarının bir çoxunda balıqlar son dərəcə azalmışlar.)

Bu suallara cavab tapmaq üçün şagirdlərə bir neçə gün vaxt verilir. Onlar qruplarla işləyirlər və cavablarını faktlarla əsalandırırlar.

Bu prosesdə müəllim onların köməkçisi olur. Şagirdlər biliyi özləri əldə edirlər. Fransız filosofu Mişel Monten demişdir: “Yaxşı doldurulmuş başa nisbətən yaxşı qurulmuş baş daha qiymətlidir.”

10. Dərslərdə problemli təlimdən geniş istifadə edirik. Şagirdlər əvvəlcə tədris prosesində bu işə hazırlanır.

İnsan zəkası elə qurulmuşdur ki, o əvvəllər alınmış bilik yaradır. Bu o vaxt olur ki, elmi yaradıcılıqla məşğul olsun yaxud problem qarşısında qalsın.

Dərs o vaxt səmərəli hesab edilir ki, onda hər bir şagird özü üçün kiçik də olsa kəşf etsin. Bu kəşiflər elmə çoxdan məlumdur. Anlayışlar və qanunla testlər və çalışmalar həlli yolu ilə möhkəmləndirilir. Bu zaman şagirdlərin kollektiv fəaliyyətinə geniş yer verilir. Deviz belədir:- Özünü öyrəndin, yoldaşına kömək et.

11. Dərslərdə fənlərarası əlaqədən geniş istifadə edirik. Biologiya, fizika və riyaziyyatdan alınan biliklərin tətbiqi ilə həll edilən məsələlərin həllinə daha çox yer veririk. Fənlərarası əlaqədə sagirdlər kimyanı şüurlu surətdə sevməkdən əlavə onlarda təbiətin butöv elimi mənzərəsi yaranır. Məhşur alim Faradey özünün “şamın tarixi” esrində yazmişdır ki, təbiətin eləbir sonu yoxdur ki, şam yandıqda ona bu və ya diger formada toxunulmasın.

12. Bütün dərslərdə elimilik pirinsipini maksimum dərəcədə təmin etməyə calışırıq.

Bu zaman şagirdlərin diqqətini bəzi ümumiləşdirmələrin mütləq olmaması faktlarına yönəldirik. Həmin faktlar və qanuna uyğunluqları təhlil etdikdə şagirdə möhkəm bilik verməkdən əlavə zehni fəaliyyətləri inkişaf etdirilir.

Tədris doqmatiklikdən azad olur,şagirdlərin məntiqi təfəkürü formalaşır.

Belə faktlardan bir neçəsini misal göstərək.

Kimyəvi reaksiyaların sürətinə təsir edən amillərdən biri reaksiyaya daxil olan madələrin qatılıqlarıdır.Kütlələrin təsiri qanuna əsasən kimyəvi reaksiyanın sürəti reaksiyaya daxil olan maddalərin qatılıqlarnının reaksiya tənliyindəki əmsalı qədər qüvvətə yüksəldilən hasili ilə düz mütanasibdir. Bu qanunu bəzi reksiyalara tətbiq etmək səhv nəticəyə səbəb olur.

Pritin yadırılmasında 4FeS2+11O2=2Fe2O3+8SO2 oksigenin qatilığını iki dəfə artırdıqda reaksianın sürəti 2000 dəfə artmalıdır. Təcrübədə isə bu baş vermir. Müəyyən temperatur intervalında 2H2+O2=2H2O reaksiyasında güruldayıcı qazın (2H2+O2) təzyiqini azaltdıqda yəni reaksiyaya daxil olan maddələrin qatılıqlarını azaltdıqda partlayır.

Kimyəvi reaksiyaların mexanizmi bir çox hallarda reaksiya tənliklərində göstərildiyi kimi sadə deyil, onlar bir sıra aralıq mərhələrdən ibarətdir. Məsələn propanın yanma reaksiyası C3H8+5O23CO2+4H2O tənliyində göstəriləndən dəfələrlə mürəkkəbdr və 59 elementar mərhələdən ibarətdir.

İon rabitəsi yaranarkən çox vaxt təsirsiz qazların elektron quruluşuna istinad edilir. Metallar xarici energetik səviyyədəki elektronları verirlər, qeyri-metallar isə davamlı oktet təbəqəsi yaranması üçün çatışmayan elektronları alırlar. Lakin bu davamlı ionlar əmələ gəlməsi üçün yeganə hal deyil. Böyük dövrlərin elə metalları var ki, onların ionlarının xarici təbəqəsindəki elektronların sayı səkkizə bərabər deyil. Bunlara misal olaraq Fe2+ ,Fe+, Cr2+, Cr3+, Zn2+, Hg2+, Cu2+ göstərmək olar. Xarici təbəqəsində səkkiz elektron olan ionlar ( Fe8+ yaxud Cu11+) əmələ gəlməsi üçün çoxlu miqdarda enerji sərf edilməlidir və alınan çoxyüklü ionlar sabit olmalıdırlar. Ona görədə reaksiyalarda aralıq vəziyyətdə olan elektron quruluşlu ionlar əmələ gəlir.

Duzların hidrolizində duzun əmələ gəlməsinin dörd halı qeyd olunur və quvvətli turşudan əmələ gələn duzların hidrolizə uğramadıqları bildirilir. Belə duzların suda məhlulu neytral olur (pH=7) Lakin bu mütləq deyil. Yüksək temperaturda həmin duzları hidrolizə uğratmaq olur. KCl+H2O ↔ KOH+HCl hidrogen-xlorid uçucu olduğundan qızdırdıqda tarazlıq sağa yönəlir, duz hidrolizə uğrayır.

Elektrokimyəvi gərginlik sırasında natrium metalı kalsiumdan sonra yerləşməsinə baxmayaraq su ilə kalsiuma nisbətən daha şiddətlə reaksiyaya girir. Bunun səbəbi kalsiumun su ilə reaksiyasından alınan Ca(OH)2 metalın su ilə reaksiyasının qarşısını alması, reaksiyanın sürətini zəiflətmişdir.

Turşuların metallarla reaksiyasında nitrat turşusu istisna təşkil edir. Metalların fəallığından və turşunun qatılığından asılı olmayaraq hidrogen ayrılmır. Lakin belə nəticə mütləq deyil. Soyuqda duru nitrat turşusunun maqnezium və kalsiumla reaksiyasından hidrogen ayrılır:
Mg + 2HNO3 = Mg(NO3)2 + H2

Ca + 2HNO3 = Ca(NO3)2 + H2


Qalan hallarda metal atomu H+ ionunu deyil NO3 ionunu reduksiya edir, sərbəst azot, azot oksidlərinin bəziləri və ammonyak alınır.

Dərsliklərin və dərs vəsaitlərinin əksəriyyətində karbonat turşusunun zəif turşu olduğu bildirilir.

Doğrudan da həmin turşunun suda məhlulunda indikatorların rəngi zəif dəyişir. Praktika deyilənləri təsdiq edir. Oksigenli turşuların ümumi formulunu E(OH)mOn kimi yazırlar. Bu formula əsasən HClO4, H2SO4, HNO3, H3PO4 və H2CO3 müvafiq surətdə Cl(OH)O3, S(OH)2O2, N(OH)O2, P(OH)3O, C(OH)2O kimi yazmaq olar. n=3 olduqda ən qüvvətli, n=2 qüvvətli, n=1 olduqda orta qüvvətli, n=o olduqda zəif turşu hesab edilir. Bu mühakiməyə əsasən karbonat turşusu orta qüvvətli turşu olmalıdır.

Həqiqətən belədir, indikatora onun təsirinin zəif olması məhlulda miqdarının az olmasıdır. Suda həll olan CO2-nin əsas hissəsi polihidrat CO2·nH2O şəklindədir.

Onun yalnız 1%-i birləşmiş, yəni H2CO3 formasındadır.

Belə misalların sayını daha da artırmaq olar. Şagirdləri onlarla tanış etdikdə tədris olunan mövzu şüurlu sürətdə mənimsənilir və elmlik prinsipi yüksək səviyyədə təmin edilir.

Eyni zamanda şagirdlərdə məntiqi təfəkkür formalaşır. Onlarda fakt və hadisələrin daxilinə nüfuz etmək istəyi artır, bəzi qaydalardan və ümumiləşdirmələrdən kənara çıxmalar olduğunu dərk edirlər. Bununla əlaqədar akademik P.Kapitsa demişdir. Heç bir məsələnin mütləq həlli yoxdur.

Digər fənlərdə olduğu kimi kimyanın tədrisində də sinifdənkənar məşğələlərdə demək olar ki, vaxt məhdudiyyəti yoxdur. Burada kimya ilə daha çox maraqlananlar, yaxşı oxuyanlar toplanırlar. Həmin məşğələlərdə elmlik dərsə nisbətən daha yüksək olur. Kimyanın xüsusi sahələri ilə dərindən məşğul olurlar.

Şagirdlər kimya kabinetinin təchiz edilməsində və əyani vəsaitlərin hazırlanmasında yaxından iştirak edirlər.

Bizim məktəbdə təşkil edilən Gənc kimyaçılar cəmiyyətinin 30 ilə yaxın yaşı var. Bu cəmiyyətin keçmiş üzvlərindən hazırda kimya elmləri namizədləri və doktorları var. Onların xeyli hissəsi, kimya olimpiyadalarının yüksək turların qalibləri olmuşlar. Kollektiv keçmiş ittifaq miqyasında 2-ci yeri, Respublikada 1-ci yeri tutmuşdur.

Sinifdənkənar məşğalələrin işini bir neçə istiqamətdə təşkil edirik. Bunlar aşağıdakılardır.

Elmi-kütləvi işlərlə məşğul olan qrup əsasən kimyəvi biliklərin təbliği ilə məşğul olurlar. Onlar kimya viktorinalarının və kimya axşamlarının təşkilatçıları olurlar. Bunlardan əlavə həmin qrupun üzvləri müxtəlif məzmunla bülletenlər hazırlayırlar, maraqlı məlumatlar güşəsi üçün kimya elmi və sənayəsinin yeniliklərini toplayırlar.

Elmi-tədqiqatçılar qrupu maraqlı praktikumları aparırlar, uzun müddətli təcrübələr qoyurlar. Bunlara misal olaraq kimyəvi reaksiyaların sürətinə aid təcrübələri, metalların korroziyasının qarşısının alınmasında ingibitorların təsirinin yoxlanmasını, müxtəlif bulaqlardan götürülən su nümunələrinin analizini və s-ni göstərmək olar.

Olimpiadacılar qrupu kimyanın nəzəri və praktik məsələləri ilə daha dərindən məşğul olurlar. Bu qrupda nəzəri məşğələlər praktik işlərlə növbələşdirilir. Məsələ həlli xüsusi diqqət mərkəzində olur. Məsələ həllində sadə, orta səviyyəli və çətinliyi artırılmış, yaradıcılıq tələb edən məsələlər həll edilir. Şagirdlər bu mərhələnin birini tam mənimsədikdən sonra digərinə keçirlər.

Sonra onlar özləri qeyri-standart məsələlər tərtib edirlər. Həmin məsələlər birlikdə təhlil edilir və bəyənilənləri Kiçik Akademiyanın fonduna daxil edilir.

Bir kimya müəllimi kimi bu elmin tədrisi sahəsində bir sıra problemləri görürəm. Onlardan ən vacibləri aşağıdakılardır və onların həll olunmasını vacib sayıram.

Kimya müəllimlərinin riyazi hazırlıqlarının aşağı olmasıdır. Onların çoxu sadə riyazi tənliklərin tətbiqi ilə həll edilən məsələləri həll edə bilmirlər. Bunun səbəblərindən biri qəbul zamanı kimya ixtisasının 1-ci qrupdan 4-cu qrupa keçirilməsidir. Moskva Dövlət Üniversitetinin kimya fakultəsinə daxil olmaq istəyən və orta məktəbi qızıl medalla bitirən abituriyent riyaziyyatdan imtahan verir. Beş aldıqda o, həmin fakultəyə qəbul edilir.

Kimya ekspermental elmdir. Bu fənnin tədrisini müəllimin nümayiş etdirdiyi və şagirdlərin müstəqil olaraq yerinə yetirdikləri təcrübəsiz təsəvvür etmək olmaz. Orta məktəblərimizdə isə bu sahədə vəziyyət ürəkaçan deyil. Nəinki şagirdlər müəllimlərin nümayiş etdirmələri üçün minimum Kimya təbəşir reaktivlər yox dərəcəsindədir. Kimya təbəşir kimyasına çevrilmişdir. Mənə elə gəlir ki, müvafiq təşkilatlar bu vacib problemi həll edəcəklər.

Müəllimlərin ixtisasartırma kursları ölkəmizin müxtəlif regionlarında yerləşən Müəllimlər İnstutunun filallarında təşkil edilir. Açığını desək bu kursların metodiki və elmi dərəcəsi olmayan müəllimlər aparırlar. Bu kurslarda bəzi hallarda müəllimlər müntəzəm iştirak etmirlər. Keçmiş ittifaq miqyasında belə bir təcrübə var idi. Moskva Dövlət Üniversitetində ildə bir dəfə iyun ayında orta məktəbin, fizika riyaziyyat və kimya müəllimlərinin elmi hazırlıqları artıran bir aylıq kurslar təşkil edilirdi. Mən bu kurslarda üç dəfə iştirak etmişəm. Həmin kurslarda mən beş illik instutda aldığım qədər bilik əldə etmişəm. Bu təcrübədən bizim respublikada da istifadə edilməsinin orta məktəb müəllimlərinə faydası çox olardı.

İstifadə edilmiş ədəbiyyat:


1. V.M.Abbasov, M.M.Abbasov və başqaları. VIII sinif kimya dərsliyi. “Azpoliqraf “LTD MMC. 2012, 144 səh.

2. V.M.Abbasov, M.M.Abbasov və başqaları. IX sinif kimya dərsliyi. “Azpoliqraf “LTD MMC. 2009, 174 səh.






Мой опыт работы

T.A.Maхмудов
АННОТАЦИЯ
Статья посвящена важности внеклассных мероприятий в преподавании химии.
My work experience

T.A.Mahmudov
ANNOTATION

The article deducated to the importance of extracurricular activities in the teaching of chemistry.




Açar sözlər: kimya, sinifdənkənar işlər, eksperiment.

Ключевые слова: химия, внеклассныe мероприятия, эксперимент.

Key words: chemical, extracurricular activities, experiment.







Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə